Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1047/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: texniki pasportun dəyişdirilməsi, iddia tələbinin dəqiqləşdirilməsi, məhkəmənin yardımetmə vəzifəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədli Bəhram Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin vəkili X2, üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3, vəkili Vəkil1 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 115 saylı tam orta məktəb, bundan sonra üçüncü şəxslər) “texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-17/2021 saylı, 5 mart 2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxslərin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 09.03.2017-ci il tarixli sərəncamına əsasən iddiaçının 30.01.2017-ci il tarixli müraciəti və Azərbaycan Sənaye və Ticarət Şirkətinin 23.01.2017-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən (icarə əsasında) torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. 2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03.05.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 09.03.2017-ci il tarixli sərəncamına və 03.04.2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küç əsində yerləşən 1201 kv.metr torpaq sahəsi iddiaçıya 49 il müddətinə icarəyə verilmişdir.
3. Cavabdehin 14.03.2018-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportuna əsasən həmin məktəbin torpaq sahəsi 10217,8 kv.m, açıq torpaq sahəsi 1860,8 kv.m, asfalt örtüklü sahə 3000 kv.m, yaşıllıq sahəsi 2000 kv.m göstərilmişdir, texniki pasportdakı təsnifata əsasən məktəbin ərazisində su anbarı, iki məktəb binası, 2 birmərtəbəli tikili, idman meydançası, dəmir barmaqlıqlı daş hasar, daş hasar və metal darvaza göstərilmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanmış 23.05.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti,183 ünvanda yerləşən 115 saylı orta məktəbə texniki pasport reg istr məlumatları əsasında hazırlanmışdır və texniki pasportda “İ” literlə işarələnmiş su anbarı məktəbin balansında göstərilmişdir. İddiaçının iddia etdiyi ərazidə məktəbə məxsus və balansında olan su anbarı yerləşir. Bundan başqa sənədlər toplusuna Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 09.03.2017-ci il tarixli sərəncam əlavə olunmamış və sözügedən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi aşkar edilməmişdir. Odur ki, iddiaçının 115 saylı tam orta məktəb üçün yeni texniki pasportun tərtib edilməsi haqqında ərizəsinin icra edilməsi mümkün olmamışdır.
5. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17/23 nömrəli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsini n ayrıc aktı”na əsasən iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti başçısının 09.03.2017-ci il tarixli sərəncamı əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində 0,1429 hektar torpaq sahəsi yaşayış binasının tikintisi üçün ayrılmışdır, ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi Şimaldan M.Davudoğlu küçəsi, Şərqdən, Cənubdan və Qərbdən tikililər ilə əhatə olunmuşdur.
6. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13248 saylı inşaat pasportuna əsasən həmin inşaat pasportu iddiaçının sifarişi əsasında ünvan 3 ünvanda yerləşən yaşayış binası ilə bağlı hazırlanmışdır, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, X10 Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza İdarəsi, "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB, “Bakı Telefon Rabitəsi” İB, "xxxx" ASC ilə razılaşdırmalar aparılmışdır. İnşaat pasportuna əsasən torpağın sahəsi 0,1429 ha təşkil edir, sahə şimaldan M.Davudoğlu küçəsi, cənubdan, qərbdən və şərqdən qonşu ərazilər ilə əhatə olunmuşdur. Sahədə tikililər vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 8 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş 26.02.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 09.03.