Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1052/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; quraşdırıcı-çilingər, quraşdırıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-840/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər (xx.xx.1991-ci il tarixdən Sumqayıt Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsi adlandırılmışdır), xx.xx.1996-cı il tarixdən xx.xx.2004- cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt “Sintez-Kauçuk” zavodunda quraşdırıcı-çilingər və elektrik qaynaqçısı, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Dizaynerlər İttifaqı X3 16 saylı X1ynaqçı və elektrik qaynaqçısı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx"ASC-də qaynaqçı vəzifələrində işləmiş, xx.xx.2018-ci il tarixdən halhazıradək SOCAR-ın “Neftqaztikinti” trestində elektrik qaynaqçısı vəzifəsində işləyir.
2. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC” -nin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışında iddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi sözügedən sahə arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələr in və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməs inə müraciət edərək, ona “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC”-nin xx.xx.2019-cu il tarixli 01 saylı arayışı, “Azərkimya” İstehsalat Birliyi “EtilenPolietilen” zavodunun xx.xx.2019-cu il tarixli 30, 31, 32 saylı arayışlarını, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr - 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə almaqla, 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1988-ci i l tarixdən xx.xx.1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunmuşdur. 6. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.200 6-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, 10 ildən artıq ağır zərərli şəraitdə iş stajına malikdir. Bununla əlaqədar olaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir.
7. Cavabdehin imtinası qanuna zidd və əsassızdır. Belə ki, 1-ci Sumqayıt TikintiQuraşdırma MMC-nin xx.xx.2019-cu il tarixli 01 saylı arayışına əsasən, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövr- 4 il 11 ay 16 gün təşkil edir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin, cavabdeh bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji işlər üzrə qərarlarında formalaşdırdığı mövqeyi nəzərə almamışdır. cavabdehin etirazı:
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışda onun işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidi r. Həmçinin, arayışda iddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi sözügedən sahə arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı xx.xx.2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1469/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin xx.xx.2019-cu il tarixli 01 saylı arayışı, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2019-cu il tarixli 30,31,32 saylı arayışları, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə almaqla 52 yaşdan, yə ni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin xx.xx.2019-cu il tarixli, 01 saylı arayışından görünür ki, iddiaçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-də (keçmiş «Azneftkimyaquraşdırma» trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) xx.xx.1988-ci ildən xx.xx.1993-ci ilə kimi quraşdırıcı-çilingər vəzifəsində, xx.xx.1993-ci ildən xx.xx.1996ci ilə kimi 6-ci dərəcə quraşdırıcı-çilingər vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Vİİİ bölməsinin (Kimya istehsalatı) “A” yarımbölməsinə (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri) aiddir və həmin kod altında fərqli istehsalatlar nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi istehsalatlar da həmin kod altında mövcuddur.
12. Belə ki, Siyahının 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri 1080A010 kodu ilə n əzərdə tutulmuşdur: - polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər.
13. İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi 1 nömrəli Siyahısının Vİİİ Kimya istehsalatı” bölməsində nəzərdə tutulmuş 1080A010 kodu müəyyən edilən peşələrə (fəhlələr) aid olduğundan, onun xx.xx.2006-cı il tarixədək ümumilikdə 10 ildən artıq güzəştli iş stajı yaranmış olur.
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddiaçıya 52 yaşından, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-840/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1469/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya 52 yaşından, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
18. İddiaçının 52 yaşına çatması (xx.xx.2019), 20 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajını mübahisələndirmişdir.
19. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1 984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər (xx.xx.1991-ci il tarixdən Sumqayıt Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsi adlandırılmışdır), xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006cı il tarixədək Sumqayıt “Sintez-Kauçuk” zavodunda quraşdırıcı çilingər və elektrik qaynaqçısı işləmişdir.
20. Əmək kitabçasında iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində qeyd edilsə də, həm yuxarıda qeyd edilən arayışdan, həm də iddia ərizəsindən gö rünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir.
22. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 24.0 və 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti o rqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir.
23. Bu baxımdan, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi dövr 5 il 2 ay 14 gün təşkil edir (2 il 7 ay 7 gün x 2).
24. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.
25. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 8 il 19 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. 26. “Azərkimya” İstehsalat birliyi “Etilen-Po lietilen” zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 30, 31 və 32 nömrəli güzəştli arayışlardan görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, kauçuk, butadien istehsalatları üzrə quraşdırıcı çilingər, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin zavodun mexaniki təmir və quraşdırma sexində və təmir quraşdırma sexində həmin istehsalatlar üzrə elektrik qaynaqçısı işləmişdir. Göstərilən peşələr (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahıda sadalanan spirt, butadien və kauçu k istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
27. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışlardan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1996-xx.xx.2004-cü il və xx.xx.2005xx.xx.2006-cı il tarixlərində hazırkı “Sintezkauçuk” zavodunda quraşdırıcı çilingər və elektrik qaynaqçısı vəzifələrində işləmişdir (08 il 20 gün).
28. İddiaçının işlədiyi quraşdırıcı çilingər və elektrik qaynaqçısı peşələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə p ensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndindən görünür ki, yarımbəndin 1080A010 şifrində butadien, spirtlər, kauçuk istehsalatlarında və işlərində məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri qeyd edilmişdir.
29. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC”-nin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışında göstərilən iddiaçının işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir. İddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunan sahə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı sahəsinə aid deyil.
30. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir:
31. Mübahisələndirilən dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasından və işin yuxarıda sadalanan hallarından görünür ki, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. (xx.xx.1993-cü il tarixdən xx.xx.199 6-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir) (05 il 10 ay 28 gün). 32. “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı 1988-ci ildə Superfosfat zavodunun sulfat turşusu sexində, 1989-cu ildə Sintezkauçuk zavodunun D-1-13-divinil istehsalı sexində, 1990-cı ildə Sintezkauçuk zavodunun P-7- butadien sexində, 1991-1992-ci illərdə SAM zavodunun ilkin benzol sexində işləməklə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 1-ci Sumqayıt TikintiQuraşdırma MMC-də quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 1080A010 koduna uyğundur.
33. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il və xx.xx.1996- xx.xx.1996-cı il tarixlərində “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir (5 il 10 ay 28 gün).
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzif ələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
35. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-369/2021 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə iddiaçı 1 nömrəli siyahı üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə də cavabdeh orqanın kassasiya şikayətinin dəlili iddiaçının 1985-1995-ci illərdə quraşdırıcı çilingər işlədiyi “Azneftkimyaqur aşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsinin iş sahəsinin kimya sahəsi deyil, tikinti quraşdırma sahəsi olması olmuşdur. Kassasiya instansiya məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab edərək iddiaçının cavabdehin qeyd etdiyi kimi tikinti quraşdırma sahəsində deyil, kimya sahəsində (divinil, spirt, kauçuk istehsalatları) işlədiyi quraşdırıcı çilingər peşəsinin 1 №-li Siyahının Vİİİ “Kimya istehsalatı“ bölməsinin 1080A00—17541 kodu ilə “Kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri” kimi nəzərdə tutulduğundan həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınmalı olması qənaətinə gəlmişdir.
36. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının sulfat turşusu, divinil, butadien və ilkin benzol istehsalatlarında işlədiyi quraşdırıcı çilingər peş əsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndinin 1080A010 şifrinə (müxtəlif istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) uyğun gəlir.
37. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 1 nömrəli siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.
38. Bundan əlavə, cavabdeh apellyasiya ş ikayətinin dəlillərində “1-ci Sumqayıt Tikinti Quraşdırma MMC” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışda iddiaçının xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı-çilingər vəzifəsində işlədiyinin qeyd olunduğunu, lakin əmək kitabçasında onun xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sözügedən müəssisədə işlədiyi, xx.xx.1992-ci il tarixdən etibarən isə Sumqayıt “Sintez-Kauçuk” zavoduna keçirildiyinin qeyd olunduğunu bildirmişdir.
39. Şikayətin həmin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi, xx.xx.1992-ci il tarixdən deyil, xx.xx.1996-cı il tarixdən Sumqayıt “Sintez-Kauçuk” zavoduna keçirildiyi qeyd edilmişdir. Bu baxımdan, güzəştli arayışla əmək kitabçasının qeydləri arasında ziddiyyət yoxdur.
40. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
41. Lakin məhkəmə iddiaçıya pensiya ödənişlərinin onun cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməli olmasını nəzərə almamışdır.
42. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci mad dəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
43. Hazırki halda, iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaransa da, o, pensiyanın təyini üçün xx.xx.2022-ci il tarixində cavabdeh inzibati orqana müraciət etmişdir. Bu baxımdan, iddiaçıya ödənilməmiş pensiya ödənişlərinin onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə - xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərə alınmalıdır.
44. Cavabdeh kassasiya şikayəti verərək qə rarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
45. Şikayətin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
46. Şikayətdə, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin form ası bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
47. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstər ilməlidir.
48. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
49. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, h abelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı ha da azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir.
50. Məhkəmənin diqqətinə ç atdırmaq istərdik ki, hazırkı iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli 01 nömrəli arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli 01 nömrəli arayışda onun işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir.
51. Həmçinin sözügedən arayışında xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il ta rixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı’’ nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil.
52. Qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
53. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla k ifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
54. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 56. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada). Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin ed ilir. 57. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... Maddə
68. İş s tajının hesablanmasında güzəştlər (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyada) Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə;
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” 10800000 Vİİİ. Kimya istehsalatı. 1 080A00-17541 Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri:... polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər;
59. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
61. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
62. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
63. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
64. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
65. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
66. İddiaçının əmək kitabçasının məlumatlarına, hərbi biletinə və Azərbaycan Silahlı Qüvvələrində xidmətinə dair arayışlara əsasən, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi stajı vardır və həmin müddət mübahisələndirilməli deyil.
67. Məhkəmə kollegiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi ilə bağlı qeyd edir ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (atəşkəsədək) döyüşən ordunun tərkibində xidmət müddəti “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalıdır. Belə ki, iddiaçının iddia tələbi üzrə müna sibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.
68. İddiaçının istehsalatda güzəştli iş stajına gəldikdə, qeyd olunduğu kimi, cavabdeh iddiaçının xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı güzəştli iş stajını (8 il 19 gün) mübahisələndirmir.
69. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”na istinadla (10800000 Vİİİ. Kimya istehsalatı. 1080A00-17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər;) iddiaçının xx.xx.1984cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcıçilingər və quraşdırıcı (fəhlə) işlədiyi müddətləri də güzəştli iş stajına aid etmişdir. Belə ki, iddiaçının işləmiş olduğu müəssisələr tərəfindən verilmiş və məhkəmələr tərəfindən tədqiq olunmuş arayışlara əsasən, iddiaçı həmin vəzifələri 1 №-li Siyahıda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli olan istehsalat sahəsində icra etmişdir.
70. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
71. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlil ləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
72. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-840/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.