Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1054/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin və kili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə(bundan sonra cavabdeh) qarşı “pensiyasının hesablanması və yaranacaq fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2999/18 saylı, 26 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx xx-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. İddiaçıya əvvəlcə ümumi əsaslarla ikinci qrup əlilliyə görə, sonradan isə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib edilərək, cavabdehə göndərilmiş və iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçıya ödənilən əmək pensiyasının məbləği əvvəlki pensiya məbləğindən daha yüksək olmaqla fərqlənsə də, əvvəlki dövr üçün pensiya fərqi ödənilməmişdir. İddiaçı keçmiş dövr olmaqla son üç il üçün almadığı pensiya məbləğinin hesablanıb verilməsini tələb etsə də, müraciətinin təmin edilməsindən cavabdeh imtina etmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 16.10.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kəlbəcər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun 18.07.2017-ci il tarixli 19HP-3907 nömrəli məktubuna əsasən qeydiyyata götürülmüş, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin may ayında aldığı və 06.10.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumat vərəqinə əsasən, 11.12.2017-ci il tarixli müayinənin nəticəsi olaraq iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlil kimi tanınmışdır. İddiaçı cavabdehə qarşı 16 aprel 2018-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, 11.12.2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 3 il müddətinin tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə döyüş bölgəsində döyüş əməliyyatlarında aktiv iştirak edən N saylı hərbi hissəyə müddətdən artıq hərbi xidmət hərbi qulluqçu kimi xidmətə daxil olmuşdur. Hərbi hissənin tərkibində Kəlbəcər, Laçın istiqamətində gedən döyüşlərdə aktiv iştirak etmişdir. Ölkənin ərazi bütövlüyü uğrunda gedən taktiki döyüşlərdə xəsarət almışdır. Yaralandıqdan sonra döyüşçü yoldaşlarının köməyi sayəsində ilkin tibbi yardım göstərilərək hərbi hissənin tibb bölümünə yerləşdirilərək orada stasionar şəraitdə müalicə almışdır. Döyüşlərdə aldığı xəstəliklərin fəsadlaşması nət icəsində Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarına əsasən ona İİ qrup ümumi səbəbdən əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Bundan sonra isə Tibbi Sosial Ekspert Komissiyasının 11.02.2017-ci il tarixli qərarına əsasən əlilliyin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək barəsində məlumat vərəqi doldurularaq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim olunmuşd ur. Bundan sonra isə cavabdeh tərəf üzərinə düşən öhdəliyi təmin etməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-2429/2018 saylı iş) 5 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 11.12.2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın son üç ilinin hesablanaraq yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1, 31.1, 31.2, 37.7-ci maddələrinə əsasən əlilliyin səbəbinin sonradan dəyişməsi iddiaçıya keçmiş dövr üçün alınmamış pensiya məbləğinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 oktyabr 2018-ci il tarixli qər arı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X2 və X3, 2-1(103)-2999/18 saylı iş) 26 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 22 yanvar 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 11.1, 20.16.1- ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “Tibbi Sosial Ekspert Komiss iyasının Müayinə aktından çıxarış”ında qeyd edilir. Həmçinin həmin çıxarış “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. İddiaçıya ilk olaraq İİ qrup “ümumi xəstəlik” olaraq DSMF-nin rayon şöbəsindən əmək pensiyası təyin edilmişdir. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək əlilliyinin səbəbini dəyişərək “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” müayinədən keçmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi tərəfindən “məlumat vərəqi” idarəyə göndərilmişdir. Tərəfimizdən “məlumat vərəqi”nə əsasən əmək pensiyası təyin edilmiş və DSMF-nin rayon şöbəsinə sorğu göndərilərək aldığı pensiyanın dayandırılması barədə məlumat verilməsini xahiş etmişdir. DSMF-nin rayon şöbəsi iddiaçının pensiya işini bağlayar aq idarəyə göndərmiş və tərəfimizdən əlillik səbəbinin dəyişdirildiyi tarixdən əmək pensiyası təyin edilmişdir. Məhz buna görə də, iddiaçının əlil səbəbi əvvəllər “hərbi əməliyyatlar keçirilən zonada olmaqla” olduğundan son 3 ilin ödənilməsi qanunvericiliyə uyğun deyildir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandı rılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlili kimi 2017-ci ilin dekabr ayından təyin edilmiş pensiyanın ona qədərki 3 il müddətinin də ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə müharibə əlili kimi pensiyanın son 3 il üzrə hesablanaraq yaranmış fərqin ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd e dilən qərarlar qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla ) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. İşdə sənəd olmasa da, belə görünür ki, iddiaçıya əvvəllər əlilliyə görə pensiya təyin edilmiş, əlilliyin səbəbi ümumi göstərilmiş, 2017-ci ilin dekabr ayına qədər ümumi əsaslarla əlil kimi pensiya almışdır. İşdəki sənədlərə görə 2017-ci ilin dekabr ayından iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli müəyyən olunaraq, həmin vaxtdan cavabdeh tərəfindən ona müharibə əlili kimi pensiya təyin edilərək müharibə əlili kimi pensiya alır. “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin 1 iyul 2017-ci ilə qədərki redaksiyasına əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya əlillik onun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdiyinə görə deyil, bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdiyinə görə təyin edilmişdir. İddiaçı ona əvvəllər müharibədə əlil olmasına görə pensiyanın təyin edilməsini tələb etmiş, əlilliyin xidmət dövründə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nö mrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. İlkin əlillik təyin edilən dövrdə, həmçinin əlilliklə bağlı əvvəlki müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilir, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı s ayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi 11 dekabr 2017-ci il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddəti müəyyən edilmişdir. İddiaçının əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 16 oktyabr 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. O da qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövr ü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun İİ qrup müharibə əlili olması TSEK-in qərarının qəbul edildiyi 1 noyabr 2017-ci il tarixdən müəyyən edildiyindən cavabdeh tərəfindən həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməsi b arədə cavabdehin mövqeyi əsaslı olmuşdur. Bəhs olunanlara əsasən iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alması 11 dekabr 2017-ci il tarixdən müəyyən edildiyindən, 11 dekabr 2017-ci il tarixədək iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almasına dair qüvvədə olan inzibati akt olmadığından və 11 dekabr 2017-ci il tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi xəstəliklə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan, iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçının müharibə əlilli kimi pensiya hüququ 2017-ci ilin dekabrından yarandığından kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün tə min edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2999/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1054/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1054/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver