Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1048/2021 08.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı MTK-nın Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rəddi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlə r Baş İdarəsinə qarşı iş üzrə “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-938/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin iddiaçı “xxxx” MTK (VÖEN **********) 21.05.2019-cu il tarixli **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etm işdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarına əsasən iddia təmin edilərək, cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin iddiaçı “xxxx” MTK (VÖEN **********) 21.05.2019-cu il tarixli **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarının ləğv edilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2490/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxla nılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)389/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli 2-1(102)-389/2020 saylı qərarı ilə 25 fevral 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və 12 iyun 2020-ci il tarixli məktubla icra olunması üçün cavabdeh Az ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. 6. 22 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi məhkəməyə daxil olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. Ərizə onunla əsaslandırmışdır ki, bütün məhkəmə instansiyalarında iddiaçı bilavasitə nümayəndəsi Nümayəndə tərəfindən təmsil olunmuşdur. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə yalnız əsas iş yeri kimi əmək müqaviləsi bağlamış fizik şəxslər təmsil edə bilər. Başqa sözlə hüquqi şəxslə əmək münasibə tlərində olmayan, yaxud belə münasibətlər mövcud olsa belə, iş yeri “əlavə iş yeri”ndən ibarət olan fiziki şəxslər hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik deyildir. İş materiallarından görünür ki, bütün instansiya məhkəmələrində iddiaçının nümayəndəsi qismində həmin müəssisənin işçisi olan Nümayəndə çıxış etmişdir. Lakin əvvəllər məlum olmayan yeni açılmış halların və sübutların aşkar edilməsi nəticəsində məlum olmuşdur ki, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsi 13.02.2019-cu il tarixdə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmış və həmin müəssisədəki iş yeri “əlavə iş yeri” olmuşdur. Başqa sözlə Nümayəndə İddiaçı MTK-da əsas iş yeri mövcud olmamışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Nümayəndə son 3 il ərzində 72 müxtəlif hüquqi və fiziki şəxslərlə əmək müqaviləsi bağlamışdır. Qısa müddət ərzində bu qədər sayda əmək müqaviləsinin bağlanması barədə bildirişin əldə edilməsi onu deməyə əsas verir ki, real əmək münasibətlərinin mövcudluğundan söhbət getmir və qeyd olunan bildirişlər digər məqsədlər üçün əldə olunmuşdur. Beləliklə yeni açılmış hallar və əldə edilmiş sübutlar bir daha təsdiq edir ki, Nümayəndə İddiaçı MTK-nı məhkəmədə təmsil etmək səlahiyyəti ümumiyyətlə olmamışdır. Başqa sözlə nümayəndə qismində çıxış etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyəti olmayan Nümayəndə tərəfindən iddiaçının hüquqları təmsil edilmiş və bu isə kobud prosessual pozuntu olmaqla eyni zamanda cavabdehin hüquqlarının pozulması və son nəticədə iş üzrə qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
8. İddiaçı MTK ərizəyə qarşı etirazını məhkəməyə ünvanlayaraq, ərizənin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdehin ərizəsi əsassız və qanunsuzdur. Belə ki, cavabdehin ərizəsi İnzibati Prossesual Məcəllənin 100-cü maddəsinin uğursuz təfsirindən ibarətdir. Cavabdeh nəzərə almayıb ki, yeni açılmış hallarla bağlı proses iştirakçılarından birinin ərizəsi o zaman təmin olunur ki, qanun qüvvəsinə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatında sonradan yeni sübutların və ya halların aşkar edilməsi işin mahiyyət üzrə həllinə təsir etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2017-ci il qərarının 16-cı abzasında göstərilib ki, “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mü hakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər məsələlər araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin”. Göstərilənlərə əsasən məhkəmədən cavabdehin ərizəsini n təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(82)-2327/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizəsi rədd edimişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçını məhkəmədə təmsil etdiyi vaxt Nümayəndə əsas iş yeri İddiaçı olmuşdur və həmin şəxsin kooperativi məhkəmədə təmsil etmək səlahiyyəti mövcud olmuş, bununla bağlı hər hansı prosessual pozuntuya yol verilməmişdir.
11. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsin dəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-938/2021 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Valeh Ağayev) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)-2327/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərardadı cavabdehə 08.04.2021-ci il tarixində təqdim edilmişdir.
15. Cavabdeh 17.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-938/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbi üzrə işin icraatının yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını etirazda qeyd edilənlər təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi Nümayəndə bütün instansiya məhkəmələrində əmək müqaviləsi bildirişini təqdim edərək kooperativdə işəmuzd qaydada əsas iş yeri olmaqla hüquqşünas işlədiyini göstərmişdir. Müəyyən edilmişdir ki, Nümayəndə, eyni zamanda, vergi orqanına qarşı məhkəmələrdə baxılan 10-dan artıq məhkəmə proseslərində vergi ödəyicisinin nümayəndəsi qismində çıxış edir. Bu fakt vergi orqanında əsa slı şübhələr yaratmamış və aparılmış davamlı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Nümayəndə son 3 il ərzində 72 müxtəlif hüquqi və fiziki şəxslərlə əmək müqaviləsi bağlamışdır. Qısa müddət ərzində bu qədər sayda əmək müqaviləsinin bağlanması barədə bildirişin əldə edilməsi onu deməyə əsas vermişdir ki, real əmək münasibətlərinin mövcudluğundan söhbət getmir və qeyd olunan bildirişlər digər məqsədlər üçün əldə olunmuşdur.
17. Beləliklə, bu araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsində onun İddiaçı MTK-da iş yeri “əlavə iş yeri” olmuşdur. Başqa sözlə desək Nümayəndə istifadə etdiyi bu sxem əsasında nəinki məhkəmənin, həmçinin cavabdeh vergi orqanı qarşısında da istədiyinə nail olmuşdur. Göründüyü kimi, yeni açılmış ha llarla bağlı olan sübut sonradan vergi orqanında aparılmış araşdırma nəticəsində müəyyən edilmiş və dərhal bununla bağlı məhkəməyə müraciət olunmuşdur.
18. Nümayəndə məhkəməni yanıltmaq üçün işə baxılması ilə bağlı təyin edilmiş iclas tarixinə bir neçə gün qalmış, yəni 19.02.2021-ci il tarixində əmək müqaviləsi bildirişlərinin daxil edildiyi sistemə daxil olaraq 13.02.2019-cu il tarixinə iş yeri əlavə olmaqla bağladığı əmək müqaviləsinə dəyişiklik edərək İddiaçı MTK-dakı əlavə iş yeri tipini əsas iş yeri ilə dəyişdirmişdir. Lakin iclas bitdikdən bir neçə gün sonra, yəni 04.03.2021-ci il tarixində həmin müqaviləyə yenidən dəyişiklik edərək İddiaçı MTK-dakı əsas iş yeri tipini əlavə iş yeri tipi ilə dəyişdirmişdir. Məhkəmələr isə göstərilən halları nəzərə almadan əsassız qərardad qəbul etmiş lər.
19. Bundan başqa, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsini məhkəmə qərarın icrasının ləngidilməsi kimi qiymətləndirmişdir. Məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı barəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 22.06.2018-ci il tarixində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə İddiaçı MTK-nın 01.04.2015-ci il tarixindən 01.04.2019-cu il tarixinədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi üçün növbədənkənar səyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilərək qərar qəbul edilmiş və icra olunması üçün cavabdehə göndərilmişd ir. Yəni, iddiaçının faktiki olaraq hal-hazırda mübahisələndirdiyi qərar İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin qərarı əsasında aparılmışdır.
20. Ərizəyə baxan aşağı instansiya məhkəmələri mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdə qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış və sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verilmədən iş üzrə əsassız qərar qəbul etmişdir. Məhkəmə tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımi qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bild irişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
25. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqınd a məhkəmə tərəfindən qərardad qəbul edilir.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ria yət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MTK tərəfindən verilmiş iddia ərizəsi 27.05.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur. Bütün instansiya məhkəmələrində iddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə onunla 01.02.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən İddiaçındə işəmuzd qaydada əsas iş yeri olmaqla hüquqşünas vəzifəsində işləmişdir.
31. Cavabdeh ərizəsində İddiaçı MMC- nin Nümayəndə əlavə iş yeri olmasına istinad edir. Kassasiya şikayətində də məhkəmələrin göstərilən halı nəzərə almadığını bildirir.
32. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçını məhkəmədə təmsil etdiyi vaxt Nümayəndə əsas iş yeri İddiaçı olmuşdur və həmin şəxsin kooperativi məhkəmədə təmsil etmək səlahiyyəti mövcud olmuşdur və bununla bağlı hər hansı prosessual pozuntuya yol verilməmişdir.
33. Belə olan halda, ərizəçinin istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hallara istinad edilməklə məhkəmə qərarının qanuniliyinə şübhə edilə bilməz. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edən Ali Məhkəmə Kollegiyası qeyd edir ki, ərizəçinin istinad etdiyi hallar sonradan əldə edilməmişdir. Həmin hallara dair sübutlar ərizəçi tərəfindən əvvəldən də təqdim oluna bilərdi.
34. Hazırkı qərarın 24-cü bəndində göstərilən normanın məzmunundan görünür ki, ərizəçi sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını sübut etdiyi təqdirdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilir.
35. Hazırkı iş üzrə isə cavabdeh istinad etdiyi halların ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını sübut etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
36. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-938/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-938/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.