Məhkəmə qərarları › İş №2-1(102)-1047/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1047/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1047/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-177/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sabiq hərbi qulluqçu iddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.2010-cu il tarixədək cavabdeh inzibati orqanda müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək DSX rəisi SQ komandanının sərəncamında olmuşdur. xx.xx.2011-ci il tarixdə sərəncamdan qaytarıldıqda isə daha az maaşlı vəzifəyə, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifəsi nə təyin olunmuşdur. 2. xx.xx.2011-ci il tarixdə az maaşlı vəzifəyə keçirilərkən iddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.N-ci il tarixinədək Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı dövrdə xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək (2 ay N gün) N saylı hərbi hissəsində könüllü olaraq, sıravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyini, həmin dövrün əsassız olaraq xidmət illərinə hesablanmamasını, nəticədə pensiya təminatı hüququnun (bax 20-ci bəndə) pozulduğunu iddia edir.

3. İddiaçı cavabdehə müraciət edərək, yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya 27 may 2019-cu il tarixli, 4/17-464 nöm rəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, müraciətə əlavə edilmiş sənədlər (arayışlar, epikriz və s.) əsasında N-ci ilin may-noyabr aylarında Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olduğuna dair məlumatların Dövlət Sərhəd Xidmətinə göndərilməsinə dair Müdafiə Nazirliyinin arxivinə dəfələrlə sorğu ünvanlansa da, həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməyi və siyahıdan çıxarılmağı barədə hərbi hissə komandirinin müvafiq əmrləri mövcud olmadığından göstərilən ayların pensiya təminatında nəzərə alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, son olaraq xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək N saylı hərbi hissəsində könüllü olaraq, sıravi əsgər qismində həqiqi hərbi xidmət keçdiyi ümumi müddətin 2 ay 23 gününün uzun müddət xidmət illərinin üzərinə əlavə edilməsi və bunun nəticəsində xx.xx.2011-ci il tarixində səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi zaman yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu səbəbindən əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması və yeni tərtib edilmiş məlumat vərəqəsinin pensiya məbləğinin yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi üzrə öhdəliyinin cavabdehin üzərinə qoyulm asını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixindən xx.xx.N-ci il tarixinədək Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil almış, Azərbaycan Respublikasının MN-nin N saylı hərbi hissəsinin Ucar rotasının şəxsi heyətinin sıralarına könüllü olaraq sıravi əsgər qismində həqiqi hərbi xidmətə yazılmış, N-ci ilin iyun ayının 20-dən 21-nə keçən gecə Ağdərə rayonun Madagiz kəndinin üst hissəsində (Tər-tər çayının yanında olan dağın üstündə) erməni birləşmələri ilə gedən döyüşdə ağır yaralanmışdır. Onu Tər-tər rayon xəstəxanasına gətirmişlər. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra Ucar rayon xəstəxanasına gətirmişlər. xx.xx.N-ci il tarixində Bakı şəhərinə Azərbaycan Respublikası Müdafiə Nazirli yinin Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsinə gətirmişlər. xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalda müalicə almış. Mərkəzi Hərbi Hospitalının cərrahiyə şöbəsində müalicə başa çatdıqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona 60 gün müddətində və daha sonra əlavə olaraq 30 gün müddətində xəstəliyə görə məzuniyyət verilmiş. Müalicə ilə əlaqədar məzuniyyət müddəti bitdikdən sonra o, təhsil aldığı Bakı Dəniz Yolları Məktəbinin rəisinə müraciət etmiş və onun müvafiq əmri ilə təsdiq edilmiş imtahan komissiyası tərəfindən hərbi fənlər üzrə qəbul edilmiş imtahanların nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq ona Azərbaycan Respubl ikasının MN-nin müvafiq əmri ilə leytenant hərbi rütbəsi və “X7raşdıran gəmilərinin 5-ci döyüş hissə komandiri” hərbi uçot ixtisası ilə yanaşı “Gəmi energetik qurğularının istismarçısı” mülki texniki ixtisas diplomu verilmişdir. xx.xx.Nci il tarixində o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin - X2 Mühafizəsində həqiqi hərbi xidmətə çağırılmış. Xidmətdə əldə etdiyi uğurlara görə SGG briqadasının rəhbərliyi onun vəzifəsinin yüksəldilməsi qərarına gəlmiş və xx.xx.1995ci il tarixində o, SGG briqadasının elektromexanika xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixində xidmət zamanı yol verdiyi bəzi səhvlərə görə DSX-nin rəhbərliyi onun aşağı vəzifəyə, yəni 2 05P layihəli SGG-nin 5-ci döyüş hissəsinin komandiri vəzifəsinə keçirilmişdir. Lakin bir il beş aydan sonra xidməti döyüş fəaliyyətində əldə etdiyi müsbət nəticələri nəzərə alaraq DSX rəhbərliyi onu hərbi hissənin elektromexanika bölməsinin baş zabiti vəzifəsinə təyin edilməyi barədə qərar qəbul etmişdir. xx.xx.2005-ci il tarixində DSX-nin rəhbərliyi onun X5 Dəstəsi rəisinin elektromexanika üzrə müavini vəzifəsinə təyin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanı, DSX rəisinin xx.xx.2007-ci il tarixli 0116 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə xx.xx.2008-ci il tarixli 0129 saylı əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə (Silahlı Qüvvələrdə 10 və 15 təqvim ili qüsursuz xidmətə görə) təltif edilmiş dir. xx.xx.2010-cu il tarixində DSX-nin Sahil Mühafizəsində həyata keçirilmiş ştatların ixtisarı və struktur dəyişiklikləri ilə əlaqədar olaraq SGGD-si ləğv edilmiş və xidməti vəzifəsinin adı X3 X4 Elektromexanika bölməsinin rəisi kimi müəyyən edilmişdir. O, gənc yaşında vərəm xəstəliyinə tutulmuşdur. 2011-ci ilin mart ayında o, DSX-nin SM-nin rəisi cənab general leytenant İlham Mehdiyevə müraciət edərək, ondan səhhəti ilə əlaqədar olaraq, xidməti mənafe naminə aşağı vəzifəyə keçirilməyini xahiş etmişdir. xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək DSX-nin SM-nin X6 baş müəllimi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, öz arzusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, X1 xx.xx.2011-ci il tarixli, 1547/şh saylı Əmrinə əsasən “Hərbi vəzifə v ə hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinin müddəalarına əsasən (öz arzusu ilə) xx.xx.2011-ci il tarixində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, xx.xx.2011-ci il tarixində (xx.xx.N-ci il tarixindən-xx.xx.2011-ci il tarixinədək) o, artıq DSXnin SM-də 18 il, 3 ay, 20 gün həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2011-ci il tarixində DSXnin X3 X4 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin X6 baş müəllimi vəzifələrinə keçdiyi zaman onun artıq 19 il, 9 ay, 20 gün təqvim müddəti ərzində xidmət illəri (əmək stajı) mövcud idi. xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək MN-nin hərbi hospitalında müalicə aldığı müddətin Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil aldığı müddət ilə üst-üstə düşdüyü aşkardır. xx.xx.N-ci il tarixindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Hərbi Həkim Komissiyasının qərarına əsasən ona verilmiş 60 gün müddətində və daha sonra əlavə olaraq 30 (otuz) gün müddətində xəstəliyə görə məzuniyyət staja qeyd edilmədiyi də aşkardır. Bu müddətin üst üstə düşdüyü hissəni nəzərə alınmasa da məzuniyyətin digər hissəsi yəni xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək olan müddəti ümumi stajının üzərinə gəldikdə 2 ay 25 gün (və ya 2 ay 10 gün) müddəti nəzərə aldıqda məlum olur ki, xx.xx.2011-ci il tarixində DSX-nin X3 X4 Elektromexanika bölməsinin rəisi vəzifəsindən DSX-nin SM-nin X6 baş müəllimi vəzifələrinə keçirildiyi zaman 20 il, 0 ay, 15 gün stajı (və ya 20 il 00 ay, 00 gün) mövcud olmuşdur. Bu məqsəd ilə o, 2011-ci ili avqust ayında DSX SM-nin rəisinə müraciət edərək, ondan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı tərəfindən ona təqdim edilmiş AR MHH-nın Hərbi Həkim Komissiyasının xx.xx.N-ci il tarixli, 496 saylı, və xx.xx.Nci il tarixli, 1636 saylı arayışların surətini, habelə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının arxivindən ona verilmiş 2999-N nömrəli xəstəlik tarixçisindən (epikrizdən) çıxarışın surətini təqdim edərək onun xidmət illərinin hesablanması zamanı N-ci ilin may ayından həmin ilin noyabr ayının 11-15 tarixlərinədək olan müddətində əlavə edilməsini xahiş etmişdir. Eyni zamanda DSX SM-nin rəisinin göstərişinə əsasən AR MN-nə 2-ci dərəcəli kapitan İddiaçı MN-nin N saylı hərbi hissəsində könüllü olaraq N-ci il tarixində xidmət keçməsi haqqında məlumatın veril məsi barədə müvafiq sorğu göndərilmişdi. Lakin göndərilən sorğuda məlumatın düzgün yazılmadığına görə sorğuya mənfi cavab gəlmişdir. Belə ki göndərilən sorğuda 2-ci dərəcəli kapitan İddiaçı yazılmışdı. N-ci ildə o, AR MN-nin N saylı hərbi hissəsinin sıravi əsgəri idi. Arxiv sənədlərində N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində Ucar rotasının sıravi əsgəri İddiaçı adı qeyd edilmişdir. O, az maaşlı vəzifəyə keçirilənədək əmək pensiyası almaq hüququna malik olmuş və səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Silahlı Qüvvələrin ehtiyatında olan 2-ci dərəcəli kapitan İddiaçı Mirzəbaba oğlu iddia ərizəsində 15 may N-ci il tarixdən 27 noyabr N-ci il tarixədək Azərba ycan Respublikasının Silahlı Qüvvələrində könüllü olaraq həqiqi hərbi xidmət keçdiyini bildirsə də, onun şəxsi işində bu barədə qeydlər olmadığından DSX-nin Kadrlar Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinə 04 oktyabr 2018-ci il tarixli, 4/17-829 nömrəli müvafiq sorğu ünvanlanmışdır. Müdafiə Nazirliyindən sözügedən sorğuya daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Mirzəbaba oğlunun göstərdiyi hərbi hissədə onun N-ci ilin iyun-dekabr ayları ərzində xidmət etməsi və yaralanması barədə heç bir məlumat yoxdur, belə ki, adı qeyd olunan zabitin göstərilən tarixlərdə həqiqi hərbi xidmət keçməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında hər hansı bir qeydiyyat müəyyən edil məmişdir. İddiaçı iddia ərizəsində az maaşlı vəzifəyə keçirildiyini və həmin vəzifəyə keçirildiyi gün xidmət illərinə görə pensiya hüququnun yarandığını göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı aşağı vəzifəyə keçirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi-X1 17 mart 2011-сi il tarixli 400 Ş/h saylı əmrində bu barədə qeydlər olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikası Qanununun 20.18-ci bəndinin ona şamil olunması qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli, 2-1(112)-184/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Aytən Oruczadə).

9. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ucar batalyonunda könüllü olaraq həqiqi hərbi xidmət keçdiyi müddətin xidmət müddətinə daxil edilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.N-ci ildən əvvəlki tarixdə həqiqi hərbi xidmətdə olduğundan həmin müddət iddiaçının xidmət müddətinə daxil edilməlidir. Belə ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü u ğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün xx.xx.1997-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

10. Məhkəmə qərarında qeyd etmişdir ki, araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən, həmçinin AR DSX Kadrlar Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan aydın olur ki, iddiaçı DSX-də hərbi xidmətə qəbul edilməzdən öncə döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. Bunun təsdiqi kimi 2999-N nömrəli xəstəlik tarixçəsindən çıxarış (epikriz) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N-ci il tarixli 496 nömrəli və xx.xx.N-ci il tarixli 1636 nömrəli arayışları inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir.

11. İddiaçının xx.xx.N-ci ildən əvvəlki dövrdə hərb i xidmətdə olmasını, döyüşlərdə iştirakını təsdiq edən digər bir fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-19424 nömrəli arxiv arayışıdır. Həmin arayışda qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi qovluğunda Ucar rotasının 3-cü manqasında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan iddiaçının əvvəllər döyüş əməliyyatlarında iştirakını və yaralanması faktını əsas götürərək ona müharibə veteranı adı və vəsiqəsini vermişdir.

12. Lakin hazırki halda cavabdeh inzibati orqan iddiaçının onda xidmətə qəbul edilənədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sənədlərin arxivdə mövcud olmadığı əsası ilə həmin dövrlə rin xidmət müddətinə daxil edilməsindən əsassız olaraq imtina edir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.N-ci il tarixdən əvvəlki dövrdə könüllü olaraq həqiqi hərbi xidmətdə olduğu dövr onun xidmət müddətinə əlavə edilməlidir. İddiaçının 12 avqust N-ci ilədək Bakı Dəniz Yolları Məktəbində təhsil müddətini nəzərə alsaq, ona xx.xx.N-ci il tarixdən və xx.xx.N-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaraya görə 60 günlük daha sonra 30 günlük məzuniyyətin verilməsi, həmçinin N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsinə dair oktyabr N-ci il tarixə aid qovluğda siravi əsgər İddiaçı adının olması onun 12 avqust N-ci ildən 25 noyabr N-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olduğunu təsdiqləyir. Q eyd edilən bu müddət 2 ay 13 gün xidmət müddətində nəzərə alındıqda iddiaçının az maaşlı vəzifəyə keçirilməsinədək qanunvericiliklə nəzərdə tutulmuş 20 təqvim ili tamamlanmış olur. Belə olan halda iddiaçının Dövlət Sərhəd Xidmətinin rəisi - X1 17 mart 2011-ci il əmri ilə az maaşlı vəzifəyə keçirilənədək xidmət müddəti təqvim ili ilə 20 ildən artıq olacaqdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 21(103)-177/2022 nömrəli qərarı ilə (hakimlər: Aida Hüseyn – sədrlik edən və məruzəçi, Azər Hüseynov və Səadət Bəktaşi) apellyasiya şikayəti təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçı 13 sentyabr 2011-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən sabiq hərbi qulluqçu iddiaçıya “Əmək pensiyası haqqınd a” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xidmət illərinə görə pensiya, tədris mərkəzinin tədris bölməsinin daxili yanma mühərrikləri və gəminin köməkçi mexanizmlərinin istismarı üzrə müəllimi vəzifə maaşına uyğun təyin olunmuşdur. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qanunun tələbindən də göründüyü kimi əmək pensiyasına əlavə konkret olaraq səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulara xidmətdən buraxılarkən təyin edilir. Məhkəmə qərarında iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli raportda iddiaçının səhhəti ilə bağlı daha az maaşlı vəzifəyə keçirilməsi barədə müraciət etdiyinə istinad edilsə də, həmin raportda bu hal öz əksini tapmır. İddiaçı aşağı vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar olaraq deyil, Dövlət Sərhəd Xidmətinin rəisi, X1 xx.xx.2011-ci il tarixli, 400 ş/h nömrəli əmri ilə keçirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə təqdim edərək, əsasən qeyd etmişdir ki, mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsi ən azınd an ədalətsizlikdir. Cavabdehin xx.xx.2011-ci il tarixli əmri Hərbi xidmət keçmə haqqında Əsasnaməyə zidd olduğundan ləğv edilməlidir. lakin bu xoşagəlməz olduğu üçün əmrin məzmununa toxunmadan iddia təmin edilsin. İddiaçı kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu Maddə 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğ indən hesablanır. 21. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələnd irilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallard a, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraa t zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamaqla və müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Belə ki, işin hallarından aydın olur ki, iddiaçı cavabdehdə xidmətə qəbul olunanadək təhsil aldığı dövrdə könüllü olaraq sıravi əsgər qismində 2 ay 23 gün həqiqi hərbi xidmətdə olduğunu iddia edərək, həmin dövrün öz xahişi ilə az maaşlı vəzifəyə keçirilərkən nəzərə alınmamasını, pensiya təminatı hüququnun pozulması kimi qiymətləndirir. Cavabdeh iddiaçının ona xidmətə qəbul olunanadək olan dövrdə hərbi xidmətdə olmasına dair məlumatın sorğular əsasında müəyyən edilməsinin mümkün olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

27. Birinci instansiya məhkəməsi iddiaçının 12 avqust N-ci ildən 25 noyabr N-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olduğunu təsdiqi kimi, iddiaçının yaralanmasına, aldığı yaraya görə 60 günlük daha sonra 30 günlük məzuniyyətin verilməsinə, N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsinə dair oktyabr N-ci il tarixə aid qovluqda siravi əsgər kimi iddiaçının adının olmasına istinad etsə də, hərbi xidmət dövrünün məhz 2 ay 13 gün təşkil etməsini əsaslandıra bilməmişdir.

28. Həmçinin birinci instansiya məhkəməsi xx.xx.1997-ci ildə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildiyini rəhbər tutaraq, iddiaçının xx.xx.N-ci il tarixindən xx.xx.N-ci il tarixinədək (2 ay N gün) dövrdə hərbi xidmətdə olması qənaətinə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi isə öz növbəsində bu mövqe ilə razılaşaraq, iddiaçının məhz iddia edilən dövrdə (xx.xx.N-xx.xx.N) hərbi xidmətdə olması ilə əlaqədar əlavə araşdırma aparmamışdır.

30. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxmağa tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının təhsil aldığı təhsil müəssisəsinə sorğu ilə müraciət edərək, iddia olunan dövrlə əlaqədar məlumat (təhsil müəssisəsindən hərbi xidmətə göndərişin və ya ezamiyyənin olub-olmaması, könüllü hərbi xidmət dövründə iddiaçının təhsil müəssisəsində dərslərdə davamiyyəti, dərslərdə iştirak etmədiyi halda hərbi xidmətdə olması barədə məlumatın təhsil mü əssisəsində olub-olmaması) əldə etməli idi.

31. Bundan başqa, iddiaçının xx.xx.N-xx.xx.N-ci il tarixlərdə məhz 2 ay 23 gün hərbi xidmətdə olması, iddiaçının az maaşlı vəzifəyə keçirilməsinin xidmət mənafeyi naminə olub-olmaması, olduğu halda əsasının səhhətinə və ya yaşı ilə əlaqədar olub-olmaması araşdırılmalı idi.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə xidmətə qəbul olanadək dövrdə iddia edilən müddətdə hərbi xidmətdə olması, onun az maaşlı vəzifəyə keçirilməsinin xidmət mənafeyi naminə olub-olmaması, olduğu halda əsasının səhhətinə və yaşı ilə əlaqədar olub-olmaması araşdırmadan, yalnız yaralanma və müharibə veteranı vəsiqəsinə istinad edilməsi İPM-in 12-ci və 14-cü maddələrinin pozuntusu kimi qiymətləndirilməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının A zərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, onun yaralanması müharibə veteranı adı və vəsiqəsi alması üçün əsas olsa da, qeyd edilən adın və vəsiqənin verilməsinin minimum həddi qanunvericiliklə nəzərdə tutulmadığından (bax 21-ci bəndə), yalnız bu halın əsas götürülməklə iddianın təmin edilməsi barədə qərarın dəyişdirilmədən saxlanılması üçün əsas hesab edilə bilməz. İddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi onun məhz iddia etdiyi dövrdə və müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi kimi qiymətləndirilə bilməz.

34. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən normanın tələbindən aydın olduğu kimi əmək pensiyasına əlavə konkret olaraq səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi na minə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulara xidmətdən buraxılarkən təyin edilir.

35. Mühakimə olunan apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, iddiaçının xidməti dəftərçəsinə istinad edilərək, iddiaçının aşağı maaşlı vəzifəyə, yəni Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsi əsasının xx.xx.2011-ci il tarixli raport olduğu, xx.xx.2011-ci il tarixli raportda səhhəti ilə bağlı Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsinin xahiş edildiyi qeyd edilsə də, işin bu halı raportda öz əksini tapmır (İİ cild, iş vərəqi 151). Həmin raportda iddiaçı ona təklif olunmuş müəllim vəzifəsinə əvvəllər etdiyi imtinadan peşman olduğunu bildirmiş və təyin edilməsini xahiş etmişdir.

36. Belə olan hal da, məhkəmə kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının aşağı maaşlı vəzifəyə yəni Tədris mərkəzində müəllim vəzifəsinə keçirilməsi əsasının səhhəti ilə əlaqədar olub-olmaması araşdırılmalı, xx.xx.2011-ci il tarixli raporta məzmununa uyğun hüquqi qiymət verilməlidir.

37. Hazırki iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddia üzrə mübahisə olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasib ət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

38. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə qanunvericiliyə uyğun baxmamış, bununla da həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur.

39. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə tək rar baxarkən apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, müvafiq sorğular verməli, iddiaçının xx.xx.N-xx.xx.N-ci il tarixlərdə məhz 2 ay 23 gün hərbi xidmətdə olması, iddiaçının az maaşlı vəzifəyə keçirilməsinin xidmət mənafeyi naminə olub-olmaması, olduğu halda əsasının səhhətinə və yaşı ilə əlaqədar olub-olmaması araşdırılmalıdır.

40. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-177/2022 nömrəli 2022-ci il 11 fevral tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar