Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1046/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri, iddianın uğurluluq ehtimalı, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə qərarın icrasının dayandırılması, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə qərarın mübahisələndirilməsinin mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Hüseynov Abiddin Qab il oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Nümayəndə və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı inzibati aktların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-988/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, İddiaçı MMC-də yanvar 2017- iyun 2019cu il dövrü üzrə vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl e dilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188906 nömrəli, 23.08.2019-cu il tarixli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 04 sentyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli, 23 avqust 2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı eyni zamanda, ərizə verərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş 23 avqust 2019cu il tarixli, **********188906 nömr əli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçındə 01.01.2017-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlanılması keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan yoxlama nəticəsində cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. M üstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh təşkilat tərəfindən aparılan səyyar vergi yoxlaması il yarımadək davam etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara əsasən, yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər tam olaraq tərəflərindən vergi orqanı əməkdaşlarına təqdim edilmişdir. Uzun sürən yoxlamalardan sonra, yəni 12.07.2019-cu il tarixdə Səyyar vergi yoxlaması barədə **********148279 nömrəli Akt tərtib edilərək onlara təqdim edilmişdir. Qeyd olunan yoxlamanın nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16.07.2019-cu il tarixli, **********186998 nömrəli Qərar qəbul edilmiş, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********435400 nömrəli tələbnamə təqdim edilmişdir. Həmin qərara və tələbnaməyə əsasən, əlavə hesablanmış vergilər üzrə 182.110,87 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 73.843,27 manat, ümumilikdə büdcəyə ödənilməli olan məbləğ 255.954,14 manat təşkil etmişdir. Həmin yoxlamanın nəticəsinə görə büdcəyə ödənilməli olan 255.954,14 manat tərəflərindən ödənilmişdir. Lakin, vergi orqanı tərəfindən İddiaçındə yoxlanılmış dövr üçün yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli 23.08.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yox lama ilə əhatə olunan vergi dövrü İddiaçındə əvvəl yoxlanılmış, yəni yanvar 2017-ci il tarixdən fevral 2018-ci il tarixədək olan dövrü və yanvar 2017-ci il tarixdən iyun 2019-cu il tarixədək olan dövrü əhatə edir. Onlar bu yoxlamanı qanunsuz hesab edirlər. Qeyd olunan qərar qanunvericiliyin tələblərinə zidd olduğundan həmin qərarın ləğv edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Vergi Məcəlləsinin qeyd olunan normasının tələbindən də göründüyü kimi, vergi orqanı növbəti yoxlama barədə qərarı bir il sonra qəbul edə bilərdi, çünki müəssisənin yoxlanılması 12.07.2019-cu il tarixdə tərtib edilmiş akt əsa sında başa çatmışdır. Göründüyü kimi, İddiaçındə yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli 23.08.2019-cu il tarixdə qəbul edilmiş qərar qanunvericiliyin tələbi pozulmaqla qəbul edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2-1(81)3825/2019 saylı qərardadı ilə (hakim: E.Q.Məmmədov) ərizə təmin edilmiş, İddiaçı MMCnin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə inzibati mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli 23.08.2019-cu il tarixli qərarın icrasının dayandırılması və mübahisələndirilən qərarın icrası ilə b ağlı hər hansı digər hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli 23.08.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas ola bilən halların mövcud olması ilkin araşdırma zamanı vergi orqanı tərəfindən sübuta yetirilmədiyindən, işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək həmin qərarın icrasının dayandırılması məqsədəmüvafiqdir.
7. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 2-1(103)-2532/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 21(81)-3825/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)208/2020 nömrəli iş üzrə 10 mar t 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və A.S.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2532/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddianın uğurlu olması ehtimalının olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası İPM-in maddələrinin tələblərini pozaraq iş üçün əhəmiyyətli olan bütün faktiki halları, həmçinin iddianın uğurluluq ehtimalını araşdırmamış və nəticə etibarı ilə iş üzrə əsaslandırılmamış qə rardad qəbul etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1213/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və V.M.Ağayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2-1(81)3825/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. d) kassasiya instansiyası məhkəm əsindəki ikinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2007/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: R.S.Nəbizadə və İ.A.Dadaşov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1213/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin nə vaxt təqdim edilməsi iş materiallarından müəyyən olunmur. Məhkəmə ümumi şəkildə “iş materiallarından görünür” ifadəsini işlətmiş olsa da, bəyannamənin nə vaxt təqdim olunmasının hansı sübutla təsdiq edil diyi göstərilməmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-988/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2-1(81)-3825/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAY ƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinə görə, aşağı instansiya məhkəmələrində də qeyd edildiyi kimi səyyar vergi yoxlaması ilə bağlı qəbul edilən səyyar vergi yoxlamasının başlanılması haqqında qərar, o cümlədən səyyar vergi yoxlaması aktı inzibati akt hesab olunmur. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələbinə əsasən, hər hansı aktın inzibati akt hesab olunması üçün aşağıda qeyd edilən tələblərə cavab verməlidir: inzibati orqan tərəfindən qəbul edilməlidir; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməlidir; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquq i nəticələrə yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri formasında olmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar və səyyar vergi yoxlaması aktı qeyd edilən tələblərin bir neçəsinə cavab verməsinə baxmayaraq, hüquqi və fiziki şəxs üçün hüquqi nəticə yaratmaması səbəbindən inzibati akt hesab olunmur. Odur ki, məhkəmənin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın “İnzibati İcraat haqqında Qanun 59.1-ci maddəsində qeyd edilən inzibati aktın rekvizitləri ilə bağlı tələblərə cavab verməsinə əsaslanaraq, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara inzibati akt kimi yanaşması hüquqi əsasa malik deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçıları nın izahatları:
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
24. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 36.6 Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Maddə 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 72.5 Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənəd ləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2 inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 59.1 Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia ) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. Əvvəla, cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfi ndən mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında vergi orqanın qəbul etdiyi qərar inzibati akt deyil. Bu səbəbdən bu qərar inzibati qaydada mübahisələndirilə bilməz.
32. Kassatorun bu dəlini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, vergi orqanının səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş qərarları publik hüquq sahəsinə (vergitutma və vergi nəzarəti) aid olan yazılı inzibati aktlardır və bu aktların hüquqi nəticəsi vergi ödəyicisi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasından ibarətdir. Həmin qərarlar yazılı inzibati aktın bütün rekvizitlərinə malikdir və qərarların məzmununda bütün yazılı inzibati aktlarda olduğu kimi, həmin qərarlardan şikayət vermə mü ddəti və qaydası qeyd edilir.
33. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddia ilə mübahisələndirilən, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli 23.08.2019-cu il tarixli qərarın özündə də qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə şikayət verilə bilməsi göstərilmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi “növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında vergi orqanı tərəfindən qəbul edilmiş qərarın hüquqi nəticəsi olmadığına və bu qərarın inzibati akt olmadığı”na dair dəlillərini əsassız hesab edir.
34. Bundan əlavə iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəm əsinin məcburi göstərişlərini nəzərə alaraq müvafiq araşdırma aparmış və bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında bildirişə əsasən müəyyən etmişdir ki, iddiaçı müəssisə tərəfindən təqdim olunmuş 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi vergi orqanı tərəfindən 13.03.2018-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, sözügedən bəyannamə vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının başlandığı 23.04.2018-ci il tarixdən əvvəl təqdim edilmişdir. Belə ki, 12.07.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən həmin yoxlama 23.04.2018-ci il tarixdə başlanmış və 12.07.2019-cu il tarixdə başa çatmışdır.
35. İş üzrə müəyyən olunur ki, iddiaçı şirkət tərəfindən 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi vergi orqanına səyyar vergi yoxlamas ının başlandığı 23.04.2018-ci il tarixədək verilmişdir və sonuncu tərəfindən 13.03.2018-ci il tarixdə qəbul edildiyi üçün də yoxlama dövründə həmin bəyannamənin nəzərə alınmaması qeyrimümkündür. Lakin vergi orqanı tərəfindən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli 23.08.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə istinad olunmuşdur. Həmin maddələrin tələbinə görə, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə keçirilə bilər. Hazırki işdə növbədənkənar vergi yoxlamasının keçirilməsinə əsas olaraq vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların aşkar edilməsi, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halları vergi orqanı tərəfindən sübuta yetirilməmişdir.
36. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə, müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər g örülmədikdə, işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır.
37. Məhkəmə kollegiyası ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsinin irəli sürülmüş məzmunda iddia tələbinin uğurluluq ehtimalını da şərtləndirdiyini nəzərə alaraq qeyd edir ki, əsas iddia tələbi üzrə inzibati aktın ləğvi üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcud olduğu halda, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasından asılı olmayaraq, qəbul edilmiş qərar inzibati icraat qaydalarının tələblərinə əsasən artıq formalhüquqi baxımdan qüsurlu hesab edilməlidir. Buradan, iddiaçının inzibati aktın icrasına yönələn hərəkətlərin dayandırılmasına (qadağan edilməsinə) dair hazırkı məzmunda ərizəsi əsas iddianın uğurluluq ehtimalına əsaslana bilər.
38. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, hazırkı halda mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisələndirilən inzibati aktın icrası dayandırılmadığı təqdirdə, hazırkı iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin əhəmiyyəti və zərurəti, o cümlədən vergi ödəyicisinin əsassız vergi yoxlamasına cəlb olunmasından müdafiə olunmaq imkanı aradan qalxdığından, eyni zamanda iş üz rə aparılmış ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalı nəzərə alınaraq iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri görülməli olduğuna dair apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. 39 Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-988/2021 saylı iş üzrə 24 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.