Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1053/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “qərarın ləğv olunması və əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 2-1(108)-109/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X22 şöbəsin in işlədiyi müddəti və torpaq vergisinə görə ödədiyi ödənişləri onun ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı məhkəməyə 19 fevral 2024-cü il tarixdə iddia ərizəsini dəqiqləşdirərək, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 08 dekabr 2023-cü il tarixli, 11 nömrəli qərarının ləğv olunması və 28 noyabr 2023-cü il tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul olunmuşdur.
3. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazında bildirmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, 1980-ci il tarixindən əmək fəaliyyətinə başlamış və 2007-ci il tarixədək fasilələrlə Culfa Rayon Birləşmiş X28 Cəmiyyətində işləmişdir, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətlər nəzərə alınmaqla əmək stajı 20 il 6 ay 29 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajından azdır. Həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı təqdim etdiyi JN202 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Culfa Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 saylı qərarına əsasən 1.67 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Culfa rayon Yaycı kənd sakini X4 və onun ailə üzvləri X18, X8, X5, X6, X7, X9 və X2 mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota a lınmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi 2019-cu il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********698900 nömrəli arayışında Culfa rayon Yaycı kənd sakini İddiaçı (VÖEN **********) Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olduğu və 2022-ci il üzrə 72.0 manat, 2023-cü il üzrə isə 82.80 manat məbləğində MDSS ödədiyi göstərilmişdir. Beləliklə, iddiaçı tərəfindən 2011-ci il üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara” əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat sığortaolunanın fərdi şəxsi hesabında əks olunmadığı üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avto matlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir
4. Naxçıvan MR İnzibati Məhkəməsinin (hakim T.Y.Əliyev) 12 sentyabr 2024-cü il tarixli, 2-1(122)-608/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 08 dekabr 2023-cü il tarixli, 11 nömrəli qərarı ləğv olunması və 65 yaşının tamam olduğu 28 noyabr 2023-cü il tarixdən İddiaçı əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.
5. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. Naxçıvan Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakim lər: M.K.Həsənov (sədrlik edən), Y.S.Qurbanov və M.D.Allahverdiyev) 19 noyabr 2024-cü il tarixli, 2-1(108)-109/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2-1(122)-608/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata0 keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məh kəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edil ərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X23 Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə qarşı iş üzrə xx.xx.2021-ci i l tarixli, 2-1(102)-1307/2021 nömrəli, X17 Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə xx.xx.2022-ci il, 2-1(102)-668/2022 nömrəli, X25 Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixli, 2-1(102)2228/2023 nömrəli, X27 Sosial Müdafiə Fondunun X11 qarşı iş üzrə xx.xx.2023-cü il, 21(102)-1126/2023 nömrəli, X24 Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə xx.xx.2023-cü il, 2-1(102)2299/2023 nömrəli qərarları və xx.xx.2024-cü il, 2-1(102)-2631/2024 nömrəli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərk ən “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
12. Eyni zamanda qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edə n sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir.
13. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir sıra qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1307/2021 nömrəli, xx.xx.2021-ci il tarixli; 2-1(102)668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli; 2-1(102)-1126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-515/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)-2353/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq qəbzlər təqdim etdiyi və həmin qəbzlərin mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu qəbzlərin mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Nəticə etibarilə, ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin informasiya sistemində əks olunmaması şəxs yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas qismində çıxış etməyəcəkdir. Belə ki, əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər ödəniş qəbzləri ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ t əmin olunmalıdır. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Kollegiya nəzərə alır ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının məcburi dövlət sosial sığorta haqlarını ödəməsi və təqdim olunan ödəniş qəbzlərinin mötəbərliyi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerl əşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 21(108)-109/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.