Məhkəmə qərarları › İş №2-1(102)-1053/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1053/2020

05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1053/2020 05.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə (Açar söz: işin iddianın dəqiqləşdirilməsi ilə bağlı tələblə birinci instansiya məhkəməsinə təkrar baxışa göndərilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “pensiyasının yenidən hesablanması vəzi fəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020ci il tarixli, 2-1(103)-218/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.05.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: **.**.1947-ci il təvəllüdlü iddiaçı Iddiaçı 1967-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışmış, cavabdeh orqanın 28.07.2010-cu il tarixli, 299 nömrəli qərarına əsasən həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyaya çıxdıqdan sonra 6 il işləməyə davam etməsi ilə əlaqədar olaraq 20.10.2017-ci il tarixində iddiaçının ərizəsinə əsasən 01.11.2017-ci il tarixindən iddiaçıya p ensiya yenidən hesablanmışdır. 2019-cu ildə iddiaçı doğum akt qeydinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(005)-1357/2019 nömrəli qətnaməsi ilə iddiaçının doğum tarixinin **.**.1947-ci il kimi göstərilməsi qərara alınmışır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin ilin iyun ayında iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, onun şəxsiyyət vəsiqəsində dəyişiklik edildiyi üçün pensiyasının 01.01.2010-cu il tarixinədək qüvvədə olmuş qanuna görə hesablanmasını və həmin ildən müraciət etdiyi günədək olan fərqin ödənilməsini xahiş etmiş, cavabdeh 28.06.2019-cu il tarixli, ******* nömrəli cavab məktubu ilə iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, 01.07.2010-cu il tarixində yaşa görə əm ək pensiyasına çıxdıqdan sonra 6 il işləməyə davam etməsilə əlaqədar iddiaçının 20.10.2017-ci il tarixli ərizəsi üzrə 01.11.2017-ci il tarixindən onun əmək pensiyası yenidən hesablanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya 01.07.2010-cu il tarixində, yəni 62 yaş 6 ayı tamam olduğu müddətdən həmin tarixdə qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir və iddiaçının təqdim etdiyi 2004-2005-ci illərin əmək haqqı arayışı əsasında pensiyanın yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanuna görə mümkün deyil. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək pensiyasının 01.01.2010-cu il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna görə hesablanması və həmin ildən bugünki günədək ona ödənilmiş məbləğlə olan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinə olan 37 il 4 ay sığorta stajı ilkin pensiya təyin olunarkən pensiyanın üzərinə hesablanmış, iddiaçıya yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 6 il işləməyə davam etməsi ilə əlaqədar olaraq 01.11.2017-ci il tarixindən yenidən pensiya hesablanmışdır. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2724/2019 saylı, 27.09.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının pensiyasının 01.01.2010-cu il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna görə hesablanması və həmin i ldən bugünədək ona ödənilmiş məbləğlə olan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının doğum akt qeydində düzəliş edilərək doğum tarixinin **.**.1947-ci il olduğu qeyd edilmişdir və beləliklə iddiaçının pensiya almaq hüququ 29.12.2009-cu il tarixində yarandığından onun pensiyası həmin vaxtdan hesablanaraq ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2724/2019 saylı, 27.09.2019-cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsi, 62 yaşının tamam olduğu tarixdən ona pensiyanın təyin edilməsini xahiş etmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verə rək birinci instansiya məhkəməsinin qərarında dəyişiklik edilməsi, yəni 29.12.2019-cu il tarixində 62 yaş pensiya yaşının tamam olması günündən ona pensiya təyin edilməsi, pensiyasını 01.01.2010-cu il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna görə hesablanmasını və həmin ildən bugünədək ona ödənilmiş məbləğlə olan fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 21(103)-218/2020 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2724/2019 saylı, 27.09.2019cu il tarixli qərarı ləğv edilərək işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı doğum tarixinin dəyişməsinə istinadla yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu ilədək olan redaksiyası əsasında hesablanmasına və yaranmış fərqin ödənilməsinə dair iddia qaldırsa da, həmin dövrün qanunvericiliyinin müəyyən etdiyi yaşda əmək pensiyasının təyin edilməsinə dair tələb irəli sürməmişdir. Həmçinin, həmin Qanunun 01.01.2010-cu il tarixinədək olan redaksiyasının tələblərinə görə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmaması aydınlaşdırılmadan, bu barədə tələbə qiymət verilmədən onun pensiyasının həmin qanunvericiliyə əsasən yenidən hesablanması istinad olunan Qanunun tələblərinə ziddir və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddianın natamam şəkildə qaldırılma sına düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 21(103)-218/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsinin qərarını əsassız hesab edən kassator, Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu, “Normativ hüquqi aktlar” haqqında 87-ci, İnzibati-Prosessual Məcəllənin 2.2.3, 3.1, 13, 34.1, 35.1, 68.1, 68.2, 73.1, 90, 96.5 və 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 2-1(103)218/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəfləri n iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 2-1(103)-218/2020 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apell yasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçıya pensiya təyini zamanı təqdim edilmiş şəxsiyyət vəsiqəsində doğum tarixi **.**.1948-ci il göstərilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu il tarixindən qüvvəyə minmiş redaksiyası əsas götürülməklə ona 62 yaş, 6 ayının tamam olduğu 01.07.2010-cu ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçıya 01.07.2010-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilməsi işin mübahisəsiz halıdır. İddiaçı isə təvəllüdünün **.**.1947-ci il olmasının məhkəmə qətnaməsi ilə təsdiq olunmasına istinad edərək ona pensiyanın 29.12.2009-cu il tarixində, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun təyin edilməli olduğunu bildirmiş, məhkəməyə müraciət edərək 01.01.2010-cu il tarix inədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən ona pensiya hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı doğum tarixinin dəyişməsinə istinadla yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu ilədək olan redaksiyası əsasında hesablanmasına və yaranmış fərqin ödənilməsinə dair iddia qaldırsa da, həmin dövrün qanunvericiliyinin müəyyən etdiyi yaşda əmək pensiyasının təyin edilməsinə dair tələb irəli sürməmiş, birinci instansiya məhkəməsi isə “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu il tarixinədək olan redaksiyasının tələblərinə görə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranıbyaranmamasını aydınlaşdırmadan, bu barədə tələbə qiymət vermədən pen siyanın yenidən hesablanması barədə qərar qəbul etmiş, beləliklə iddianın natamam qaldırılmasına hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Normanın tələbindən göründüyü kimi, qanunvericilik iddia tələbinin dəqiqləşdirilməsində proses iştirakçısına yardım etməyi məhkəmənin qarşısında vəzifə kimi müəyyən et mişdir. Apellyasiya instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu vəzifəni yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.09.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Həmin qərarda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən aydın olur ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iddia tələbinin dəqiqləşdirilməli olduğunu aşkarlasa belə, yanlış iddia növünü münasibi ilə əvəz edə bilməz və iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə işi birinci instansiya məhkəməsinə göndərməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu il tarixinədək qüvvə olan redaksiyasına uyğun əmək pensiyası təyin olunacağı halda belə, məhkəmə iddiaçının pensiya hüququnun yaranıb-yaranmadığını araşdırmalı, bu məqsədlə iş materiallarında olan sübutları qiymətləndirməli, zəruri olduqda əlavə sübutlar tələb etməlidir. Apellyasiya instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan xüsusatları araşdırmadan iddiaçının pensiyasının 01.01.2010-cu il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq hesablanması barədə qərar qəbul etmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, kassasiya şikayətinin dəlillərində apellyasiya instansiya məhkəməsinin mövqeyinin əsaslı olmadığını bildirsə də, yuxarıda qeyd olunanlardan məlum olur ki, iddia tələbi düzgün müəyyən edilməmişdir və bu hal işə baxılmasına maneə yaradır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 21(103)-218/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar