Məhkəmə qərarları › İş №2-1(102)-1051/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1051/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1051/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.05.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarına ona aid h issədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin dayandırıldığı vaxtdan-yəni noyabr 2021-ci il tarixdən müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-570/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyəti Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarının məzmununa görə, Dövlət Tibbi-Sosia l Ekspertiza və X2-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İ. Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalını n Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 398 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin oolikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və “Xroniki pielonefrit, natamam remissiya mərhələsində. Xroniki böyrək çatışmamazlıqı İ (birinci) mərhələ. Hər iki böyrəyin daşı’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksək olmasından, baş ağrısı, beldə ağrılardan şikayət etmişdir. Müayinə zamanı dərisi solğun çəhrayi, bozumtul çalarlı, periferiyalar soyuq, saturasiya 93%, arterial təzyiq 160/110 mm.c.s müəyyən edilmişdir. Akademik M.C.Cavad-Za də adına Respublika Kliniki Uroloji xəstəxanasının xx.xx.2022-ci il tarixli X4 diaqnoz “Böyrəklərin oolikistozu. Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəlivi-3-cü mərhələ" kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 10 nömrəli Biokimyəvi analizin nəticəsi “Kreatinin 272 mkmol/l, Sidik cövhəri 8.72 mmol/l” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin dayandırıldığı vaxtdan-yəni noyabr 2021-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadangəlmə inkişaf qusuru, böyrəklərin polikistozu, xroniki böyrək çatışmamazlığın 3-cü dərəcəsi xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik sağalmaz xəstəliklər kateqoriyasına aiddir. Ağır xroniki xəstə olduğu üçün 32 nömrəli Zona TSEK-in SER TSE-01 № 145294 nömrəli ar ayışı (tibbi rəyi) ilə ona əmək qabiliyyətinə malik olmayan 3-cü dərəcəli əlilik qrupu təyin edilmiş və həmin rəyə əsasən 01 noyabr 2012-ci il tarixdən etibarən əlillik pensiyası təyin edilmişdir. 2021-ci ilədək əlillik vəziyyətində olmuş, 2021-ci ilin oktyabr ayında növbəti müayinədən keçmək üçün tələb olunan bütün tibbi sənədləri TSEK-ə təqdim etmişdir. Lakin, məlum olmayan səbəblərdən, tibbi ekspert komissiyası heç bir səbəb göstərmədən tibbi rəyi verməmişdir. Cavabdeh əlilliyi barədə rəy vermədiyi üçün ona noyabr 2021-ci il tarixdən, noyabr 2022-ci il tarixə qədər müddət üçün ona əmək pensiyası ödənilməmişdir. 2022-ci ilin noyabr ayında ona rəy vermək üçün tələb olunan bütün tibbi sənədləri TSEK-ə təqdim edərək xx.xx.2022-ci il tarixdə növbəti tibbi müayinədən keçmiş, onun əlillik dərə cəsi yenidən təsdiq edilmiş və həmin tarixdən pensiya ödənişləri bərpa edilmişdir. Növbəti müaynə tarixi 30 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, TSEK-in təqsiri üzündən 2021-ci il noyabr ayında tibbi ekspert rəyi verilmədiyi üçün noyabr 2021-ci il tarixdən noyabr 2022-ci il tarixədək, yəni 12 ay müddətində pensiya almaq hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Halbuki, həmin müddətdə ağır xəstə olmuş və əlillik dərəcəsinin verilməməsi üçün hər hansı əsaslar olmamışdır.

6. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-1765/2024 nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddianın qismən təmin edilməsi, Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına İddiaçı aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı barədə xx.xx.2011-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəblə bir il müddətinə təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANW0 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuş, müayinə zamanı təqdim edi lən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq ona təyin edilmiş diaqnozu təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəblə 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Belə olan halda həmin dövrlərə münasibətdə İddiaçı müraciətindən cavabdehin imtinası qanuni olmamışdır. Qanunvericiliyin tələbi nə görə şəxsin əlilliyinin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırkı halda xx.xx.2022-ci il ) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi. Belə ki, alt sistemdən çıxarışdan müəyyən olunur ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının göndərişi xx.xx.2022-ci il tarixdə mərkəzləşdirilmiş elektron sistemə daxil olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə göndəri lmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə təkrar baxılaraq eyni diaqnozla xx.xx.2022-ci il tarixindən 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmiş, bununla da iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə sosial təminat almaq hüququ pozulmuşdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-570/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və məruzəçi/, H.Bəhmanov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəti cəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

13. Həmçinin, əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (Forma088) şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluqlar aşkar olunduqda, müayinələr əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stasionar və ambulator müalicələri yetərli olmadıqda və yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamam doldurulduqda və s. hallarda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisəsinə geri qaytarılır.

14. Bundan əlavə iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömr əli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, X1 uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir.

15. Belə olan halda, iddiaçının əlilliyinin sonuncu göndəriş əsasında qiymətləndirilməsi və həmin tarixdən əlillik təyinatının aparılması qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

16. Göründüyü kimi məhkəmə iddiaçın ın xx.xx.2022-ci il tarixli göndərişinə Agentlik tərəfindən verilən “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə verilən imtinadan təxminən 8 ay sonra, yəni xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlillik təyinatı aparılmasına və 6 aydan çox müddət keçməsinə baxmayaraq, iddia tələbini təmin etmiş və Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununun 3.3-1-ci maddəsinin tələblərini pozmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı il ə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydaları: Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsin dən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Belə ki, işin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspert iza və X2-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir: İ. Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiy ası tərəfindən xx.xx.2011-ci il tarixli 398 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin oolikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və “Xroniki pielonefrit, natamam remissiya mərhələsində. Xroniki böyrək çatışmamazlıqı İ (birinci) mərhələ. Hər iki böyrəyin daşı’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksək olmasından, baş ağrısı, beldə ağrılardan şikayət etmişdir. Müayinə zamanı dərisi solğun çəhrayi, bozumtul çalarlı, periferiyalar soyuq, saturasiya 93%, arterial təzyiq 160/110 mm.c.s müəyyən edilmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika K liniki Uroloji xəstəxanasının xx.xx.2022-ci il tarixli X4 diaqnoz “Böyrəklərin oolikistozu. Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəlivi-3-cü mərhələ" kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 10 nömrəli Biokimyəvi analizin nəticəsi “Kreatinin 272 mkmol/l, Sidik cövhəri 8.72 mmol/l” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də so nuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Belə ki, iddiaçıda tibb müəssisələrinin də xəstəlik barədə arayışları ilə təsdiq edilir ki, böyrək qüsuru, xroniki böyrək xəstəliyi mövcud olmuşdur. Onun xəstəliyi anadangəlmə olmaqla yanaşı sağalmaz xəstəlikdir. Və böyrək xəstəliyi nəinki iddiaçıda sağalmamamış və ya yaxşılaşmamışdır, hətta sonuncu əlillik təyinatı zamanı üçüncü mərhələ kimi müəyyən edilmişdir. Belə olan halda həmin dövrlərə münasibətdə İddiaçı müraciətindən cavabdehin imtinası qanuni olmamışdır.

28. Bununla belə, məhkəmə kollegiyası bildirir ki, əlilliyin təyinat tarixinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 29. “Əlilliyi olan şəxsl ərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçının əlillik vəziyyəti Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir.

30. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası A li Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya əlillik sonuncu imtina tarixindən, yəni xx.xx.2022-ci il tarixdən təyin edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən deyil, sonuncu göndərişin verildiyi tarixdən təyin edilməsi qənaətinə gəlmişdir.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.x x.2022-ci il tarixdən əlilliyin təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-570/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. “İddia qismən təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına İddiaçı aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin.” Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar