Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1050/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçiləri, güzəştli iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; Fİ N:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-524/2022 saylı, 7 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, xx.xx.1978-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-malakeşin tələbəsi kimi, xx.xx.1979-cu ildə 1-ci dərəcəli çilingər-malakeş işinə qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmiş, xx.xx.1980-ci ild ə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-təmirçi kimi qəbul edilmiş, xx.xx.1981-ci ildə Sovet ordusuna çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1981xx.xx.1983-cü illərdə Sovet ordusunda xidmət etmiş, xx.xx.1983-cü ildə DCP-yə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1984- cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunun Qaldırıcı sexinə hərəkət heyətinin təmiri üzrə 1-ci dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.1984-cü ildə ona 2-ci dərəcə, xx.xx.1985-ci ildə 3-cü dərəcə verilmiş, xx.xx.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisinin dublyoru keçirilmiş, xx.xx.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisi vəzifəsində sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Nəqliyyat idarəsinə hərəkət heyətinin təmiri üzrə 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1986-cı ildə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.1987-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Əlvan Metal X1 Satış şöbəsinə maşinist köməkçisi qəbul edilmiş, xx.xx.1987-ci ildə dispetçer xidmətinə teplovoz maşinisti keçirilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Lokomotiv Deposu Təmir sexinə hərəkət heyətinin təmiri üzrə 3-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1991- ci ildə Elektrovoz maşinist köməkçisinin dublyoru keçirilmiş, xx.xx.1991-ci ildə Elektrovoz maşinist köməkçisi kimi sərbəst işləməsinə icazə verilmiş, xx.xx.1991-ci ildə PTŞ lokomotivlərin təmiri və yoxlanılması üzrə elektrovozun 4-cü dərəcəli çil ingəri keçirilmiş, xx.xx.1992-ci ildə ÜƏM maşinist köməkçisinin dublyoru keçirilmiş, xx.xx.1992-ci ildə ÜƏM maşinist köməkçisi kimi sərbəst işləməyə icazə verilmiş, xx.xx.2002-ci ildə MVHH-nın maşinisti keçirilmiş, xx.xx.2002-ci ildə ona MVHH-nın 3-cü dərəcəli maşinisti adı verilmiş, xx.xx.2005-ci ildə MVHH-nın maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə MVHH-nın maşinist köməkçisi keçirilmiş, xx.xx.2013-cü ildə elektrovoz maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, xx.xx.2013-cü ildə elektrovoz maşinist köməkçisi keçirilmiş, xx.xx.2017-ci ildə elektrik qatarlarının maşinist köməkçisi keçirilmişdir.
2. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 3. "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 145 saylı xx.xx.2019-cu il tarixli açıqlama – arayışında qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı Bakı Lokomotiv Deposunda xx.xx.1985-xx.xx.1986, xx.xx.1992xx.xx.2002, xx.xx.2009-xx.xx.2013, xx.xx.2017-xx.xx.2019-cu illərdə elektrik qatarlarının maşinist köməkçisi, xx.xx.1991-xx.xx.1991, xx.xx.2013-xx.xx.2017-ci illərdə elektrovozda maşinist köməkçisi, xx.xx.2002-xx.xx.2009-cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir. Onun güzəştli iş stajı maşinist köməkçisi kimi 21 il 01 ay, maşinist kimi 07 il 04 ay, ümumi 28 il 05 ay təşkil edir. Qeyd olunan müddət onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının nəqliyyat bölməsinin 21.4-cü maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020- ci il tarixli məktubda qeyd olunmuşdur ki, 23 oktyabr 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1992-xx.xx.2002-ci il, xx.xx.2009-xx.xx.2013-cü il və xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinisti və xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motor vaqon hərəkət hissələrinin maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisənin iddiaçı barədə xx.xx.2019-cu il tarixli 146 nömrəli arayışında əmək kitabçasında sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırıldığı və həmin vəzifənin yuxarıda qeyd olunan vəzifə ilə eynilik təşkil etdiyi qeyd olunmuşdur. Bununla əlaqədar, Mərkəzi Filial tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib-edilməməsi barədə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmiş, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsinin nəzərdə tutulmamışdır, həmçinin "Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryol u nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsi qeyd edilməmişdir. Bundan başqa, xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatının keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti vəzifəsinin sözügedən siyahıların nəqliyyat bölməsində nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlə r Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 1 ay 26 gün) təşkil edir. Qeyd edilənlər nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaç ı xx.xx.1962-ci il təvəllüdlüdür. O, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 2 №-li orta texniki peşə məktəbində “elektrovozun maşinist köməkçisi” peşəsi üzrə təhsil almışdır. xx.xx.1985-ci il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işə başlamış, işlədiyi müddət ərzində motor vaqon seksiyalarının maşinisti (elektrik qatarlarının maşinisti), motor vaqon hərəkət hissələrinin maşinisti, elektrovozda maşinist köməkçisi vəzifələrində işləmişdir. Ona məxsus əmək kitabçasında işə daxilolma və işdənçıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış, qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda, Bakı Lokomotiv Deposundan iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, o, xx.xx.2006-cı il tarixədək ümumi 25 ildən artıq və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə isə 12 il 6 aydan artıq işləmişdir. O, cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, onun işlədiyi motor vaqon maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının nəqliyyat bölməsinin “dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçiləri” bəndində nəzərdə tutulmamışdır. Həmçinin, “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Bundan başqa, xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatının keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-ci il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti vəzifəsinin sözügedən siyahıların nəqliyyat bölməsində nəzərdə tutulduğu qeyd edilmiş və qanun vericiliklə yalnız xx.xx.1993-cü il tarixinədək motor-vaqon maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunduğu bildirilmişdir. Nəticədə, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyi üçün güzəştli şərtlərlə pensiya təyinatı mümkün olmamışdır. Göründüyü kimi, o, müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajı olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricil ərin 2 nömrəli Siyahısı”nda Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri yarımbölməsində “elektrik qatarlarının maşinistləri” və “elektrik qatarlarının maşinist köməkçiləri” vəzifələri qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun verdiyi arayışda qeyd olunur ki, “motor vaqonu maşinisti” anlayışı “elektrik qatarlarının maşinistləri” və “maşinist köməkçiləri” vəzifə adları ilə eynilik təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 ildən artıq ümumi və 2 nömrəli Siyahı üzrə 12 il 6 ay dan artıq güzəştli sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən edilmi ş 57 yaşa çatdığı tarixdən təyin edilməlidir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı güzəştli iş stajına malik deyil. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasından aydın olur ki, o, xx.xx.1991-xx.xx.2013-cü illərdə Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunda “motor vaqon maşinisti” peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi “Nəqliyyat” (Kod: ********) adlanır. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan (Kod:********) 1-ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinist i” peşəsi öz əksini tapmamışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun tərtib etdiyi 145 saylı xx.xx.2019-cu il tarixli arayışda iddiaçının çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 12 il 6 ay güzəştli iş stajına malik olması tələb edilir. Lakin iddiaçı bu stajı topladığını sübut edə bilmir. 8. "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 36 nömrəli xx.xx.2021-ci il tarixli arayışda qeyd edilir: “Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında sove tlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmışdır və bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının
21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir 9. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışda qeyd edilir ki, iddiaçı həqiqətən Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı Lokomotiv Deposunda xx.xx.1984-cü il tarixdən xx.xx. 1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986cı il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək elektrik qatarı (seksiyası) maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək teplovoz maşinisti, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək elektrovoz maşinist köməkçisi, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək elektrovoz maşinisti, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək elektrik qatarı (s eksiyası) maşinisti peşəsində çalışmışdır. xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi elektrik qatarı (seksiyası) maşinist köməkçisi peşəsində işləyir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd) və bu peşələr üzrə iddiaçının iş stajı 36 il 04 ay 28 gün təşkil edir
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4714/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddiа tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 11 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək 25 il 07 ay 15 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda xx.xx.1985xx.xx.1986, xx.xx.1992-xx.xx.2002-ci illərdə elektrik qatarlarının maşinist köməkçisi, xx.xx.1991-xx.xx.1991-ci illərdə elektrovozda maşinist köməkçisi, xx.xx.2002 - xx.xx.2009cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir və xx.xx.2006-cı il tarixədək 14 il 09 ay 23 gü n güzəştli iş stajına malikdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-524/2022 saylı, 7 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara ya şa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat,
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçi lər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur.
15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçıya məxsus 23 oktyabr 1978-ci il tarixli əmək kitabçasından aydın olur ki, o, xx.xx.1991-xx.xx.2013-cü illərdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda “motor vaqon maşinisti" peşəsində çalışmışdır.
17. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cti il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi “Nəqliyyat” (kod: ********) adlanı r. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan (kod: ********) 1-ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinisti" peşəsi öz əksini tapmamışdır. Təsadüfi deyildir ki, iddiaçının təqdim etdiyi "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunun tərtib etdiyi 145 saylı, xx.xx.2019-cu il tarixli arayışda iddiaçının çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə, NKnın müvafiq qərarına istinad edilmişdir.
18. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 12 il 6 ay güzəştli iş stajına malik olması tələb edilirdi. Lakin iddiaçı bu stajı topladığını sübut edə bilmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mi ndiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərd ə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehs alatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə t utulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, el əcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi işin hallarını lazımı qaydada araşdırmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır. Bu isə ona “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pens iysı təyin edilməsinə əsas verir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Məhkmə kollegiyası iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 12 il 06 ay xüsusi iş stajına malik olmaması ilə bağlı aşağıdakıları qeyd edir.
32. İddiaçı Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda xx.xx.1985xx.xx.1986, xx.xx.1992-xx.xx.2002-ci illərdə elektrik qatarlarının maşinist köməkçisi, xx.xx.1991-xx.xx.1991-ci illərdə elektrovozda maşinist köməkçisi, xx.xx.2002- xx.xx.2009cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir. 33. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur.
34. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən nor malarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçın ın həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
35. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat,
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur.
36. İş materiallarında olan, iddiaçının təqdim etdiyi iş yerindən arayışlarda onun işlədiyi sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 36 nömrəli x x.xx.2021-ci il tarixli arayışdan da görünür ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının
21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir.
37. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsa sı kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-524/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.