Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1046/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1046/2020) Açar sözlər: diplomun tanınması Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X3 və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «diplom üzrə alınan ixtisasın tanınması və ekviv alentliyi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-346/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Ukrayna Respublikası X4 Universiteti tərəfindən onun adına verilmiş «B 17 022998» nömrəli, xx xxxxxx 2017-ci il tarixli diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edərək, diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi iddiaçının xahişini təmin etməmiş və ona xx.xx.2018-ci il tarix li məktubla cavab verərək bildirmişdir ki, araşdırma zamın Ukrayna Respublikası X4 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilmə sindən imtina etmək üçün əsasdır. Bu qaydaların 3.7-ci maddəsinə əsasən onun diplom üzrə ixtisasının tanınmasından imtina olunmuşdur. İddiaçı imtinanın dəlilləri ilə razılaşmamış, cavabdeh Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikası X4 Universiteti tərəfindən onun adına verilmiş B 17 022998 nömrəli, xx xxxxxx 2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki,bakalavr diplomu x xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasına müvafiq olaraq “apostil” edilmiş rəsmi sənəd kimi rektor tərəfindən imzalanaraq Universitetinin möhürü ilə möhürlənmiş, Ukrayna Elm və Təhsil Nazirliyində təsdiqlənərək A-4354-17 nömrə ilə qeydiyyatdan keçmişdir. Onun diplomunun qanunsuz, əsassız və etibarsız hesab edilməsi barədə hər hansı məhkəmə qərarı yoxdur. Diplomun əsassız verilməsini cavabdeh heç nə ilə sübut edə bilmir. Cavabdeh heç bir əsası olmadığı halda, ona diplom vermiş Ukrayna dövlətinin səlahiyyətli orqanlarının təsdiq etdiyi diplomu şübhə altına almışdır. Cavabdehin etiriaz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda göstərilən imtina məktubunda qeyd olunan əsaslarla eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1385/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki,iddiaçı Ukrayna Respublikasının X4 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə çox qısa müddət ərzində olmuşdur. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Baki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-346/2020 saylı, xx xxxxxx 2020-ci il tarixlı qərari ilə (hakimlər S.S.Seyidova (sədrlik edən və məruzəçi), V.M.Məmmədov və İ.B.Əhmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1385/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı birinci kursda oxuduğu müddətdə (2012-2013-cü illərdə ) cəmi 7 gün, ikinci kursda oxuduğu müddətdə (20132014-cü illərdə) cəmi 5 gün, üçüncü kursda oxuduğu müddətdə (2014-2015-ci illərdə) cəmi 10 gün, dördüncü kursda oxuduğu müddətdə (2015-2016-ci illərdə) cəmi 19 gün, beşinci kursda oxuduğu müddətdə (2016-2017-ci illərdə) cəmi 20 gün Ukrayna Respublikasında olmuşdur. Göründüyü kimi, iddiaçı Ukrayna Respublikasının X4 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə çox qısa müddət ərzində olmuşdur. Bununla da iddiaçının sözügedən universitetdə tədris olunan dərslərdə iştirak etmədiyi aydın olur. Belə olan halda, diplomun tanınmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apelyasiya i nstansiyasının qərarı iddiaçıya xx.xx.2020-ci il tarixdə çatdırılmışdır və xx.xx.2020-ci il tarixdə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, onun Ukraynaya təhsil sessiyasına gedib orada qalması və oradan qayıtması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində rəsmi sənədlər vardır. Bu barədə həmçinin onun pasportunda da qeydlər aparılmışdır. Cavabdeh bununla bağlı rəsmi məlumatları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən almışdır. Ona verilmiş bakalavr diplomu x xxxxxxx 1961-ci il tari xli Haaqa Konvensiyasına müvafiq olaraq “apostil” edilmiş, rəsmi sənəd kimi səlahiyyətli şəxs olan rektor tərəfindən imzalanaraq X4 Universitetinin möhürü ilə möhürlənmiş, Ukrayna Elm və Təhsil Nazirliyində təsdiqlənərək A-4354-17 nömrə ilə qeydiyyatdan keçmişdir. Əgər normativləri yerinə yetirməsəydi ona diplom verilməzdi. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qayda da əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili X8 və nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla v erilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi hazırkı halda tərəflər arasında mübahisə iddiaçının aldığı təhsilin müddət və məzmununun daxili qanunvericiliyə uyğunluğu ilə bağlı yaranmışdır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkiliQaydaları”nın: - 1.6 -cı maddəsinə əsasən bakalavriatsəviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. - 2.3-cü maddəsinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. - 4.1-ci maddəsinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi b acarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumların ın) yerinə yetirilməsi müddəti"nin 1.5-ci maddəsinə əsasən ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçı sözügedən Universitetdə bakalavr pilləsi üzrə 4 il 6 ay müddətində qiyabi təhsil almışdır. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təhsil dövründə qısa müddətlərdə həmin ölkədə olmuşdur. Belə ki, iddiaçı təhsil aldığı müddət ərzində yəni, birinci kursda oxuduğu 2012-2013-cü illərdə cəmi 7 gün, ikinci kursda oxuduğu 2013-2014-cü illərdə cəmi 5 gün, üçüncü kursda oxuduğu 2014-2015-ci illərdə cəmi 10 gün, dördüncü kursda oxuduğu 2015-2016-ci illərdə cəmi 19 gün, beşinci kursda oxuduğu 2016-2017-ci illərdə müddətdə 20 gün Ukrayna Respublikasında olmuşdur. Belə olan halda kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Bu hal isə iddiaçının aldığı təhsilin həm məzmunun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «bakalavr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərar ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar ı”nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsas ən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentli k haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə, iddiaç ının aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından apelyasiya məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuşdur. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96, 98-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Baki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-346/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1046/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1046/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver