Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1052/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) 23.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxslər: X9 – xx.xx.1980-ci il təvəllüdlü; FİN: 0YXM270; və X4 – xx.xx.1953-cü il təvəllüdlü; FİN: 0UY9PLJ) qarş ı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-561/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli, 107 nömrəli arayışında göstərilmişdir ki, qonşuların aktına əsasən, 1-ci H.Seyidbəyli döngəsi 9 saylı evin həyətindəki tikili 2006-cı ildən iddiaçıya məxsusdur.
2. Bakı Şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 206 nömrəli arayışında göstərilmişdir ki, X9 H.Seyidbəyli küçəsi, 51 nömrəli evin üst hissəsində öztikili sə nədi olmayan qeyri-yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır (həyat yoldaşı, qızı, oğlu).
3. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 nömrəli “Torpaq sürüşməsi təhlükəsi olan ünvan 1 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” sərəncamına əsasən, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, xx.xx.2019-cu il tarixli əmrilə ayrılmış vəsaitdən 5801638,0 manatının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi bank hesabına köçürülməsinin təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin m üvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 2 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin (qarajların) istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsi və ərazinin abadlaşdırılmasının təmin edilməsi qərara alınmışdır.
4. İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciəti təmin etməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən, torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı -satqı müqaviləsi bağlanılmaqla, daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. Müraciətdə göstərilən əmlaka görə müvafiq hüquqmüəyyənedici sənəd, o cümlədən yekun məhkəmə qərarı təqdim edildikdən sonra müəyyən edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən tikilinin ona məxsus olan hissəsinə (tikilinin 2-ci mərtəbəsinə) görə ödənilməli olan kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, Səbail Bələdiyyəsinin xx. xx.2006-cı il tarixli 171 nömrəli qərarına əsasən, Səbail rayonu ərazisində olan H.Seyidbəyli küçəsində yerləşən 180 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin qərara əsasən, onun adına sənədləşdirilməsi nəzərdə tutulmuş 180 kv.m torpaq sahəsinin planı tərtib edilmişdir. Bundan sonra, "xxxx" Layihə-İstehsalat Firması tərəfindən həmin torpaq sahəsində inşa ediləcək ona məxsus fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinə bitişik sahədə yerləşən üçüncü şəxs X2 məxsus, onun yaşadığı, yəni yaşayış sahəsi kimi istifadə etdiyi qarajın ikinci mərtəbəsini tikmək üçün sonuncu tərəfindən xx.xx.2008-ci il tarixdə ona icazə verilmişdir. Bundan sonra o, üçüncü şəxs X3 məxsus qarajın ikinci mərtəbəsində öz pul vəsaiti hesabına ti kili inşa etdirmiş, tikilidən təyinatı üzrə istifadə etmişdir. Səbail rayon MKTB 58 saylı MKİS-in xx.xx.2018-ci il tarixli 107 nömrəli arayışına əsasən, 1-ci H.Seyidbəyli döngəsi, 9 saylı evin həyətindəki tikili 2006-cı ildən ona məxsusdur. Belə ki, Səbail rayon MKTB-nin xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzinin surətindən göründüyü kimi, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin sahənin istismar haqqı onun tərəfindən ödənilmişdir. Həmin ünvanda tikilinin onun tərəfindən tikilməsi qonşuların ərizələri ilə də öz təsdiqin tapır. Sözügedən tikili üçüncü şəxs X9 tərəfindən 2013-cü ildə zəbt edilmişdir. O, üçüncü şəxs X6 həmin tikilidən çıxarılması barədə aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, həm o, həm də qarajın sahibi - digər üçüncü şəxs Zenfira Həmidova sonuncu tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Belə ki, üçüncü şəxs Dadaş Məmmədov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə üçüncü şəxs Zenfira Həmidovaya onun yaşayış yeri olan həmin qarajda bədən xəsarətləri yetirməsi faktı ilə bağlı təqsirli bilinərək, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Dadaş Məmmədov Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə bu dəfə ona bədən xəsarətləri yetirməsi faktı ilə bağlı təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, x x.xx.2021-ci il tarixdə ora gedərək, üçüncü şəxs X5 həmin tikilidən çıxmasını tələb etmiş, lakin sonuncu onu döymək istəmişdir. Onun və üçüncü şəxs X1 Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrindən göründüyü kimi, sözügedən tikilinin onlara məxsus olan hissəsinin, yəni birinci və ikinci mərtəbəsinin sökülməsinə razılıq vermişlər. Bu fakt da mübahisə predmeti olan tikilinin ikinci mərtəbəsinin ona məxsus olmasını bir daha təsdiq edir. Lakin üçüncü şəxs Dadaş Məmmədov həmin tikiliyə dair kompensasiyanı özü qanunsuz olaraq əldə etməyə cəhd edir. Həmin mənzilin yerləşdiyi ərazi hazırda sökülmüşdür və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 354 nömrəli Sərəncamına əsasən, ayrılmış vəsait hesabına cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi t əmin edilir. Belə ki, sözügedən ünvanda yerləşən tikilinin köçürülməsi ilə əlaqədar hesablanmış kompensasiyanın ödənilməsi barədə cavabdeh ilə üçüncü şəxs Zenfira Həmidova arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, həmin tikiliyə görə sonuncuya 120.500 manat ödənilməsinin təmin edilməsi barədə öhdəlik götürülmüşdür. Ona məxsus tikilinin olduğu hissə isə Zenfira Həmidovaya məxsus tikilinin ikinci mərtəbəsində yerləşir. O, həmin tikiliyə görə ödənilməli olan kompensasiyanın verilməsinin dayandırılması, bu kompensasiyanın üçüncü şəxs Dadaş Məmmədova ödənilməməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunmuş, müraciətdə göstərilən əmlaka görə müvafiq hüquqmüəyyənedici s ənəd, o cümlədən yekun məhkəmə qərarı təqdim edildikdən sonra müəyyən edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görüləcəyi bildirilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 27 iyul 2022-ci il tarixli, 21(112)-7183/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 nömrəli sərəncamına əsasən, torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla, daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə e dilməsi yolu ilə həyata keçirilmişdir. Hazırda iddiaçı ünvan 4 ünvanında yerləşən tikilinin ona məxsus olan hissəsinə (tikilinin 2-ci mərtəbəsinə) görə ödənilməli olan kompensasiyanın ona ödənilməsini tələb edir. Lakin iddiaçı həmin tikilinin ona məxsus olmasını və orada yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı vəziyyətdə olan ünvan 4 ünvanında yerləşən mənzilin köçürülməsi işləri aparılarkən üçüncü şəxs Dadaş Məmmədov həmin ünvanda olmuş, həmin mənzildən Dadaş Məmmədov köçürülmüşdür və qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya da Dadaş Məmmədovun adı daxil edilmişdir. İddiaçı həmin tikilinin ona məxsus o lmasını və orada yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı kompensasiya hüququ yaranmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 19 yanvar 2023-cü il tarixli, 21(103)-561/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-7183/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı apellyasiya şikayətində X4 ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli razılığa, Bakı Şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 58 saylı MKİS-in 107 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 43 saylı arayışlarına, Bakı Şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB-nin 21 aprel 2022-ci il tarixli dax2-46 saylı arayışına istinad edərək, sözügedən qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin onun istifadəsində olmasını bildirsə də, Z.Həmidova ilə bağlanmış razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiqlənməmiş, həmçinin, 58 saylı MKİS-in arayışları qonşuların aktları və ya Z.Həmidovanın ərizəsinə istinadən yazılmış, Bakı Şəhər İcra Hakimiyyəti MKTD Səbail rayon MKTB- nin arayışında da 58 saylı MKİS-in arayışına istinad edilmişdir. Sübut qismində təqdim edilmiş ərizə və arayışlar iddiaçının məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş alınmanın təsiri altına düşən subyekt olması qənaətinə gəlməyə əsas vermir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsini və “Torpaqların d övlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 3.2, 4.1, 6.1, 7.1 və 7.2-ci maddələrini tərəflərə münasibətdə düzgün tətbiq etməmişdir. Hər iki instansiya məhkəməsinin “Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin mənzilin köçürülməsi işləri aparılarkən üçüncü şəxs Dadaş Məmmədovun həmin ünvanda olması, həmin mənzildən Dadaş Məmmədovun köçürülməsi və qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya Dadaş Məmmədovun adının daxil edilməsi”ni əsas kimi qəbul edərək, iddianı təmin etməməsi qanuni və əsaslı hesab edilə bilməz. Hər iki instansiya məhkəməsi həmin nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçıdan fərqli olaraq, həmin tikilinin üçüncü şəxs Dadaş Məmmədov tərəfindən inşa edilməsi və ona məxsus olmasın ı təsdiq edən heç bir sübut yoxdur və Dadaş Məmmədov həmin tikilinin ona məxsus olmasını təsdiq edən heç bir sübutu (sübutların əslini və ya təsdiq olunmuş surətini) məhkəməyə təqdim edə bilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəm iyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;... Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tə rəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.... Maddə
6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir.... Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qəra rı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İddiaçının kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, o, üçüncü şəxs X1 razılıq ərizəsi əsasında sonuncuya məxsus qarajın ikinci mərtəbəsini tikməklə 2008-ci ildən orada yaşamış, sözügedən tikili digər üçüncü şəxs X9 tərəfindən 2013-cü ildə zəbt edilmişdir. Həmin mənzilin üçüncü şəxs Dadaş Məmmədov tərəfindən inşa edilməsi və ona məxsus olmasını təsdiq edən heç bir sübut yoxdur.
26. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsassız hesab edir. Belə ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcb uri qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər.
27. Qanunvericiliyin tələbləri baxımından, alınma torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. İddiaçı isə məhkəməyə mübahisəli tikilinin mülkiyyətçisi və ya istifadəçisi olmasını, həmin tikilinin ona məxsus olmasını və orada yaşamasını təsdiq edən sübut təqdim edə bilməmişdir.
28. İddiaçı sadəcə olaraq, üçüncü şəxs X1 xx.xx.2008-ci il tarixli razılıq ərizəsinə və həmin ərizə əsasında tərtib edilən 58 saylı MKİS-in a rayışlarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, üçüncü şəxs X1 xx.xx.2008-ci il tarixli razılıq ərizəsi əllə yazılmaqla imzalanmış, lakin müvafiq qaydada təsdiqlənməmişdir. İddiaçı mübahisələndirilən daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş, tikilidən istifadə hüququnun olmasını sübut edə bilməmişdir.
29. İddiaçı kassasiya şikayətində üçüncü şəxs Dadaş Məmmədovun həmin tikilinin ona məxsus olmasını təsdiq edən heç bir sübutu olmadığını və bu halın apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını bildirmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında mübahisələndirilən tikilinin istifadəçisinin üçüncü şəxs Dadaş Məmmədov olması ilə bağlı hər hansı xüsusat qeyd edilməmişdir. Belə ki, hazırkı iş üzrə mübahisə predmeti ünvan 4 ünvanında yerləşən tikilinin iddiaçıya məxsus olan hissəsinə (tikilinin 2-ci mərtəbəsinə) görə ona kompensasiyanın ödənilməsidir. Yəni, məhkəmə araşdırmasının əsasını qeyd edilən daşınmaz əmlaka görə iddiaçıya kompensasiya ödənilib-ödənilməməsi təşkil edir. Həmin tikilinin üçüncü şəxs Dadaş Məmmədovun və ya hər hansı digər şəxsin istifadəsində olub-olmaması, habelə kompensasiyanın Dadaş Məmmədov və ya hər hansı digər şəxsə ödənilməli olub-olmaması hazırkı mərhələdə məhkəmə araşdırmasının predmeti olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq norması pozulmamışdır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kol legiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-561/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.