Məhkəmə qərarları › İş №2-1(102)-105/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-105/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-105/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) “əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(103)-590/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 1994-cü il 9 sentyabr tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən, xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 18 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi tərəfindən 1994-cü il 9 sentyabr tarixindən iddiaçıya 2-ci qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqəli olduğundan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2016-cı il 11 iyun tarixində İdarəyə daxil olmuş 05732 nömrəli məlumat vərəqəsi əsasında ona hərbi qulluqçu kimi təminat xərcliyinin (584,30 manat) 80 faizi - 467,44 mana t məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə hesablanmış 26573,28 manat məbləğində vəsait müvafiq kart hesabına köçürülmüşdür. Hal-hazırda sonuncu artım nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği 498,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 28 fevral tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qa nunsuz hesab edilməklə ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü il 9 sentyabr tarixdə ona İİ qrup əlilliyə görə pensiya təyin edildikdən sonra 1995-ci ildən Dövlət Gömrük Komitəsində xidmətə qəbul edilmiş və 2018-ci ilin sentyabr ayına kimi fasiləsiz olaraq xüsusi rütbəli şəxs olaraq qulluq etmişdir. Cavabdeh inzibati orqan Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən ona pensiya təyin etməli olduğu halda, qanunsuz olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadla bundan imtina etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-706/2019 nömrəli 2019-cu il 22 aprel tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyətı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 09 oktyabr tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli 2-1(81)2528/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 09 oktyabr tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi 2019-cu il 06 se ntyabr tarixli 2-1(103)-2211/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 03 dekabr tarixli 2-1(102)-3308/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 06 sentyabr tarixli, 2-1(103)2211/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması ilə və mübahisənin halları ilə əlaqəsi olmayan əsaslandırma aparmaqla çıxarılmış hazırkı məhkəmə qərarları, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarları əsaslandırılmış məhkəmə aktları kimi qəbul edilə bilməzlər. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020- ci il 29 yanvar tarixli 2-1(103)-590/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(103)-590/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan tərəfindən Müdafiə Nazirliyi tərəfindən 2016-cı il 11 iyun tarixdə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi təminat xərcliyi əsasında pensiya təyin edildiyindən, Dövlət Gömrük Komitəsi tərəfindən 2018-ci il 09 oktyabr tarixdə yenidən göndərilmiş məlumat vərəqəsinə əsasən iddi açıya yenidən pensiya hesablana bilməz.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərini pozulmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 03 dekabr tarixli qərarında ifadə olunan iradlardan biri o idi ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, eləcə də apellyasiya i nstansiyası məhkəməsi həmin qərarı dəyişdirmədən saxlayarkən yalnızca işdəki müəyyən sənədləri və qanunvericiliyin bəzi normalarını sadalamaqla kifayətlənmişlər, məhkəmələrin iş üzrə hansı faktiki halları, hansı sübutlar əsasında müəyyən etdikləri bəlli deyildir. Eləcə də, məhkəmələrin yekun qənaətə hansı faktiki hallardan və onlara tətbiq edilməli hansı hüquq normalarından çıxış etməklə gəldikləri də qeyrimüəyyəndir.

21. Daha sonra, məhkəmə qeyd etmişdir ki, tərəflərin irəli sürdüyü dəlillərin yoxlanılması baxımından məhkəmə iddiaçının hərbi qulluqçu statusu ilə bağlı halları araşdırmalı, onun əvvəllər və ya daha sonra belə status əldə edib-etmədiyini, xüsusən də hansı əsasla Müdafiə Nazirliyi tərəfindən onun barəsində 2016-cı il 11 iyun tarixdə məlumat vərəqəsinin göndərildiyini müəyyənl əşdirməli və bu hallara lazımi hüquqi qiymət verməlidir.

22. Bu məsələlər apellyasiya instansiyasında işə təkrar baxılarkən düzgün araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçını hərbi qulluqçu kimi qəbul edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadla iddianı təmin etməmişdir. Həmin maddəyə görə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

23. Maddənin məzmunundan göründüyü kimi, norma hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Sözügedən qanunun müddəası xidmətdən tərxis olunmuş və yenidən xidmətə qayıtmış şəxslərə aiddir və iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Əgər iddiaçı 1994-cü ildə Müdafiə Nazirliyindən tərxis olunub hərbi qulluqçu kimi pensiyaya çıxsaydı və yenidən Gömrük Komitəsində xidmətini davam etdirsəydi, o halda, bu qanun müddəası ona şamil olunardı. Lakin iş materiallarından göründüyü kimi, 1994-cü ildə iddiaçıya İİ qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. Onun 1994-cü ildə heç bir hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs statusu olmayıb. Yaralandığı üçün sonradan əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı” alınmış xəsarətlərlə əlaqəli olduğundan ona 2016-cı il 1 sentyabr tarixdə Müdafiə Nazirliyi tərəf indən cavabdehə göndərilmiş məlumat vərəqi əsasında əmək pensiyası təyin edilmişdir. İddiaçı 1995-ci il martın 1-dən 2018-ci il avqustun 31-dək Gömrük Komitəsində inspektor vəzifəsində işləmiş, 2018-ci il 31 avqust tarixdə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətə xitam verilmişdir. 24. “Əmək pensiyası haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr ərzində toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafi q tələb olunan sığorta stajına əsasən, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Eyni zamanda nəzərə alınmalıdır ki, 2016-cı ildə Müdafiə Nazirliyinin xətti ilə iddiaçıya pensiya təyin edilərkən məhkəmənin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi qüvvədə olmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

26. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

27. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili məhk əmə iclasında çıxış edərək məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

28. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, nümayəndəsi çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nətic əsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. İddiaçının ilkin iddia ərizəsinin (məhkəmə nin yardımından sonrakı 2019-cu il 18 mart tarixli düzəlişlə) məzmunundan göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərək əlilliyə görə təyin edilmiş pensiyanın dayandırılmasını və yeni məlumat vərəqəsi əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin imtinasından sonra məhkəməyə müraciət edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

34. Cavabdehin 2019-cu il 18 fevral tarixli **********1 №-li cavab məktubunun məzmunundan da göründüyü kimi, iddiaçının cavabdehə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması deyil, ona yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının təyin olunmas ını barədə müraciət etdiyi qeyd olunmuşdur.

35. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı 2019-cu il 24 iyun tarixdə yeni məzmunda iddia tələbi barədə ərizə vermiş, həmin ərizə ilə Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş 2018-ci il 9 oktyabr tarixli məlumat vərəqəsinə əsasən, həmçinin əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmasının və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş məlumat vərəqəsinə uyğun olaraq ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizədə yeni məzmunda iddianın əsasları, həmçinin ərizədə və ya məhkəmə iclas protokolunda iddiaçının izahatında iddianın dəyişdirilməsinin səbəbləri göstərilməmişdir.

36. İddiaçı əvvəlkindən fərqli tələb irəli sürsə də, məhkəmə tərəfindən həmin ə rizənin icraat qəbul edilməsini İPM-in 54-cü maddəsinin tələblərinə uyğun həll etməmiş, bu zaman, həmçinin yeni məzmunda iddianın İPM-in 35.1-ci maddəsində təsbit olunmuş şərtlərə cavab verib-vermədiyini yoxlamamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının cavabdehə müraciəti pensiya növünün dəyişdirilməsi ilə bağlı olmuşdur. Buradan, irəli sürülən tələb də inzibati orqana müraciətə uyğun olmalı, öz növbəsində məhkəmə araşdırması da irəli sürülən həmin tələbə uyğun aparılmalıdır. İnzibati orqana müraciətin hədlərindən kənara çıxan iddia mümkünsüzdür.

37. Beləliklə, məhkəmə ilk növbədə yeni məzmunda iddianın mümkünlük şərtlərini yoxlamalı və qiymətləndirməli idi. Həmin məzmunda iddianın mümkünsüz olduğunun müəyyən edildiyi halda, məhkəmə baxışının predmetini ilkin məzmunda idd ia təşkil etməlidir. Həmin iddiada isə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində təsbit olunmuş hüququnun təmin olunmasını - əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə dəyişdirilməsini tələb edir. Həmin normaya görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

38. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadına gəldikdə, nəzərə alınmalıdır ki, qanunverici həmin maddəni Qanunun İİ fəslinə (Yaşa görə əmək pensiyası) aid etmişdir və həmin maddə yaşa görə əmək pensiyası təyin olunmuş şəxslərə şamil edilir.

39. İPM-in 12.1, 35.1, 54 və 57.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 35.1, 54 və 57.8ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(103)-590/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar