Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1047/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Fəxrəddin Səfərovun və nümayəndəsi xxxnın iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı onun veteranlığının bərpa edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2483/2018 saylı iş üzrə 07.11.2018ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 aprel 2019-cu i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə keçmiş xxx şəhərində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayışına əsasən İddiaçı 1991-ci ilin oktyabr ayının 9-dan 1994-cü ilin mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişdir. Tərtər rayon Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubuna əsasən 1963-cü il təvəllüdlü GƏÖMB-nun hərbi qulluqçusu olmuş İddiaçı barəsində hazırda Tərtər rayon Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayə t işi yoxdur. H3 seriyalı ******* nömrəli hərbi biletinə əsasən İddiaçı Goranboy-Ağdərə bölgəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində, 01.05.1992-ci il tarixdən - 01.09.1992-ci il tarixədək Goranboy-Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışına əsasən İddiaçı 01.05.1992ci il tarixdən - 01.09.1992-ci il tarixədək Ağdərə və Goranboy rayonlarının azad edilməsində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.05.1992-ci ildən - 01.10.1992-ci ilədək Goranboy və Ağdərə rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibədə iştirak etməsi ilə bağlı sənədlərinin olmasına baxmayaraq bir neçə dəfə Müdafiə Nazirliyinə mürac iət etmiş, lakin indiyə kimi müharibədə iştirakı ilə bağlı almalı olduğu “Müharibə veteranı” vəsiqəsini əldə edə bilməmişdir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı onun veteranlığının bərpa edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 24.07.2018-ci il tarixli iş № 2-1(81)-3194/2018, (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24.07.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Ape lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.11.2018-ci il tarixli iş № 2-1(103)-2483/2018 (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1(81)-3194/18 saylı iş üzrə qəbul etdiyi 24 iyul 2018-ci il tarixli qərarın ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiasının təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,o, könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1992-ci ilin may ayının 1-dən Goranboy rayonu X1 tərkibinə daxil olaraq 1992-ci ilin sentyabr ayının 1-dək döyüş əməliyyatlarında iştirak etmişdir. Onun döyüşən hərbi hissələrin tərkibində hərbi xidmət keçməyi faktı müvafiq sənədlərlə və şahid ifadələri ilə təsdiq olunur. 01.09.1991-ci il tarixində X3 ləğv edildi, onların N saylı hərbi hissənin tabeçiliyinə vermişdilər, sonradan onları tərxis etdilər. N saylı Taborun möhürü olmadığı üçün hərbi biletlərində qeydləri X1 qərargah rəisi yazdı, möhürü isə hərbi komissarlıq vurmuşdur. O heç vaxt N saylı hərbi hissədə hərbi xidmət keçməmişdir. Onun 1992-ci ilin may ayının 1-dən həmin ilin sentyabr ayının 1-dək Goranboy rayonu X1 tərkibində hərbi xidmətdə olmağı və hərbi əməliyyatlarda iştirak etməyi faktı həmin Tabor tərəfindən verilmiş arayışla da təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi həmin halları araşdırmamış və əsassız olaraq iş üzrə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarını formal mülahizələr əsasında ləğv etmişdir. İş üzrə apelyasiya instansiyası məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iza hatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 07.11.2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07.11.2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsixx da, cavabdehin vəkili F.Səfərovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07.11.2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,o, könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğr unda gedən döyüşlərdə iştirak etmək üçün 1992-ci ilin may ayının 1-dən Goranboy rayonu X1 tərkibinə daxil olaraq 1992-ci ilin sentyabr ayının 1-dək döyüş əməliyyatlarında iştirak etmişdir. Onun döyüşən hərbi hissələrin tərkibində hərbi xidmət keçməyi faktı müvafiq sənədlərlə və şahid ifadələri ilə təsdiq olunur. 01.09.1991-ci il tarixində X3 ləğv edildi, onların N saylı hərbi hissənin tabeçiliyinə vermişdilər, sonradan onları tərxis etdilər. N saylı Taborun möhürü olmadığı üçün hərbi biletlərində qeydləri X1 qərargah rəisi yazdı, möhürü isə hərbi komissarlıq vurmuşdur. O heç vaxt N saylı hərbi hissədə hərbi xidmət keçməmişdir. Onun 1992-ci ilin may ayının 1-dən həmin ilin sentyabr ayının 1-dək Goranboy rayonu X1 tərkibində hərbi xidmətdə olmağı və hərbi əməliyyatlarda iştirak etməyi faktı həmin Tabor tərəfindən verilmiş arayışla da təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi həmin halları araşdırmamış və əsassız olaraq iş üzrə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarını formal mülahizələr əsasında ləğv etmişdir. İş üzrə apelyasiya instansiyası məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır..Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərb aycan Respublikası “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinə görə, digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi, qanunvericiliyin imperativ tələbinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 8-ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində -Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (xxx və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonl arının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanla rı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üç ün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxa rışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Həmin qərarda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. “Mühar ibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, “Müharibə veteranı” adının və “Müharibə veteranı vəsiqəsi"nin verilməsi üçün şəxsin ezam olunduğu ərazidə döyüş əməliyyatlarında iştirak etməsi faktı yetərlidir ki, bu faktda müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müəyyən edilir. İşdə olan iddiaçıya məxsus hərbi biletdən görünür ki, iddiaçının xidmət etdiyi hərbi hissə tərəfindən aparılmamış, qeydlər hərbi komissarlığın möhürü ilə təsdiqlənmişdir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmə faktının hərbi komissarlıq tərəfindən verilmiş sənədlər əsasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah TəşkilatiSəfərbərlik İ darəsi tərəfindən verilmiş 26.10.2018-ci il tarixli 20/3247 nömrəli məktubuna əsasən Təşkilati-Səfərbərlik İdarəsində olan məlumatlara əsasən Goranboy rayon Ərazi Müdafiə taboru Müdafiə Nazirinin 01 may 1992-ci il tarixli 0156 nömrəli əmri ilə ləğv edilmiş və N nömrəli hərbi hissənin tərkibinə verilmişdir. Göründüyü kimi, iddiaçının tərkibində iştirak etdiyi Goranboy rayon X2 01.05.1992-ci il tarixdə artıq ləğv edildiyindən iddiaçının 01.05.1992-ci ildən - 01.09.1992-ci ilədək adıçəkilən özünümüdafiə taborunda iştirakı qeyri-mümkün idi. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 07.11.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2018-ci il tarixli 2-1(103)2483/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1047/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1047/2019
02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver