Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1051/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh X1 Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, mübahisəyə əvvəllər baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh X1 Bakı Baş Gömrük İdarəsinə qarşı “borcun tələb edilməsi ilə hərəkətin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 1400-012/0xx-xx/007522 nömrəli məktubuna əsasən, iddiaçıda aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara tərtib edilmiş **********3431, **********2533, **********3575, **********4446 sorğu nömrəli gömrük bəyannamələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalar”ının tələbləri pozulması halı aşkar edilmişdir. Belə ki, müvəqqəti idxal xüsusi gömrü k proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlər ödənilməmişdir. Qeyd edilən gömrük bəyannamələri üzrə 6738.82 AZN idxal vergisi, 31210.43 AZN əlavə dəyər vergisi, 13851.48 AZN dəbbə pulu olmaqla ümumilikdə 51800.73 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi İddiaçı MMC-dən xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 13 aprel 2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə onun borclarının olmaması barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respub likasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə iddiaçının borclarının mövcud olmadığının m üəyyən edilməsi və həmin gömrük bəyannamələri ilə bağlı iddiaçıdan pul vəsaitlərinin tutulması (ödənilməsi) tələbinə yönəltmiş hər hansı hərəkətin həyata keçirilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun iddiaçıdan tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin 04 iyun 2020-ci il tarixli, 1000-160/1xx-xx/010087 nömrəli məktubu ilə, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 04 mart 2020-ci il tarixli, 1400012/0xx-xx/001711 nömrəli və 10 oktyabr 2020-ci il tarixli, 1400-012/0xx-xx/007522 nömrəli məktubları ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə iddiaçının gömrük borcunun olması bildirilmişdir. Lakin həmin bəyyannamələr üzrə iddiaçının heç bir borcu mövcud deyildir. Belə ki, qeyd olunan gömrük bəyyannamələri əsasında müvvəqəti idxal olunmuş mallar cavabdehin icazəsi əsasında gömrük ödənişlərindən və vergilərdən qismən deyil, tamamilə azad olunmuşdur. Mallar gömrük ödənişlərindən və vergilərdən tam azad ol unduğundan bu gömrük bəyyannamələri üzrə iddiaçının borcları yaranmamışdır. Cavabdehin 01 oktyabr 2020-ci il tarixli, 1400012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6.738,82 manat idxal vergisi, 31.210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla ümumilikdə 51.800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi iddiaçıdan xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı ilə (iş № 2- 1(112)-3000/2021) iddiaçının cavabdehə qarşı gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında irəli sürülmüş tələbin ləğv edilməsi barədə tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hər hansı müv afiq inzibati akt qəbul edilməmişdir, ləğv olunması tələb olunan məktub məlumat xarakteri daşımaqla, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə əlaqədar olmamışdır. İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə iddiaçının borclarının olmaması barədə qərar qəbul etməsini xahiş etmiş, lakin qanunla müəyyən olunmuş müddətin keçməsinə baxmayraq heç bir qərar qəbul olunmamışdır.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə tərtib edilmiş **********3431, **********2533, **********3575 və **********4446 nömrəli bəyannamələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük prodeuru altında yerləşdirilməsi Qaydaları”nın tələblərinin pozulması faktı aşkar edilmiş, gömrük rüsumları və vergilərin iddiaçı tərəfindən ödənilmədiyi müəyyənləşdirilmişdir. İddiaçının rəhbəri İslam Abdullayev cavabdehə xx.xx.2020-ci il tarixli, AC-2020/047 saylı Öhdəlik məktubu ilə müraciət edərək, **********3431, **********2533, **********3575 və **********4446 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış borcun ödənilməsini təmin edəcəyini öhdəsinə götürmüşdür. Bununla da yuxarıda qeyd edilən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcla rı iddiaçı tərəfindən etiraf edildiyi üçün iddiaçı ilə cavabdeh arasında iddianın predmetini təşkil edən mübahisə mövcud deyildir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7844/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim S.İ.Salahova) iddia mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir.
10. Qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin işdən görünür ki, cavabdeh gömrük borcunun ödənilməsi ilə bağlı 2020-ci ildə iddiaçıya məktub ünvanlasa da, 2 il ərzində bu tədbirlərdən hər hansı birini görməmişdir. Bu hal həmçinin cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da təsbit edilmişdir. Belə ki, cavabdeh həmin məktubda qeyd etmişdir ki, iddiaçıya hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamışdır. Həmin borc un ödənilməməsi iddiaçı tərəfindən digər idxal-ixrac əməliyyatlarının aparılmasına təsir etmir.
11. İşin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur.
12. Həmçinin, iddiaçı daha əvvəl cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli 1400- 012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6.738,82 manat idxal vergisi, 31.210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla, ümumilikdə 51.800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında iddiaçının cavab dehə qarşı irəli sürülmüş tələbin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
13. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının daha əvvəl müraciət etdiyi tələb üzrə tələb olunan mümkünlük şərti hazırkı iddia üzrə də ödənilmir. Yəni iddiaçı iddianın mümkünlük şərtinə əməl etmədən yenidən iddia qaldırmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər: K.H.Əkbər ov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7844/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işə baxarkən Gömrük Məcəlləsinin 192.1, 192.2 və 249.1-ci maddələrinin, İPM-nin 2.2, 2.2.3, 13, 34.1 və 35.1-ci maddələrinin tələblərinə riayət etməmişdir. b. kassasiya şikayətinə dair etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nə ticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir....
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılması na yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxı şının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveril əndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidmə ti vəzifəsinə görə yoxlamalıdır.
31. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdehin xx.xx.2020-ci il tarixli, 1400-012/0xx-xx/007522 nömrəli məktubundan görünür ki, aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara tərtib edilmiş **********3431, **********2533, **********3575, **********4446 sorğu nömrəli gömrük bəyannamələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalar”ının tələbləri pozulması halı aşkar edilmişdir. Belə ki, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlər ödə nilməmişdir. Qeyd edilən gömrük bəyannamələri üzrə 6738.82 AZN idxal vergisi, 31210.43 AZN əlavə dəyər vergisi, 13851.48 AZN dəbbə pulu olmaqla ümumilikdə 51800.73 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi iddiaçıdan xahiş edilmişdir.
32. İddiaçı isə öz növbəsində göstərilən bəyannamələr üzrə gömrük borcunun cavabdehin ondan tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş edir.
33. İş materiallarına əsasən, iddiaçı daha əvvəl cavabdehə qarşı eyni iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli 1400- 012/0xxxx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gö mrük bəyannamələri üzrə 6.738,82 manat idxal vergisi, 31.210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla, ümumilikdə 51.800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında iddiaçının cavabdehə qarşı irəli sürülmüş tələbin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
34. İddiaçı hazırkı iddiada hər hansı yeni əsasa istinad etməmişdir.
35. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, mübahisə ilə bağlı əvvəllər baxılmış qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan və hazırkı iddia ilə bağlı hər hansı yeni əsasa istinad olunm adığından iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
36. Odur ki, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.