Məhkəmə qərarları › İş №2-1(102)-1048/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1048/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1048/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-2316/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticələri xx.xx.2020-ci il tarixli **********193935 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Həmin akt əsasında vergi orqanı tərəfindən “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ” xx.xx.2020-ci il tarixli **********141273 nömrəli qərarı ilə 37563 2,36 manat məbləğində vergilərin azaldılmasına görə iddiaçıya həmin məbləğdə əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona 187.816.20 manat, nağd qaydada əmək haqqının ödənildiyinə görə isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 13.814,45 manat ümumilikdə 200938,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ”xx.xx.2020-ci il tarixli **********141273 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı şəhəti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli**********193068 saylı qərarına əsasən həmin İdarənin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X1 tərəfindən cəmiyyətin fəaliyyəti üzrə mart 2017- sentyabr 2019 cü il hesabat dövrlərində Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama guya ki, həmin Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq a parıldığı qeyd edilmişdir. Lakin Məcəllənin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Vergi orqanı 30 günü, iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. (VM m. 49.5.) Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yoxlama 30 gündən artıq davam edə bilməz, yəni, xx.xx.2019-cu il tarixində yoxlama başlamış, xx.xx.2019-cu tarixində başa çatmalı idi. Lakin həmin müddət xx.xx.2020-ci il tarixədək əsassız olaraq qərarlarla 287 gün davam etmişdir.

5. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz..

6. Bakı İnzibati Məhkəməsinın 28 aprel 2022-ci il tarixli 2-1(112)-453/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141273 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı, İddiaçı MMC-yə nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş.

7. Məhkəmə qeyd etmişdi ki, iş materialları ilə xx.xx.2020-cİ il tarixli **********193935 saylı aktda və xx.xx.2020-ci il tarixli, **********141273 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən vergi məblələrinin (az hesablanmış vergilərlə bağlı) və maliyyə sanksiyasının düzgün hesablanmaması müəyyən olunur. İş materiallarında olan sənədlərə əsasən isə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV üzrə bəyannamə göstəriciləri arasında kənarlaşman ın aşkar edilməsi, həmçinin vergi ödəyicisinin təqdim etdiyi 20172018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində fərqin aşkar edilməsi öz təsdiqini tapmır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-2316/2022 nömrəli qərarı ilə ((hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 28 aprel 2022-ci il tarixli 2-1(112)-453/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdeh tərəfindən səyyar vergi yoxlamasını müddətinə riayət olunmadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, “cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2019-cu il tarixində başlamış, xx.xx.2020-ci il tarixində başa çatdırılmışdır. Başqa sözlə, yoxlama 9 ay 16 gün davam etmişdir. Yoxlamanın başlanıldığı xx.xx.2019-cu il tarixindən, 1-ci müvəqqəti dayandırmaya, yəni xx.xx.2020-ci il tarixinə qədər olan yoxlama müddət 30 iş gününü ehtiva edir. Bu ndan sonrakı müvəqqəti dayandırmanın (təxirin) ümumi müddəti 8 ay 16 gün təşkil etdiyi halda, Məcəllənin 38.2-ci maddəsinin 2-ci hissəsi, 38.4 və 38.7-ci maddələrinin tələbləri qaydasında hesablanan səyyar yoxlama müddətinin qeyd olunan hədləri aşılmır.”

12. Cavabdehin apellyasiya şikayətinin “Azərekspertiza” birliyinin mütəxəssis və ekspert rəylərinə istinadən, müəssisənin elektrik enerjisi sərfiyyatına görə istehsal həcmini müəyyənləşdirən və həmin əsasla iddiaçıya əlavə vergilər hesablanmasını əsaslı hesab edən dəlillərinə münasibətdə qeyd edilmişdir ki, “Azərekspertiza” birliyinin mütəxəssisi tərəfindən elektrik enerjisi sərfiyyatına görə iddiaçının istehsal həcminin müəyyənləşdirilməsi reallığı əks etdirən və ağlabatan məlumat kimi qəbuledilməzdir. Digər tərəfdən, məhkəmə praktikasınd a da müvafiq elmi metodikaya əsaslanan istesal həcminin hesablaması hallarına da rast gəlinməmişdir. Qeyd olunanlar baxımından, “Azərekspertiza” birliyini mütəxəssis və ekspert rəylərinə istinadən cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2017-2019-cu illərin hesabat dövrləri üzrə əlavə mənfəət və ƏDV vergilərinə cəlb olunması və maliyyə sanksiyası tətbiq oulunması qanunsuz və əsassızdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

15. İddiaçı ka ssasiya şikayətində qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixində müəssisədə səyyar vergi yoxlaması başlanılmışdır. Həmin yoxlama 2019-cu il tarixli vergi məcəlləsinin 38.2-ci maddəsinə əsasən 30 gün müddətində davam etməli olmuş yəni xx.xx.2022-ci il tarixində bitməli və 01 yanvar 2022-ci il tarixinə SVY aktı təqdim olunmalı olduğu halda yoxlama müddəti prosessual müddət pozularaq uzun müddət davam etmişdir. Daha sonra isə 16 gün müddət keçdikdən sonra xx.xx.2020ci il tarixli səyyar vergi yoxlamasının dayandırılması barədə **********195961 saylı qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilənədək səyyar vergi yoxlaması aktı və onun əsasında qəbul edilməli olan vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar 2019-cu il tarixli Vergi Məcəlləsinin 4 9.1-ci maddəsinə əsasən 10 gün müddətində təqdim edilməli olmasına baxmayaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə **********141273 saylı qərarı xx.xx.2022-ci il tarixində təqdim etmişdir. Cavabdeh vergi orqanı tərəfindən **********193935 saylı səyyar vergi yoxlaması aktı xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. Nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, SVY əsassız və prosessual pozuntuya yol verilərək 287 gün davam etmişdir. Bu isə cavabdeh vergi orqanı tərəfindən prosessual müddətin pozulmasına dəlalət edir. a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə araşdırma aparmamış və iş materiallarında mövcud olan və cavabdeh tərəfindən təqdim edilmiş sübutlar tədqiqat obyekti olmadan və qiymətləndirilmədən qərar qəbul edilmişdir. Belə ki, iş materiallarında mövcud olan və səyyar vergi yoxlaması zamanı alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin 1.1 -ci bəndinə qeyd edilmişdir ki, “MMC-də istehsalda istifadə edilən avadanlıqlar Almaniyanın “OMAK” firmasının istehsalı olan avtomatlaşdırılmış döşəmə daşı və səki daşı (bardur) istehsal edən qurğudur. Qeyd edilən avadanlıqların istehsal həcmini müəyyənləşdirmək üçün istehsal avadanlıqları dayanıqlı vəziyyətdə olduqları üçün işlək vəziyyətə gətirilib 1 saat ərzində istehsal həcminin və elektrik enerjisi sərfi ölçülmüş və istehsal avadanlıqlarının istehsal həcmi və elektrik enerjisi sərfiyyatları əsas götürülərək hesablamalar aparılmışdır. Göründüyü kimi istehsal həcmi mütəxəssis tərəfindən əyani şəkil də müəyyən edilmiş, müşahidələr əsasında nəticəyə gəlinmişdir. Belə olan halda xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin qeyrimötəbər sübut hesab edilməsi üçün hər hansı əsas mövcud olmamışdır.

17. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə əsasən iş üzrə obyektiv həqiqəti öyrənmək üçün mütəxəssisi və yoxlayıcıları şahid qismində dindirməli olduğu halda tam hərəkətsizlik nümayiş etdirmiş, iş üzrə araşdırma aparmadan şəxsi mülahizələri əsasında qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obye ktinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxl aması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar ve rgi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli mə lumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilə n ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellya siya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının apellyasiya şikayətindən irəli gələn tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır. 25. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticələri xx.xx.2020-ci il tarixli **********193935 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

26. Həmin akt əsasında vergi orqanı tərəfindən “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ” xx.xx.2020-ci il tarixli **********141273 nömrəli qərarı ilə 375632,36 manat məbləğində vergilərin azaldılmasına görə iddiaçıya həmin məbləğdə əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona 187.816.20 manat, nağd qaydada əmək haqqının ödənildiyinə görə isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 13.814,45 manat ümumilikdə 200938,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

27. Növbədənkənar səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus müəssisədə döşəmə və səki daşlarının istehsal həcminin və maya dəyərinin müəyyən edilməsi üçün “Azərekspertiza” Birliyindən mütəxəssis və ekspert dəvət edilmiş, həmin müt əxəssis tərəfindən hesablamalar elektrik enerjisinin həcminə görə aparılmışdır. Cavabdeh tərəfindən inzibati aktı qəbul edilərkən həmin mütəxəssis rəyinə istinad edilmişdir.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə ol unan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.

29. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.

30. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

31. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin h esablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

33. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmışdır.

34. Lakin disk resion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.

35. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə e tibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

36. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********141273 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” iddiaçıya nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsi istisna olmaqla, qalan hissədə qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

37. Məhkəm ə kollegiyası onu da qeyd edir ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 138144.45 manat məbləğində nağd qaydada əmək haqqının ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, vergi orqanı tərəfindən VM-nin 58.7-1-ci maddəsinə əsasən həmin məbləğin 10% miqdarında 13814.45 manat maliyyə sanksiyasının tətbiq edilməsi düzgün olduğundan, həmin hissəyə münasibətdə iddia təmin edilməməsi barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər.

38. Bütün yuxarıda göstərilənlərə əsəsən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətlərii təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 21(103)-2316/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar