Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-105/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş pensiya fərq məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-1391/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya 15 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği 1098,45 manat təşkil etmişdir.
3. Cavabdehin 19 iyul 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı verdiyi MN-11492 nömrəli Məlumat vərəqindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən tərxis olunmuş (öz arzusu ilə, vəzifəsi Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi”, rütbəsi “polkovnik-le ytenant”, xidmət illəri 40 il 1 ay 13 gün (təqvimi xidmət illəri 25 il 5 ay 2 gün, güzəştli xidmət illəri 14 il 8 ay 11 gün), tərxis səbəbi “öz arzusu ilə”, vəzifə maaşı 700,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 256,20 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 175,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1349,20 manat olmuşdur.
4. Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya əmək pensiyası 15 yanvar 2019-cu il tarixdən təyin edilmiş, ödənişlər isə xx.xx.2020-ci il tarixdən aparılmağa başlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı sonradan iddia tələbinə dair dəqiqləşmə verilərək iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarda 12-ci qrafada təyin olunma tarixində 1 yanvar 2020-ci il tarixinin 15 yanvar 2019cu il tarixi ilə əvəz edilməsi və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsinin cavabdehə həvalə edilməsi xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci il tarixdə öz arzusuna əsasən eh tiyata buraxılmışdır. Qanunvericiliyin tələbinə əsasən səhhəti ilə əlaqədar daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin, Müdafiə Nazirliyinin səhvi səbəbi ilə az maaşlı vəzifəyə keçirilmənin xəstəliklə bağlı olması göstərilməmiş, məhkəmə qərarı əsasında isə buna dair iddia təmin edilmişdir. Cavabdehdə bununla bağlı məlumat olmasına baxmayaraq keçmiş dövr üçün ödənilməmiş pensiya fərqinin hesablanaraq ödənilməsi təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinə 07 fevral 2019-cu il tarixdə müraciət edilmişdir, Nazirlik t ərəfindən yeni məlumat vərəqəsi göndərildiyi tarixdən, yəni mart 2023-cü ildən geriyə 3 il - mart 2020-ci il tarixinədək fərq ödənilməlidir. Lakin, 2019cu ilin fevral ayından 2020-ci il mart ayınadək məbləğ ödənilməmişdir.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1880,40 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 2156,81 manata artırılaraq ödənilməyə davam etməkdədir. İddia ərizəsində göstərilmiş xüsusatları nəzərə alaraq, habelə 17 dekabr 2018-ci il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində İddiaçı tərxis səbəbinin “öz arzusu ilə” qeyd olunması və buna uyğun olaraq iddiaçının so nuncu “Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi” vəzifəsi ilə tərxis olunması “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Müdafiə Nazirliyinin səlahiyyətinə aid olunmaqla müvafiq qurumun səhvi əsasında baş vermişdir. Daha sonra Fonda daxil olmuş 17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli yeni məlumat vərəqəsində iddiaçının vəzifəsi səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməyədək azı bir il çalışdığı vəzifə (“Region” Müstəqil araşdırmalar mərkəzinin şöbə rəisi”) qeyd olunmuş və buna uyğun olaraq yeni təminat xərcliyi əsasında yeni məlumat vərəqəsinin daxil olduğu 30 yanvar 2023-cü il tarixdən, keçmiş üç il müddət üçün yenidən hesablanmaqla 13973,36 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 367,72 manat) pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməkdədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı barəsində ilkin pensiya təyinatı zamanı Fonda təqdim olunan məlumat vərəqəsində iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə uyğun olaraq səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirildiyi anadək işlədiyi vəzifənin deyil, sonuncu aşağı vəzifəyə uyğun təminat xərcliyi ilə bağlı məlumat vərəqəsinin göndərilməsi Müdafiə Nazirliyinin səhvi əsasında baş vermişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən İddiaçı Müdafiə Nazirliyi tərəfindən Fonda daxil olmuş sonuncu məlumat vərəqəsinə (17 yanvar 2023-cü il tarixli MN-11492 nö mrəli) uyğun olaraq Qanunun tələbləri əsasında keçmiş üç il müddət üçün (30 yanvar 2020-ci il tarixdən) yenidən hesablanmışdır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 2-1(112)-11127/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarda 12-ci qrafada (ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat) təyin olunma tarixində 1 yanvar 2020-ci il tarixinin 15 yanvar 2019-cu il tarixi ilə əvəz edilməsi və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarının icrası üçün məlumatın Fonda gec daxil olması iddiaçının təqsiri ucbatından olmamış, əsaslı tələbinə inzibati orqan və məhkəmə tərəfindən baxılması ilə əlaqədar olmuşdur. Hazırkı iş üzrə də əmək pensiyasının yenidən hesablanaraq əvvəlki müddət üzrə ödənişlərin edilməsi ilə bağlı iddiaçının cavabdehə müraciəti məhz onun iradəsindən asılı olmayan səbəblərdən, yəni digər dövlət orqanının əsassız imtinası səbəbindən olmuşdur. Halbuki, həmin orqan tərəfindən müraciət təmin edilənədək hazırkı cavabdehə qarşı iddianın əsaslılığı mümkün olmayacaqdır ki, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iddiaçı yeni məlumat vərəqəsinin tərtib edilməsinə nail olmuşdur ki, digər inzibati orqanın iddiaçının iradəsindən asılı olmayan səbəblərə əhəmiyyət vermədən 3 illik müddətlə bağlı məhdudiyyəti tətbiq etməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu ilə nəticələnmişdir. Halbuki, iddiaçı 01 yanvar 2020-ci il tarixdən əvvəldən həmin ödənişlərin edilməsinə nail olmağa çalışmış, cavabdeh isə həmin halı nəzərə almamışdır. Odur ki, cavabdeh iddiaçının ödənişlərin edilməsi ilə bağlı müraciətinin 2023-cü ilin yanvar ayından müəyyən etməsində qanunsuz və əsassız mövqe nümayiş etmiş, əvvəlki məhkəmə icraatının predmeti olan iddia tələbinin məzmununun hazırkı mübahisə üzrə əhəmiyyətini anlamadan, iradəsindən asılı olmayan hallara əhəmiyyət vermədən müraciətin təminindən imtina etmişdir. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçı ona pensiya təyin edildiyi 15 yanvar 2019- cu il tarixdən ilkin ödənişin edilməyə başlanıldığı 01 yanvar 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi hüququna malik olmuşdur.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova (sədrlik edən), R.Ə.Səmədov və E.Ə.Əliyev) 20 iyun 2024-cü il tarixli, 2-1(103)-1391/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11127/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(103)-1391/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti etiraz və apellyasiya şikayətinə uyğun əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.5. Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxıl arkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi x idmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nı 1-ci bənd. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Re spublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 3-cü bənd. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. 4-cü bənd. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hal ları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə qərarda xx.xx.2020-ci il tarixli təyin olunma tarixinin xx.xx.2019-cu il tarixi ilə əvəz edilməsi və 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək ödənilməmiş pensiya fərq məbləğinin ödənilməsinə yönəlmişdir.
26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 15 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı barəsində tərtib olunmuş 17 dekabr 2018-ci il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində tərx is səbəbi “öz arzusu ilə” qeyd olunduğu üçün onun sonuncu təminat xərcliyi “Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi” vəzifəsi ilə tərxis olunması nəzərə alınmaqla hesablanmışdır. Lakin sonradan qeyd olunan məlumat vərəqi Müdafiə Nazirliyinin səhvi əsasında düzgün qeydiyyatlar aparılmadan verildiyi üçün iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözlərinin həmin əmrə əlavə olunması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -1341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21(112)-5219/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözlərinin həmin əmrə əlavə olunması vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Adı çəkilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya yeni məlumat vərəqəsi verilmiş və Müdafiə Nazirliyi tərəfindən Fonda daxil olmuş sonuncu 17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməyəd ək azı bir il çalışdığı vəzifə (“Region” Müstəqil araşdırmalar mərkəzinin şöbə rəisi”) qeyd olunmuş və buna uyğun olaraq yeni təminat xərcliyi əsasında yeni məlumat vərəqəsinin daxil olduğu 30 yanvar 2023-cü il tarixdən, keçmiş üç il müddət üçün yenidən hesablanmaqla 13973,36 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 367,72 manat) pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməkdədir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadından göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tar ixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
28. Bundan başqa, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, göstərilən nəticəyə gələrkən A li Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
29. Qeyd edilməlidir ki, hərbi qulluqçuların əmək pensiya sının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı barəsində məhkəmə qərarı əsasında yeni məlumat vərəqəsinin müvafiq quruma verilməsi qərara alındıqdan sonra həmin məhkəmə qərarının icrası ilə bağlı yeni məlumat vərəqi cavabdeh quruma təqdim olunmuşdur. Bu zaman cavabdeh qurum əvvəlki məlumat vərəqindəki məlumatların düzgün qeyd olunmamasının Müdafiə Nazirliyinin təqsiri üzündən baş verdiyini nəzərə alaraq iddiaçıya pensiyasının hüququnun yarandığı vaxtda n hesablanıb verilməsini həyata keçirmək əvəzinə, əvvəlki məlumat vərəqindəki məlumatların Müdafiə Nazirliyi tərəfindən düzgün qeyd olunmadığını və bunun sonuncunun təqsiri üzündən baş verdiyini qeyd etməklə kifayətlənmiş və nəticədə hesablamaları ona sonuncu məlumat vərəqinin verildiyi vaxtdan əvvəlki 3 il üzrə aparmışdır ki, bununla da iddiaçının pensiya təminat hüququnun yarandığı vaxtdan qorunduğunu nəzərə almamış və son üç il üzrə hesablamalar aparmaqla iddiaçının sosial təminat hüququnu pozmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-1391/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.