Məhkəmə qərarları › İş №2-1(102)-1049/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1049/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1049/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-205/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı hərbi xidmət keçməmiş, bununla bağlı ona məxsus NZ ******* nömrəli hərbi biletdə qeydiyyat aparılmamışdır.

2. İddiaçı 1 sentyabr 1970-ci il tarixdən 30 may 1972-ci il tarixə kimi Azərbaycan SSR Təhsil Nazirliyinin Respublika Ticarət-kulinar peşə məktəbində təhsil almış və ona 31 may 1972-ci il tarixli, 456 nömrəli şəhadətnamə verilmişdir.

3. İddiaçıya məxsus 23 oktyabr 1972-ci il tarixli əmək kitabçasına əsasən o: - xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək “Gənclik” restoranında aşpaz; - xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Kirov rayon Qarışıq Mallar Ticarəti İdarəsində aşpaz; - xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Bakı 1 nömrəli Ayaqqabı fabrikində aşpaz; - xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Əzizbəyov otelində yük-daşıyıcı; - xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək "İnturist” Mehmanxanasında 4-cü və 5-ci dərəcəli aşpaz; - xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək "Azneft” Trestində 5-ci dərəcəli aşpaz; - xx.xx.1978-ci ildən xx.xx.1990-ci ilədək Oktyabr rayonu Birləşmiş Yeməkxanasında, “Ana və Uşaq” kafesində aşpaz; - xx.xx.1990-cı ildən x x.xx.1991-ci ilədək "Abşeron” Mehmanxanasında aşpaz; - xx.xx.1991-ci ildən xx.xx.1999-cu ilədək "Taxıl Məhsulları” Şirkətinin 272 nömrəli mağazasının müdir müavini işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət etmiş, şöbənin 4 mart 2020-ci il tarixli **********3 nömrəli məktubu ilə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının inzibati məhkəmə prosesinə cavabdeh qismində cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə il ə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının 27 fevral 2019-cu il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarından əmək fəaliyyətinə başlamışdır. Ümumi 30 ilə yaxın iş stajı vardır. İşlədiyi Dövlət şirkəti ləğv edilərək Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi ilə əlaqədar sonuncu tutduğu vəzifədən 10 mart 1999-cu il tarixdə azad edilmişdir. İşlədiyi müddət ərzində vəzifə borcunu layiqincə icra etdiyinə görə dəfələrlə mükafatlandırılmışdır. 17 yanvar 2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayo n şöbəsinə ərizə və sənədləri təqdim etmişdir. Ancaq dəfələrlə müraciət etməyinə baxmayaraq, qeyd etdiyi məsələnin nə yerdə olması barədə ona məlumat verilməmişdir. Bu səbəbdən o, 20 iyun 2020-ci il tarixdə yenidən lazımi sənədləri Binəqədi rayon şöbəsinə təqdim olunması üçün 1 saylı ASAN Xidmət Mərkəzinə vermişdir. Bundan sonra dəfələrlə 1 saylı ASAN Xidmət Mərkəzində və Binəqədi rayon şöbəsində olmuşdur. 31 avqust 2020-ci il tarixdə ona rəsmən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 4 mart 2020-ci il tarixli, **********3 nömrəli məktubunu təqdim edilmişdir. Onun müraciətindən 7 ay 14 gün keçdikdən sonra aldığı məktubdan məlum olmuşdur ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin olunması barədə xahişindən imtina olunmuşdur.

9. İddiaçı tərəfindən birinci inst ansiya məhkəməsinə təqdim edilən cavabdehin 29 sentyabr 2020-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən onun ümumi iş stajı 22 il olmaqla qanuni tələb olunan müddətdən (25 ildən) azdır. xx.xx.1972-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “X1 Şirkəti”ndə işlədiyi dövr araşdırılmış, müəssisənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi müəyyən edilmiş, bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmamışdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16308.00 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 dekabr 2020-ci il ta rixli, **********740800 nömrəli məktubunda qeyd edilmişdir ki, “X1 Şirkəti” Azərbaycan Respublikasının Prezidentinin 3 may 1993-cü il tarixli, 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, strukturu və nizamnaməsi 29 dekabr 1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Şirkət təsdiq edilmiş nizamnaməsinə əsasən keçmiş Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin əsasında yaradılmış və onun hüquqi varisidir. Şirkət VÖEN almaqla uçota dayanmaq üçün vergi orqanına müraciət etməmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 mart 2021-ci il tarixli, **********20 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlə t Xidmətində "xxxx" Dövlət Şirkətinin xx.xx.1991-ci il tarixli, 156 LS nömrəli və xx.xx.1999-cu il tarixli, PK-İİ nömrəli əmrləri aşkar edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2 iyun 2021-ci il tarixli, 2-1(112)-1597/2021 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da, həmin sənəddə qeyd olunmuş xx.xx.1991-ci il tarixli, 156 LS nömrəli və xx.xx.1999-cu il tarixli, PK-İİ nömrəli əmrlərinin mövcudluğu öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın həmin müddətləri sığorta stajına daxil edilməməsi ilə bağlı mövqeyi əsaslıdır. İddiaçı 25 ildən az sığorta stajına malik olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pen siya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-205/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2 iyun 2021-ci il tarixli, 2-1(112)-1597/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının 27 fevral 2019-cu il tarixdən təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının işlədiyi müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. İddiaçının 64 yaşı tamam olduğu dövrdə əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci ildən xx.xx.1999-cu ilədək "xxxx" Dövlət Şirkətində işləməsini təsdiq edə biləcək xx.xx.1991-ci il tarixli, 156 LS nömrəli və xx.xx.1999-cu il tarixli, PK-İİ nömrəli əmrlər müvafiq orqanda aşkar edilməmişdir. Bundan əlavə “X1 Şirkəti” Azərbaycan Respublikasının Prezide ntinin 3 may 1993-cü il 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən xx.xx.1994-cü il tarixdə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 7 yanvar 2021-ci il tarixli 05/6300-14 nömrəli məktubuna əsasən sözügedən təşkilat barədə məlumat qeyrikommersiya qurumlarının dövlət reyestrində aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 dekabr 2020-ci il tarixli **********46 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının 9 dekabr 1999cu il tarixli, 226 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında əsasnamə”yə əsasən dövlət əml akının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı təşkilatları tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin X1 Şirkəti tərəfindən dövlət əmlakının reyestrinə heç bir məlumat təqdim edilməmişdir.

19. Kassator hesab edir ki, məhkəmə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 7 və 31.2-ci maddələrinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.2-ci bəndinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə yazılı etirazında bildirmişdir ki, onun "xxxx" Dövlət Şirkətində işə qəbu l və işdən azad olunması barədə vəzifəli şəxslər tərəfindən əmək kitabçasında qeydlər aparılmış, həmin şəxslərin imzaları və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Müəssisənin sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi onun günahı deyildir. Onun həmin müəssisədə işlədiyini təsdiq edən və onunla birlikdə işləyən şəxslərin əksər hissəsi hazırda sağdır. Əmək kitabçasında ümumi iş stajı 25 il 11 ay 8 gün təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı qanunların tələblərinə riayət edilməklə çıxarılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaol unan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiya: 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya: 62 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayara q, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunan ların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq ed ilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstə rilir. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 26. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə

1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzah ir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydası nda baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxı mdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayə tdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, ai diyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Cavabdehin mübahisələndirdiyi 15 dekabr 1991 – 10 mart 1999-cu il tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, "xxxx" Dövlət Şirkətinin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

36. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 15 dekabr 1991-ci ildə başlamış, əmə k fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 10 mart 1999-cu ilədək davam etdirmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

37. Hazırkı qərarın 25-ci bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

38. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

39. Qərarın 22-ci bəndində qeyd olunan, iddiaç ının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-205/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar