Məhkəmə qərarları › İş №2-1(102)-1048/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1048/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1048/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: OTF7TLO) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyest rində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(103)-711/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli, 36 nömrəli Sərəncamına əsasən, Abşeron rayonu, Zəfəran sovxozunun ərazisində yerləşən 0,17 ha torpaq sahəsi fərdi evin tikintisi üçün X2 ayrılmışdır. 2. xx.xx.2004-cü il tarixli, 4Ə/507 saylı müqaviləyə əsasən X3 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 1750.0 kv.metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 25.8 kv.metr olan 27 saylı evi iddiaçıya satmışdır. Həmin yaşayış evinə Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsi tərəfindən iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir.

3. İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdehin **********90 saylı, 22 dekabr 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər surətdir. Bundan başqa, iddiaçı tərəfindən əlavə olaraq 164.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir və həmin torpaq sahəsində (sərhədlər tam hasarlanmamışdır) mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair (elektron kadastr məlumatına əsasən, həmin torpaq sahəsi “Qağayı” sanatoriyasının ərazisidir) “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 1750.0 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə X3 ilə bağlanmış alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 1750 kv.metr torpaq sahəsində yerləşən 25.8 kv.metr yaşayış sahəsi olan 27 saylı evi satın almış və öz adına dövlət qeydiyyatından keçirmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1997-ci il tarixli, 36 saylı sərəncamı ilə X2 fərdi yaşayış evi tikmək üçün ayrılmış və bu barədə fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin müvafiq texni ki pasportu verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-1061/2013 saylı qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 36279 nömrə ilə uçota alınmışdır. İddiaçı mülkiyyətində olan həmin əmlakdan maneəsiz olaraq istifadə edir və həmin əmlaka dair heç bir iddia olmamışdır.

7. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, sözügedən iddia ilə bağlı iddiaçının İdarəyə müraciəti daxil olmuş, lakin iddiaçı tərəfindən sənədlərin surəti təqdim edilmişdir. Bundan başqa, əlavə olaraq 164.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir və torpaq sahəsində (sərhədlər tam hasarlanmamışdır) mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Həmçi nin, yaşayış evinin torpaq sahəsinə dair (elektron kadastr məlumatına əsasən həmin sahə “Qağayı” sanatoriyasının ərazisidir) "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8-ci maddəsində qeyd edilmiş hər hansı sənəd təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********90 saylı, xx.xx.2017-ci il tarixli məktub ünvanlanmışdır. Yuxarıda qeyd edilən nöqsanlar barədə daha əvvəl vətəndaşa **********21 saylı, xx.xx.2016-cı il tarixli, **********42 saylı, xx.xx.2016-cı il tarixli və **********13 saylı, xx.xx.2016-cı il tarixli məktublar ünvanlanmışdır. Əlavə araşdırma məqsədilə, xx.xx.2019-cu il tarixdə İddiaçı ayrılmış torpaq sahəsinin dövlət torpağı olubolmaması və bu barədə məlumatın verilməsi ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ********** saylı sorğ u göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, koordinatları təqdim edilmiş sözügedən 1750.0 kv.metr torpaq sahəsinin 1596 kv.metr hissəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamı ilə Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmadığı üçün, sözügedən 1750 kv.metr torpaq sahəsi dövlət mülkiyyəti hesab olunur 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 27 saylı fərdi yaşayış evinin yerləşdiyi 1750 kv.metr torpaq sahəsi (həyətyanı və tikinti altı) üzərində İddi açı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərində hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 19 dekabr 2019cu il tarixli, 2-1(103)-2647/2019 nömrəli qərarı ilə (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-703/2020 nömrəli qərarı ilə (hakimlər K.Bədəlov - sə drlik edən və məruzəçi, İ.Xəlilov və İ.Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsinin 1997-ci ildə torpaq barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Həmin vaxt qanunvericiliyin tələbinə görə torpaq barədə sərəncam vermək səlahiyyəti X1 məxsus olmuşdur. Sabunçu XDS tərəfindən Sabunçu İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq sahəsinin ayrılması barədə səlahiyyət verilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-274/2021 saylı qərarına əsasən (hakimlər A..Nuriyeva - sədrlik edən və məruzəçi, C.Yusifov və S.Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün cavabdehə alğı-satqı müqaviləsi, evə dair çıxarış və texniki pasport, “torpaq sahəsinin planı və ölçüsü” sənədlərini təqdim etmişdir ki, həmin sənədlər də daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün kifayət hesab olunur.

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1797/2021 nömrəli (hakimlər N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, Z.Quliyev və Ə.Nurməmmədov) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Məhkəmə kollegiyasının mövqeyinə görə, işə baxan məhkəmələr Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq sahəsinin ayrılması barədə səlahiyyət verilməsi, sonuncunun torpaq barədə sərəncam vermək səlahiyyətinin olub-olmamasına dair heç bir araşdırma aparmadan sözügedən sərəncamı iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8.0.5-ci maddəsində təsbit edilmiş əsaslardan biri kimi qəbul etmişdir. Bundan başqa, torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılsa da, sərəncamdan belə məlum olur ki, həmin torpaq sovxozun əkinə yararsız torpaq sahəsi olmuşdur. Belə olan halda, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması barədə əsaslı şübhələr yaranır. Təyinatı səlahiyyətli orqan tərəfindən dəyişdirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin fərdi yaşayış evlərinin tikintisi üçün ayrılması qanunvericiliyin tələblərinə ziddir. Buna baxmayaraq, mübahisə obyekti olan torpaq sahəsinin kateqoriyası da aşağı instansiya m əhkəmələri tərəfindən müəyyən edilməmiş, bu istiqamətdə araşdırma aparılmamışdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. İşə apellyasiya qaydasında təkrar baxılması zamanı məhkəmə tərəfindən 1997ci ildə Sabunçu rayon XDS tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq sahəsinin ayrılması barədə səlahiyyətin verilibverilməməsi və belə səlahiyyətin verildiyi təqdirdə müvafiq məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir.

22. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş cavab məktubunda göstərilmişdir ki, Sabunçu rayon XDS tərəfindən 1997-ci il tarixdə torpaq sahəsinin ayrılması barədə Sabu nçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinə belə səlahiyyət verilməmişdir (2 cild, səh.13).

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 21(103)-711/2022 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş və iddia rədd edilmişdir.

24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin 36 saylı, xx.xx.1997-ci il tarixli Sərəncamı ilə müvafiq torpaq sahəsi ayrılarkən həmin orqanın nə 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, nə də həmin Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş yuxarıda adı çəkilən Siyahıda sadalananlara uyğun olaraq torpaqayırma səlahiyyəti olmamışdır. Beləliklə, iddiaçı ona torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ayrıldığını əsaslandıra bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində göstərilir ki, apellyasiya məhkəməsinin son işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar istinad etdiyi qanun normalarını qərarında sadalamaqla istinaq etmiş və həmin normaların düzgün tətbiq edilməməsini göstərmədən, yalnız Ali Məhkəmənin iş üzrə göstərişlərinin icrası ilə əlaqədar verilmiş sorğu məktubuna Sabunçu rayon İcra Hakimiyyətinin cavabını əsas götürərək iddiani rədd etmişdir. Həmin məktubda göstərilir ki, Sabunçu rayon XDS tərəfindən 1997-ci il tarixində torpaq sahəsinin ayrılması barədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə nümayəndəliyinə səlahiyyət verilməmişdir. Hesab olunur ki, apellyasiya məhkəməsinin işə yenidən baxan məhkəmə kollegiyasının iddianı rədd etmək üçün istinad etdiyi bu məktub sübut kimi qəbul edilə bilməzdi. Ona görə ki, rayon icra hakimiyyətlərinin torpaqların hüquqi statusu ilə əlaqədar rəy vermək səlahiyyəti yoxdur. Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3 Daşınmaz əmlak üzərində qeydiy yata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4 Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ( qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər 28. 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

7. Torpaq barəsində sərəncam Azərbaycan Re spublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə

11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəs ində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Maddə

23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müq avilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə

68. Xidməti pay torpaqları Xidməti pay torpaqları nəqliyyat, rabitə, meşə, su, balıqcılıq, ovçuluq təsərrüfatı, elmi tədqiqat müəssisələri, habelə başqa xalq təsərrüfatı sahələri işçilərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilir. Torpaq mülkiyyətçilərinə, torpaq sahiblərinə, torpaq istifadəçilərinə, habelə rayon, şəhər xalq deputatları Sovetlərindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürən vətəndaşlara xidməti pay torpaqları verilmir. Xidməti pay torpaqları müəssisələrin, idarələrin və təşkil atların sahibliyində və istifadəsində olan torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün torpaq sahələrini bu müəssisələrim, idarələrin və təşkilatların müdiriyyəti ayırır.

29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə Maddə

13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri İcra hakimiyyətinin başçısı: (-); q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində: (-); təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və o byektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir; Maddə

22. Rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri: Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğ un olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.

30. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsasən iddia ərizəsinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı B akı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsində yerləşən mübahisəli torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi ilə bağlıdır. 37.Mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş sənədlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsində yerləşən mübahisəli torpaq sahəsinin Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli, 36 saylı sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir.

38. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati akt müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən qəbul edilməlidir. Yalnız səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hüquqi qüvvəyə malik o lur və etibarlı sayılır. İnzibati orqanların səlahiyyətləri müvafiq sahəvi qanunvericilik aktları ilə müəyyən olunur. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin ümumiyyətlə torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olmasına aydınlıq gətirilməli və mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən bu xüsusata qiymət verilməlidir.

39. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, bu qərarın 29-ci bəndində istinad edilən normada rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Həmin normaya əsasən şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabe li şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyət i başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.

40. Həmin normanın mətnindən də göründüyü kimi, İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi, o cümlədən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi torpaq sahəsinin ayırması səlahiyyəti və bu barədə sərəncam qəbul etmək hüququ ilə təchiz olunmamışdır.

41. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısı tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq sahəsinin ayrılması barədə sərəncam qəbul etmək və həmin sərəncamı imzalamaq hüququ verilməmişdir. İş üzrə materiallarda Sabunçu rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bilgəh qəsəbəsi üzrə n ümayəndəyə həmin hüququn ötürülməsini təsdiq edən hər hansı sənəd və sübut məhkəmə tərəfindən aşkar olunmamışdır.

42. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin sorğusuna (sorğunun məzmunu xx.xx.1997-ci ildə istər əvvəllər mövcud olmuş Sabunçu rayon X4 tərəfindən, istərsə də sonralar təsis edilmiş Sabuncu rayon İcra Hakimiyyəti tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə Sabunçu rayonunun Bilgəh qəsəbəsində hər hansı məqsədlər üçün torpaq sahəsinin ayrılmasına dair sərəncam vermək səlahiyyətinin verilməsi barədə adı çəkilən icra orqanları tərəfindən hər hansı sərəncamın qəbul edilməsi ilə bağlıdır) 25 fevral 2022-ci il tarixli cavab məktubunda, 1997-ci il tarixdə Sabunçu rayon XDS, eləcə də Sabunçu rayon İcra Hakimiyyətinin başçısı tərəf indən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə hər hansı məqsədlər üçün torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyət verilmədiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən də Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə belə səlahiyyətin verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

43. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətə və bu barədə sərəncam qəbul etmək hüququna malik olub-olmaması ilə əlaqədar Ali Məhkəmənin göstərişlərinə uyğun araşdırma aparmış, apellyasiya qaydasında təkrar işə baxılması zamanı kassasiya instansiyası məhkəməs inin həmin göstərişlərini icra edərək işin mübahisə ilə bağlı hallarını hərtərəfli araşdırmış, araşdırmanın nəticəsinə uyğun olaraq qanuni və əsaslı qərar qəbul etmişdir.

44. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Beləliklə, hazırkı qərarın 27-29-cu bəndlərində istinad edilən normaların tələbləri baxımından, mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyindən, həmin torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasından və onun adına müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır.

46. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-711/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar