Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1053/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl şəhər Bələdiyyəsi) çıxarışın verilm əsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-34/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarına əsasən Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evi tikmək üçün 29 vətəndaşa, hər birinə 0,06 ha olmaqla, cəmi 1,74 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. Göygöl Bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsi iddiaçıya satılmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********35 nömrəli bildirişi ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin İdarənin elektron kadastr baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu b arədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona və digər 28 nəfər Göygöl şəhər sakininin hər birinə 0.06 ha həyətyanı torpaq sahəsi satılmışdır. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl şəhəri, Nəsibə Zeynalova küçəsi 01 ünvanda yerləşir. Torpaq sahəsi 10 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaç ı çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin 0.016 ha hissəsinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən 0.016 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır, ona görə də iddiaçının müraciətinə imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-569/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixl i, 05 nömrəli qərarı ilə iddiaçıya satılmış Göygöl şəhəri, Nəsibə Zeynalova küçəsi 01 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarı ilə perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir.
10. Cavabdehin imtinasının əsası kimi bələdiyyə tərəfindən satılmış 0.06 ha torpaq sahəsinin 0.016 ha hissəsinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsinin müəyyən edilməsi olmuşdur. Daha sonra isə cavabdeh orqan qeyd olunan 0.016 ha sahənin Göygöl bələdiyyəsinin perspektiv inkişaf fonduna aid olduğu, lakin həmin hissədə bələdiyyənin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı bildirilmişdir.
11. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınm az əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir.
12. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınm asından imtinaya əsas verə bilməz.
13. Həmçinin məhkəmənin sorğusu nəticəsində cavabdeh tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdehin qeydiyyata almağın mümkün olmadığını hesab etdiyi İddiaçı satılmış 0.016 ha torpaq sahəsi bələdiyyənin perspektiv inkişaf fonduna aiddir.
14. Bu səbəbdən də məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı ilkin araşdırma aparmadan iddiaçıya şablon cavab verməklə kifayətlənmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-34/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2 022-ci il tarixli, 2-1(114)-569/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı olmuş və əlavə olaraq qeyd etmişdir ki, bələdiyyə tərəfindən alğı-satqı yolu ilə fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyində göstərilmişdir ki, qeyd edilən torpaq sahəsi Göygöl Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir, uqodiyası KPİ İ keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir.
18. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında“ Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına həmçin in torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ ilə bağlı məlumatlar daxildir, eləcə də dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Hazırkı iş üzrə isə dövlət torpaq kadastrını aparan və bu barədə məlumat verməyə səlahiyyətli olan orqanlar mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişlər. Odur ki, cavabdehin torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmasının müəyyən edilməməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz.
19. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə və koordinatları) əks olunm uş cizgi planın mövcud olmaması, həmçinin Göygöl Bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində ayrılan sahənin qeyd olunmaması səbəbindən sualın cavablandırılması mümkün olmamış, iddiaçı tərəfindən naturada təqdim edilmiş 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCad məlumatlarına istinadən, həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. Həmin 600 kv.m torpaq sahəsinin 375.0 kv.m hissəsi üzərində Göygöl rayon Göygöl Bələdiyyəsinin hüquqları qeydə alınmış **********00 reyestr nömrəli çıxarış sənədi mövcuddur. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi üzərində qaz və su xətləri, hava məkanında isə yüksək gərginlikli elektrik xətti müşahidə olunmamışdır.
20. Məhkəmə kollegiyası digər dəlilə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsinə yerli baxış keçirilən zaman ərazidə yarımçıq qazılmış quyunun olduğu, quyunun hər hansı bir məqsədlə istifadə edilmədiyi, heç bir təyinatının olmadığı və qismən torpaqla doldurulduğu müəyyən edilmişdir. Ərazidə su quyusunun və ya su xəttinin olması müəyyən edilməmişdir.
21. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbi pozulmuşdur. Belə ki, Ərazi İdarəsi tərəfindən göstərilən Qanunun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmış və məlum olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydiyyata alınmadan xx.xx.2011-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqı-satqısına dair” aktı əsasında İddiaçı 0,06 ha torpaq sahəsinin satıldığı göstərilmişdir. Həmçinin, torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənəd əlavə edilmədiyi üçün sənəd üzrə yerinin təyin edilməsi mümkün olmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən Torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmişdir. Bununla yanaşı, torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fond torpağına aid olduğu, 0.0388 ha torpaq sahəsinin sənədlərə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, **********00 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sərhədləri daxilində olduğu, qalan hissəsinin isə çıxarışdan kənara düşdüyü, həmçinin torpaq sahəsinin daxilində Su (kanal) İdarəsi tərəfindən inşa olunmuş su quyusunun (su xəttinin) olduğu müəyyən edilmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Göygöl bələdiyyəsi ilə iddiaçı arasında 0,06 ha torpaq sahəsinin (daşınmaz əmlakın) alqı-satqısı həyata keçirilsə də, bununla bağlı müqavilənin notarial qaydada təsdiqlənməsi həyata keçirilməmişdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Göygöl bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmiş, bununla da daşınmaz əmlak üzərində bələdiyyənin sərəncam vermək hüququnun mövcud olmadığı müşahidə olunur. 26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinin, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 9.1-ci maddəsinin və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qa ydaları haqqında Əsasnamə"nin 2.4-cü və 22-ci bəndlərinin tələbi pozulmuşdur. (xx.xx.2008-ci il tarixdən sonra qüvvəyə minən redaksiyada). Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarı ilə iddiaçıya Göygöl şəhəri, Nəsibə Zeynalova küçəsi, 01 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa bələdiyyənin özü tərəfindən satılmışdır, bu isə qanunvericiliyin pozulması kimi qiymətləndirilməli idi. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.
28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7.-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, hazırki iş üzrə mütəxəssis rəyi verilmiş, həmin mütəxəssis rəylində göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fond torpağına aid olduğu, 0.0388 ha torpaq sahəsinin sənədlərə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, **********00 reyestr nömrəli h üquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sərhədləri daxilində olduğu, qalan hissəsinin isə çıxarışdan kənara düşdüyü, həmçinin torpaq sahəsinin daxilində Su (kanal) İdarəsi tərəfindən inşa olunmuş su quyusunun (su xəttinin) olduğu müəyyən edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində aşağıda qeyd edilənlər müəyyən olunmuşdur. Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə sözügedən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin məkan göstəriciləri (yerləşm ə mövqeyi və koordinatları (X və Y)) əks olunmuş cizgi planın mövcud olmaması, həmçinin Göygöl bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində ayrılan sahənin qeyd olunmaması səbəbindən sualın cavablandırılması mümkün deyildir. İddiaçı tərəfindən, naturada təqdim olunan 0.06 ha (600.0 kv.m) torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cıil tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. Həmin 600.0 kv.m torpaq sahəsinin 375.0 kv.m hissəsi üzərində, Göygöl rayon Göygöl bələdiyyəsinin hüquqları qeydə alınmış ********* *00 reyestr nömrəli Çıxarış sənədi mövcuddur. Göründüyü kimi, hazırki iş üzrə bu ziddiyyətli halı belə araşdırılmamış, bununla yanaşı məhkəmə kollegiyası torpaq sahəsinin daxilində su (kanal) İdarəsi tərəfindən inşa olunmuş su quyusunun (su xəttinin) mövcud olması halına da qiymət verməmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin to rpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasın da həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alı ndıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktla r;
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya Göygöl şəhəri, Nəsibə Zeynalova küçəsi, 01 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılaraq iddiaçıya təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsinə görə bələdiyyəyə 840 manat pul ödəmişdir. Torpaq sahəsi ayrılarkən DT və XK-nin Göygöl rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına dair etirazının olmaması barədə müsbət rəyi də mövcud olmuşdur. Hazırda torpaq sahəsi iddiaçının sahibliyindədir və o, torpaqdan təyinatına uyğun istifadədir.
38. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən: 1) mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmalı olduğu halda, alqı-satqı aktı imzalanmış; 2) Göygöl Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmiş, bununla da daşınmaz əmlak üzərində bələdiyyənin sərəncam vermək hüququnun mövcud olmamış; 3) mübahisələndirilən torpaq sahəsi torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa bələdiyyənin özü tərəfindən satılmışdır.
39. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə və koordinatla rı) əks olunmuş cizgi planın mövcud olmaması, həmçinin Göygöl Bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində ayrılan sahənin qeyd olunmaması səbəbindən sualın cavablandırılması mümkün olmamış, iddiaçı tərəfindən naturada təqdim edilmiş 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCad məlumatlarına istinadən, həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. Həmin 600 kv.m torpaq sahəsinin 375.0 kv.m hissəsi üzərində Göygöl rayon Göygöl Bələdiyyəsinin hüquqları qeydə alınmış **********00 reyestr nömrəli çıxarış sənədi mövcuddur.
40. Eyni zaman da, iş materiallarında olan, üçüncü şəxs Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 şəhəri, Nəsibə Zeynalova küçəsi 01 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçirilməsinə etiraz etmir.
41. Göstərilən hallara istinadən məhkəmə kollegiyası qeyd edir ki, Göygöl Bələdiyyəsinin 22 avqust 2011-ci il tarixli, 05 nömrəli qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. 42. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Mə hkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsipl ərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
43. Məhkəmə kollegiyası hesab edir ki, Göygöl Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 22 avqust 2011-ci il tarixli, 05 nömrəli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
44. Görü ndüyü kimi, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri yuxarıda istinad edilən normativ hüquqi aktlar, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.
45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(104)-34/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.