Məhkəmə qərarları › İş №2-1(102)-1049/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1049/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1049/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1049/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi-tibbi müəssisələrdə tibbi-təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılması tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2683/2018 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1989-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz bölməsi tərəfindən hərbi xidmətə çağırıldığını və müdafiə nazirinin xxxx 2008-ci il tarixli, **** əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) uğun olaraq ehtiyata bur axıldığını, 2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar əlillik) hüququnu əldə etdiyini, bundan başqa xxxx 1997-ci il tarixdə «Müharibə veteranı» hüququnu və vəsiqəsini əldə etdiyini, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı ilə bağlı), hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra bir neçə dəfə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına tibbi təminatı, sanatoriya-kurort müalicəsi və istirahət hüququ ilə bağlı müraciət etsə də, hal-hazıradək bu hüququ əldə etmədiyini, bununla əlaqədar xxxx 2017ci il tarixdə ərizə ilə Müdafiə Nazirinə müraciət etdiyini, sonuncu, xxxx 2017-ci il tarixli məktubla hərbi müalicə müəs sisələrində müayinə və müalicə hüququnun olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, onun tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(81)-3144/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılması vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – Ş.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-2229/2017 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2018-ci il tarixli, 2-1(102)-255/2018 saylı qərarı ilə (sədrlik edən R.S.Nəbizadə, hakimlər A.S.Hüseynov və X.S.Məmmədov) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyininkassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1011/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) Azərbaycan Respublikası Müdafiə Naz irliyinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-1727/18 saylı qərarı ilə (sədrlik edən N.İ.Rəsulbəyova, hakimlər Z.M.Quliyev və İ.K.Hüseynov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2683/2018 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Azərbaycan Resp ublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və onun vəkili Vəkilkassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı ərizəsində xxxx 1989-cu il tarixdən xxxx 2008-ci il tarixə kimi Silahlı Qüvvələrdə xidmət ke çməsini bildirmiş, xidmət müddəti təqvim hesabı ilə 19 il 01 ay 19 gün təşkil edir, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə ehtiyata buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır, eyni zamanda A zərbaycan Respublikasının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 148-ci maddəsinə əsasən hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər, ona görə də İddiaçı həmin hərbi qulluqçuların kateqoriyasına aid oluna bilməz. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, o nun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazı mi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətb iq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2683/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xxxx 1989-cu il tarixdə Səfərbər lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz bölməsi tərəfindən hərbi xidmətə çağırılmış, X1 xxxx 1989-cu il tarixdən xxxx 1991-ci il tarixədək Çelyabinsk Ali hərbi avtomobil mühəndisləri məktəbində, xxxx 1991-ci il tarixdən xxxx 1992-ci il tarixədək N saylı hərbi hissədə, xxxx 1992-ci il tarixdən xxxx 1992-ci il tarixədək BABKM-də, xxxx 1992-ci il tarixdən xxxx 1993-cü il tarixədək İİ Əlahiddə motoatıcı briqadasının sərəncamında, xxxx 1993-cü il tarixdən xxxx 1998-ci il tarixədək N saylı hərbi hissədə, xxxx 1998-ci il tarixdən xxxx 2007-ci il tarixədək N saylı hərbi hissədə, xxxx 2007ci il tarixdən xxxx 2008-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin **** nömrəli, xxxx 2008-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, iddiaçı, xxxx 2017-ci il tarixdə ərizə ilə Müdafiə Nazirinə müraciət edərək, tibbi təminatı, sanatoriyakurort müalicəsi və istirahət hüququnun saxlanılmasını xahiş etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə (Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ) görə yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığına, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlər, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların hosp italda tibbi təminat hüququna malik olduqlarına, xidmət illəri 20 ildən az olduğuna görə onun Silahlı Qüvvələrdən tərxis olunmağının bu kateqoriyalara uyğun gəlmədiyi üçün hərbi müalicə müəssisələrində müayinə və müalicə hüququnun olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, həm «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə, həm də «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 148-ci maddəsinə görə 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlər yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldıqda, 20 il və daha çox xidmət etmiş başqa zabitlər, gizirlər və miçmanlar xəstə liklərə görə buraxıldıqda, bu şəxslərin hərbi-tibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır, yəni qanunverici hər iki halda sadalanan hüquqların saxlanılması üçün şəxsin ən azından 20 il xidmət etməsini zəruri hesab etmiş, iddiaçının böyük rütbəli zabit kimi xəstəliyə görə ehtiyata buraxılması və təqvim ilə 19 il 01 ay 19 gün xidmət etməsi işin mübahisəsiz hallarına aiddir, iddiaçının tələb olunaraq öyrənilmiş «Şəxsi işin»də olan sənədlərdən xidmət illərinin 47 ildən çox olması müəyyən olunmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəsin ixti yarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Qanunun 13-cü maddəsinin 4-cü bəndinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər. Qanunun 13-cü maddəsinin 5-ci bəndinə görə isə, yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Həmin Qanunun 13-cü maddəsinin 4-cü bəndi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvlərindən, 5-ci bəndi isə vaxtilə xidmətdə olmuş, lakin müəyyən səbəblərdən xidmətdən buraxılmış hərbi qulluqçularda n və onların ailə üzvlərindən bəhs edir. Azərbaycan Respublikasının xxxx 1997-ci il tarixli, **** nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 8-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. İddiaçı istefaya buraxılarkən onun rütbəsi polkovnik-leytenant olduğundan baş zabit heyətinə (Əsasnamənin 10-cu maddəsi) aid olmaqla o, böyük rütbəli zabit hesab edilir. Həmin Əsasnamənin 148-ci maddəsinə əsasən hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlə r heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbitibbi müəssisələrdə, tibbi təminat və sanatoriya kurort müalicəsi almaq hüququ saxlanılır. Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan is tifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11cimaddəsinəəsasənmübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. AzərbaycanRespublikasıAli Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarında «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 13-cü maddəsinin 5-ci bəndinə və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 148-ci maddəsinə istinad olunaraq qeyd olunmuşdur ki, qanunverici hər iki halda sadalanan hüquqların saxlanılması üçün şəxsin ən azından 20 il xidmət etməsini zəruri hesab etmiş, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən qanunvericilikdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun yaranması üçün 20 təqvim ili yox, 20 xidmət ili tələb olunduğunu nəzərə almamışdır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qanunvericiliyə görə 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldıqda, 20 il və daha çox xidmət etmiş başqa zabitlərin, gizirlərin və miçmanların xəstəliklərə görə buraxıldıqda, bu şəxslərin hə rbi-tibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququnun saxlanıldığını, iddiaçının böyük rütbəli zabit kimi xəstəliyə görə ehtiyata buraxılması və təqvim ilə 19 il 01 ay 19 gün xidmət etdiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarında verilmiş göstərişlər yerinə yetirilməklə tələb edilmiş İddiaçı «Şəxsi işin»də olan sənədlərə əsasən isə cavabdeh inzibati orqan tərəfindən aparılmış hesablamaya əsasən xidmət illərinin 47 ildən çox olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apel lyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2683/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2683/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar