Məhkəmə qərarları › İş №2-1(102)-1049/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1049/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1049/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iş üzrə Açar söz: pensiyanın yenidən hesablanması. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2934/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuşdur və hazırda Bakı şəhəri, H.ünvan 1 ünvanında yaşayır. İddiaçıya İİ qrup əlil kimi xx.xx.2004-cü ildən həmin dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin tələblərinə əsasən əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının 2008-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 26.2ci maddəsinin və həmin maddəyə əlavə edilmiş “Qeyd”ə uyğun olaraq yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxxxxx 2018-ci il tarixli məktubla cavab verərək onun pensiyanın yenidən hesablanması barədə ərizəsini təmin etməmiş, əsas kimi göstərmişdir ki, ərizədə qeyd edilmiş məhdudiyyətin götürülməsi ilə xx.xx.2018-ci il tarixdən iddiaçının pensiyanın yenidən hesablanması bu hesablamalar xx.xx.2006-cı il tarixədək hesablanmış pensiyalara şamil edildiyindən qanunun tələblərinə ziddir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 26, 27.1-ci maddələri və 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə, pensiyasının 2008ci il 1 yanvar tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü il 12 yanvar tarixdən 2-ci dərəcəli peşə xəstəliyi səbəbindən əlilliyə görə əmək pensiyası alır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən onun 13 il 3 ay 14 gün stajından “Qum Adası” NQÇİ-də əmək fəaliyyətinin son 24 ayının əmək haqqı əsas götürülməklə ona pensiya hesablanmış, lakin həmin Qanunun 78-ci maddəsinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqı məhdudlaşd ırılmaqla (3 mislindən artıq olmamaqla) ödənilmişdir. Həmin məhdudiyyət “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin 2008-ci ildən qüvvəyə minmiş redaksiyasına görə aradan qaldırılmış və pensiyanın orta aylıq əmək haqqının tam məbləğindən hesablanması müəyyənləşdirilmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiyanın yenidən hesablanmasından imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 aprel tarixli 2-1(81)-1189/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 26, 27.1-ci maddələri və 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə, iddiaçının pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hal qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmasa belə, qanunvericilikdə əvvəllər əksini tapdığından iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına mane olmamalıdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-1(103)-1371/2019 nömrəli qərarıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2620/19 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 30 may tarixli 2-1(103)-1371/2019 nömrəli qərarı ləğv edilmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2934/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin olu nmamış, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçının əmək pensiyasının 2002-2003cü illər üzrə orta aylıq əmək haqqının təm məblği əsas götürülməklə xx.xx.2008-ci il tarixdən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsinə həvalə edilmişdir. Cavabdeh DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmamış və kassasiya şikayəti verərək qərarın ləğv olnumasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorun mövqeyinə görə, iddiaçının tələbində qeyd etdiyi "Əmək pensiyaları haqqında'’ Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsi xx.xx.2008-ci tarixdən 1 1.11,2009-cu il tarixə dək qüvvədə olmuş və həmin müddətdə iddiaçı ilə cavabdeh arasında hər hansı bir hüquq münasibəti olmamışdır. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında hüquq münasibətinin xx.xx.2004-cü il tarixdə, yəni iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman yarandığı nəzərə alınarsa, həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Qanunun qeyd edilən maddəsi nəzərdə tutulmadığı üçün həmin maddi hüquq normasının tətbiqindən söhbət belə gedə bilməz. Həmçinin iddiaçı iddiasında göstərdiyi tələblə bağlı cavabdeh orqana müraciət etdiyi vaxt da iddiaçının istinad etdiyi hüquq normaları qüvvədən düşmüşdür. Bu səbəbdən də hesab edir ki, iddiaçının "Əmək pensiyaları haqqında" Qanunun 26.2-ci maddəsində qeyd edilən hüququ yaranmadığından, bu halın iddiaçının həmin hüquqdan məhrum edil məsi hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X3 şikayətin dəlilləri ilə razılaşmadığını bildirərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasə n hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 26, 27.1-ci maddələri və 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə, pensiyasının 2008-ci il 1 yanvar tarixindən yenidən hesablanması və yaranmış fərqin ödənilməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı halda cavabdeh orqan iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən “Əmək pensiyaları h aqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən iddiaçının orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyasının həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanmasını tələb etmək hüququnu qazandığını, bu maddənin sonradan qanundan çıxarılmasının iddiaçının qazanılmış hüquqdan məhrum etmədiyini nəzərə almadığından iddianın təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olduğuna dair düzgün nəticəyə gəlsə də, qərarının nəticə hissəsində iddiaçının əmək pensiyasının əmək haqqının tam məbləği əsa s götürülməklə hansı tarixdən yenidən hesablanmalı olduğunu göstərmədiyindən (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı yenidən hesablamanı xx.xx.2008-ci il tarixdən tələb etdiyi halda) məhkəmə hesab edir ki, qərar həmin hissədə dəyişdirilməli, yenidən hesablamanın xx.xx.2008-ci il tarixdən həyata keçirilməli olduğu qərarın nəticə hissəsində qeyd edilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının qazanılmış pensiya hüququnun məhdudlaşdırılmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşır. Lakin nəzərə alınmalıdır ki, bu hüquq hazırki işdə işin digər halları əsasında müəyyən olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı uzun müddətdir pensiya alır. Pensiyanın növü, hesablanması qaydaları və əsas kimi götürülmüş sübutlar pensiya işind ə toplanır. Ona görə də pensiya məbləğinin yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi, əlavələrin hesablanması və digər predmetli mübahisələrə baxılarkən, iddiaçının irəli sürdüyü tələbin və cavabdeh tərəfin etirazlarının pensiya işində olan sənədlərlə müqayisəli şəkildə araşdırılması zəruridir. Apelyasiya instansiyası məhkəməsi qərarında hazırki iş üzrə Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarında əksini tapmış hüquqi mövqelərin məcburi olduğunu bildirsə də, Ali Məhkəmənin qərarında işin hallarının tam araşdırılması barədə verilmiş göstərişə formal yanaşmış, hesablama ilə bağlı cavabdehin nümayəndəsindən müfəssəl izahat tələb etməmiş, şifahi məhkəmə iclasında da nümayəndədən sual-cavab yolu ilə zəruri məlumatları almamışdır. Halbuki, Ali Məhkəmə bu iş üzrə ap elyasiya instansiyası məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarını ləğv edərkən ona əsaslanmışdır ki, «Azərbaycan Respublikası İPM-nin 58.7-cı maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan «Pensiyaçının uçot vərəq»indəki məlumatlara görə iddiaçıya 2008-ci ilin 1 yanvar tarixdən pensiya yenidən hesablanıb. Lakin iddiaçının dəlilləri də nəzərə alınmaqla, bu hesablamanın həmin vaxt qüvvədə olan qanunun tələblərinə uyğun aparılıb-aparılmadığı (məlumatda qeyd edilən məbləğin əmələ gəlmə əsasları), aparılmadığı halda, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar da nəzərə alınmaqla bunun səbəbləri məhkəmə araşdırmasının predmeti olmayıb». Apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən, Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq tam və hərtərəfli araşdırma aparmamışdır. Çünki iddiaçının pensiyası 2008-ci il 1 yanvar tarixdə yenidən hesablanarkən buna əsas olmuş hüquqi faktlar sənədlərlə əksini tapmır. Həmin tarixdən yenidən hesablamanın hansı əsaslarla aparıldığı, iddiaçının indi tələb etdiyi məbləğdən fərqli olub-olmaması araşdırılmayıb. İddiaçının öz tələbini sübut etmək üçün təqdim etdiyi arxiv arayışı 2010-cu ildə verilmiş kserosurət olmaqla, düzgünlüyü təsdiq olunmamışdır. İşə əlavə olunmuş və lazımi şəkildə təsdiqlənməmiş «Pensiyaçının uçot vərəqi» 1942-ci il təvəllüdlü İddiaçı aiddir. Təkrar apelyasiya baxışı zamanı sözügedən pensiya işi tələb olunub işə əlavə edilməklə tədqiq olunmalı, ona hansı növ pensiyanın hansı əsaslarla təyin olunduğu, 2008-ci ildə və sonrala r yenidən hesablama aparılarkən nəyə istinad olunduğu barədə cavabdehdən müfəssəl izahat alınmalı, iddiaçıdan iş materiallarının 30-cü səhifəsinə tikilmiş «Qum adası» NQÇİ-nin xx.xx.2010-cu il tarixli arayışının əsli tələb olunub işə əlavə olunmalı, zərurət olduqda həmin arayışda göstərilən məlumatların həqiqiliyini yoxlamaq üçün sorğu göndərilməli, toplanmış sübutların obyektiv qiymətləndirilməsi əsasında əsaslandırılmış qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olundu qda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2934/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İş materialları təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar