Məhkəmə qərarları › İş №2-1(102)-1051/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1051/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1051/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı vəsiqəsinin təkrar verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-63/2022 nömrəli iş üzr ə 3 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1 mart 1998-ci il tarixdə 016559 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir.

2. Qeyd olunan vəsiqə yararsız hala düşdüyündən, iddiaçı cavabdehə müraciət edərək ona təkrarən vəsiqə verilməsini xahiş etmişdir.

3. Cavabdeh müraciətin icrasından imtina edərək 22 iyul 2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatın aşkar edilməməsi ilə əlaqədar ona təkrarən “Mühari bə veteranı” vəsiqəsinin verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. Bundan sonra, iddiaçı 15 avqust 2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, ona, “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 18.1-ci və 18.2-ci maddələrinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayı şları və icazələri ehtiva edir. Həmin Qanunun 19.1-ci maddəsinə uyğun olaraq inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, qanunun mənasına görə əvvəllər təqdim edilmiş sənədlərin bir daha təqdim edilməsinə ehtiyac yoxdur. Bundan başqa vətəndaşın təqdim etdiyi sənədlərin mötəbər olduğunu sübut etmək kimi vəzifəsi yoxdur və bunun üçün ondan əlavə sənədlər tələb oluna bilməz. Ona “Müharibə veteranı” adı 1998-ci ildə verilmişdir. X4 Nazirliyinin verdiyi vəsiqə təsdiq e dir. Vəsiqənin nömrəsi və digər rekvizitləri yerindədir. Döyüş əməliyyatlarında iştirakla bağlı əvvəllər məlumat və sənədlər Nazirliyə təqdim olunduğundan və bunun nəticəsində ona veteran adı və vəsiqəsi verildiyindən döyüş əməliyyatlarında iştirakla bağlı sənədlər ondan təkrar tələb oluna bilməz. Həmin sənədlərin təqdim olunduğunu vəsiqə təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Əlavə - “Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi”-nin 6-cı bəndinin mənasına uyğun olaraq vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir. Bu bənddən göründüyü kimi, və siqənin yararsız hala düşdüyü halda yararsız hala düşmə faktını təsdiq edən sənəd olduqda vəsiqə təkrar verilməlidir. Onun yararsız hala düşmüş vəsiqəsi özü özlüyündə onun yararsız hala düşdüyünü təsdiq edir. Belə olduğu təqdirdə cavabdeh orqan ona imtina etməkdə haqlı olmamışdır. Həmçinin arxivdə ona aid sənədlərin olmadığı onun təqsiri ucbatından deyil. Belə ki, onun Daxili İşlər Nazirliyində yerləşən arxiv sənədlərini qorumaq kimi vəzifəsi yoxdur. Bu vəzifə də cavabdeh inzibati orqana aiddir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, araşdırılmış sübutlara əsa sən, iddiaçı xx.xx.1980ci ildən xx.xx.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokolunda iddiaçının adı qeyd olunsa da, həmin protokola əlavə olunmuş materallarda ona “Müharibə verteranı” adı və vəsiqəsi verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-63/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən ünvanlanmış 10 iyun 2020-ci il tarixli, 024-2780-1220 saylı məktubda Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-c i il tarixli, 15 nömrəli protokolunda İddiaçı adı qeyd olunduğu bildirildiyindən xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokolun təsdiq olunmuş surətinin təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu ünvanlanmış, inzibati orqan tərəfindən sorğuya cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla müvafiq olaraq xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokol və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının adları qeyd olunmuş siyahı təqdim olunmuşdur.

11. Həmin Siyahıda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının sırasında polis kapitanı X1 da adı qeyd olunmuşdur. 12. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda dö yüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının” siyahısında 8-ci sırada polis kapitanı X1 qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Ağsu RPŞ-də işləyən və Qarabağ müharibəsində iştirak etmiş “Məhmirzəyev” və “Məhmərzayev” soyadlı şəxslərin olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu göndərilmiş, sorğuya xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sabiq polis əməkdaşı İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Ağsu Rayon Polis Şöbəsində xidmət etmişdir. İddiaçının ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində və Ağsu Rayon Polis Şöbəsində hər h ansı bir əmr və rəsmi sənəd müəyyən edilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmadığından iddiaçının təkrar vəsiqənin verilməsi barədə müraciətini təmin etməkdən imtinası qanunsuz olmuşdur.

14. Belə ki, iş materiallarına əsasən, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, ona 03 fevral 1998-ci il tarixli, 15 nömrəli protokola əsasən «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokoluna əlavə olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyü ş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞnin əməkdaşlarının” Siyahısı ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunur.

16. Eyni zamanda, qeyd edilmişdir ki, adıçəkilən siyahıda X2 qeyd olunsa da, cavabdeh inzibati orqan məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda məhz İddiaçı daxili işlər orqanında işlədiyini qeyd etmiş, “Məhmirzəyev” soyadlı şəxsin mövcudluğu barədə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası həmin Siyahıda iddiaçının soyadının texniki səhv nəticəsində “Məhmərzayev” əvəzinə “Məhmirzəyev” kimi qeyd olunması qənaətinə gəlmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməs i Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998- ci il tarixli, 15 nömrəli protokoluna əlavə olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞnin əməkdaşlarının” Siyahısı ilə müəyyən olunmuşdur.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün qanunvericıkdə nəzərdə tutulan əsasların heç biri mövcud deyil. Belə ki, iş materiallarında olan arxiv arayışlarından aydın olur ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, lakin arxiv şəxsi işinin xidmətkeçınə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, Ağsu Rayon Polis Şöbəsinin 1993-1994-cü illəri əhatə edən əmrlər siyahısında iddiaçının döyüş bölgəsinə ezam olunması barədə əmrin müəyyən edilməməsi qeyd olunmuşdur. Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokolunda İddiaçı adı qeyd olunsa da, həmin protokola əlavə olunmuş materiallarda ona Müharibə veteranı" adı və vəsiqəsi verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Göründüyü kimi iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərin hec biri faktiki olaran mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş

23. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması pri nsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırarkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın 03 fevral 1998-ci il tarixli, 15 nömrəli protokoluna əlavə olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü u ğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının” Siyahısı ilə müəyyən olunmuşdur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin təkrarən verilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-63/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar