Məhkəmə qərarları › İş №2-1(102)-1054/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1054/2020

14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1054/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: hakimlərə pensiya hesablanarkən hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və müavinat nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensi ya hesablanarkən hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulunun və iki aylıq əmək haqqı məbləğində müavinatın nəzərə alınmasının cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2708/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ba kı şəhəri Yasamal rayon şöbəsinə qarşı “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müavinət və maddi yardımlar nəzərə alınmaqla pensiya məbləğinin düzgün müəyyən edilib hesablanmasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1994-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixlərdə Azərbaycan Respublikasının rayon məhkəmələrində hakimsədr vəzifələrində işləmişdir. 2016-cı ilin oktyabr ayında yaşa görə təqaüdə çıxarkən pensiya hesablanması barədə cavabdeh təşkilata müraciət etmiş və ona sabiq məhkəmə hakimi kimi pensiya hesablanmışdır. Lakin pensiya hesablanarkən “Məhkəmələr və hakimlər” haqqında qanunda nəzərdə tutulan müavinət və yardımlar nəzərə alınmamış və pensiya düzgün hesablanmamışdır. İddiaçı məhkəmələrdə tək hakim olduğundan həmin məhkəmələrin sədri olmuşdur. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununa xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Ali Məhkəmə sədrinin vəzifə maaşı 2280 manat müəyyən edilmişdir. Bu halda birinci instansiya məhkəməsinin sədri kimi onun vəzifə maaşı 1.596 manat təşkil edir. Eyni zamanda hakimlik stajının hər beş ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşının 15% həcmində əlavə haqq ödənilir. Onun hakimlik stajı 13 il olduğundan ona hər ay 30% əlavə haqq ödənilirdi. Bu hesabla onun vəzifə maaşı 1.596+478,8=2.074,8 manat təşkil edir. Həmin məbləğin pensiya hissəs i, 80% isə 1.659,84 manat təşkil edir. Lakin cavabdeh qurum bunu nəzərə almamış, pensiya məbləğini düzgün hesablamamışdır. Pensiyanın düzgün hesablanması ilə bağlı cavabdeh quruma müraciət etsə də, cavabdehin xx.xx.2019-cu il tarixli **********1 saylı məktubu ilə göstərilən normaları nəzərə almayaraq, məktubunda həmin müavinət və maddi yardımların ona şamil olunmadığını göstərmiş, lakin səbəbinin qeyd etməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2296/2019nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı pensiya hesablanan zaman “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müavinət və maddi yardımlar nəzərə alınmaql a əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya icraatı zamanı iddiaçının iddia tələbinə etdiyi dəqiqləşməni qəbul edərək iddianı aşağıdakı şəkildə icraata qəbul etmişdir: “pensiya hesablanarkən hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulunun və iki aylıq əmək haqqı məbləğində müavinatın nəzərə alınmasının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması". Həmçinin, apelyasiya icraatı zamanı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatİdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi)xx.xx.2019-cu il tarixli,2-1(103)-2708/2019 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(81)-2296/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin edilməsi, iddiaçıya pensiya hesablanarkən hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əməkhaqqı məbləğində müavinət nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi müavinətlər 107 və 109-cu maddələrdə təsbit edilib və hazırda sözügedən maddələrin mətnin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi 106-cı maddədə göstərərdi. Göründüyü kimi, 107 və 109-cu maddələrindəki 2 aylıq müavinət ƏPQ-nin 20.7-ci maddəsindəki “əmək haqqının s onrakı artımı” çərçivəsinə daxil edilə bilməz. Beləliklə, məhkəmənin ƏPQ-nin 20.7 və 29.3-cü maddələrini tətbiq edərək 107 və 109-cu maddələrdəki müavinət və pul təminatının pensiya hesablanması zamanı diqqətə alınmalı olmasına dair gəldiyi nəticə qanuni deyildir. Göründüyü kimi, iddiaçı işlədiyi dövrdə yalnız aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı ala bilərdi. Başqa sözlə, iddiaçı işlədiyi dövrdə ona 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi MHQ-də nəzərdə tutulmamışdı və iddiaçı da bu məbləği almamışdır. Məhkəmə isə, iddiaçının almadığı məbləği onun pensiyasının hesablanması zamanı diqqətə alınmalı olması kimi səhv bir nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, bu pul təminatının əmək haqqının sonrakı artımı ilə heç bir bağlılığı yoxdur. İddiaçı mərhum həyat yoldaşı na bu məbləğin ödənildiyini təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci ildə pensiyanın yenidən hesablanması məqsədilə İdarəyə müraciət etmişdir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, iddianın əsaslı olması ehtimalında belə, tələb müraciət tarixindən geriyə 3 il üçün təmin edilə və birdəfəlik deyil, aylara bölünərək ödənilə bilərdi. Bütün yuxarıd a göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətind ə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi müavinətlər isə 107 və 109-cu maddələrdə təsbit edilib və hazırda sözügedən maddələrin mətnin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi 106-cı maddədə göstərərdi. Göründüyü kimi, 107 və 109-cu maddələrindəki 2 aylıq müavinət ƏPQ-nin 20.7-ci maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz. Beləliklə, məhkəmənin ƏPQ-nin 20.7 və 29.3-cü maddələrini tətbiq edərək 107 və 109-cu maddələrdəki müavinət və pul təminatının pensiya hesablanması zamanı diqqətə alınmalı olmasına dair gəldiyi nəticə qanuni deyildir. Göründüyü kimi, iddiaçı işlədiyi dövrdə yalnız aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı ala bilərdi. Başqa sözlə, iddiaçı işlədiyi dövrdə ona 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi MHQ-də nəzərdə tutulmamışdı və iddiaçı da bu məbləği almamışdır. Məhkəmə isə, iddiaçının almadığı məbləği onun pensiyasının hesablanması zamanı diqqətə alınmalı olması kimi səhv bir nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, bu pul təminatının əmək haqqının sonrakı artımı ilə heç bir bağlılığı yoxdur. İddiaçı mərhum həyat yoldaşına bu məbləğin ödənildiyini təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci ildə pensiyanın yenidən hesablanması məqsədilə İdarəyə müraciət etmişdir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əm ək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, iddianın əsaslı olması ehtimalında belə, tələb müraciət tarixindən geriyə 3 il üçün təmin edilə və birdəfəlik deyil, aylara bölünərək ödənilə bilərdi. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə qədər Xızı rayon xalq hakimi, xx.xx.2000-ci ildən - x x.xx.2007-ci ilə qədər isə Goranboy rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Məhkəmə Hüquq Şurasının xx.xx.2007-ci il tarixli qərarına əsasən hakimlik səlahiyyətlərinə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29-cu maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna xx xxxxxxx 2010-cu il tarixli yeni Qanunla düzəliş edildikdən sonra 107-ci maddənin birinci hissəsinin yeni redaksiyada verilmiş ikinci cümləsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət veri lməsi nəzərdə tutulmuşdur. Qeyd olunan halla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il, xx xxxx 2001-ci il və xx xxxx 2008ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşakarlığına son dərəcədə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmu ş «Məhkəmə hakimiyyətinin əsas prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Həmin xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşın a çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaq ədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə görə, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 4-cü maddəsinə görə, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının pensiyası hesablanarkən hakimlərin məzuniyyətə çıxdığı vaxt iki ayl ıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2708/2019 nömrəli qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar