Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1053/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-625/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 fevral 2016-cı il tarixdə iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş (TSEK-in diaqnozu: dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması; Askilozu və ya kontrakturası; Hərəkət həcminin müəyyən dərəcədə pozulması (M21.2, M24.5- M24.6, M67.1, M99.0)) və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. 2. 7 nömrəli Şəhər poliklinikasının iddiaçı barəsində tərtib etdiyi 21 yanvar 2021ci il tarixli müayinə vərəqəsində (göndərişin tarixi - 3 fevral 2021; Forma 88№ 0170003AADZ5), “müayinəyə əsas verən diaqnoz - baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla sınığı (S82); ağırlaşma - oynaqların kontrakturası (M24.5); əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi (M62.5); digər daimi ağrı (R52.2); hərəkətin və ya yerişin digər və dəqiqləşdirilmiş pozulmaları (R26.8); Digər oynaqların posttravmatik artrozu (M19.1); yanakı xəstəliklər – İ11.0 [Durğunluq] ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya” İİ mərhələ; H52.4 Presbiopiya, OU-presbiopiya; E11 İnsulindən asılı olmayan şəkərli di abet, şəkərli diabet tip2; F48.0 Nevrasteniya” göstərilmişdir.
3. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli arayışda iddiaçıya sol qamış sümüyünün içəri topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığı, sol aşıq-baldır oynağının degenerativ kistoz komponentli artrozu, açıcıbükücü kəskin kontrakturası diaqnozu qoyulmuşdur (S82.5, S82.3, M84.0, S93.0, M19.1, M24.5, M62.5, R52.2, R26.8). 4. xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 nömrəli akta əsasən, iddiaçı sol qamış sümüyünün iç topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyridüzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu, sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası diaqnozu ilə qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində xəstənin müalicə müddətinin yetərli olmaması əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. 5. **********7 nömrəli məktuba əsasən, cavabdeh tərəfindən təkrar qiymətləndirilmə aparılmış və müayinələrinin nəticələri barədə xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 saylı akta əsasən, iddiaçı baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sol qamış sümüyünün iç topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət, sol aşıq - baldır oynağının travmadan sonrakı artrozu, sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası diaqnozu ilə qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsin də diaqnozun əlillik əlaməti müəyyən edilməməsi əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 17 iyun 2021-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona təyin olunmuş 257 (iki yüz əlli yeddi) manat məbləğində təqaüdün və bədbəxt hadisə nəticəsində təyin edilmiş 731 (yeddi yüz otuz bir) manat məbləğində müavinətin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə mür aciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə, ona 5 fevral 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli, 2-1(112)-7592/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbinə “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə, İddiaçı 5 fevral 20 21-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Belə ki, ona 2016-cı il tarixdə əlilliyin təyini zamanı qoyulmuş diaqnoz istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində olmuşdur və onun fəsadları hələ də davam edir. Bu hal, keçirilən əyani müayinələrlə də təsdiqlənir. Lakin cavabdeh ona təkrar əlilliyin təyinindən imtina etmiş, bununla da, iddiaçı ona ödənilən pensiyadan və işlədiyi müəssisədən aldığı müavinətdən məhrum olmuşdur.
10. Cavabdeh iddia tələbinə qarşı yazı lı etirazında işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya təkrar əlilliyin təyinindən imtinasının əsasını diaqnozun əlillik əlaməti təyin etməməsi təşkil edir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7592/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, iddiaçıya qiymətləndirildiyi 5 fevral 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ 0170003AADZ5) həmin Əs asnamənin 2.3.2-ci bəndinə əsasən, əlillik əlaməti təyin edən diaqnoz göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 5 fevral 2021-ci il tarixdə aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Həmin diaqnoz üzrə iddiaçı 2 fevral 2016-cı il tarixdə müayinə olunaraq ona 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Digər tərəfdən, altsistemdə Forma 88№ 0170003AADZ5 üzrə axtarış zamanı statusu “yanlış və ya natamam doldurulmuşdur” göstərilməklə, xəstənin müalicə müddətinin yetərli olmadığı göstərilir. Halbuki, göndərişin natamam və ya yanlış doldurulması imtina üçün deyil, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilməsi üçün əsasdır. 5 fevral 2021- ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əlilliyi təkrar təyin edildiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-625/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamış, iddiaçının və ziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq qiymətləndirilmişdir.
18. Həmçinin, diaqnoz əsasında şəxsə əlillik təyin edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskres ion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası nı müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə o nu rəsmiləşdirmiş Komissiyaya göndərir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə... Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5-M24.6, M25.6, M67.1, M99.0);...
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında ta m və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 24. “İnzibati icraat haqqında” Qanu n: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişaf ının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının ta m və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qeyd olunmalıdr ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kolle giya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, 2 fevral 2016-cı il tarixdə iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş (TSEK-in diaqnozu: dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması; Askilozu və ya kontrakturası; Hərəkət həcminin müəyyən dərəcədə pozulması (M21.2, M24.5- M24.6, M67.1, M99.0)) və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. 7 nömrəli Şəhər poliklinikasının iddiaçı barəsində tərtib etdiyi 21 yanvar 2021-ci il tarixli müayinə vərəqəsində (göndərişin tarixi - 3 fevral 2021; Forma 88№ 0170003AADZ5), “müayinəyə əsas verən diaqnoz - baldır sümüklərinin, aşıqbaldır oynağı daxil olmaqla sınığı (S82); ağırlaşma - oynaqların kontrakturası (M24.5); əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi (M62.5); digər daimi ağrı (R52.2); hərəkətin və ya yerişin digər və dəqiqləşdirilmiş pozulmaları (R26.8); Digər oynaqların posttravmatik artrozu (M19.1); yanakı xəstəliklər – İ11.0 [Durğunluq] ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya” İİ mərhələ; H52.4 Presbiopiya, OU-presbiopiya; E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip2; F48.0 Nevrasteniya” göstərilmişdir. xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 nömrəli akta əsasən iddiaçı sol qa mış sümüyünün iç topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu, sol aşıq baldır oynağının açıcıbükücü kəskin kontrakturası diaqnozu ilə qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində xəstənin müalicə müddətinin yetərli olmaması əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. **********7 nömrəli məktuba əsasən, cavabdeh tərəfindən təkrar qiymətləndirilmə aparılmış və müayinələrinin nəticələri barədə xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 saylı akta əsasən, iddiaçı baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sol qamış sümüyünün iç topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncəni n yarımçıxığından sonrakı vəziyyət, sol aşıq baldır oynağının travmadan sonrakı artrozu, sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası diaqnozu ilə qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində diaqnozun əlillik əlaməti müəyyən edilməməsi əsası ilə əlilliyin təyinindən imtina edilmişdir.
34. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsi olsa da, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur.
35. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 05 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia etmişdir. 36.Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 37.Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. 38.Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. 39.Digər tərəfdən, cavabdeh kassasiya şikayətində işə baxan məhkəmələrin əsasız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın 1.5.1 və 1.5.3-cü maddələrinə istinad etdiyini göstərmiş və bildirmişdir ki, iddiaçıya əlillik təyinindən imtin anın əsasını Qaydaların 1.5.1-ci bəndi yox, diaqnozun əlillik təyininə əsas olmaması təşkil edir. 40.Halbuki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 nömrəli akta əsasən, iddiaçı sol qamış sümüyünün iç topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu, sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası diaqnozu ilə qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsində xəstənin müalicə müddətinin yetərli olmaması əsası ilə əlilliyin təyinindən imtina edilmişdir (iş v.26). 41.Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazında da qeyd etmişdir ki, iddiaçıya təkrar əlilliyin təyinindən imtinasının əsasını diaqnozun əlillik əlaməti təyin etməməsi təşkil edir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. 42.Göründüyü kimi, cavabdeh imtinasında müalicə müddətinin yetərli olmaması halına, etirazında isə tibb müəssisəndə əlavə müalicədən keçdikdən sonra tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət edə bilməsi halına istinad etmişdir. 43.Başqa sözlə, cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinasının əsaslarından birini, həm də, Qaydaların 1.5.1-ci bəndindəki şərt təşkil edir. 44.Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nö mrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır.
45. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin dav am etməsi göndərişin verilməsi üçün əsasdır.
46. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir.
47. Belə olan halda isə, cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. 48.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Odu r ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(103)-625/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.