Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1050/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İm ran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, Həsənova (Əliyeva) Vüsalə Məmməd qızı, Məmmədova (Əliyeva) Saray Məmməd qızı və Məmmədova (Əliyeva) Pərvanə Məmməd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə verilən Dövlət aktının elektron adlı siyahıya, Dövlət aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməsi, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2-1(107)-354/2022 nömrəli qərarından idd iaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN-303 kod 90307018 nömrəli Dövlət aktına əsasən, Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı1, X5, X7 və X1 verilmişdir.
2. AZ-İİ 170356 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X6 (iddiaçıların ailə başçısı) xx.xx.2021-ci ildə vəfat etmişdir.
3. İddiaçı1 cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli **********15 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-303 KOD 90307018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu, Qaradağlı kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-303 saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayaraq, elektron adlı siyahıda və Dövlət aktlarının qeydiyyat kitabında X3 adına JN-303 nömrəli Dövlət aktı olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən 1.70 ha torpaq (pay) sahəsi üzərində X3 və onun ailə üzvlərinin mülkiyyət hüququnun dövlət reyestrin də qeydiyyata alınması mümkünsüzdür. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ailəsinə ayrılmış 1.70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının elektron adlı siyahıya, Dövlət aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə, dövlət reyestrində qeydiyyata alınması və onların adına reyestrdən ç ıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçıların istifadəsinə (X6, İddiaçı1, X5, X7, X4) Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.70 ha pay torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə JN:303 KOD 90307018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. X6 ailə başçısı olmuş, o, xx.xx.2021-ci ildə vəfat etmiş, vərəsələri olaraq arvadı - İddiaçı1 Hümbət qızı, qızları - X5, X7, X4 müəyyən edilmişdir. İddiaçılar uzun illərdir ki, onlara verilən bu torpaq sahəsindən istifadə edir. Ağdaş rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 64 saylı arayışda göstərilmişdir ki, təsərrüfatbaşına uçot kitablarına əsasən, İddiaçı1 mərhum əri X3 adına Qaradağlı kənd ərazisində 1.70 ha pay torpaq sahəsi, 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Ağdaş rayon Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 saylı arayışda da eyni məlumatlar göstərilməklə, iddiaçılar tərəfindən həmin torpaq sahəsinin verildiyi vaxtdan hazıradək istifadə edildiyi qeyd olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilmişdir. Etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, Ərazi idarəsinin arxiv qovluğunda saxlanılan JN-303 saylı dövlət aktının ikinci nüsxəsində qeyd olunan döngə nöqtə koordinatlarını X2ı üzrə məlumat bazasına daxil etdikdə həmin sahənin bələdiyyə mülkiyyəti, islahat uqodiyası şoranlıq olmaqla kənd təsərrüfatı təyinatlı, əkinə yararsız kimi göstərildiyi məlum olur. Məhkəmə sorğusu əsasında əldə edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1.70 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xəritə materialları (DWJ – torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla, baş kollektor ərazisində yerləşir. Məlumat üçün bildirilir ki, elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə A zərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X2 X10”ndə olan məlumatlara əsasən, İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1.70 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1.70 ha pay torpaq sahəsinə verilən JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin xəritə materiallarında (DWJ – torpaq islahatının nəticələrini özündə əks etdirən k ompleks yerquruluşu layihəsində) göstərilməmişdir. İddiaçı1 naturada göstərdiyi və istifadə etdiyi 1.70 ha torpaq sahəsi JN-0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.
8. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 25 avqust 2022-ci il tarixli, 2-1(116)-960/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair iddia qaldırılması üçün subyektiv hüquqa malik olmalarına baxmayaraq, naturada göstərilən və istifadə etdikləri 1.70 ha torpaq sahəsi JN0303 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna da ir” Dövlət aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 14 dekabr 2022-ci il tarixli, 2- 1(107)-354/2022 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhk əməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(116)-960/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçılar kassasiya şikayətində göstərirlər ki, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi cavabdehin formal imtinası ilə eyni məzmundadır. Torpaq islahatı zamanı onlara Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.70 ha pay torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə JN-303 KOD 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. AİK-nin xx.xx.2004-cü il tarixli 01 saylı qərarı və JN303 saylı Dövlət aktı heç bir orqan tərəfindən ləğv edilməmişdir, ayrılan torpaq sahəsi həmin vaxtdan istifadələrində və sahibliklərində olmuşdur. Dövlət aktında koordinatların düzgün olmaması onların səhvi deyil. İslahat zamanı onlara verilən torpağın islahatdan sonra yaradılmış bələdiyyə mülkiyyətinə verilməsi absurddur. Ağdaş rayon Qaradağlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli 64 saylı arayışda göstərilmişdir ki, təsərrüfatbaşına uçot kitablarına əsasən mərhum X3 adına Qaradağlı kənd ərazisində 1.70 ha pay torpaq sahəsi, 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Ağdaş rayon Qaradağlı bələdiyyəsi tərəfindən verilm iş xx.xx.2022-ci il tarixli 3 saylı arayışda da eyni məlumatlar göstərilməklə, onlar tərəfindən həmin torpaq sahəsinin verildiyi vaxtdan hal-hazıradək istifadə edildiyi qeyd olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qeyd edilən sübutlara hüquqi qiymət verməmişdir.
15. Bundan başqa, Ağdaş rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə onlara ayrılan və JN-303 KOD 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı işlənən 1.70 ha pay torpaq sahəsinə reyestrdən çıxarış verilməsini cavabdeh orqandan tələb etdikdə həmin orqan xx.xx.2021-ci il tarixli məktubla iki səbəbə görə imtina vermişdir: 1) Elektron xəritə bazasında (DWJ) JN-303 KOD 90307018 saylı torpaq öz əksini tapmamışdır; 2) arxiv materiallarında şəhadətnamənin 2-ci nüsxəsi olmasına baxmayara q, elektron adlı siyahıda və Dövlət aktlarının qeydiyyat kitabında X3 adına JN303 nömrəli Dövlət aktının olması barədə məlumatlar qeyd olunmamışdır. Birincisi, elektron xəritə bazasına məlumatları onlar işləmir, kiminsə səhvi ucbatından bu gün mülkiyyətlərindən məhrum edilə bilməzlər. İkincisi, onlara verilən Dövlət aktının ikinci nüsxəsi reyestr idarəsinin arxivində mövcud olduğu halda, elektron adlı siyahıya və Dövlət aktının qeydiyyat kitabına bu məlumatların işlənməməsi də onların təqsiri deyil. Şəki Apellyasiya Məhkəməsi isə bunları araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 6
8. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.... 18. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı: 1. “Azərbaycan Respublikasında X2 uçotu informasiya sistem inin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki:... 2.3. X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpa q Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X2 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsi n;... 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab ol unur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər ma teriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hə rtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı1, X5, X7 və X1 verilmiş və bu barədə, “Torpağa mülkiyyət hüququna dair” JN-303 kod 90307018 nömrəli Dövlət aktı tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıların naturada göstərdiyi və istifadə etdiyi 1.70 ha torpaq sahəsi JN-0303 (kod *** *****) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (sxemdə) göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.
25. Hazırkı iş üzrə iddiaçıların tələbi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onların ailəsinə ayrılmış 1.70 ha pay torpaq sahəsinə verilən JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının elektron adlı siyahıya, Dövlət aktlarının qeydiyyat kitabına və elektron xəritə bazasına (DWJ) işlənilməklə dövlət reyestrində qeydiyyata alınmasından və iddiaçıların adına reyestrdən çıxarış verilməsindən ibarətdir.
26. Göründüyü kimi, iş üzrə müəyyən edilən hallarla iddiaçıların irəli sürdükləri tələb arasında ziddiyyətlərin və uyğunsuzluqların olmasına baxmayaraq, ap ellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olduğu halda, bunları etməmiş, iddiaçıların tələbinin faktiki istifadə etdikləri torpaq sahəsinə, yoxsa JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sxemində qeyd olunan torpaq sahəsinə yönəldiyini müəyyənləşdirməmişdir.
27. Məhkəmə kollegiyası qe yd edir ki, iddiaçılar tərəfindən irəli sürülən tələb hazırkı halda aydın deyil. İş üzrə iddiaçıların təqdim etdikləri ərizə və izahatlardan məlum olur ki, iddiaçılar aqrar islahat zamanı onlara verilmiş və həmin vaxtdan istifadələrində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edirlər, eyni zamanda bu tələbin əsası kimi JN-0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktını təqdim edirlər. Halbuki, 1.70 ha torpaq sahəsinə dair iddiaçıların adına verilmiş JN0303 kod 90307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının sxemində göstərilən koordinatlar ilə iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlar üzrə tam, hərtərəfli və ob yektiv araşdırma aparmadan, sadəcə olaraq, mütəxəssis rəyinə istinad etməklə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
29. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadədə olan və ya Dövlət aktının sxemində qeyd edilən koordinatlara uyğun olmasının, iddiaçıların hüquqi marağının təqdim etdikləri hüquqmüəyyənedici sənəddə göstərilən və ya faktiki istifadələrində olan torpaq sahəsinə yönəlməsinin müəyyən edilməsini zəruri edən şərt ondan ibarətdir ki, yalnız bu halda iddiaçıların mülkiyyət hüquqlarının məhkəmədə keyfiyyətli müdafiəsinə nail olmaq mümkündür. Eyni zamanda, mübahisəli (sənəd üzrə və faktiki istifadədə olan) torpaq sahəsi üzərində digər şəxslərin də hər hansı hüquqlarının mövcudluğunun olubolmaması yoxlanılmalı, belə bir hal mövcud olduğu zaman həmin şəxslərin də hazırkı işə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi araşdırılmalıdır.
30. Bundan başqa, hazırkı qərarın 18-ci bəndində qeyd edilən normaya əsasən, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması halları müəyyən edilmişdir.
31. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələblərinin hazırkı iş üzrə tətbiq edilməli olub-olmaması hallarını yoxlamadan, iş üzrə müəyyən edilmiş halları həmin normanın tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir.
32. Halbuki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı mərhələdə iddiaçıların kassasiya şikayəti iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 14 dekabr 2022-ci il tarixli, 21(107)-354/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.