Məhkəmə qərarları › İş №2-1(102)-1048/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1048/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1048/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş və əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmənin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək tutulmuş məb ləğin ona geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3028/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2008-ci il tarixdən 3 uşaq anası kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2.İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli **********5 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmış və müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. 3.İddiaçı xx.xx.2023-cü il tarixdə DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mə rkəzi Filialına müraciət edərək pensiyasından tutulmaların dayandırılmasını xahiş etmişdir.

4. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 2822,60 manat artıq alınmış məbləğdən xx.xx.2022-ci il tarixdən 100,80 manat olmaqla iddiaçının pensiyasından tutulurdu. İddiaçının müraciəti ilə əlaqədar pensiyasından tutulma xx.xx.2023-cü il tarixdən 50,40 manat olmaqla xx.xx.2026-cı il tarixinədək davam edəcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıdan pul tutulmalarının dayandırılması və alınan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış 2.822,60 manat pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilərək tutulmuş pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən üç uşaq anası, olaraq 51 yaşında pensiyaya çıxmışdır. xx.xx.2022-ci ildə 65 yaşı tamam olduğu üçün işdən azad olunmuş və əmək pensiyası cavabdeh tərəfindən yenidən hesablanaraq məlum olmuşdur ki, DSMF-in işçilərinin səhv hesabına görə ondan hər ay 100,80 (yüz manat səksən qəpik) manat tutulub. Beləliklə 5 ay müddətində yəni, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar ayı da daxil olmaqla, cəmi 504 (beş yüz dörd) manat pul iddiaçıdan tutulmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyasından tutulmanın dayandırılmasını xahiş etsə də, cavabdehin cavabında ona bildirilmişdir ki, tutulma xx.xx.2023-cü il tarixdən 50.40 (əlli manat qırx qəpik) manat olmaqla xx.xx.2026-cı il tarixədək davam edəcək. Cavabdehin hərəkətləri qanunsuzdur. İddia tələbinə cavabdehin etirazı:

8. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli **********5 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmış və müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir.

9. Belə ki, xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) yenidən hesablanma zamanı pensiya kapitalı xx.xx.2008-c i il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu halda. xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmış və nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir.

10. Artıq alınmış məbləğ xx.xx.2022-ci il tarixdən yenidən hesablanmış məbləğdən çıxılmış (2881.85 manat artıqalma - 59.25 manat (xx.xx.2022- xx.xx.2022-ci illər üzrə keçmiş dövr) = 2822.60 manat artıqalma), qalan artıqalma məbləğinin isə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 100.80 manat olmaqla xx.xx.2024-cü il tarixədək tutulması qərara alınmışdır.

11. Bu barədə iddiaçıya Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı daha sonra yenidən müraciət edərək, tutulmanın dayandırılmasını xahiş etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli məktubuna müraciətinə baxılmış və xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-25534/2023 nömrəli məktubla bildirilmişdir ki, müraciəti ilə əlaqədar pensiyadan tutulma xx.xx.2023-cü il tarixdən 50.40 manat olmaqla xx.xx.2026-cı il tarixədək davam edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7178/2023 saylı qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçının əmək pensiyasından artıq hesablanmış 2.822,60 manat pulun tutulması ilə bağlı hərəkətləri qanunsuz hesab edilərək xx.xx.2022-ci il tarixdən tutulmuş pulun ge ri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üçün əlverişli inzibati akt olan - qərarla təyin edilmiş əmək pensiyasından cavabdehin öz təşəbbüsü ilə tutulmalar həyata keçirilmişdir. Lakin bundan öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

14. Bu baxımdan iddiaçının müraciətindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3028/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-7178/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır.

20. Belə ki, vətəndaş ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanmışdır və bununla cavabdehin büdcəsinə ziyan dəymişdir.

21. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin e dilməsi barədə qərar “etimadın qorunması” prinsipinə əsaslanmaqla qəbul edilmişdir. Bununla bağlı cavabdeh bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67. 5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər. 1) həmin inzibati akt başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; 2) həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda.

22. Göründüyü kimi, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda, onunla eyni kateqoriyadan olan, lakin pensiy a məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir. Odur ki, iddianı təmin edilməsi barədə qərar maddi hüquq normalarının pozulması hesab edilməlidir.

23. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə aşağıdakı hallarda da maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz: 1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 24.Yuxarıda qeyd edilənlərə baxmayaraq, Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3028/2023 nömrəli qərarı ilə iddia tələbi əsassız olaraq təmin edilmişdir b. kassasiya şikayətinə etirazın dəlilləri 25.Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati ic raat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri ça ğırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur....

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qər arının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni də lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

33. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə b ağlı, həmçinin qeyd edir ki, hazırkı mübahisədə söhbət iddiaçının xeyrinə olan hər hansı əlverişli inzibati aktın (o cümlədən, qanunsuz aktın) ləğvindən deyil, əksinə, əlverişli inzibati aktın qüvvəsinə, habelə artıq ödənilmiş pensiya məbləğinin hüquqi taleyinin həlli ilə bağlı qanunun tələblərinə əməl olunmasından gedir. 34. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya baş qa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

35. Beləliklə, iddiaçıya ödənilən və cavabdeh tərəfindən qismən (artıq ödənildiyi bəyan edilən hissədə) mübahisələndirilən pensiyanın ödənişi etibarlı inzibati akta əsaslanmışdır. 36. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin imperativ tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

37. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq iddiaçını inzibati icraata cəlb etmədən, onun dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyi bəyan edilən pens iya məbləği onun razılığı alınmadan birtərəfli qaydada iddiaçıdan tutulmuşdur.

38. Beləliklə, istinad edilən normaların tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3028/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar