Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1055/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdehlər qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehlərin vəkili Vəkil iştirakı ilə İddiаçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh və Cavabdeh (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı «kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarından c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarı ilə Ünvan ünvanının olduğu ərazi dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi üçün dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmuş və alan orqan kimi Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Həmin qərarın icrası qaydasında «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu» təşkil edilmiş və həmin qrup tərəfindən alınan əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlərdən Cavabdeh Ünvan evin mülkiyyətçisidir, cavabdeh Cavabdehlər isə cavabdeh Cavabdehin qızıdır və Ünvan ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən sözügedən mənzilin danışıq (könüllü alqı-satqı) yolu ilə alınması məqsədilə cavabdehlərə bildiriş göndərilmiş, mənzilin alınması üçün müstəqil qiymətləndirici, “X” MMC tərəfindən müəyyən edilən evin mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 №-li Fərmanı ilə nəzərdə tutulan əlavə, habelə, 2 aylıq kirayə haqqı və köçmə xərci də daxil edilməklə, ümumilikdə 42.997,0 manat məbləğində kompensasiya ödənilməsi təklif edilmiş, lakin cavabdehlər həmin kompensasiya məbləğini almaqdan və evin boşaldılmasından imtina etmişlər. Bu ndan sonra iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cavabdehlər Cavabdeh və Cavabdeh qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ünvan ünvanın yerləşən mənzilə sahibliyi - alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və həmin mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh Cavabdeh 42.997,0 manat məbləğində kompensasiya ödənilərək, mənzilin cavabdehlər tərəfindən boşaldılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4141/2018 saylı 30 oktyabr 2018-cı il tarixli qərarı ilə iddia təmin edilm iş və qərara alınmışdır ki, Bakı şəhəri Ünvan ünvanında yerləşən mənzilə sahibliyi alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin və mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh 42.997,0 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən Ünvan ünvanında yerləşən mənzil boşaldılsın. Həmin qərarla razılaşmayan cavabdehlər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehlərin apellyasiya şikayəti təm in edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4141/2018 saylı 30 oktyabr 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Yasamal rayon İcra Hakimiyyəti torpaqları alan orqan kimi cavabdehlərə təklif etdiyi kompensasiya məbləğinin işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğu öz təsdiqini tapır və sübuta yetirilir ki, təklif edilən 42.997,0 manat kompensasiya məbləği ədalətlidir və cavabdeh mülkiyyətçinin həmin məbləği almaqdan imtina etməsini zəruri edən faktiki və hüquqi şərtlər mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarından cavabdehlər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, təklif olunan kompensasiya məbləği cavabdehlərin yeni ev alması üçün kifayət deyildir. Bundan əlavə, kompensasiya hesablanarkən onların yaşadığı evin zirzəmisi nəzərə alınmamış, kompensasiya məbləğinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinə uyğun olaraq 10% məbləğində çətinliyə görə kompensasiya məbləği daxil edilməmişdir. Həmçinin evin söküldüyü ərazidə sahəsi az olan digər evlərin sakinləri (200 nəfərə qədər) kompensasiya əvəzinə 45 kv metrdən az olmayaraq evlə təmin edildikləri halda cavabdehlərə belə bir təklif edilməmişdir. Kassatorlar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 63.1.7, 66cı maddələrinə, İnzibati Prosessual Məcəllənin 11.1, 12.1, 63.1.7, 66, 68.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarının 42.997,0 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən Ünvan ünvanında yerləşən mənzil boşaldılması hissəsində ləğv edilməsi, 42.997,0 manat məbləğində kompensasiya ödənilməklə yanaşı evin zirzəmisinin sahəsinə görə və eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş çətinliklərə görə kompensasiya ödənilmək şərti ilə mənzilin boşaldılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh Cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə i ddiaçının və cavabdeh Cavabdehlərnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarının 42.997,0 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən Ünvan ünvanında yerləşən mənzil boşaldılması hissəsində ləğv edilməsi, 42.997,0 manat məbləğində kompensasiya ödənilməklə yanaşı evin zirzəmisinin sahəsinə görə və eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş çətinliklərə görə kompensasiya ödənilmək şərti ilə mənzilin boşaldılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏS ASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki: -25.02.2004-cü il tarixli daşınmaz əmlakın mülkiyyət hüququna dairqeydiyyat vəsiqəsinə əsasən Ünvan ünvanında yerləşən 15.0 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı mənzilin mülkiyyətçisi cavabdeh; -cavabdehlərə məxsus mənzilin yerləşdiyi Ünvan ünvanı dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan ərazidə yerləşir və bununla əlaqədar Azərbaycan Respublikasının N azirlər Kabineti 51 saylı 16 fevral 2018ci il tarixli qərarı ilə həmin ərazidə torpaqları (və onların üzərində yerləşən daşınmaz əmlakları) dövlət ehtiyacları üçün alan orqan kimi iddiaçı, yəni, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilmişdir; -iddiaçı tərəfindən cəlb olunan müstəqil qiymətləndirici «XMMC-nin 20 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatı əsasında Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 №-li Fərmanında nəzərdə tutulan 20 faiz əlavə də daxil olmaqla, cavabdehlərin mülkiyyətində olan evin 21,13 kv. m əsas, 6,54 kv.m köməkçi - sahəsinin 1 kv. metri 1500 manatdan, 1.23 kv.m. pilləkən sahəsinin isə 1.kv metri 400 manatdan olmaqla, cəmi 28,9 kv.metr sahənin bazar qiyməti 41.997 manat məbləğində müəyyən edilmiş və həmin məbləğə 1000 manat 2 aylıq kirayə haqqı və köçmək xərci də əlavə edilməklə, cavabdehlərə təklif edilən 42.997,0 manat kompensasiya məbləği müəyyən olunmuşdur. Cavabdehlər hesablanmış kompensasiyanın məbləği ilə razılaşmırlar. Məhkəmə kollegiyası kassatorların “kompensasiya hesablanarkən onların yaşadığı evin zirzəmisi nəzərə alınmaması ilə” bağlı dəlili ilə əlaqədar qeyd edir ki, 25.02.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən cavabdehin mülkiyyətində olan 1 otaqlı mənzilin ümumi sahəsi 15.0 kv.m-dir. İddiaçı tərəfindən cəlb olunan müstəqil qiymətləndirici «XMMC tərəfindən isə cavabdehlərin mülkiyyətində olan evin sahəsi 28,9 kv.metrdir (21,13 kv. m əsas, 6,54 kv.m köməkçi, 1.23 kv.m. pilləkən sahəsi). Cavabdehlər isə onların evinin zirzəmisi olduğunu qeyd etmiş və birinci instansiya məhkəməsinə ü nvanladığı 01.10.2018-ci il tarixli “Etiraz”da sözügedən zirzəminin sahəsinin ölçülməsi və qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, həmçinin eyni tələb cavabdehlərin apellyasiya şikayətində də qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etməmiş, zirzəmi ilə bağlı məsələnin aydınlaşdırılması məqsədilə hər hansı bir hərəkət etməmiş, apellyasiya istansiya məhkəməsi isə bu hala qiymət verməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbi pozulmuşdur. Halbuki İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası kassatorların “kompensasiya məbləğinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinə uyğun olaraq 10% məbləğində çətinliyə görə kompensasiya məbləği daxil edilməməsi”nə dair dəlilləri ilə bağlı qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəx sə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Həmin Qanunun 66.4-cü maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehlərə verilən kompensasiyaya çətinliyə görə kompensasiya məbləğinin daxil edilməməsinə dair dəlillərinə qiymət verməmiş, hesablamış kompensasiyanın “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinin tələblərinə uyğunluğuna, qanuniliyinə və ədalətliliyinə qiymət verməmişdir. Məhkəmə kollegiyası kassatorların “evin söküldüyü ərazidə sahəsi az olan digər evlərin sakinləri (200 nəfərə qədər) kompensasiya əvəzinə 45 kv metrdən az olmayaraq evlə təmin edildikləri halda cavabdehlərə belə bir təklif edilməməsinə” dair dəlilləri ilə əlaqədar qeyd edir ki, cava bdehlər birinci instansiya məhkəməsinə ünvanladığı 01.10.2018-ci il tarixli “Etiraz”da bu məsələnin araşdırılmasını (digər şəxslərə hansı formada kompensasiya verilməsi) məhkəmədən xahiş etmiş, həmçinin eyni tələb cavabdehlərin apellyasiya şikayətində də qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi müvafiq araşdırma aparmamış, apellyasiya instansiya məhkəməsi isə bu hala qiymət verməmiş, bununla da İPM-nin 12.1-ci maddəsinin tələbi pozulmuşdur. Halbuki yuxarıda qeyd edildiyi kimi, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclud ur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan sahənin iddiaçı tərəfindən düzgün hesablanıbhesablanmamasını (yerinə baxış keçirməklə və ya müvafiq ekspertiza təyin etməklə) müəyyən etməli, hesablamış kompensasiyanın “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, digər şəxslərə hansı formada kompensasiya verilməsi məsələsini araşdırmaqla cavabdehlərə münasibətdə iddiaçı tərəfindən bərabərlik prinsipinə riayət edilib-edilməməsinə qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I bəndinə əsasə n hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin II bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgə ninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏR ARA ALDI: Cavabdehlər Cavabdeh və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2996/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1055/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1055/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver