Məhkəmə qərarları › İş №2-1(102)-1054/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1054/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1054/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, “razılaşma aktının və razılaşmanın ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “razılaşma aktının və razılaşmanın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2947/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əlavə olunan 13 iyun 2018-ci il tarixli razılaşma aktına əsasən müəyyən olunur ki, Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evlərindən ailələrin köçürülməsi ilə bağlı köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiyanın tərkibi, komissiya iş inin gedişi, həmin ərazidə yerləşən Turşsu küçəsi, 2210 ünvanında yaşayan iddiaçıya təklif edilən təzminatın məbləği və həmin təzminatın hesablanması qaydası göstərilmişdir.

2. Qeyd 13 iyun 2018-ci il razılaşmanın mətninə əsasən, iddiaçı ilə cavabdeh iddiaçının uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülməsi ilə əlaqədar 74677,50 manat məbləğində kompensasiyaya görə cavabdehin xeyrinə imtina etməsi, cavabdeh isə iddiaçıya kompensasiyanı notariusun depozit hesabı vasitəsilə ödəməsi barədə razılığa gəlmişlər və qeyd edilən sənədi – iki tərəfli əqdi imzalamışlar, həmin sənəd notariat qaydasında təsdiqlənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiаçı cavabdehə qаrşı iddi a ərizəsi ilə məhkəməyə mürаciət edərək, “saxta və qeyri-qanuni ona məcburi olaraq imzalatdırılmış razılaşmanın və razılaşma aktının ləğv edilməsi” hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının evi məhkəmə qərarı olmadan 20 oktyabr 2017-ci ildə Xətai rayon İcra Hakimiyyəti tərəfindən dağıdılmışdır. Heç bir razılaşma müqaviləsi imzalamadan iddiaçıya 302000 manat məbləği 20 noyabr 2017-ci ildə bank vasitəsilə ödənilməli olsa da onun 74677 manatı iddiaçıya, 228000 manatı isə X1 (ölmüş adamın) adına yazılaraq mənimsənilmişdir. Polisin iddiaçını həbs etmək hədəsi ilə zorla 74677 manat məbləğ iddiaçıya verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6511/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi razılaşma aktı və razılaşma inzibati akt olmadığı üçün onların inzibati icraat qaydasında mübahisələndirilməsi qanunauyğun deyildir və qeyri-mümkündür. İddiaçı ilə cavabdeh arasında bağlanmış razılaşma və razılaşma aktı hər iki sənəd iddiaçı və cavabdehin arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsini təsdiq edir və xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki münasibətləri tənzimləyən sənədlərdir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hü quq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2947/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri ilə iddia tələbinin dəlilləri eynilik təşkil edir. Əlavə olaraq kassasiyaçı qeyd etmişdir ki, məhkəmə qərardadında cavabdeh ilə iddiaçı arasında bağlanan r azılaşma aktının onların bərabər mövqedə olaraq, öz iradələrini ifadə etməkdə sərbəst və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmədən tərtib olunmasını əsas gətirərək mövcud hüquq münasibətində inzibati orqanı xüsusi hüququn subyekti kimi göstərilməsi tamamilə əsassızdır. Sözügedən razılaşma aktının tərtib olunmasında iddiaçının iradə ifadəsindən, bərabər mövqedən söhbət gedə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına əsasən də, iddiaçı ilə cavabdeh arasında bağlanan razılaşma aktı tərtib olunan zaman onlar arasında xüsusi hüquq münasibətinin mövcudluğuna dəlalət edən heçbir hal yoxdur. Bakı Apellyasiya Məhkəməsinin qərardadı işin faktiki hallarının obyektiv şəkildə araşdırılması yolu ilə qəbul edilməmiş, iş üzrə zəruri olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndi rmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydad a əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. İddiaçı inzibati məhkəmə icraatı qaydasında əmlaka görə ona kompensasiya ödənilməsi ilə bağlı rayon icra hakimiyyəti ilə arasında notariat qaydada təsdiq edilmiş razılaşmanın və özü tərəfindən imzalanmayan, yalnız rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş razılaşma aktının ləğv edilməsini xahiş edir. 21. “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinin tələbinə görə iddianın predmeti olan sənədlər inzibati akt, həmçinin cavabdehin faktiki hərəkəti sayılmır. Bundan başqa, iddiaçının ləğvini tələb etdiyi sənəd sadəcə iş üzrə sübut növü kimi qəbul edilə bilər və hər hansı sübutun məhkəmə qaydasında iddianın predmeti kimi ayrıca mübahisələndirilməsi istisna edilir. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

23. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına, habelə Plenum qərarına görə məhkəmə razılaşma aktının və razılaşmanın ləğv edilməsi ilə bağlı iddianın mümkünlük şərtini lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. İddia tələbi mümkünlük şərtinə cavab verməmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, o na görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2947/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar