Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1047/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı-nin cavabdehlər X9, Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan QSC-nin “Bank Standart" Kommersiya Bankına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mümkünsüz iddia; iddia qaldırmağa subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili Vəkil, Cavabdeh X7 vəkili (nümayəndəsi) X8, Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5, Cavabdeh2 vəkili X6 iştirak ları ilə, İddiaçı İddiaçı-nin cavabdehlər X9, Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan QSC-nin “Bank Standart" Kommersiya Bankına qarşı “pul vəsaitlərinin tutulması və həmin pul vəsaitinin bankda açılan başqa hesaba köçürülməsi” tələblərinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli 2-1(103)-2598/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Maliyyə X2 ərizəsi təmin edilmiş, QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığo rtalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X11 ilə QSC “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 5403 saylı və digər VİP depozit müqavilələr üzrə banka mədaxil edilmiş 44.227.238,35 ABŞ dolları məbləğində pul vəsaitinin X7 adına olan hesabdan çıxarılması, həmin hesabın VR Energie GmBH maliyyə fondlarının əsasında yaradılmış X10 Closed Users NetWork Humanitar Fondunun Azərbaycan regionu üzrə rəhbəri X4 adına başqa etibarlı Banka – Kapital Banka keçirilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Şirkət tərəfindən X9 verilmiş etibarnaməyə əsasən o, QSC “Bank St andard” Kommersiya Bankı ilə xx xxxxxx 2010-cu il tarixdə 5403 saylı VİP depozit müqaviləsi bağlamışdır. Bundan sonra onun adına xx xxxxxx 2010-cu il tarixdə 577.680,11 ABŞ dolları və bundan sonra bağlanılan digər müqavilələr nəzərə alınmaqla cəmi 44.277.238,35 məbləğində pul vəsaiti depozitə qoyulmuşdur. Qeyd olunan pul vəsaiti humanitar məqsədlə istifadə edilməsi üçün nəzərdə tutulduğundan sonradan həmin vəsait Azərbaycan regionu üzrə VR Energie GmBH maliyyə fondlarının əsasında yaradılmış X10 Closed Users NetWork Humanitar Fondunun həmin region üzrə rəhbəri X4 bankda açılacaq hesabına yönəldilməli idi. Lakin Cavabdeh3 etibarnaməyə əsasən onun üzərinə qoyulmuş öhdəliyi - 44.227.235,35 məbləğində pul vəsaiti olan hesabın idarə edilməsi üçün iddiaçının göstərişlərinə əsasən Eldar Məhərrəmo vun adına əlavə etibarnamə verilməsini icra etməmişdir. Həmin məbləğdə pul vəsaiti bankda VİP depozitdə olarkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanmışdır. Eyni zamanda məhkəmənin həmin qərarı ilə adı çəkilən bankın ləğvedicisi kimi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. İddiaçı, nümayəndəsi Cavabdeh3 vasitəsilə QSC “Bank Standard” Kommersiya Bankı ilə xx xxxxxx 2010-cu il tarixdə bağlanmış 5403 saylı və digər VİP depozit müqavilələr üzrə mədaxil edilmiş 44.227.235,35 ABŞ dolları məbləğində pul vəsaitinin VR Energie GmBH maliyyə fondlarının əsasında yaradılmış X10 Closed Users NetWork Humanitar Fondunun Azərbaycan regionu üz rə rəhbəri X4 bankda açılacaq hesabına köçürülməsi barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, müraciəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2598/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi x izahatında bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüquqları mövcud deyil. Lakin mövcud qanunvericiliyə “Banklar haqqında” Qanunun 42.1 maddəsinə əsasən, banka külli miqdarda pul keçirən fiziki şəxsdən bankın nümayəndəsi həmin pul vəsaitinin mənbəyi barədə məlumat tələb etməli və ona verilmiş məlumatları maliyyə monitorinqi orqanına təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə əsaslandırmağa borcludur. İPM-in 12.2, 12.4-cü maddələrinə əsasə n, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Proses iştirakçıları tərəfindən hər hansı bir sübutun məhv edilməsi və ya gizlədilməsi, yaxud hər hansı bir üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Məhkəmə, iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüququnun olmamasını bildirən cavabdeh bankın nümayəndəsindən 44 milyondan artıq ABŞ dolları məbləğində pul vəsaitini qəbul edən bankın Cavabdeh3 həmin pulun mənbəyi barədə aldıqları və maliyyə mo nitorinqi orqanına təqdim etdikləri məlumatı tələb etməklə həmin pulun mənbəyinin hazırkı iş üzrə iddiaçı olduğunu müəyyən edə bilərdi ki, bunu etməmişdir. İPM-in 62-ci maddəsinə əsasən, məhkəmə bildirişi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə ən azı 10 gün qalmış proses iştirakçısına təqdim edilməlidir. Lakin məhkəmə Cavabdeh3 məhkəmə iclasında iştirakının vacibliyini, onun iddia ərizəsində göstərilənləri qəbul edib-etməməsini və beləliklə, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmasına aydınlıq gətirilməsi üçün onun məhkəmə iclasında iştirakını təmin etmədən, məhkəmə iclasını təxirə salmadan, Cavabdeh3 barədə cərimə tətbiq etmədən qərar qəbul etmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, “iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlarının ol ub-olmaması araşdırılarkən fiziki şəxs Cavabdeh3 adına kreditor tələbi kimi qeydə alınmış 44.227.238,35 ABŞ dolları məbləğində vəsaitin iddiaçıya aid olunmasına dair hər hansı bir sübut işin materiallarına əlavə edilməmişdir.”. Lakin işə əlavə edilmiş iddiaçı Şirkətin Prezidenti Reitenbax Valentinin etibarnaməsindən görünür ki, məhz o, Azərbaycan Respublikasında və dünyanın digər regionlarında humanitar məqsədlərlə istifadə üçün iddiaçı kimi əməkdaşı - məsləhətçi Cavabdeh3 50.000.000 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasının Bakı şəhərindəki üstün banklardan birində öz hesabına keçirməsi, sonra isə həmin vəsaitlərin idarə edilməsi üçün iddiaçının rəhbərlik etdiyi qurumun Azərbaycan üzrə rəhbəri Eldar Məhərrəmovun adına açılacaq hesaba yönəltməsi barədə Cavabdeh3 üzəri nə öhdəlik qoymuş, lakin öhdəlik tam yerinə yetirilməmiş Cavabdeh3 44.227.235.35 ABŞ dolları məbləğində pul vəsaitini Eldar Məhərrəmovun adına keçirtməmiş, öz hesabında saxlamış, bu barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmənin qərardadında həmçinin göstərilmişdir ki, “müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür və Cavabdeh3 tərəfindən QSC “Bank Standard”xxxx”. Lakin Şirkətin rəhbəri V.Reitenbaxın respublika rəhbərliyinə ünvanladığı müraciətində də qeyd edilmişdir ki, sosial məqsədlər üçün ayrılmış 50 milyon ABŞ dolları məbləğində məqsədli kapital, qurumun Azərbaycan üzrə rəhbəri E.Məhərrəmovun şəxsi hesabına köçürülməli olsa da, onun şəxsi mülkiyyəti kimi qəbul edilməməlidir, bu vəsait kommersiya yox, əvvəlcədən həm dünyanın bütü n ölkələrində, həm də prioritetli olan Azərbaycan Respublikasında sosial məqsədlər üçün yaradılmışdır, istiqraz, kredit və ya investisiya deyildir və kommersiya, siyasi məqsədlər daşımır. İddiaçı kreditor qismində yox, nəcib niyyətlə, ianəçi kimi fəaliyyət göstərən təşkilatdır, məqsədi - Azərbaycan üzrə nümayəndəsi E.R.Məhərrəmov vasitəsilə Azərbaycan Respublikasında mövcud olan problemlərin - işsizliyin aradan qaldırılması, onlara müavinətin verilməsi, əmək haqqının artırılması, tibb müəssisələrinin yeni, müasir tibbi avadanlıqlarla təchiz edilməsi, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, gələcəkdə köçkünlərin öz yerlərinə qayıdarkən onların evlə təmin olunması, sosial-məişət obyektlərinin tikilməsi, mövcud olan və yarana biləcək digər problemlərin həllidir. Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3 bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Lakin məhkəmə bunu etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh2 vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qə rardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh X7 vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələr i). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlə rin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci madd əsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması araşdırılarkən müəyyən edilmişdir ki, fiziki şəxs Cavabdeh3 adına kreditor tələbi kimi qeydə alınmış vəsaitin iddiaçıya aid olmasına dair hər hansı sübut təqdim olunmamışdır. İddiaçının Cavabdeh3 adına verilmiş etibarnaməyə istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddia ərizəsində istinad edilən depozit müqaviləsində müqavilənin tərəfi kimi iddiaçı deyil, Cavabdeh3 göstərilmiş, həmin şəxsin bilavasitə öz adından hərəkət etdiyi qeyd edilmişdir. Digər tərəfdən, cavabdeh bankın ləğvedicisinin təqdim etdiyi yazılı məlumatlardan da göründüyü kimi, depozit hesabı da məhz Cavabdeh3 adına açılmış, depozitin sahibi kimi həmin şəxs göstərilmişdir. İddiaçının adından hər hans ı vəsaitin banka yerləşdirilməsi barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. Beləliklə, cavabdeh bankın iddiaçı qarşısında hazırkı məzmunda öhdəliyi olmadığından, iddiaçı onun hüququnun həmin cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz. İddiaçı ilə bilavasitə Cavabdeh3 arasındakı münasibətlərə, iddiaçı tərəfindən Cavabdeh3 adına verilmiş etibarnamədə təsbit olunmuş səlahiyyət və tapşırıqlara istinada gəldikdə, həmin səlahiyyət və tapşırıqlardan irəli gələn - vəkalət verən ilə vəkalət alan arasındakı münasibətlər mülki-hüquqi xarakterli olmaqla, inzibati hüququn nizamasalma predmeti deyil. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasə n, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2598/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-1(102)-1047/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1047/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver