Məhkəmə qərarları › İş №2-1(102)-1050/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1050/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1050/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (müddət bərpasından imtina, kassasiyanın mümkünsüzlüyü) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Xəzər-1 firması üçüncü şəxs olmaqla) qeyri-yaşayış sahəsinin qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2-1(103)-715/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 2014-cü il 15 yanvar tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyri-yaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 16 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina et mişdir. İmtinanın əsası kimi hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması və obyektdə İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şəraitin yaradılmaması göstərilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilərək, 2014-cü il 15 yanvar tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyriyaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(81)501 0/17 nömrəli qərarı ilə (hakim: M.S.Bayramov) iddia tələbi təmin edilmiş, 2014-cü il 15 noyabr tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xxxx14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyri-yaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-286/2018 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 may tarixli 2-1(102)-931/2018 nömrəli qərarı ilə (sədrlik edən: X.S.Məmmədov, hakimlər: R.S.Nəbizadə və A.S.Hüseynov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 yanvar tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 sentyabr tarixli 2-1(103)-1579/2018 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 dekabr tarixli 2-1(102)-2610/2018 nömrəli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 06 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-715/2019 nömrəli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından iddiaçı kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ər izə vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, kassasiya mümkünsüz sayılmalı və şikayətin qəbulundan imtina edilməlidir. Belə ki, Azərb aycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx xxx 2019-cu il tarixli qərarının surəti xx.xx.2019-cu il tarixdə iddiaçıya və onun nümayəndəsinə poçt vasitəsi ilə göndərilmiş, SS587606320AZ saylı poçt xəbərnaməsinə əsasən həmin qərar xx xxx 2019-cu il tarixdə iddiaçının nümayəndəsinə təqdim olunmuşdur. Lakin həmin qərardan verilən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Beləliklə, iddiaçı tərəfindən kassasiya şik ayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətin ötürülməsi mübahisəsizdir. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarını iddiaçı deyil, vəkil götürdüyü üçün, həmçinin qərarın özü iddiaçıya rəsmi təqdim edilmədiyindən müddət ötürülməmişdir. Məhkəmə kollegiyası bu dəlilə cavab olaraq bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı X4 təqdim edilmişdur ki, o, da iddiaçının həm vəkili və həm də etibarnamə üzrə nümayəndəsidir. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, etibarnamə 1 il müddətinə verilib və xx/xx/2019-cu il tarixədək qüvvədədir. Etibarnamənin məzmunundan da görünür ki, iddiaçı nümayəndəsinə məhkəmə aktlarından şikayət verməklə bağlı hüquqlarını etibar etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu dəlilini əsassız sayır və hesab edir ki, müddətin üzrlü səbəblərdən ötürülməsi qənaətinə gəlmək üçün əsas yoxdur. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜ MK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 08 may tarixli qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Bundan əlavə qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından müddətlərin mühüm əhəmiyyət kəsb etməsini bir sıra qərarlarında vurğulamışdır. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərə findən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-715/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçı tərəfin ərizəsi təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar