Məhkəmə qərarları › İş №2-1(102)-1050/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1050/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1050/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1050/19 Bakı şəhəri 17 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndəsi Nümayəndə və vəkili XXXnin iştirakları ilə, cavab deh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)2715/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun üzərinə 16.200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5400+50% cərimə məbləğində ÖMV üzrə əlavə vergi öhdəlikləri qoyan qərarının ləğvi və əsassız hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən müəssisənin 2015-ci il vergi dövrü üzrə səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlama nəticəsində müəssisənin xərclərini nəzərə alınmadan əlavə vergi məbləğləri hesablanmışdır. Müəssisənin istifadəsində olan obyektin qohumu tərəfindən etibarnamə əsasında müəssisənin direktoruna verilməsinə baxmayaraq, vergi orqanı bunu nəzərə almamış və həmin obyekt üçün aylıq icarə haqqı müəyyən etməklə 5040 manat məbləğində ÖMV hesablamışdır. Müəssisənin kassa üzrə daxilolmaları hesablanmaqla hər ay müvafiq vergilər ödənilmiş, cavabdeh isə heç bir təsdiqedici sənədlərə istinad etmədən müəssisənin kassa daxil olma məlumatlarını və gəlirlərini şişirtməklə əlavə vergi öhdəliyi yaratmışdır. 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(82)2322/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanın Bakı şəhər Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının (faktiki olaraq içki və tütün məmulatları daxil olmaqla, ixtisaslaşdırılmış mağazalarda ərzaq məhsullarının pərəkəndə satışı ilə məşğul olmuşdur) 2015-ci ildə səyyar vergi yoxlaması nəticəsində 532.500,0 manat gəlir əldə etdiyi, lakin gəlirin 488.272,09 manat məbləğində hissəsinin əldə olunması ilə bağlı xərc sənədlərinin olmadığı müəyy ən edilmişdir. Bu səbəbdən, kameral vergi yoxlaması ilə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq şərti rentabellik səviyyəsi üzrə 16.275,74 manat mənfəət vergisi hesablanmış, həmin vergi məbləği səyyar vergi yoxlaması ilə də öz təsdiqini tapmışdır. Səyyar vergi yoxlaması ilə eyni qayda ilə qalan 44.227,91 manat gəlirinə 1474,26 manat mənfəət vergisi hesablanmışdır. Bundan başqa, əldə edilmiş sənədlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 9-da yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və Əminə Mirzəyevaya məxsus olan 200 kv.m qeyri-yaşayış sahəsi 12 noyabr 2008-ci il tarixli etibarnamə əsasında “Mini-market” fəaliyyəti üçün istifadəyə verildiyi müəyyən edilmişdir. Faktiki olaraq fiziki şəxsdən götürülmüş qeyri-yaşayış sahəsinə görə icarə müqaviləsi b ağlanmamış və müvafiq rəsmiləşdirmə aparılmamışdır. Bununla əlaqədar olaraq, vergi qanunvericiliyində nəzərdə tutulmuş məlumat mənbələrindən istifadə edilməklə həmin qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqı 3000 manat məbləğində müəyyən edilməklə 5040,0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2-1(82)2322/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iddiaçı tərəfindən iddia müddətinin bərpasına dair verilmiş ərizə təmin olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2-1(82)2322/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, cavabdehin iddiaçının üzərinə 16.200+1474,26+50% məbləğində mənfəət vergisi və 5040+50% ÖMV öhdəliyi qoyan 23 oktyab r 2017-ci il tarixli, **********121109 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, vergi ödəyicisində olan müvafiq gəlir-xərc və onun maliyyə durumunu əks etdirən digər sənədlər tam araşdırılmadığından, vergi orqanı tərədindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə uyğun qaydada həyata keçirilməmişdir. Digər əsas kimi bildirilmişdir ki, səyyar vergi yoxlaması zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu halda, yoxlamaya ekspert cəlb edilir və ya ekspertiza təyin olunur. Lakin, cavabdeh iddiaçının istifadəsində olmuş qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı məbləğinin müəyyən olunması üçün ekspertiza təyin etməmiş, xüsusi bilik tələb olunan məsələ ilə bağl ı internet mənbələrdən istifadə edərək vergi hesablamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2715/2018 saylı qərardadı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) birinci instansiya məhkəməsinin qərarı cavabdehin 23 oktyabr 2017-ci il tarixli qərarının 16.200 manat mənfəət vergisi hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2715/2018 saylı qərarı ilə (sədrlik edən C ahangir Yusifov hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 oktyabr 2017-ci il tarixli, **********121109 saylı qərarın 1474,26+50% məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsi hissəsində ləğv olunmuş, iddia tələbi həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xərclərinin olduğunu bəyan etsə də, yoxlama zamanı həmin xərcləri təsdiq edən sənədləri vergi orqanına və məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən vergi orqanı müvafiq düstur əsasında şərti rentabellik dərəcəsini tətbiq etməklə qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun hesablama aparmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hesablanmış ÖMV ilə bağlı birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmış və həmin verginin hesablanması üçün cavabdeh tərəfindən internetdən əldə olunmuş məlumatları mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, internet səhifələrində təsbit olunan qiymətlər, heç də faktiki baza qiymətini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki, məlumat sahibinin ilkin qiyməti kimi bazara təklif olunur və faktiki nəticələrlə heç də uzlaşmır. Habelə, tərəflərin həmin qiymətlərdən daha aşağı qiymətlərdə razılığa gəlməsi də istisna deyil. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67, 83.9, Azərb aycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun iddia tələbinin təmin edilmiş hissəsində ləğv və iddia tələbinin həmin hissədə rədd edilməsi və yaxud iddianın mümkün sayılmaması məsələsinə münasibətdə qərarın ləğv və işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində etirazda göstərdiyi yoxlamaya dair halları sadalamış və bildirmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən iddianın mümkünlük şərtləri düzgün müəyyən edilməmişdir. İddiaçının mübahisələndirdiyi 23 oktyabr 2017 -ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 24 oktyabr 2017-ci il tarixdə sifarişli poçt vasitəsilə, 25 oktyabr 2017-ci il tarixdə isə elektron məktuba əlavə edilərək iddiaçıya göndərilmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, poşt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Habelə “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin tələblərinə əsasən, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq təs bit edilmişdir. Başqa əsas kimi bildirilmişdir ki, iddiaçı hazırki işdən əvvəl 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bir sıra inzibati aktların, o cümlədən mübahisələndirilən aktın ləğvini xahiş etmiş, lakin sonradan iddia ərizəsinin geri götürülməsi barədə ərizə təqdim etmişdir. İddiaçının ərizəsi məhkəmə qərardadı ilə təmin olunmuş, həmin iddia ərizəsini geri götürüldükdən və həmin iş üzrə icraata xitam verildikdən 28 gün sonra iddiaçı hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq, məhkəmələr iddianın mümkünlük şərtlərini ətraflı araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdirlər. Digər dəlillə bildirilmişdir ki, məhk əmə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsinin təqdim edilməməsinə görə iddiaçıya tətbiq edilmiş 40,0 manat maliyyə sanksiyasının da heç bir əsaslandırma aparmadan ləğv etmiş, bununla da prosesual normaların tələblərini pozmuşdur. Daha bir dəlildə göstərilmişdir ki, məhkəmə icarə haqqının müəyyən edilməsinə əsas olmuş internet elanını mötəbər sübut kimi qəbul etməmiş, vergi orqanı tərəfindən aylıq icarə haqqı məbləğinin analoji vergi ödəyiciləri tərəfindən bağlanmış müqavilə məlumatları və ya mütəxəssis rəyi əsasında müəyyən edilməli olduğunu qeyd etmişdir. Cavabdeh hesab edir ki, bununla məhkəmə iddiaçı ilə əmlakın mülkiyyətçisi arasında icarə münasibətlərinin olduğunu qəbul etmiş, lakin müəyyən edilmiş bazar qiymətini əsaslı hesab etməməklə yoxlama ilə hesablanmı ş ÖMV-ni tam olaraq ləğv etməklə iddiaçının həmin vergi öhdəliyindən yayınmasına şərait yaratmışdır. Halbuki, prosessual qanunvericiliyin tələblərinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Cavabdeh həmçinin vergi qanunvericiliyinin malın bazar qiymətinin reklam mənbələrinin məlumatlarından istifadə olunmaqla müəyyən edilməsinə dair müvafiq müddəasına istinad etməklə, iddiaçının barəsində ÖMV-nin hesablandığı icarə haqqının, faktiki icarə münasibətləri əsasında müəyyən edilmiş bazar qiymətindən də aşağı olaraq müəyyən olunduğunu qeyd etmişdir. Kassasiya şikayətində göstərilmiş dəlilin hüquqi əsası olaraq cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.9, “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsasl anmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Nərimanov rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qərarına əsasən, cavabdeh tərəfindən cəmiyyətdə səyyar vergi yoxlaması aparılmış və nəticələrinə dair 18 sentyabr 2017-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akta görə 2015-ci ilin vergi dövrü üçün 1474,26 manat mənfəət vergisi, 737,13 manat cərimə, 5040 manat ödəmə məbəyində vergi, 2520 manat cərimə hesablanmışdır. Eyni zamanda, həmin aktda kameral vergi yoxlaması ilə 2015-ci ilin vergi dövrü üzrə 16.275,75,74 manat mənfəət vergisi hesablanması faktı təsdiq edilmişdir. İddiaçı 2015-ci i l üçün mənfəət vergi hesabatı verərəkən həmin hesabatında 488.272,0 manat gəlirinin və 531.304,54 manat məbləğində xərclərinin olduğunu bəyan etmiş, lakin yoxlama zamanı həmin xərcələrini təsdiq edən sənədləri vergi orqanına təqdim edə bilməmişdir. Cavabdehin həmin akta əsasən qəbul etdiyi 23 oktyabr 2017-ci il tarixli qərarı ilə iddiaçı 2015-ci ilin vergi dövrü üçün 1474,26 manat mənfəət vergisinə, 50 faizi (737,13 manat) maliyyə sanksiyasına, 5040 manat ödəmə məbəyində vergiyə və 50 faizi miqdarında (2520 manat) maliyyə sanksityasına, eləcə də 2015-ci il üçün hesabatın verilməməsinə görə 80 manat maliyə sanksiyasına cəlb olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyi məsələsinə apellyasiya məhkəməsi tərəfindən qismən münasibətin bildirildiyi müəyyən edilmiş, lakin cavabdeh kassasiya şikayətində iddianı mümkün edən müddətlə bağlı şərtini mübahisələndirmişdir. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və və zifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu ə saslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30-gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İşin prosessual vəziyyətindən göründüyü kimi, iddiaçının ərizəsi əsasında birinci instansiya məhkəməsi iddianın verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmişdir. Azərbaycan Respublikası İPM: - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz; - 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Maddələrin tələblərindən göründüyü kimi, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardadın müstəqil qaydada mübahisələndirilməsi müəyyən edilmədiyindən, məhkə mənin yekun qərarı ilə qərardadla həll olunmuş məsələdən şikayət verilə bilər. Apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsaslanmaqla iddiaçının mübahisələndirilən qərarların alınmasına istinad etmiş, mahiyyət üzrə iddianın müddətlə bağlı mümkünlük məsələsinin araşdırılmalı olduğunu bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarxili, 5 saylı qərarının 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Lakin apellyasiya məhkəməsi cavabdehin bildirdiyi məsələyə, yəni iddianın müddətlə bağlı şə rtinə hər hansı bir qaydada qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM: - 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. (...) Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir; - 92.0.6-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda, məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, cavabdeh tərəfindən mübahisələndirilən məsələnin, yəni iddianın müddətlə bağlı şərtlərinin yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə q aytarılmalıdır. Eyni zamanda, iddianın müddətlə bağlı şərti yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Cavabdehin göstərdiklərinə münasibətdə ilk olaraq qeyd edilməlidir ki, elektron qaydada qərarlarn göndərilməsi ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ondan ibarədir ki, dövlət hakimiyyəti orqanları elektron sənəd dövriyyəsindən istifadə etdikdə mütləq qaydada müəyyən edilmiş şərtlərə əməl etməlidirlər. Onların arasında yazılı sənədin təqdim olunması zəruri olduqda sertifikatlı gücləndirilmiş imzadan və müvafiq akkreditə edilmiş mərkəzin xidmətlərindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Sonuncu məsələnin əhəmiyyəti isə onunla əlaqədardı r ki, göndərilmə və alınma vaxtları həmin mərkəzin elektron qeydi ilə təsdiq olunmalıdır. Mübahisəli məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasə n, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəanın mənasından bəlli olur ki, inzibarti orqan inzibati aktı elektron üsulla göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddianın müddətlə bağlı mümkünlük şərti məhkəmə tərəfindən tam araşdırılmadığından, cavabdehin bu hissədə bildirdiyi dəlillər qismən əsaslı olmuş və kassasiya instansiya məhkəməsində məsələnin araşdırıması mümkün olmadığından, işin apellyasiya məhkəməsinə qaytarımasını zəruri etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsin ə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru X2 tərəfindən verilmiş kassas iya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2715/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar