Məhkəmə qərarları › İş №2-1(102)-1051/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1051/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1051/2020 05.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz: müharibə əlilinə verilməmiş kirayə pulu üçün kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiаçı Iddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə pulunun 15120 manat təşkil edən dəyərinin, 10 il müddətində kirayə mənzilə ödədiyi 24000 manat və mənəvi ziyana görə 20000 manat, cəmi 59120 manat məbləğində pulun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25.12.2019-cu il tarixli, 2-1(103)-2630/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.05.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiаçı Iddiaçı 1991-1993-cü illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, **** saylı hərbi hissə komandirinin 14.08.1992-ci il tarixli, 236 nömrəli əmri ilə iddiaçı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, Azərbaycan Respublikası Hərbi Komissiya tərəfindən iddiaçıya 1-ci qrup Qarabağ əlili kimi 16.03.2006-cı il tarixli, **** nömrəli vəsiqə verilmişdir. İddiaçı, 18.01.2008-ci il tarixində cavabdeh inzibati orqana müraciət edərək Qarabağ müharibəsinin 1-ci qrup əlili kimi ya şayış yeri üzrə müstəsna qaydada güzəştli mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsini xahiş etmiş, Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının 10.07.2008-ci il tarixli, 334 nömrəli sərəncamı əsasında 5 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, 3 oğlu) 1-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların güzəştli növbəlilik siyahısına daxil edilmişdir. Həmin tarixdən İcra Hakimiyyətində mənzil növbəsinə durarkən eyni zamanda hərbçi olduğu üçün kirayə pulu almaq üçün tələb olunan sənədləri də cavabdeh orqana təqdim etmişdir. Daha sonra, 01.06.2017-ci il tarixində X1, ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsindən iddiaçı ilə bağladığı müqavilədə göstərilən hissəsini sonuncuya kirayəyə vermişdir və iddiaçı həmin tarixdən ailə tərki bi ilə birlikdə göstərilən ünvanda kirayədə yaşayır. Bununla bağlı, iddiaçı 2017-ci il tarixində kirayə pulu almaq üçün tələb olunan sənədləri yenidən Nərimanov RİH-ə təqdim etmişdir və 29.05.2018-ci il tarixindən etibarən hər ay 141,90 manat məbləğində pul qanunvericiliklə nəzərdə tutulmuş kirayə pulu qismində cavabdeh tərəfindən iddiaçının hesabına köçürülür. Kompensasiyanın 2018-ci ildən ödənilməsi ilə razılaşmayan iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək ona ödəniləcək 9 il mənzil kirayə pulunun dəyəri 15120 manat, 10 il müddətində kirayə mənzilə ödədiyi 24000 manat, mənəvi ziyana görə 20000 manat, cəmi 59120 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İ ddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-1993-cü illər ərzində Azərbayacan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir hərbçi olaraq müharibədə iştirak etmişdir və orada yaralanaraq sağlamlığının 75 faizini itirərək 1-ci qrup əlil olmuşdur. Hal-hazırda prezident təqaüdçüsüdür. İddiaçı 5 nəfər ailəsi ilə birlikdə 10 ildir ki, müxtəlif mənzillərdə kirayədə yaşayır. Hal-hazırda notarial qaydada bağlanılan müqavilə əsasında X1 mənzilində ayda 200 manat, kommunal xərclərə isə ayda 140 manat ödəməklə kirayədə yaşayır və hesab edir ki, onun kirayə xərcləri tam ödənilməlidir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1890/2019 nömrəli, 14.08.2019cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1890/2019 nömrəli, 14.08.2019cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2630/2019 nömrəli, 25.12.2019-cu il tarixli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2630/2019 nömrəli, 25.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, ailə tərkibi ilə birlikdə 10.07.2008-ci il tarixində mənzil növbəsinə götürülmüş, lakin kirayə müqaviləsini həmin vaxt deyil, 01 iyun 2017-ci il tarixdə bağlamışdır. İddiaçı mənzil növbəsinə götürüldüyü tarixdən kompensasiya ödənilməli olduğunu iddia etsə də, qanunvericilikdə müvafiq kompensasiyanın kirayə müqaviləsi nin bağlanıldığı vaxtdan ödənilməsi nəzərdə tutulduğundan iddiaçının tələbi ona 9 il müddətində kirayə pulunun dəyəri olaraq (kompensasiya) 15120 manat ödənilməsi hissəsində əsassızdır. Həmçinin, iddia tələbinin “10 il müddətində kirayə mənzilə ödədiyi 24000 manat məbləğində pulun ödənilməsi” hissəsində də iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, məhkəmə bu hissədə də iddia tələbini əsassız hesab etmiş və öz qərarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2630/2019 nömrəli, 25.12.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin birinci dəlilində iddiaçı Azərbaycan Respublikası Konstitusiy asının 60, 125, 127, 129-cu maddələrinə istinad edərək bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi göstərilən normaların tələblərini pozaraq işə qərəzli yanaşmış, sadəcə cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı əsas götürməklə qərar qəbul etmişdir. Kassasiya şikayətinin ikinci dəlilində iddiaçı Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 12.1, 87.8-ci maddələrinə istinad edərək bildirmişdir ki, həmin normaların tələbinə görə apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olsa da, məhkəmə bütün halları araşdırmamış, birinci instansiya məhkəməsinin qərarını təkrarlamaqla kifayətlənmişdir. Belə ki, iş materiallarında olan bank hesabından çıxarış mübahisənin həlli üçün mühüm əhəmiyy ət kəsb etsə də məhkəmə bu halı nəzərə almayaraq heç bir münasibət bildirməmişdir. Halbuki, iddiaçıya 2019-cu ilin yanvar ayı üzrə ödənilməli olan pulun ödənilməməsi faktı həmin çıxarışla təsdiqlənir. Kassasiya şikayətinin üçüncü dəlilinə əsasən, apellyasiya instansiya məhkəməsi kirayə haqqının iddiaçının mənzil növbəsinə götürüldüyü vaxtdan yox, kirayə müqaviləsi imzalandığı tarixdən ödənilməli olduğunu bildirsə də, iddiaçının bununla bağlı verdiyi izahatları nəzərə almamış, cavabdehin iddiaçıdan həmin müddətlə bağlı yazılı kirayə müqaviləsi təqdim etməyi tələb etməməsinin səbəblərini araşdırmamışdır. Kassator, yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 87-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2630/2019 nömrəli, 25.12.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2630/2019 nömrəli, 25.12.2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 3 5.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən, onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalı, məhkəmə də öz növbəsində bu hala qiymət verməlidir. Apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmazdan əvvəl iş üzrə mümkünlük şərtlərinin ödənilməsinə qiymət verməli olduğu halda, hazırki iş üzrə müvafiq araşdırma aparmayaraq tələb olunan məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə ilkin müraciət edilməsini araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqınd a inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi işin mümkünlük şərtlərini araşdırmamış, yəni vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaçının müvafiq ərizə ilə əvvəlc ə inzibati orqana (Nərimanov Rayon İcra Hakimiyyətinə) müraciət etməsi məsələsini araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmiş, bununla da adıçəkilən qanunun tələblərini pozmuşdur. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən Ali Məhkəmə Kollegiyası iddiaçının göstərdiyi hallarla razılaşaraq şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kassasiya şikayətində iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, 129-cu maddələrinə istinad edərək apellyasiya instansiya məhkəməsinin yalnız cavabdehin birinci instansiya məhkəməsində işə baxılan zaman verdiyi izahata əsaslandığını və bununla da məhkəmə müdafiəsi ilə bağlı iddiaçının konstitusion hüquqlarını pozduğunu bildirmişdir. Bu dəlillə razılaşan məhkəmə kollegiyası iddiaçının istinad etdiyi normaları nəzərdə keçirərək qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya dəlilləri ilə bağlı araşdırma aparmamış, onlara qiymət verməmiş, birinci instansiya məhkəməsinin qərarını eynilə təkrarlamış, bununla da Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların məhkəmə müdafiəsi ilə bağlı nəzərdə tutulmuş normaları pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. AR Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. AR Konstitusiyasının 127.2-ci maddəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. AR Konstitusiyasının 129.3-cü maddəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bundan başqa, iddiaçı kassasiya şikayətinin dəlillərində bildirir ki, iş materiallarına bank hesabından çıxarış əlavə olunmuşdur və həmin çıxarışdan görünür ki, 2019-cu ilin yanvar ayı üzrə iddiaçıya verilməli olan vəsait ödənilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə işə məhkəmədə baxılan zaman sözügedən çıxarışa əsasən iddiaçıya ödəniş edilmədiyini və bununla bağlı apellyasiya şikayətinin dəlillərini nəzərə almamış, beləliklə iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul etmişdir. Göstərilən dəlill ə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2019-cu ilin yanvar ayında kirayə müqaviləsi mövcud olsa belə cavabdeh orqan həmin dövr üçün kompensasiya ödəməmiş, apellyasiya instansiya məhkəməsi isə iddiaçının bu dəlilini ümumiyyətlə nəzərə almayaraq onunla bağlı heç bir araşdırma aparmadan öz nəticəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından işin hallarını araşdıraraq qərar qəbul etməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Odur ki, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxan zaman sübutların araşdırılması ilə bağlı İnzibati-Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətinin digər dəlilində iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi kompensasiyanın kirayə müqaviləsi bağlan dığı andan hesablanmlı olduğunu bildirsə də, bununla bağlı iddiaçının izahatını və dəlillərini nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməsini yoxlayaraq bildirir ki, apellyasiya instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli, 06.08.2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərara istinad etmiş və bildirmişdir ki, qanunvericilikdə müvafiq kompensasiyanın kirayə müqaviləsinin bağlandığı vaxtdan ödənilməsi nəzərdə tutulmuş və ona g örə də cavabdeh iddiaçıya kompensasiya ödənişini 2017-ci il tarixindən əsaslı olaraq həyata keçirmişdir. Apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli, 06.08.2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarın 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin də istinad etdiyi yuxarıd a göstərilən normalarda kompensasiyanın kirayə müqaviləsi bağlandıqdan sonra verilməsini nəzərdə tutan, həmçinin kompensasiyanın kirayə müqaviləsi bağlanmazdan əvvəl verilməsini qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Qanunda yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi nəzərdə tutulur və burada hər hansı bir şərt göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə göstərilən maddi hüquq normasının təfsirində səhvə yol vermişdir. İddiaçının bu dəlilini də əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əsaslandırıldığı kimi qanunvericilikdə bununla bağlı hər hansı bir göstəriş olmadığından apellyasiya instansiya məhkəməsinin “kirayə müqaviləsi bağlandıqdan sonra kompensasiyanın verilməsi” ilə bağlı mövqeyi yanlışdır. Göstərilənləri məcmu halda qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməmiş, məhkəmə araşdırmasını dolğun aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Qeyd edilənlərə əs asən Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə, iddianın mümkünlük şərtlərini araşdırmalı, iddia mümkün hesab olunduğu təqdirdə işə mahiyyəti üzrə baxaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə, eləcə də iş materiallarında istinad etdiyi sübutlara hüquqi qiymət verməli, işi hərtərəfli araşdıraraq tərəflərin izahatları ilə kifayətlənməyib zəruri halda əlavə sübutlar tələb etməli, “İnzibati icraat haqqında” Qanun və İnzibati-Prosessual Məcəllənin müvafiq maddələrinin tələblərini nəzərə alaraq əsaslandırılmış məhkəmə qərarı qəbul etməlidir. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.12.2019-cu il tarixli, 2-1(103)-2630/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar