Məhkəmə qərarları › İş №2-1(102)-1049/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1049/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1049/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Gülalı qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: XDS qərarı ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Gülalı qızının cavabdeh Azə rbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon XDS İK-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 nömrəli qərarı ilə ayrılmış 49 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 21(105)-518/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 nö mrəli qərarına əsasən, Xaçmaz rayon Çinartala kənd sakini X2 fərdi mağaza tikintisinin quraşdırılması üçün Babək sovxozunun yararsız torpaqlarından Xudat–Xaçmaz yolunun sağ tərəfindən 49 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Qeyd olunan torpaq sahəsinə dair X1 adına A seriyalı 440499 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq X5 kitabında xx.xx.2013-cü il tarixdə 817 nömrə ilə uçota alınmışdır.

3. Xaçmaz rayon İHB-nın xx.xx.2009-cu il tarixli 391 nömrəli sərəncamına əsasən, X2 Xaçmaz rayon XDS İK-nin 09 iyul 1993-cü il tarixli, 28 nömrəli qərarı ilə verilmiş Xaçmaz rayonu Çinartala kəndi ərazisində yerləşən 49 kv.m torpaq sahəsində fərdi ticarət və ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir.

4. X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür və iddiaçı onun arvadıdır.

5. İddiaçı hə min torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon XDS İK-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 nömrəli qərarı ilə ayrılmış 49 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçının tələbi hazırkı qərarın 1-5-ci bəndlər ində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

8. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 16 fevral 2023-cü il tarixli, 2-1(118)-590/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon XDS İK-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 saylı qərarı ilə ayrılmış 49 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum əri X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən 49 kv.m torpaq sahəsi 1993-cü ildə Xaçmaz rayon XDS İK Rəyasət Heyətin in qərarına əsasən iddiaçının mərhum ərinə ayrılmışdır. Həmin qərarda torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir qeydin olmamasına baxmayaraq, cavabdeh inzibati orqan icarə müqaviləsinin təsdiq edilməməsi səbəbindən iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum ərinə ayrılmış 49 kv.m torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Torpağın ayrılması barədə qərarda onun icarəyə verilməsi barədə məlumat olmadığı halda, cavabdehin icarə müqaviləsinin təqdim edilməməsi səbəbindən ona imtina bildirişi verməsi əsassız hesab edilməlidir. Hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları mövcud olmadığından, məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının dəlilləri əsassızdır, iddia təmin olunmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, cavabdehin mütəxəssisi tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayon XDS İK-nın Rəyasət Heyətinin xx.xx.1993-ci il tarixli 28 nömrəli qərarı ilə iddiaçının mərhum əri X2 ayrılmış 49 kv.m torpaq sahəsi yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür və digər şəxslərin mülkiyy ətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi aşkar olunmadı. Faktiki naturada torpaq sahəsinin ölçüləri - eni 6 m, uzunu 8,167 m, tikili isə 6x8 m təşkil edir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 20 oktyabr 2023-cü il tarixli, 2-1(105)-518/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-590/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hüquqi mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmı ş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) ilə əsaslandırmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Xaçmaz rayon İHB-nın xx.xx.2009-cu il tarixli 391 nömrəli sərəncamı torpaq sahəsi ilə bağlı deyil, obyektin tikintisinə icazə verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, X2 ayrılmış 49 kv.m torpaq sahəsi fərdi mağaza tikintisinin quraşdırılması üçün ayrılmışdır. Lakin tətbiq olunan maddi hüquq norması yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələlərini nizamlayır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Torpaq Məcəlləsi (xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş): Maddə

10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir:... 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün;... 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qo yulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilə r. … Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticə düzgün olduğundan, İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 nömrəli qərarına əsasən, rayon torpaq şöbəsinin 23 iyun 1993-cü il tarixli vəsatət i nəzərə alınmaqla, Xaçmaz rayon Çinartala kənd sakini X2 (iddiaçının əri) fərdi mağaza tikintisinin quraşdırılması üçün Babək sovxozunun yararsız torpaqlarından Xudat–Xaçmaz yolunun sağ tərəfindən 49 kv.m torpaq sahəsi ayrılmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin X2 ayrıldığı vaxt (xx.xx.1993-cü il) qüvvədə olmuş Torpaq Məcəlləsinin “Torpaq sahələri üzərində xüsusi mülkiyyət hüququ” adlanan 10-cu maddəsində torpaq sahəsinin hansı məqsədlər üçün xüsusi mülkiyyətə verildiyi hallar təsbit edilmişdir. Həmin Məcəllənin 4-cü bəndinə əsasən, torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qəra rı ilə aşağıdakı məqsədlər üçün verilir.... 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün;...

26. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının ərinə ayrılan vaxt qüvvədə olan Torpaq Məcəlləsində müvafiq icra hakimiyyəti orqanlarının vəsatətinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün torpaq sahəsi verilməsi nəzərdə tutulurdu.

27. Beləliklə də, mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçının ərinə ayrılması həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

28. Bundan sonra, Xaçmaz rayon İHB-nın xx.xx.2009-cu il tarixli 391 nömrəli Sərəncamı ilə iddiaçının ərinə həmin torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilmiş və bununla bağlı həmin tarixdə akt tərtib edilmiş, daha sonra onun adına torpaq sahəsinin planı və ölçüsü hazırlanıb Dövlət Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 817 nömrə ilə uçota alınmışdır.

29. İddiaçının əri xx.xx.2022-ci il tarixdə ölmüşdür və iddiaçı onun arvadıdır. 30. ünvan 1 ünvanlandığı 04 may 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı X1 vərəsəsidir və vərəsəlik işinin həlli ilə əlaqədar notariat ofisinə təqdim etmək üçün çıxarış verilməsi xahiş edilir.

31. Qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi həmin vaxt qüvvədə olan Torpaq Məcəlləsinin tələbinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar (mağaza quraşdırılması üçün) məhz xüsusi mülkiyyət hüququ əsasında id diaçının mərhum ərinə ayrılmışdır. Odur ki, Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 28 nömrəli qərarı mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ əsasında iddiaçının mərhum ərinə məxsus olması barədə arayış verilməsi üçün əsas hesab edilir.

32. Cavabdeh inzibati orqanın apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan kassasiya dəlili əsaslıdır.

33. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İt tifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

34. Göründüyü kimi, Siyahıda yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur. Halbuki, iddiaçının mərhum ərinə Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1993-cü il tar ixli 28 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi fərdi mağaza tikintisi üçün, başqa sözlə sahibkarlıq məqsədi ilə ayrılmışdır. Belə olan halda, qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq edilə bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən kassasiya dəlili əsaslı olsa da, hazırkı qərarın 18-ci bəndində sadalanan maddi hüquq normasının tələbləri baxımından iddia tələbi əsaslıdır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.

36. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin k assasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(105)-518/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar