Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1046/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə və üzərindəki qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpa q sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2-1(105)-273/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən iddiaçıya sahibkarlıq fəaliyyəti üçün bələdiyyənin ehtiyat fondundan 0,17 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılmasının məqsədəmüvafiq olmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz r ayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 215/2 nömrəli rəy verilmişdir.
2. İddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2005-ci il tarixdə 3557 nömrə ilə qeydə alınmışdır.
3. İddiaçıya satılmış həmin torpaq sahəsinə dair Xaçmaz rayon Armudpadar bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarış tərtib edilərək bələdiyyə sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir.
4. Həmçinin həmin torpaq sahəsinə dair A 420688 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanaraq dövlət torpaq kadastr kitabında xx. xx.2012-ci il tarixdə 414 nömrə ilə uçota alınmışdır.
5. Həmin torpaq sahəsində iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsinin qanunauyğun hesab edilməsinə dair Xaçmaz rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən akt tərtib edilmiş, tikiləcək qeyri-yaşayış binasının layihəsi Xaçmaz rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş memarı tərəfindən təsdiq edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 321 nömrəli sərəncamı ilə iddiaçıya sözügedən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir.
6. Sözügedən torpaq sahəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış binasına (sahibkarlıq obyektinə) dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Mü fəttişliyinin nümayəndəsinin, layihəçi Xaçmaz rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin nümayəndəsinin və iddiaçının iştirakı ilə xx.xx.2021-ci il tarixli, Ö005132 nömrəli istismara hazırlıq aktı tərtib edilmişdir.
7. Xaçmaz rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 09/M nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədi ilə həmin qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Qeyd olunan sənəddə 1 mərtəbəli qeyri-yaşayış binasının ümumi sahəsi, tikinti sahəsi və həcmi göstərilmişdir.
8. İddiaçı sözügedən torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.
9. Cava bdeh xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Xaçmaz rayon Armudpadar bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0,17 ha torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. Əlavə olaraq, Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2005ci il tarixli, 04 nömrəli qərarı ilə əldə edilmiş 0,17 ha torpaq sahəsinə dair hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları İdarənin elektron məlumat bazasına daxil etdikdə həmin torpaq sahəsinin xəritə üzərində ümumi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğu və yeraltı İkinci Bakı su kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır.
10. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd edilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən mübahisəli daşınmaz əmlaka müayinə baxışı keçirilmişdir. Sözügedən torpaq sahəsinin İdarənin elektron baza məlumatlarına əsasən, ümumi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğu müəyyən edilmişdir, aparılmış müayinə zamanı aşkar olundu ki, tikinti layihə ilə qismən uyğun inşa olunmuşdur. Tikinti kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Torpaq sahəsinin plan-ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatlarına əsasən (plan-ölçü sənədində göstərilən koordinatlar faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarına uyğundur) Bakı su kəmərinin orta xəttinin şimal hissəsindən 10 metr, cənub hissəsindən isə 9,60 metr ara məsafədə yerləşir.
11. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd edilmişdir ki, elektron xəritə məlumatlarında sözügedən 0,17 ha torpaq sahəsinin Armudpadar bələdiyyəsinin mülkiyyətinə məxsus torpaqlara aid olduğu göstərilmişdir. Lakin sözügedən torpaq sahəsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respubli kası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemində park ərazisi kimi öz əksini tapmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı ilə ona sahibkarlıq məqsədi üçün ayrılmış 0,1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 192,7 kv.m, tikinti sahəsi 225,4 kv.m, həcmi 901,6 kub m olan 1 mərtəbəli sahibkarlıq obyektinə) onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, qanunu əsaslarla aldığı 0,17 ha torpaq sahəsinin faktiki 0,1590 kv.m olduğu aşkar edildikdən sonra, bunu nəzərə almaqla 0,1590 ha torpaq sahəsinə mülkiyyət sənədinin işlənilməsinə razılıq vermişdir. Torpaq sahəsi alınarkən həmin ərazidə hər hansı bir park mövcud deyildi. Qeyd olunan park bu yaxın vaxtlarda salınmışdır. Həmin ərazidə digər şəxslərin adına cavabdeh tərəfindən mülkiyyət sənədləri hazırlanaraq verilmişdir. Göründüyü kimi, cavabdeh onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyy ətində qalmışdır.
14. Cavabdehin iddiaya qarşı etirazı imtinaya uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən qeyri-yaşay ış binasına dair daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 13 dekabr 2022ci il tarixli, 2-1(118)-984/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 0,1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 192,7 kv.m, tikinti sahəsi 225,4 kv.m, həcmi 901,6 kub m olan 1 mərtəbəli sahibkarlıq obyektinə) iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Biri nci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında 1700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq rəy verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsi sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Cavabdehin imtinasında bildirdiyi Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyinin olmamasına dair gətirdiyi bütün arqumentlər əsassızdır. Belə ki, “X.Mustafaye vanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hü quqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir”. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edi lmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
17. Sözügedən torpaq sahəsinin yeraltı İkinci Bakı su kəmərinin mühafizə zonasında yerləşib-yerləşməsi ilə bağlı məhkəmə tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu göndərilmiş və həmin təşkilat tərəfindən sorğuya cavab olaraq torpaq sahəsi və qeyriyaşayış binasının BSK-2 magistral su kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi bildirilmişdir. Belə olan halda cavabdehin bu səpkidə gətirdiyi arqument əsassız olur.
18. Qeyd olunan ərazidə parkın salınması iddiaçıya torpaq sahəsinin ayrılmas ından 7 il sonra həyata keçirilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuların cavablarından məlum olmuşdur ki, Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən salınmış parkın ərazisi Xaçmaz bələdiyyəsinin inzibati ərazisində yerləşir və parkın salınması ilə bağlı nə Xaçmaz bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında, nə də ki, Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən parkın inşa edilməsi barədə müvafiq qərar qəbul olunmamışdır. Araşdırma nəticəsində o da məlum olmuşdur ki, elektron xəritədə parkın ərazisi kimi göstərilmiş ərazidə cavabdeh tərəfindən X1 və X2 mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Belə olduğu təqdirdə cavabdeh iddiaçıya münasibətdə etimadın qorunması prinsipini pozmuşdur. Azərbaycan Respublikas ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş Xaçmaz şəhərinin Baş Planından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 22 nömrəsi ilə baş planda qeyd olunan “İctimai İaşə və Xidmət Müəssisələri” kimi göstərilən ərazidə yerləşir. Başqa sözlə, mübahisə predmeti olan qeyri-yaşayış binasının Xaçmaz şəhərinin Baş Planında iaşə obyektləri və xidmət müəssisələri üçün nəzərdə tutulmuş ərazidə öz əksini tapması həmin qeyri-yaşayış binasının qanuni əsaslara söykənməsinə dəlalət edir. Müvafiq qurumlar həmin ərazini parkın ərazisi kimi elektron baza xəritəsinə yerləşdirərkən bununla bağlı müvafiq Fərmanın tələblərinə ciddi nəzarət etmiş olsaydılar, həmin ərazidə inşa edilmiş və bəzilərinin üzərində mülkiyyət hüquqla rı qeydə alınmış qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazini parkın ərazisindən ayırmış olardılar. Göründüyü kimi, müvafiq qurumlar elektron baza xəritəsini tərtib edərkən qeyd olunanları nəzərə almamışlar. Bu isə, elektron baza məlumatlarına sərbəst girişi olan cavabdehin iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi üçüncü arqumentin də əsassız olmasına dəlalət edir.
19. Hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyi, inşa edilmiş qeyri-yaşayış binasına dair daşınmaz əmlakın müayinəsinin keçirilməməsi ilə bağlı heç bir münasibətin bildirilməməsinə münasibətdə məhkəmə bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdehin inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə cavabdeh təşkilatın gətirdiyi dördüncü arqumentdə öz əhəmiyyətini itirmiş olur.
20. Həmçinin, məhkəmə qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatına alınmasına münasibətdə qeyd etməyi zəruri bilir ki, iddiaçının iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən müdaxilədən müdafiəyə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Xaçmaz rayon İcra Hakimiyyəti nəzdində qurulmuş komissiyanın razılığı ilə qeyri-yaşayış binasının eskiz layihəsi tərtib edilmiş, o cümlədən Xaçmaz rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.x x.2021-ci il tarixli, 09/M nömrəli obyektin tikintisinə icazədə qeyri-yaşayış binasının tikilib istismara verilməsi razılaşdırılmış və müvafiq komissiya tərəfindən razılaşdırılaraq akt tərtib edilmişdir. Cavabdeh təşkilat əsassız olaraq layihələrə uyğun iddiaçının tələblərini müsbət həll etmir. Yəni iddiaçı tərəfindən lazimi, bütün tələbləri yerinə yetirən rəsmi sənədlərin təqdim edilməsinə baxmayaraq, cavabdeh onun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Halbuki, İPM-in 14.2-ci maddəsinə əsasən cavabdeh torpaq sahəsi və qeyri-yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu təqdirdə cavabdehin imtinasında gətirdiyi arqumentlər əsassız olur.
21. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və i ddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zaur Məmmədov) 04 noyabr 2023-cü il tarixli, 2-1(105)-273/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmin inzib ati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan cavabdehin imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi (sənədlərin tam təqdim edilməməsi, rəy əlavə edilməməsi halları ilə bağlı) hallar iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd edilən torpaq sahəsinin BSK-2 magistral su kəmərinin mühafizə sonasından kənarda yerləşməsi halı müəyyən edilmişdir. Göründüyü kimi, qeyd edilən hal özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi (su kəmərinin mühafizə zonasında yerləşməsi ilə bağlı) halı təkzib edir.
24. Eyni zamanda, cavabdeh qeyd edilən torpaq sahəsinin ümumi istifadədə olan ərazidə yerləşməsi (park ərazisində) halına istinad etsə də, həmin hal da iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli rəyin məzmunundan görünür ki, həmin torpaq sahəsi bələdiyyə ehtiyat fondunun az yararlı torpaqlarına aid olmaqla, həmin torpaq sahəsinin satılması məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kimi, indiki halda qeyd edilən rəy qüvvədə olmaqla, həmin torpaq sahəsi ayrıldığı vaxt bələdiyyənin ehtiyat fonduna aid az yararlı torpaq sahəsi kimi çıxış etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş müayinə aktının məzmunundan da görünür ki, qeyd edilən torpaq sahəs i bələdiyyə mülkiyyətinə məxsus torpaqlara aiddir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən park ərazisi 2011-2012-ci illərdə inşa edilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsi iddiaçının adına ayrıldığı vaxt ümumi istifadədə olan, park ərazisi kimi mövcud olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən digər şəxslərə məxsus torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda isə, bu, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir. Qeyd edilən hallar özlüyündə cavabdehin apellyasiya şikay ətinin və imtinasının əsası kimi istinad etdiyi torpaq sahəsinin ümumi istifadədə olan park ərazisində yerləşməsi halını təkzib etməklə, həmin hal mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ mövcud olduğundan, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar müəyyən edilmədiyindən, həmin hissədə cavabdehin apellyasiya şikayəti və imtina dəlilləri əsassız olmuşdur.
25. Həmçinin, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması ilə bağlı hissədə qeyd edilməlidir ki, həmin əmlakın yerləşdiyi torpaq sahəsi iddiaçıya sahibkarlıq məq sədilə ayrılmaqla, indiki halda həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun mövcudluğu müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmin qeyri-yaşayış binasının tikintisinə icazə alınması, razılaşdırılmış layihənin tərtib edilməsi, istismara qəbul aktının tərtib edilməsi halı müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədlərinin mövcudluğu həmin əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda qeyd edilən qeyri-yaşayış binasına dair həmin sənədlərin mövcudluğu müəyyən edilmişdir.
26. Bununla yanaşı, məhkəmə araşdırması z amanı qeyd edilən əmlakın texniki vəziyyətinin və göstəricilərinin müəyyən edilməsi məqsədilə müayinəsi həyata keçirilməklə, buna dair mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Qeyd edilən mütəxəssis rəyinin məzmunundan görünür ki, həmin tikili layihəyə qismən uyğun inşa edilmiş, 2 nömrəli otağın uzunluq ölçülərində layihə ilə müqayisədə 5-30 sm azalma olması, bu səbəbdən otağın ümumi sahəsində 1 kv.m azalma olması, tikinti kommunikasiya xətlərinin mühafizə zolağına düşməməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, tikinti obyektinin ümumi sahəsi 192,7 kv.m, tikinti sahəsi 225,4 kv.m kimi qeyd edilmişdir. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən azalma otağın uzunluq ölçüsü (divarı) ilə bağlı olmaqla, qeyri-yaşayış binasının ümumi sahəsi ilə bağlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal həmin qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməmişdir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən indiki halda torpaq sahəsinin mülkiyyətçisi qismində çıxış edən iddiaçı şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa etdiyi müvafiq qeyri-yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan h üququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. t ikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyy at orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixti yarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasını n Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uy ğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə
17. Fiziki və ya hüquqi şə xslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlum at tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instan siyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlill ərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə q ərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsinə və üzərindəki qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün əsasların mövcudl uğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olu nur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edi lmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2-1(105)-273/2023 nöm