Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1051/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cаvabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2487/2018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası və anası vəfat etd ikdən sonra kiçik yaşında valideynsiz qalan qardaşı X1 oğlunu öz ailə tərkibinə götürərək, öz övladı kimi böyüdüb valideynlik etmişdir. Böyüyüb başa çatanda Ağdam rayon hərbi komissarlığı tərəfindən həqiq hərbi xidmətə çağırılaraq Vətənin müdafiəsinə qoşulmuşdur. O, Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin onun şəhid olmasından uzun müddət keçməsinə və dəfələrlə səlahiyyətli orqanlara müraciət edilməsinə baxmayaraq onların ailəsi hələ də «Şəhid ailəsi» statusunu ala bilməmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, şəhid ailəsi ücün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən şəhid ailəsi üçün Azərbaycan Respubl ikası Prezidentinin təqaüdü şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir. 1. arvadına (ərinə); 2. valideynlərinə; 3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına; 4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Şəhidlik statusu da məhz bu vətəndaşlara şamil olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2353/2018 saylı, 06 iyul 2018-ci il tarixli qərarı (hakim – E.M.Mustafayev) ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2487/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) iddi açının apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyul 2018-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinin 1-ci cümləsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə m üəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.İddiaçının qardaşı X1 Ağdam rayon Xalq Məhkəməsinin 21 may 1998-ci il tarixli qətnaməsinə əsasən, 29 oktyabr 1992-ci il tarixdə döyüşdə itkin düşdüyündən ölmüş elan edilib. Bu qətnamədən şikayət verən olmayıb və qətnamə qüvvəyə minib. Beləliklə, bu qətnaməyə əsasən X1un şəhid olması təsdiq edilib. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsinin 2-ci cümləsinə əsasən, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil m üəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Göründüyü kimi Qanunun 1-ci maddəsinin 2-ci cümləsində "qardaşlar və bacılar" sözü digər bəndlərdən vergüllə ayrılaraq, uşaq evlərində tərbiyə olunub-olunmamalarından asılı olmayaraq şəhid ailəsinin üzvləri sırasında göstəriliblər. Lakin sonradan qəbul edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarında əsassız olaraq məhdudiyyət müəyyən olunaraq, yalnız u şaq evlərində tərbiyə olunan qardaş və bacıların şəhid ailəsi üzvü olduğu göstərilib. Belə ki, bir-birilərindən vergüllə ayrılmış sözlərdən yalnız "qardaşlar və bacılar" sözü, digər vergüllə ayrılmış sözlərdən ayrılaraq məhdudiyyət tətbiq edilərək, yalnız uşaq evlərində böyümüş bacı və qardaşların şəhid ailəsi üzvü ola biləcəyi göstərilib. Göründüyü kimi, bu söz sırasında "uşaq evlərində tərbiyə olunanlar" sözünün "qardaş və bacılar" sözünə aid olduğunu göstərən heç bir işarə, qeyd yoxdur. "Qardaşlar və bacılar" sözü, eynilə də, "uşaq evlərində tərbiyə olunanlar" sözü həmin bənddə göstərilən "ər-arvad", "valideyn", "18 yaşına çatmamış uşaqlar" sözləri ilə həmcinslik təşkil edir. Odur ki, Nazirlər Kabinetinin qeyd edilən qərarında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən g üzəştlər haqqında” Qanuna məhdudiyyət gətirilərək, "uşaq evlərində tərbiyə olunanlar" sözünün digər həmcins üzlərdən ayrılaraq, yalnız "qardaş və bacılar" sözünə məhdudlaşdırıcı kimi tətbiq edilməsinin və bütün bunlara da istinad edərək İddiaçı şəhid ailəsi statusunun verilməsinə dair tələbinin rədd edilməsinin heç bir hüquqi əsası yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində icl asa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbi şəhid ailəsi statusunu alınması ilə bağlıdı r. Onun bu tələbinin təmin edilə bilməsi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən o, şəhid ailəsi üzvü hesab edilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, hər hansı ziddiyyət olduğu halda şəhid ailəsi üzvü hesab edilməyə dair məsələ normativ-hüquqi aktların hüquqi qüvvəsi ilə bağlı iyerarxiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın normalarına görə deyil, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları əsas götürülməklə həll edilməlidir. Bu mənada, “Şəhid adın ın əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinin ikinci cümləsinə əsasən qüvvədə olan qanunvericiliyə əsasən aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşəixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Qanunun qeyd edilən müddəasına görə qanunun özündə müəyyən edilmiş istisna hal yoxdursa, “qardaşlar və bacılar” yalnız 18 yaşına çatanadək şəhid ailəsi üzvü hesab edilə bilərlər. İddiaçı isə 18 yaşından yuxarı şəxs olduğundan onun şəhid ailəsi üzvü hesab edilməsi mümkün deyildir. Müvafiq olaraq iddiaçıya şəhid ailəsi statusunun verilməsindən imtina edilməsi qanuni olmuşdur. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2487/2 018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1051/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1051/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver