Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1049/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-137/2021 saylı, 25 fevral 2021ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.xxx-cü il təvəllüdlü iddiaçı 1 sentyabr 1980-ci il tarixdən 19 may 1981-ci il tarixədək Cəlilabad şəhər 36 nömrəli Texniki Peşə Məktəbində “rəngsaz” peşəsi üzrə təhsil almış, 1981-ci ilin may ayından 1983-cü ilin iyun ayınadək həqiqi hərbi xidmət keçmiş, 16 sentyabr 1983-cü il tarixdən indiyənədək ARDNŞ Heydər adına X4 (hazırkı adı ilə) müxtəlif peşələrdə, o cümlədən koks istehsalı üzrə texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru işləmişdir.
2. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan Cəlilabad rayon Səfərəliyev adına Sov xozun 1981-ci ilə aid olan şəxsi-hesab kitablarındakı məlumatlara əsasən iddiaçı 14 mart 1981-ci il tarixli 31 nömrəli əmrlə “Səfərəliyev” adına Sovxozda 6 nömrəli briqadaya fəhlə qəbul edilmiş, 20 may 1981-ci il tarixli 62 nömrəli əmrlə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X9 tərəfindən verilmiş 01 fevral 2020-ci il tarixli arayışında bildirilmişdir ki, iddiaçı 16 sentyabr 1983-cü il tarixdən indiyədək Heydər Əliyev adına X4 işləyir. 16 sentyabr 1983-cü il tarixdən (işə qəbul barədə 426k saylı 15 sentyabr 1983-cü il tarixli əmr) indiyədək koks istehsalı üzrə 4 nömrəli texnoloji istehsalın koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğusunda texnoloji qurğuların operatoru, 13, 7 nömrəli sexlər də, istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində, elektrik avadanlıqlarının təmiri üzrə xidmət sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləyir. Bu peşələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) müəyyən edilmiş qaydaya əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir.
4. İddiaçı texniki peşə məktəbindəki təhsilin, hərbi xidmət dövrünün və 1983-cü il tarixdən adıçəkilən Zavoddakı fəaliyyəti üzrə iş illəri nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 19.02.2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) ümumi iş stajının 2006-cı ilin yanvar ayınadək 25 ildən az toplanması, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 04.05.2020-i il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 1 fevral xxx-cü il tarixdə doğulmuşdur. 1 sentyabr 1980-ci il tarixdə 36 nömrəli Texniki Məktəbinə qəbul edilərək 18 may 1981-ci il tarixdə həmin məktəbi xüsusi rəngsaz ixtisası üzrə bitirmişdir. 21 may 1981ci il tarixdən 16 sentyabr 1983-cü il tarixədək Sovet Ordusunda hərbi xidmət keçmişdir. Həmin vaxtdan sonra o, əmək fəaliyyətinə başlamışdır. 16 sentyabr 1983-cü il tarixdən Heydər Əliyev adına X4 koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğuların operatoru, 13 nömrəli və 7 nömrəli sexlərdə istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. Bu peşələr “Əmək pensiyaları haqqında” Qanunun 9.1- ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) nəzərdə tutulduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Onun güzəştli əmək şəraitində iş stajı 36 il, 4 ay, 12 gün təşkil edir.
7. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini əsaslandırmaq məqsədi ilə əmək kitabçası və SOCAR tərəfindən tərtib olunmuş arayışı təqdim etmişdir. Təqdim olunmuş əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə 16 sentyabr 1983-cü il tarixdən başlamışdır. “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minənədək onun 22 il 03 ay 15 gün ümumi iş stajı olmuşdur. Bunadək 1 sentyabr 1980- ci il tarixdən 18 may 1981-ci il tarixədək texniki peşə məktəbində 6 ay 17 gün müddət ərzində təhsil almış və iki il Sovet Ordusunda hərbi xidmət keçmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Q anunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, istinad edilən normanı nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilə bilməz. Belə ki, onun iş stajı Qanunda nəzərdə tutulmuş 25 ildən azdır, yəni onun texniki peşə məktəbində və hərbi xidmətdə olma dövrü nəzərə alınarsa belə onun ümumi iş stajı 24 il 10 aydır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-4416/2020 saylı iş) 29 iyul 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya onun 01.09.1980-ci il tarixdən 18.05.1981-ci il tarixədək texniki peşə məktəbindəki təhsil müddəti və 1981-1983-cü illərdəki hərbi xidmət dövrü sosial sığorta stajına da xil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2006-cı ilin yanvar ayının 1dək qüvvədə olmuş qanunvericilik normaları texniki peşə təhsili və hərbi xidmət müddətlərini də sosial sığorta stajı kimi nəzərdə tutulduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən iddiaçının həmin tarixdən əvvəlki dövrdəki 8ay 19 gün texniki peşə məktəbindəki təhsil illəri və 2 il hərbi xidmət dövrü sosial sığorta stajı kimi qəbul olunmalıdır. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək əmək kitabçası və SOCAR NEZ-in 1 fevral 2020-ci il tarixli arayışına əsasən 16 sentyabr 1983-ü il tarixdən əmək stajı 22 il 03 ay 14 gün təşkil etdiyindən, təhsil və hərbi xidmət müddətləri ilə birlikdə onun 25 ildən artıq ümumi stajı toplanmış sayılır. Belə olan halda, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt, yəni 01 fevral 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, texniki peşə məktəbindəki təhsil və hərbi xidmət dövrləri sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və id diaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X3 və X2, 2-1(103)-137/2021 saylı iş) 25 fevral 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2021-ci il tarixli qərarından 21 aprel 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkünsüz sayı lması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçı əmək fəaliyyətinə 16.09.1983-cü ildən başlamışdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək onun 22 il 03 ay 15 gün ümumi iş stajı olmuşdur. Buna kimi iddiaçı 01.09.1980-ci ildən 18.05.1981-cİ ildə texniki peşə məktəbində 6 ay 17 gün müddət ərzində təhsil almış və iki il ərzində isə Sovet Ordusunun tərkibində hərbi xidmətdə olmuşdur. 14. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvv ədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” Qeyd edilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilə bilməz, belə ki, onun iş stajı Qanunda nəzərdə tutulmuş 25 ildən azdır, yani onun texniki peşə məktəbində və hərbi xidmətdə olma dövrü nəzərə alınsa belə onun ümumi iş stajı 24 il 10 aydır. 15. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cİ maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakim iyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edi lmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmə k şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şərait i xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır ola n işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün g üzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və fa ktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
27. İddiaçı 1 sentyabr 1980-ci il tarixdən 18 may 1981-ci il tarixədək 36 nömrəli Texniki Məktəbdə təhsil aldığı müddətin və 21 may 1981-ci il tarixdən 16 sentyabr 1983-cü il tarixədək olan hərbi xidmət müddətinin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
28. Cavabdehin şikayətinin dəlillərinə görə 1 yanvar 2006-cı il tarixədək iddiaçının 22 il 3 ay 15 gün ümumi iş stajı olmuş, buna qədər isə 1 sentyabr 1980-ci il tarixdən 18 may 1981-ci il tarixədək texniki peşə məktəbində 6 ay 17 gün təhsil almış və iki il Sovet Ordusunda hərbi xidmət keçmişdir. İddiaçının ümumi stajı 24 il 10 aydır, yəni qanunvericilikdə nəzərdə tutulan 25 ildən azdır, digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə tələb olunan yaş və stajla yanaşı zəruri pensiya kapitalı da lazım olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
31. İşin hallarından görünür ki, iddiaçı xx.xx.xxx-cü il tarixdə doğulmuş, 1 sentyabr 1980-ci il tarixdən 19 may 1981-ci il tarixədək Cəlilabad şəhəri 36 nömrəli Texniki Peşə Məktəbində “rəngsaz” peşəsi üzrə təhsil almış, 1981-ci ilin may ayından 1983-cü ilin iyun ayınadək həqiqi hərbi xidmət keçmiş, 16 sentyabr 1983-cü il tarixdən 1 fevral 2020-ci il tarixədək ARDNŞ Heydər Əliyev adına X4 müxtəlif peşələrdə, o cümlədən koks istehsalı üzrə texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru işləmişdir.
32. Apelyasiya məhkəməsinin mövqeyinə görə 1 yanvar 2006-cı ilə qədər iddiaçı 2 saylı Siyahıda mövcud olan peşədə işləmiş və həmin vaxta qədər 25 ildən az olmayan ümumi iş stajı, 12 il 6 aydan az olmayan güzəştli iş stajı mövcud olmuşdur.
33. İddiaçının 1 yanva r 2006-cı ilə qədər 12 il 6 aydan az olmayan güzəştli iş stajının mövcudluğu barədə cavabdeh mübahisə açmamışdır.
34. Bununla belə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X9 tərəfindən verilmiş 1 fevral 2020-ci il tarixli arayışında bildirilmişdir ki, iddiaçı 16 sentyabr 1983-cü il tarixdən indiyədək Heydər Əliyev adına X4 işləyir. 16 sentyabr 1983-cü il tarixdən indiyədək koks istehsalı üzrə 4 nömrəli texnoloji istehsalın koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğusunda texnoloji qurğuların operatoru, 13, 7 nömrəli sexlərdə, istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində, elektrik avadanlıqlarının təmiri üzrə xidmət sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mo ntyoru işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) müəyyən edilmiş qaydaya əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir.
35. İş yeri üzrə verilən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndinə istinad edilsə də, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərt lərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda da mövcud olmuşdur.
36. Apelyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “İV. Koks, pekokoks, termoanaftrasit və koks-kimya istehsalatları. Kömürün hazırlanması” bölməsində “elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru (kod 2050000a-861) nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi “elektrik avadanlıqları nın təmiri və xidməti sahəsində elektrik montyoru” peşəsi Siyahıda göstərilmişdir.
37. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, iddiaçının işlədiyi peşə 2 nömrəli Siyahıda Xİİ bölmədə 2-ci yarımbənddə 2130200a-19861 və 3-cü yarımbənddə 23103021-19861 kodu ilə əksini tapdığından iddiaçının 1 yanvar 2006-cı ilə qədər 12 il 6 aydan az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi mübahisə doğurmamışdır.
38. İddiaçının 1 yanvar 2006-cı ilə qədər ümumi iş stajının mövcudluğu barədə məhkəmə kollegiyası qeyd edir ki, 1 sentyabr 1980-ci il tarixdən 18 may 1981-ci il tarixədək 36 nömrəli Texniki Məktəbdə təhsil müddəti (8 ay 18 gün), 21 may 1981-ci il tarixdən 17 iyun1983-cü il tarixədək hərbi xidmət müddəti (2 il 26 gün) və 16 sentyabr 1983-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək fasiləsiz əmək fəaliyyəti dövrü (22 il 8 ay 16 gün) nəzərə alınmaqla, ümumilikdə onun 25 ildən az olmayan sığorta stajına malik olduğu təsdiq edilir.
39. Kasasiya şikayətinin iddiaçının zəruri pensiya kapitalının olmaması ilə balı məhkəmə kollegiyası bildirir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun mövcud olub-olmaması “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri həddində yoxlanıldığından və bu normaya görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğu tələb olunmadığından şikayətin dəlili əsaslı olmamışdır.
40. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş dir.
41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-137/2021 saylı, 25 fevral 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.