Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1052/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1052/2021) (Açar sözlər: inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunma barədə vəsatət; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Ərizəçinin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-1201/2021 nömrəli qərardadından ərizəçi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2019-cu il 19 mart tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan X bağ sahəsinə plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı, 2019-cu il 30 may tarixli qərarı ilə iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyes trində iddiaçının mülkiyyəti kimi 2016-cı il 07 aprel tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) X bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İcraata cəlb olunmamış şəxs - X1 2020-ci il 02 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək onun hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətin əsaslandırması:
4. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhə r XDS İcraiyyə Komitəsinin 1990-cı il 18 yanvar tarixli, 15/558 saylı qərarı ilə X Bağ Tikinti Kooperativinin tərkibində 770a saylı bağ sahəsi ərizəçi Xun istifadəsinə verilmiş, həmin vaxtdan bağ sahəsi fasiləsiz olaraq onun istifadəsindədir. 2016-cı ildən iddiaçı ona məxsus torpaq sahəsini guya aldığını bildirərək sahənin boşaldılmasını tələb etməyə başlamışdır. Ərizəçi yaşlı olduğundan, bağ sahəsinə daha çox övladı gedib-gəlir. İddiaçı tərəfindən polis qurumlarına şikayət ərizəsi verilmiş və araşdırma zamanı onun əlində X bağ sahəsinə dair reyestrdən çıxarış olduğu məlum olmuşdur. Lakin, həmin çıxarışın məhz hansı torpaq sahəsinə aid olduğunu təsdiq etməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə olduqda, onun torpaq sahəsinin məhz ərizəçiyə məxsus yer old uğunu hansı səbəbdən iddia etdiyi soruşulmuş, lakin məntiqli cavab verilməmişdir. Yalnız məlum olmuşdur ki, onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışdan başqa, torpağın dəqiq koordinatlarını bildirməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ümumiyyətlə verilməmişdir. Bu, ilk baxışdan çox qəribə olsa da, ərizəçiyə aidiyyəti olan məsələ olmadığından əhəmiyyət verilməmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə ərizəçini narahat etsə də, ona özünə məxsus olan torpaq sahəsini tapmağı tövsiyə olunmuşdur. 2020-ci il 19 oktyabr tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onu n oğlu şöbəyə dəvət olunmuş və şöbədə ona 2020-ci il 16 oktyabr tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3454/2020 saylı, 2020-ci il 15 oktyabr tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh X2 və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra, ərizəçinin oğlu X Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh qismində cəlb edilmiş olduğu 2(003)3454/2020 saylı mülki işin hakimin icraatında olduğunu öyrənmiş, eyni zamanda da “iddianın təmin etmə tədbiri”nə dair qərardadı, iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini 2020-ci il 20 oktyabr tarixdə alınma sına dair qəbzi imzalamaqla əldə etmişdir. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, X bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də iddia ərizəsinə əlavə edilmiş sənədlər arasındadır. Həmin sənədin surətindən məlum olmuşdur ki, bu sənəd 2020-ci il 07 avqust tarixdə tərtib edilmiş və sənədin tərtib edilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1646/2019 saylı iş üzrə 2019-cu il 30 may tarixli qərarı olmuşdur. Beləliklə, məlum olmuşdur ki, 1990-cı ildən fasiləsiz olaraq onun istifadəsində olan X bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı 2019-cu il 30 may tarixli qərarı əsasında 71 saylı bağa verilmişdir. Belə olduqda həmin qərarın ərizəçinin maraqlarına toxunmuş olması a şkardır. O, məhkəməyə müraciət edərək, qəbul edilmiş qərarın surətini 2020-ci il 28 oktyabr tarixdə almışdır. Qərarla tanış olduqda məlum olmuşdu ki, iddiaçı iş üzrə cavabdeh müraciət edərək alğı-satqı əsasında əldə etmiş olduğu torpaq sahəsinə dair çıxarışının olduğu halda, kadastr planının verilmədiyini bildirmiş, iş üzrə cavabdeh təşkilata müraciət etdikdə, cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə edildiyindən, ərizəyə baxılması mümkün olmamışdır. Hesab edir ki, məhkəmə işin araşdırılması zamanı əhəmiyyətli olan iki məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edən başqa fiziki şəxsin tərəf kimi işə cəlb olunmamasıdır. İkinci məqam i sə, mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən məhz iddiaçıya aid olub-olmadığına da aydınlıq gətirilməməsidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, 2-1(82)-1646/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin dəlillərinə görə onun maraqlarına iddiaçının mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 30 may tarixli qərarı yox, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının özü və ya bu qeydiyyatın aparılmasına əsas olmuş müqavilə, inzibati akt və ya digər akt, o cümlədən order (ilkin qeydiyyat üzrə) toxuna bilər. Belə olan halda, ərizəçi sözügedən məhkəmə qərarını deyil, qərarla tərtib olunması nəzərdə tutulmuş “Torpaq sahəsinin planı və ölçüsü”nün əsasında dayanan həmin reyestrdə qeydiyyatı və ya müvafiq aktı (qeydiyyatın aparılmasına əsas olmuş), yaxud məhkəmə qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətlərini, yəni məhkəmə qərarının düzgün icra olunubolunmamasını mübahisələndirə bilər. Mübahisə üzrə ilkin icraatda müvafiq torpaq sahəsinin faktiki olaraq başqa şəxsin istifadəsində olması barədə məlumat cavabdeh tərəfindən imtinanın əsası kimi bildirilmiş və bu hala məhkəmə icraatında artıq qiymət verilmişdir. Eləcə də iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışla rəsmiləşdirilmiş bağ sahəsi və hazırkı ərizəçiyə müvafiq orderlə ayrılan bağ sahəsi eyni ərazidə yerləşsə də, onların nömrələri fərqlidir, yəni birinin nömrəsi “71”, digərinin nömrəsi isə “770a”-dır.
7. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-1201/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində göstərilmişdir ki, 2-1(82)-1646/2019 saylı 2019-cu il 30 may tarixli məhkəmə qərarı yox, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının özü və ya bu qeydiyyatın aparılmasına əsas olmuş müqavilə, inzibati akt və digər akt, o cümlədən order (ilkin qeydiyyat üzrə) toxuna bilər kimi nəticəyə gəlinməsi anlaşılan deyil, çünki, bəhs edilən məhkəmə qərarının icrası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat 2015-ci il tarixində qəbul edilmiş digər bir məhkəmə qərarı əsasında baş tutmuşdur ki, bu inzibati işin materiallarından məlumdur. Həmin qeydiyyatın nə özü, nə də mə hkəmənin həmin qeydiyyatla bağlı öhdəlik qoyulmasına dair qərarı ərizəçi tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, ərizənin mahiyyəti yanlış anlaşılmışdır. Ərizəçinin mübahisələndirdiyi qərarla bağlı mövqe əslində çox sadədir: İş üzrə iddiaçı cavabdeh təşkilata müraciət edərək, artıq qeydiyyata alınmış olan mülkiyyət hüquqlarına dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini tələb edir. Həmin sənəd mövcud olmadığından qeydiyyata alınmış hüquqların məhz hansı torpaq sahəsinə aid olduğunu müəyyən etmək mümkün deyil. Cavabdeh iddiaçının təqdim etdiyi sahəyə baxış keçirmiş. İddiaçı ərizəçiyə məxsus olan sahəni göstərərək, bu sahənin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh təşkilat bu məlumatlar əsasında sahənin digər fiziki şəxsin istifadəsində olduğu səbəbi ilə ə rizənin icrasından imtina edir. İddiaçı bu imtinanın qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət edir. Məhkəmə nəzərə almalı idi ki, cavabdeh inzibati orqanın imtinasının əsası, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı olmuşdur. İddiaçı göstərən sahəni deyil, digər sahənin koordinatlarına uyğun plan və ölçü verilməsi absurddur, çünki, onda yerində baxış keçirilməsinin əhəmiyyəti olmaz. Məhkəmədə cavabdeh təşkilat digər fiziki şəxsin kimliyini araşdırmadan, həmin fiziki şəxsin istifadə etdiyi torpaq sahəsinin hansı əsaslarla istifadə etdiyini, həmin torpaq sahəsinin məhz kimə aid olduğunu müəyyən etmədən imtinanı əsassız hesab edir və iddianı təmin edir. Bu, o deməkdir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü ” sənədinin tərtib edilməsinə, həmin torpaq sahəsinin digər fiziki şəxsin istifadəsində olduğu səbəbindən imtina edilməsini məhkəmə yanlış saymış və cavabdeh təşkilata həmin sənədin verilməsinə dair öhdəlik qoymuşdur. Aşkardır ki, həmin öhdəliyin icrası qaydasında sənədin verilməli olduğu torpaq sahəsi iddiaçı tərəfindən göstərilmiş olan digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsidir. Çünki, iddiaçının iddia tələbləri əslində, cavabdeh tərəfindən məhz göstərdiyi torpaq sahəsinə dair plan ölçü sənədinin tərtibi olmuşdur. Digər fiziki şəxs isə ərizəçidir. Beləliklə, məhkəmə qərarının ərizəçinin maraqlarına toxunduğu aşkardır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərardadını əsaslı hesab etmək mümkün deyil. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. Ərizəç inin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.
14. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdi kləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, in zibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun mar aqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.
20. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş mövqeyə görə, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
21. Ərizəçi vəsatətindəki dəlillərinin əsası kimi istinad etdiyi sənədləri onun Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi “məhkəmə qərarının surətinin verilməsinə dair” 2020-ci il 21 oktyabr tarixli ərizəsinə əlavə etsə də, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına istinad edildiyinə baxmayaraq, həmin dəlil və sənədlər qərarda ifadə olunmuş hüquqi mövqeyə uyğun tədqiq olunmamış və qiymətləndirilməmişdir. Halbuki, iddiaçının ərizəçinin oğluna qarşı Xəzər Rayon Məhkəməsində “bağ sahəsindən cavabdehin və üçüncü şəxslərin çıxarılması, qanunsuz aparılmış tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” məzmunda iddia irəli sürməsi, həmin məhkəmə tərəfindən iddianın təmini tədbiri kimi cavabdehə və digər şəxslərə mübahisəli bağ sahəsində təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul etməsi iddia olunan bağ sahəsinin məhz hazırkı iş üzrə ərizəçinin faktiki sahibliyində olduğuna və həmin bağ sahəsindən onun tərəfindən is tifadə etdiyinə dair vəsatətin dəlillərini təsdiq edir. Həm də bu sahiblik Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 1990-cı il 18 yanvar tarixli, 15/558 saylı qərarına və həmin qərar əsasında verilmiş orderə əsaslanır.
22. Digər tərəfdən, cavabdeh inzibati orqan da iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi bağ sahəsinin başqa fiziki şəxsin sahibliyində olduğuna istinad etmişdir. Həmin fiziki şəxs isə icraat zamanı məhkəmələr tərəfindən müəyyən edilməmiş, icraata cəlb olunmamışdır.
23. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iş materiallarından müəyyən olunur ki, iddiaçının plan və ölçü sənədinin verilməsini tələb etdiyi mülkiyyətində olan torpaq sahəsinin başqa şəxsin istifadə sində olması faktı hələ ona məhkəməyədək icraatda cavabdeh inzibati orqanın verdiyi imtina məktubunda bildirilmiş və həmin imtinanın qanuniliyi məhkəmələr tərəfindən araşdırılmış, nəticə etibarilə məhkəmələr belə qənaətə gəlmişlər ki, mülkiyyətçiyə ona məxsus torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə əsasən imtina edə bilməzdi. O ki qaldı həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması barədə dəlilə, işə mahiyyəti üzrə baxan məhkəmələr hesab etmişlər ki, bu dəlil iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçü sənədinin işlənib ona verilməməsi üçün əsas ola bilməz.”.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini vəsatətin rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, həmin qənaətə d air əsaslandırma bilavasitə iddianın, deməli həm də cavabdeh inzibati orqanın imtinasının əsaslı olub-olmaması ilə bağlıdır. Həmin əsaslar isə icraatın iştirakçısı olmayan şəxsə aiddirlərsə, deməli, həmin əsaslar aid olduqları şəxsin iştirakı ilə yoxlanılmalı və qiymətləndirilməli idi.
25. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi vəsatətin təmin edilməməsi ilə bağlı qənaətin digər əsası kimi qeyd etmişdir ki, “ərizəçinin maraqlarına İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə 2-1(82)1646/2019 saylı, 2019-cu il 30 may tarixli məhkəmə qərarı yox, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının özü və ya bu qeydiyya tın aparılmasına əsas olmuş müqavilə, inzibati akt və ya digər akt, o cümlədən order (ilkin qeydiyyat üzrə) toxuna bilər. Belə olan halda, ərizəçi sözügedən məhkəmə qərarını deyil, qərarla tərtib olunması nəzərdə tutulan “torpaq sahəsinin planı və ölçüsü”nün əsasında dayanan həmin reyestrdə qeydiyyatı və ya müvafiq aktı (qeydiyyatın aparılmasına əsas olmuş), yaxud məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərini, yəni məhkəmə qərarının düzgün icra olunub-olunmamasını mübahisələndirə bilər.”.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini də əsaslı hesab etmir. Belə ki, məhkəmələrin özlərinin də müəyyən etdikləri kimi, iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışla rəsmiləşdirilmiş bağ sahəsi ilə hazırkı ərizəçiyə müvafiq orderlə ayrılan bağ sahəsinin nömrələri fərqlidir, yəni birinin nömrəsi “71”, digərinin nömrəsi isə “770a”-dır.
27. Göründüyü kimi, iddiaçının adına verilmiş çıxarış 71 saylı bağ sahəsinə aiddir və işin materiallarında həmin bağlara aid torpaq sahələrinin üst-üstə düşməsini, yaxud iddiaçıya bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin məhz ərizəçiyə məxsus 770a saylı bağa aid torpaq sahəsinə verildiyini təsdiq edən hər hansı sübut məhkəmə araşdırmasının predmeti olmamışdır. İddia olunan bağ sahəsinin planı və ölçüsü isə ərizəçinin cəlb olunmadığı icraat üzrə məhkəmə qərarına əsasən verilmişdir. Ərizəçi də məhz həmin sənədin və onun verilməsinə səbəb olmuş məhkəmə qərarının onun hüquqlarına toxunduğunu bəyan edir.
28. Konstitusiya Məhkəməsinin Plenumunun yux arıda istinad edilən qərarında ifadə olunmuş “inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə” dair işin hallarına gəldikdə, ərizəçi təsdiq edir ki, 2020-ci il 19 oktyabr tarixdə ərizəçinin ailə üzvü kimi övladına Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən ona məxsus torpaq sahəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qərardadla “iddianın təmin etmə tədbiri”nin tətbiq edildiyi bildirilmişdir. Onun oğlu şöbəyə dəvət olunmuş və şöbədə ona 2020-ci il 16 oktyabr tarixli “İcraata başlamaq haqqında” qərar təqdim edilmişdir. Bundan sonra, ərizəçinin oğlu Xəzər Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin surətini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərini 2020-ci il 20 oktya br tarixdə əldə etmişdir.
29. İşdən göründüyü kimi, ərizəçi iddia ərizəsinin surətini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərini əldə etdikdən sonra hazırkı inzibati iş üzrə qərarın ona təqdim edilməsi barədə ərizə ilə 2020-ci il 21 oktyabr tarixdə, icraata cəlb olunma barədə vəsatətlə isə 2020-ci il 2 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
30. Beləliklə, işin yuxarıda qeyd olunan halları İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun tam və hərtərəfli araşdırılmadığından, bununla da apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsin in qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət qalan hissədə təmin oluna bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-1201/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.