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində iddiaçıya yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və şəhərsalma əsaslandırılması tətbiq edilmişdir. Qeyd olunan sərəncam verilərkən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.01.2017-ci il tarixli məktubu nəzərə alınmış, həmçinin sonradan Fövqəladə Hallar Nazirliyinin 18.07.2017-ci il tarixli rəyi ilə yuxarıda qeyd olunan ərazidə yaşayış binasının işçi layihəsi üçün bütün işlərin icrası Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında MMC-yə qanuni əsaslarla yaş ayış binasının inşası üçün ayrılmış torpaq sahələrinin cizgisi dəqiq koordinatlar əks olunan ayrıc aktı ilə tərtib olunmuşdur. Bütün bu sənədləşmələr 2017-ci il ərzində baş vermişdir, amma qonşuluqda yerləşən 115 saylı tam orta məktəb qanunsuz olaraq cavabdehə müraciət edərək MMC-yə qanuni əsaslarla ayrılmış torpaq sahəsinin bir hissəsinin məktəbin ərazisi kimi göstərilməsinə və bu barədə texniki pasportun tərtib olunmasına nail olmuş və 26 fevral 2018-ci il tarixli texniki pasport əldə etmişdir. Texniki pasportu əldə edəndən sonra 115 saylı tam orta məktəb MMC-yə yaşayış binasının tikintisinin aparılmasına mane olur. Hətta bir neçə dəfə MMC-yə texnika gətirilsə və tikintiyə başlanılmasına cəhd göstərilsə də, 115 saylı tam orta məktəbin rəhbərliyi tikintinin başlanmasına imkan verməmişdir. Bu azmış kimi qeyd olunan torpaq sahəsinin məktəbə aid olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə 30 mart 2018-ci il tarixli məktubla müraciət olunmuşdur. İddiaçıya sözügedən ərazidə yaşayış binasının tikintisinə icazə verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş, həmin ərazinin koordinatlarının müəyyən olunması məqsədilə tərtib olunmuş ayrıc aktı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunarkən həmin ərazinin nəinki 115 saylı orta məktəb, hətta hər hansı bir üçüncü şəxsin istifadəsində olmaması, ümumiyyətlə ərazinin boş olması müəyyən olunmuşdur. Tikintinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Baş Şəhərsalma idarəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair 3 aprel 2017-ci il tarixli inşaat pasp ortunda da mövcud olan sənədlərdən biri ərazinin kosmik fotoşəkilində də torpaq sahəsinin cizgiləri qırmızı xətlə işarə olunarkən 115 saylı tam orta məktəbə məxsus torpaq sahəsinin sərhədləri də əks olunmuşdur. Qeyd olunan ərazidə transformator yerləşir, bu isə mülki hüquqda yüksək təhlükə mənbəyidir. Transformatorun da məktəbin sahəsində yerləşməsi qeyrimümkündür. Bu da bir daha təsdiq edir ki, həmin ərazi qanunsuz olaraq məktəbin ərazisi kimi qeydə alınmışdır. Cavabdehin 23 may 2018-ci il tarixli məktubunda “İ” literlə işarələnmiş su anbarının məktəbin balansında olması qeyd olunmuşdur ki, bu da reallığı əks etdirmir. Çünki məktəbin ərazisində su anbarı mövcuddur. Həmin su anbarı da məktəbin ərazisinin digər qonşularla sərhəd olan hissəsində yerləşir. Məktəbin iki su anbarının olması i sə mümkün deyildir. Digər bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin mart ayında sərəncam verilmişdir ki, əgər həmin torpaq sahəsi üzərində hər hansı bir üçüncü şəxslərin hüquqları öz əksini tapsaydı Bakı şəhər İcra Hakimiyyəti qeyd olunan torpaq sahəsini icarəyə verməzdi, verilsəydi belə həmin sahəyə dair ayrıc aktında 115 nömrəli tam orta məktəbin və ya hər hansı başqa üçüncü şəxslərin hüquqları qeyd olunardı. Məhz həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlandıqdan və mövcud bütün sənədləşmələr aparıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 30 mart 2018-ci ildə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında cavabdeh tərəfindən 115 saylı tam orta məktəbə qanunsuz olaraq yeni texniki pasport verilmişdir.
9. Cavabde hin ünvan 4 ünvanda yerləşən 115 saylı tam orta məktəbə dair texniki pasportun verilməsinə əsas qismində məhkəməyə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (qeydiyyat N 7678) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarış təqdim edilmişdir. Həmin registrdən çıxarışda Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda Bakı şəhəri üzrə Təhsil İdarəsinin balansında olan daşınmaz əmlak kimi 115 nömrəli tam orta məktəbin binası, idman meydançası, qazanxana binası, su anbarı, yaşıllıq örtüklü sahə (2000 kv metr), məktəb binası, gözətçi binası, su anbarı, ərazinin hasarı, asfalt örtüklü sahə (3000 kv metr), ərazinin ümumi torpaq sahəsi (10217,8 kv metr) göstərilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1( 81)-3069/2018 saylı iş) 19 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş 26.02.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər - müvafiq icra hakimiyyətinin torpağın ayrılması barədə sərəncam, icarə müqaviləsi, torpağın sənədlərini müəyyən edən ayrıc aktı, ayrılmış torpaq sahəsinin cizgisi mövcuddur. Lakin üçüncü şəxs 115 saylı tam orta mək təbə mübahisəli torpağın ayrılması haqqında qərar (sərəncam), müqavilə, ayrıc aktı, torpaq sahəsinin cizgisi məhkəməyə təqdim edilməmiş, belə bir sənədlərin mövcud olması bildirilməmişdir. Habelə torpağın 115 saylı tam orta məktəbə məhkəmənin mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü və qanunvericiliklə müəyyən edilmiş digər yollarla keçməsi də iş materialları ilə təsdiqlənmir. Eyni zamanda məhkəmədə işə baxılan zaman 3-cü şəxslərin mübahisəli torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət İdarəsinin hazırladığı 14.03.2018-ci il tarixli, 11/6063 inventar nömrəli və **********42-12101 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportu registr məlumatları əsasında hazırlanmışdır, lakin həmin registr məlumatlarının əsaslandığı mübahisəli torpaq sahəsinin 115 saylı tam orta məktəbə verilməsinə dair sənədlər (torpağın sahəsinin ayrılması barədə sərəncam xarakterli sənəd, ayrıc aktı, torpaq sahəsinin koordinatları, plan və s.) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi registr məlumatlarında isə göstərilən torpaq sahələrinin heç birinin koordinatları göstərilməmişdir. Bundan başqa həmin registr məlumatlarını məhkəmə mötəbər sübut hesab etmir. Belə ki, registr məlumatlarında məktəbin ərazisində su anbarının yerləşməsi göstərilsə də məhkəmə yerində baxış zamanı məktəbin ərazisində su anbarının texniki pa sportda göstərildiyi yerdə su anbarının olmasını müəyyən etməmişdir. Məhkəmə mübahisəli əraziyə yerində baxış keçirərkən müəyyən etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə 115 saylı tam orta məktəbin ərazisi arasında elektrik yarımstansiya obyekti və sahibi məlum olmayan tikili yerləşir. İddiaçının mübahisələndirildiyi texniki pasport iddiaçıya torpaq sahəsi ayrıldıqdan sonra tərtib edilmişdir, yəni ilkin olaraq torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədlər iddiaçı üçün tərtib edilmişdir.
12. Cavabdeh və üçüncü şəxslər həmin qərardan apelyasiya şikayətləri verərək qərarın ləğv edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)726/2019 saylı 03.09.2020-ci il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə icraat, 2-1(81)1547/2019 saylı iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb qurtaranadək dayandırılmışdır. 14. 23 fevral 2021-ci il tarixində iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
15. Ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDX yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı MMC) sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2020 saylı qərardadı ilə təmin olunmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-17/2021 saylı 25.02.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir.
17. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X9-məruzəçi, X5 və X12, 2-1(103)-17/2021 saylı iş) 5 mart 2021-ci il tarixli qərarla cavabdeh və üçüncü şəxslərin apelyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
18. Cavabdeh və üçüncü şəxslər 29 mart 2021-ci il tarixdə qərarın surətini almışlar, üçüncü şəxslər 27 aprel 2021-ci il, cavabdeh 28 aprel 2021-ci tarixdə kasasiya şikayətləri verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətlərinin və ona qarş ı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri
19. Cavabdehin apelyasiya şikayətinin əsaslarına görə iddiaçı tərəfindən iddia olunan ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183) 115 saylı orta məktəbə məxsus və onun balansında olan su anbarı yerləşir. Belə ki, 115 saylı orta məktəbin adına tərtib edilmiş texniki pasport registr məlumatlarına əsasən tərtib edilmişdir və sözügedən texniki pasportda “İ” literlə işarələnmiş su anbarı məktəbin balansında göstərilmişdir.
20. Həmçinin, iddiaçı tərəfindən iddia olunan müvafiq torpaq sahəsi dövlət əmlakıdır və bu səbəbdən də dövlət əmlakı kimi yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə özgəninkiləşdirilə bilər. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə və həmin qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 382 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmişdir.
21. Üçüncü şəxslərin kasasiya şikayətinin əsaslarına görə apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun mövqeyini müəyyənləşdirərkən Mülki Məcəllənin 140-cı maddəsinin (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) tələblərini nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin qeyd olunan maddəsində göstərilir ki, “Reyestrin məzmununun qeyri-dəqiqliyi s übuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”
22. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi dövlət reyestrinin məzmununun həqiqiliyi prezumpsiyasını pozaraq, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, ayrıc aktı, müqavilə və sair) əsasında daşınmaz əmlakın reyestr məlumatlarının həqiqiliyini şübhə altına almışdır.
23. Apellyasiya instansiya məhkəməsi, həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra məqamları tam və hərtərəfli araşdırmamış, işlə bağlı bəzi məqamlara lazı mi diqqət ayırmamışdır. Belə ki, 115 nömrəli tam orta məktəbin 1966-cı ildən fəaliyyət göstərdiyini və mübahisəli torpaq sahəsinin həmin vaxtdan məktəbin ərazisi olması məhkəmə tərəfindən nəzərə alınmamış və bu halın araşdırılması, o cümlədən müvafiq arxiv sənədlərinin əldə olunaraq onlara hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlər görülməmişdir. Bununla yanaşı məhkəmə, iddiaçının mübahisəli torpaq sahəsini bina tikintisi məqsədilə istifadə etmək istədiyini bilə-bilə azyaşlı uşaqların da təhsil aldığı məktəbin ərazisində hündürmərtəbəli bina tikintisinin təhlükəsizlik baxımından mümkünlüyü məsələsini araşdırmamış, əvəzində həmin sahədə hazırda mövcud olan elektrik transformatorunun yüksək təhlükə mənbəyi kimi məktəb ərazisində yerləşməsini qeyri-mümkün hesab edərək bu faktı həmin sahən in məktəbə aid olmadığını təsdiq edən hal kimi qiymətləndirmişdir. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
26. Üçüncü şəxslərin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
27. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs Bakı şəhəri 115 saylı tam orta məktəb məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Be lə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-). 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. (-). 2
9. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” (-).
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatlar ın məcmusu olan informasiya sistemidir. (-).
9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Yeni yaradılmış (inşa edilmiş, qurulmuş və s.) və yaxud əldə edilmiş (alqı-satqı, bağışlama və s.) daşınmaz dövlət əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra müvafiq Registrdə qeydə alınır. (-).
15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).
30. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşd ırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməs i üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılmas ı üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
31. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
34. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş 26.02.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla texniki pasportun dəyişdirilməsini xahiş etmişdir.
35. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 09.03.2017-ci il tarixli, 102 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində ona yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və şəhərsalma ə saslandırılması tətbiq edilmişdir. Sərəncam əsasında qanuni əsaslarla yaşayış binasının inşası üçün ayrılmış torpaq sahələrinin cizgisi dəqiq koordinatlar əks olunan ayrıc aktı tərtib olunmuşdur. Bütün bu sənədləşmələr 2017-ci il ərzində baş vermişdir, amma qanuni əsaslarla ayrılmış torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən 26 fevral 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportda 115 saylı tam orta məktəbin ərazisi kimi göstərilmiş, nəticədə tikinti aparmaqda problemlər yaranmışdır.
36. Cavabdeh və üçüncü şəxsin şikayətlərinin dəlillərinə görə iddiaçı tərəfindən iddia olunan ərazidə 115 saylı orta məktəbə məxsus və onun balansında olan su anbarı yerləşir, məktəbin adına texniki pasport registr məlumatları əsasında tərtib olunmuşdur. Məhkəmə mübahisə ilə bağlı ekspertiza keçirmə mişdir. 115 saylı məktəbin 1966-cı ildən fəaliyyət göstərməsi və mübahisə olunan torpaq sahəsinin həmin vaxtdan məktəbin ərazisi olmasını məhkəmə nəzərə almamışdır.
37. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
38. Bina, tikili və torpaq sahəsi ilə bağlı texniki pasportun tərtib edilməsi səlahiyyəti cavabdehə məxsusdur.
39. İddia tələbi cavabdeh tərəfindən orta məktəbə verilmiş texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin texniki pasportdan çıxarılması və texniki pasportun dəyişdirilməsi barədədir.
40. Birinci instansiya məhkəməsinin 6 sentyabr 2018-ci il tarixli iclas protokolunda sədrlik edən iddia tələbinin dəqiq göstərilməsi və dəqiqləşdirilməsi zərurətini bildirmiş, iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barəd ə ərizəni növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. 41. 12 sentyabr 2018-ci il tarixdə məhkəmədə qeydə alınan ərizədə iddiaçı cavabdehin dəyişdirilməsini xahiş etmiş, iddianın predmeti ilə bağlı ərizə verməmişdir.
42. Mübahisə torpaq sahəsi ilə bağlıdır, iddia tələbi üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsinin bir hissəsinin texniki pasportdan çıxarılması barədədir. İddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
43. Lakin iddiaçı tələbində torpaq sahəsinin hansı ölçüdə, üçüncü şəxsə məxsus texniki pasportda göstərilən torpaq sahəsinin hansı hissəsində texniki pasportda dəyişiklik edilməsini göstərməmiş, apelyasiya məhkəməsi də texniki p asportun torpaq sahəsinin hansı hissəsi və nə qədər sahə üzrə dəyişdirilməsinə münasibət bildirməyərək İPM-in 13 və 48.1-ci maddələrinin tələblərinə uyğun olaraq aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında, bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasında proses iştirakçılarına yardım etməmişdir.
44. İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış 3 may 2017-ci il tarixli icarə müqaviləsində icra hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamına və 3 aprel 2017-ci il tarixli 13248 saylı inşaat pasportuna istinad edilərək Binəqədi ray onu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən icarəyə verilən torpaq sahəsi 1201 kv.m göstərilmişdir.
45. İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktında və inşaat pasportunda eyni ünvanda yaşayış binasının tikintisi üçün ayrılan torpaq sahəsi 0,1429 ha göstərilmiş, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 9 mart 2017-ci il tarixli 102 saylı sərəncamında isə icarə əsasında torpaq sahəsindən bəhs olunmuşdur.
46. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin 1201 kv.m, yoxsa 0,1429 ha olması barədə araşdırma aparmamışdır.
47. Birinci instansiya məhkəməsinin tərtib etdiyi 26 noyabr 2018-ci il tarixli məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokolda göstərilmişdir ki, məktəbin ərazisinə baxış keçirilərkən iddiaçıya ayrılmış t orpaq sahəsi hasara alınmış, həmçinin torpaq sahəsinin mübahisəli hissəsində iddiaçıya ayrılmış torpaq sahəsi ilə 115 saylı tam orta məktəbin ərazisi arasında elektrik yarımstansiya obyektinin və sahibi məlum olmayan tikililərin olduğu müşahidə edilmişdir.
48. Apelyasiya məhkəməsi aparılan baxışla bağlı araşdırma aparmamış, mübahisəyə tam aydınlıq gəlməsi üçün faktiki yerləşmə ilə bağlı mütəxəssis tərəfindən cizgi-sxem çəkilməməsinə, elektrik yarımstansiya obyektinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə 115 saylı orta məktəbin ərazisi arasında yerləşməsini hansı ilkin sənədlər əsasında müəyyən edilməsinə, baxış zamanı elektrik yarımstansiyasının və sahibi məlum olmayan tikililərin 115 saylı orta məktəblə bağlı tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin sərhədləri daxilind ə olub-olmamasına, həmçinin cavabdehin nümayəndəsinin baxışda iştirak etməməsinə münasibət bildirməmişdir.
49. Cavabdeh bildirir ki, 115 saylı orta məktəblə bağlı texniki pasport reyestrdən çıxarış əsasında tərtib edilmişdir.
50. Registrdən çıxarışda 25 yanvar 2018-ci il tarixli ştamp, texniki pasportda 14 mart 2018-ci il tarixli ştamp vurulmuşdur.
51. Registrdən çıxarışda 115 saylı məktəbin ərazisində yerləşən ayrı-ayrı tikililərin sahəsi, həmçinin ümumi torpaq sahəsi olaraq 10217.8 kv.m göstərilmişdir.
52. İşin 1-ci cild 100-115-ci səhifələrində olan sənədlərdə məktəbə aid bina və qurğuların adı, sahələri və yerləşmə vəziyyəti ətraflı şərh edilmiş, ərazinin ümumi torpaq sahəsi 10217.8 kv.m qeyd edilmiş, torpaq sahəsinin təsnifatı bölməsində isə torpaq ayırma sənədləri üzrə qrafada xətt çəkilmiş, yəni torpaq ayırma sənədləri üzrə torpaq sahəsi göstərilməmiş, faktiki istifadə qrafasında isə 1.02178 göstərilmişdir.
53. Apelyasiya məhkəməsi registrdən çıxarışın hansı ilkin hüquqi sənədlər əsasında verilməsini, 115 saylı orta məktəbin ərazisini əks etdirən mübahisə olunan hissədə olan torpaq sahəsinin həqiqətən iddiaçıya icarəyə verilən torpaq sahəsi olmasını müəyyən etməmiş, mütəxəssis və ekspert rəyinin alınmasının zəruriliyini müzakirə etməmiş, registrdən çıxarış tərtib edilərkən mübahisə olunan torpaq sahəsinə aid hissədə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin tələblərinə əməl olunmasını yoxlamamışdır.
54. Bəhs olunan halların müəy yən edilməsi işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
55. Odur ki, kasasiya şikayətləri təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
56. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayətlər iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
57. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-17/2021 saylı 5 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar qətidir.