Məhkəmə qərarları › İş №2-1(102)-105/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-105/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-105/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: İPM ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilməsinin mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdaf iə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-386/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadı ilə (hakim: İ.H.Cabbarov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116) -347/2021 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulmuşdur.

4. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/20 21 saylı qərardadından cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-386/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: E.Ş.Hüseynov və V.İ.Məlikov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməkdə haqlı olmuş, prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

7. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Fondun 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi Şərtlərlə Təyinat üzrə X1 3.1.8-ci bəndinə əsasən, Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə ə mək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasım və xitamını həyata keçirmək filialın vəzifələrinə aid edilmişdir. Hazırkı iddiaya cavab verməli əsl cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olduğu halda, aşağı instansiya məhkəmələri sonuncunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qənaətinə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim e tdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnmə si barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutul muş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 83.3.6. Bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 11.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün h əmin məhkəməyə göndərilməlidir.

14. Belə ki, apelyasiya şikayətinin dəlilindən görünür ki, cavabdeh Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsini mübahisələndirmişdir.

15. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərardadlarından yalnız o halda müstəqil qaydada, yəni ayrıca şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. İnzibati Prosessual Məcəlləsi ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qər arı ilə birlikdə şikayət verilə bilər.( İPM-in 83.1 və 83.4-cü maddələri). İPM-də isə hazırda mübahisələndirilən qərardaddan müstəqil qaydada şikayət verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh hazırkı iş üzrə məhkəmə qərarından apelyasiya şikayəti verməsinə baxmayaraq, göstərilən qərardaddan da müstəqil qaydada apelyasiya şikayəti vermişdir. Halbuki, cavabdeh öz apelyasiya şikayətində də qeyd edir ki, İPM- də bu qərardaddan müstəqil qaydada apelyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxilində mübahisələndirilən qərardaddan verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir.

17. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası mə hkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyindən qərardad ləğv edilməli, qərardaddan verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidr.

18. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 21(107)-386/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar