Məhkəmə qərarları › İş №2-1(102)-1046/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1046/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1046/2019 03.04.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Bakı şəhəri 2019-cu il 03 aprel Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh x2-yə qarşı “elektrik xəttinin ayrılması və mənəvi zərərin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 iyun tarixli 2-1(103)-1544/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 dəhlizi işıqlandıran lampaların qoşulduğu xəttin onun sayğacından ayrılması öhdəliyinin cavabdehə həvalə olunmasını, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 mart tarixli 2-1(81)-93/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1dəhlizi işıqlandıran lampaların qoşulduğu xəttin iddiaçının sayğacından ayrılması öhdəliyi cavabdehə həvalə olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 iyun tarixli 2-1(103)-1544/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamış, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Ona məhkəmə iclasının təyin olunduğu vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2019-cu il 03 aprel tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instans iyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi... əlavə olunur. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və şikayətə vəkilin orderi əlavə olunmamışdır. İddiaçı bu barədə xəbərdar edilməsinə baxm ayaraq, ona təqdim edilmiş bildirişdə göstərilən çatışmazlıqların aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 iyun tarixli 2-1(103)-1544/2018 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar