Məhkəmə qərarları › İş №2-1(102)-1052/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1052/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1052/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğv edilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh vəkili Vəkil2 iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı məhkəməyə müraciət edərək, cavabdeh Dəpartamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 oktyabr 2017ci il tarixli **********2431 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-331/2018) iddianın təmin edilməsi; cavabdeh Departamentin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 02 oktyabr 2017-ci il tarixli **********2431 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və Ş.Məmədova; iş № 21(103)-2377/2018) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayətində qeyd edilənlə rə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş İddiaçı nümayəndəsi gəlmədiyindən və bunun səbəbi barədə məluma t vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apell yasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq qərarına əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mağazada 22.09.2017-ci il tarixdən 29.09.2017-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin yoxlama üzrə qəbul olunmuş 22.09.2017-ci il tarixli akta görə, iddiaçı OVN-nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə tanış olsa da, bu tələbnamədə göstərilən zəruri sənədlərin heç birini təqdim etməmişdir. Yoxlama aktında iddiaçının sahibliyində olan malların alışını təsdiq edən, qaimə faktura, elektron qaimə faktura, və ya elektron vergi hesab faktura olmadan əldə etməsi və satış məqsədi ilə saxlaması, aşkar edildiyi, yoxlama zamanı pul vəsaitlərinin uçotdan gizlədilməsi və uçota alınmaması aşkar olunmadığı, obyektdə olan alış sənədləri olmayan malların tərtib edilmiş siyahısı əlavə olunmadığı müəyyən edilmişdir. Yoxlama zamanı izahat vermiş iddiaçı göstərmişdir ki, yoxlanılan “Vital” mətbəx avadanlıqlarının satışı obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, obyektdə olan bütün mallar ona məxsusdur, malları üzərinə 10% ticarət əlavəsi tətbiq etməklə satır; obyektdə olan malları “Sədərək” ticarət mərkəzində olan ayrı-ayrı mağazalardan alır, halhazırda kassada nəğd pul vəsaiti yoxdur; qeyd olunan ünvandan başqa digər yerlərdə ona məxsus anbar obyekti yoxdur. İddiaçı 23.09.2017-ci il tarixli ərizə ilə vergi orqanına müraciət etmiş və ərizədə onun vergi ödəyicisi kimi, 3 aya yaxın fəaliyyət göstərdiyi, qeyd iyyata alındığı tarixdən 2017-ci ilin İİ rübü üzrə ilk hesabatını vermədiyi, “xxxx” müəssisəsindən 23.772 manatlıq mal aldığı, başqa mal qalığı barədə müfəssəl məlumatı sadələşdirilmiş vergi ödəyicisinin illik hesabatında göstərəcəyi, operativ vergi nəzarəti zamanı mağazada “xxxx” müəssisəsindən alınan qeyd olunan maldan başqa, aşkar olunmuş 95.550 manat mal qalığının onun tərəfindən gizlədilmədiyi, qalıq malın sənədlərinin mühasibində olduğu, mühasibin hazırda Azərbaycanın hüdudlarından kənarda olduğu, xəstəiyi ilə əlaqədar müalicə olunmaq üçün xarici ölkəyə getdiyi, 30 gün müddətinə qayıdacağı, mühasibi olmadığından hazırda operativ vergi nəzarəti əməkdaşlarına qalıq malın alış sənədlərini təqdim edə bilmədiyi, sənədlərin baş mühasibdə olduğu və operativ vergi nəzarətinin 30 gün müddətin ə uzadılması barədə qərar qəbul edilməsi, sadələşdirilmiş vergi ödəyicisi kimi tərəfindən mal qalığının vergi uçotundan gizlədilmədiyi, mal qalığı barədə dəqiq və dürüst məlumatları illik vergi hesabatına təqdim edəcəyi bildirilmiş və ərizənin nəzərə alınması xahiş olunmuşdur. İddiaçının ərizəsi nəzərə alınmamış və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.10.2017-ci il tarixli **********2431 saylı qərarı qəbul edilmişdir ki, həmin qərarla Azərbaycan Respublikası Verg Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, vergi ödəyicisinə məxsus malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, idxal malların; münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 13.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilə sənədlərdən ən azı biri olmamasına görə 11.199.50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2432 saylı tələbnaməsi ilə büdcəyə ödənilməli olan 11.199,50 manat pul vəsaitinin 11.10.2017-ci il tarixə kimi Vergilər Nazirlii yanında Milli Gəlirlər Depatamentinin hesabına ödənilməsi tələb olunmuşdur. Eyni zamanda işin materiallarında olan İddiaçı ilə “xxxx“ QSC arasında bağlanmış 20.07.2017-ci il tarixli dillerlik müqav iləyə və ona əlavə edilmiş 21.07.2017-ci il tarixli, 918804 saylı elektron qaimyə görə, iddiaçı “xxxx” QSC-dən 28.048,97 manat dəyərində mal almışdır. İişin materiallarında olan İddiaçı ilə X1 arasında bağlanmış 01.08.2017-ci il tarixli, 02 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş 15.08.2017-ci il tarixli, ******* saylı qaimə-fakturayə əsasən, X1 ilə İddiaçı arasında aparılmış alqı-satqının dəyəri 34.359.75 AZN təşkil edir. 28.08.2017-ci il tarixli, 481799 saylı 15.09.2017-ci il tarixli, ******* saylı qaiməfakturayə görə, X1 ilə İddiaçı arasında aparılmış alqı-satqının dəyəri 16.446.50 AZN-dir. 05.09.2017-ci il tarixli qaimə-fakturalara əsasən alqı-satqının dəyəri 27.003,95 AZN təşkil etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, vergi orqanının 02.10.2017-ci il tarixli **********2431 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarında qeyd olunan xüsüsatlar işin faktiki halları ilə təsdiq olunmamışdır. Operativ vergi nəzarətin zamanı iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq malların alış sənədlərinin mövcud olması məhkəmə araşdırılmaları zamanı öz təsdiqini tapmışdır. Həmin malların alqı-satqısına dair müqavilələr, həmçinin qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Bundan başqa, mağazada aşkarlanan qalıq malların vergi orqanından gizlədilmədiyi iş materiallarına əlavə edilmiş elektron hesab fakturalarla da təsdiq olunur. Cavabdeh vergi orqanın dəlillərindən fərqli olar aq, iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq malların “xxxx” QSC alınması barədə məlumatlar elektron qaydada uçota alınmış və 25 iyul 2017-ci il tarixli elektron qaimələr iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq malların alış sənədləri operativ vergi nəzarətinə qədər mövcud olmuşdur və onların heç bir halda sonradan əvvəlki tarixə elektron qaydada daxil edilməsi mümkün deyildir. Beləəliklə, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati akt qanunsuz və əsassız olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, iddiaçının iddia tələbi əsaslı və qanuni olmuş, 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəl ləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə müvafiq olaraq operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllə ilə müəyyən edilən qaimə-fa ktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə uyğun olaraq səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edild ikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənə dləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq he sabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Departament kassasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məc əllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar