Məhkəmə qərarları › İş №2-1(102)-1055/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1055/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1055/2020 17.06.2020 ALİ MƏHKƏMƏ “X” Şirkətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə (Açar söz: sosial xarakterli xərclərə aid olan iş və xidmətlər üzrə ƏDV-nin əvəzləşdirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndələri və, iddiaçının vəkili, cavabdehin vəkili, cavabdeh və üçüncü şəxsin nümayəndəsi iştirakı ilə, İddiaçı “X” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi) qarşı inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergi orqanı tərəfindən “X”nin Azərbaycan Respublikasındakı filialında 2017-ci ilin yanvar ayından 2018-ci ilin yanvar ayına qədər olan vergi dövrünü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin 05.08.2019-cu il tarixli, ********* saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən, iddiaçı 2.741.535,02 manat məbləğində əlavə dəyər vergisi və 2.437.614,52 manat məbləği ndə maliyyə sanksiyası qismində məsuliyyətə cəlb edilmişdir. Səyyar vergi yoxlaması ilə ayrı-ayrı hesabat aylarında ƏDV-nin 4.875.229,04 manat azaldılması və 2.133.694,02 manat artıq hesablanması müəyyən edilmiş, 2.437.614,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh orqan kənarlaşmanın səbəbini müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinin pozulması və vergi tutma obyektinin düzgün müəyyən edilməməsi kimi göstərmiş və yoxlama aktında qeyd etmişdir ki, müəssisə tərəfindən Ələt Astara magistral yolunun tikintisi ilə bağlı 2017-ci ilin sentyabr ayında 14779331,06 manat (ƏDV-siz) dəyərində iş yerinə yetirilmiş, bu barədə 25 nömrəli aralıq ödəniş sertifikatı tərtib edilmişdir. Müəssisə tərəfindən yerinə yetirilmiş işlərə görə deyil, daxilolmalara uyğun bəyannamə təqdim edilmiş, nəticədə vergiyə cəlb edilən dövriyyə bəyannamələrdə 5279541,72 manat az göstərilməklə, ƏDV 950317,5 manat azaldılmışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 175.1-ci, 175.3-cü və 109.3-cü maddələrin müddəalarının tələbləri pozulmaqla 1791217,52 manat əsassız aparılmış əvəzləşmələr hesabına vergi azaldılmış, sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar üzrə 25473,77 manat ƏDV (“Xx xx” MMC *******, “Xx xx” MMC *****, “Xxx” MMC-******), ləğv edilmiş eXXX (30.12.2017 Xx-**** “xxx xxx” MMC (*******)) əsasında aparılmış əvəzləşmələr 41665,5 manat ƏDV, alınmış eXXX üzrə əsas məbləğ ödənilmədiyi halda aparılmış əvəzləşmələr 1724078,25 manat təşkil etmişdir. Bununla razılaşmayan iddiaçı “X” Şirkəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı vergi orqanının “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2019-cu il tarixli ********* saylı qərarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, vergi orqanı tərəfindən maliyyə sanksiyasının bu cür tətbiq olunması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Laki n, iddiaçının filialı tərəfindən ƏDV-nin 2.133.694,02 manat artıq hesablanmasına baxmayaraq, vergi orqanı tərəfindən 4.875.229,04 manat məbləğində ƏDV azaldılma kimi qəbul olunmuş və həmin məbləğə maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanının iddia etdiyi 5.279.541,67 manat (950.317,50 manat ƏDV) dövriyyənin vergidən yayındırılması halı əslində baş verməmişdir. Belə ki, həmin məbləğ 28.09.2017-ci il tarixli aralıq sertifikatına əsasən 12.12.2017-ci il tarixdə əsas məbləği filialın bank hesabına daxil olsa da, ƏDV məbləği 12.04.2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxsindən daxil olduğundan 2018-ci ilin aprel ayının ƏDV bəyannaməsində əks etdirilmişdir. Bu da göstərir ki, əslində vergidən yayınma halı ümumiyyətlə baş verməmişdir. Sadəcə olaraq yox lama 31.12.2017-ci il tarixinədək olan dövrü əhatə etdiyindən 2018-ci ilin bəyannamələrinə baxılmayıb. Bundan başqa, cavabdeh yoxlamanı 30 təqvim günü ərzində aparılmalı olduğu halda, qanuna zidd olaraq 436 təqvim günü yoxlama aparmışdır. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(82)3149/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi” haqqında 05.08.2019-cu il tarixli, ********* saylı qərarı etibarsız hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti “Azərbaycan Respublikası Vergilər Nazirliyin in strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.07.2019-cu il tarixli, 1340 saylı Sərəncamı ilə ləğv edilmiş, mübahisələndirilən qərar qəbul edilərkən həmin Departament artıq inzibati orqan kimi mövcud olmamış, mübahisələndirilən qərar isə həmin Departamentin ləğv olunmalı olan möhürü ilə təsdiq edilmişdir. Beləliklə, mövcud olmayan inzibati orqanın nə rəhbəri, nə möhürü, nə də ki hər hansı bir səlahiyyəti ola bilər. Bundan başqa məhkəmə qeyd etmişdir ki, həmin sözügedən inzibati orqan səlahiyyətli olsaydı belə vergi orqanının qərarı tam qanunsuzdur. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş müvafiq qərarlarla səyyar vergi yoxlamasının müddəti heç bir müstəsna hal olmadan qanunsuz olaraq 2 dəfə artırılmış, 6 dəfə dayandırılmış, vergi orqanı tərəfində n qəbul edilmiş “səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında”, “səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında”, “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarların heç biri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilməmişdir. Həmçinin, ƏDV ödənişlərinin əsas məbləğlə eyni gündə ödənilməməsinə səbəb vergi ödəyicisinin təqsiri deyil, əsas və ƏDV məbləğlərinin filialın hesablarına ayrı-ayrı vaxtlarda daxil olmasıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(82)3149/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “qərarın etibarsız hesab edilməsi” hissəsinin “qərarın ləğv olunaraq etibarsız hesab edilməsi” ilə əvəz olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(82)-3149/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi” haqqında 05.08.2019-cu il tarixli, ********* saylı qərarı ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazır kı iddiasında vergi orqanının qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edərək qərarı mübahisələndirdiyindən iddia tələbi inzibati aktın etibarsızlığı yox, mübahisələndirilən qərarın ləğvindən ibarət olmalıdır. İşin mahiyyəti üzrə isə qeyd etmişdir ki, qanunvericiliyə görə nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtıdır. Dövlət əhəmiyyətli yolun çəkilişini həyata keçirən iddiaçının filialı, yerinə yetirərək təhvil verdiyi işlərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hesabına pul vəsaitinin daxil olduğu vaxtdan etibarən vergi öhdəliklərini yerinə yetirmiş, müvafiq hüquqi şəxslərlə hesablaşmalarını aparmışdır. İşin qeyd olunan halını təkzib edən sübutlar isə vergi orqanı tərəfindən tə qdim edilməmişdir. Vergi ödəyicisinin ƏDV depozit hesabı üzrə əməliyyatların əks olunduğu cədvəllər əlavə olunsa da, həmin cədvəllərdən mübahisələndirilən əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğun aparılmaması müəyyən edilmir. Başqa sözlə, sübutetmə yükü üzərində olan cavabdeh inzibati orqan tərəfindən ƏDV üzrə qeyd olunan əvəzləşmələrin düzgün aparılmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Əlavə dəyər vergisi üzrə 41.665,5 manatın əvəzləşdirilməsi üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, “Xx xx” MMC tərəfindən 30.12.2017-ci il tarixində 41.665,5 manat məbləğə dair e-XXX verilmiş, daha sonra 28.12.2018-ci ildə ləğv edilmiş, növbəti aylarda yenidən bərpa edilmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi Ali Məhkəmə Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmə ləri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27.11.2003-cü il tarixli qərarına istinad etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi prosessual pozuntuya yol vermiş, səlahiyyəti olmadığına baxmayaraq yanlış iddia növünü münasibi ilə əvəz etmişdir. Hesablanmanın mahiyyəti ilə bağlı cavabdeh qeyd etmişdir ki, müəssisə tərəfindən Masallı-Astara magistral yolunun tikintisi ilə bağlı 2017-ci ilin sentyabr ayında 14.779.331,06 manat (ƏDV-siz) dəyərində iş yerinə yetirilməsinə və bu barədə 25 nömrəli aralıq ödəniş sertifikatının tərtib edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 159 və 166-cı maddələrinin tələblərinə zidd olaraq müəssisə tərəfindən qeyd olunan ƏDV dövriyyəsinin 9.499.789,39 manat hissəsi 3 ay sonra, yəni dekabr ayında, 5.279.541,72 manat hissəsi isə ümumiyyətlə yoxlama ilə əhatə olunan dövrdə bəyan edilməmişdir. Nəticədə vergiyə cəlb edilən dövriyyə bəyannamələrd ə 5.279.541,72 manat az göstərilməklə, 950.317,5 manat ƏDV azaldılmış, məbləğin 50 faiz miqdarında, yəni 475.158,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, 9.953.038,57 manat məbləğində əməliyyatlar üzrə alınmış e-XXX üzrə əsasə məbləğlər ödənilmədiyi üçün iddiaçı tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinə zidd olaraq əvəzləşdirilmiş 1.724.078,25 manat ƏDV bərpa edilmiş və buna görə 862.039,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, iddiaçının sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar üzrə ödənilmiş 25.473,77 manat və ləğv edilmiş e-XXX əsasında aparılmış 41.665,5 manat ƏDV məbləğinin əvəzləşmələri ləğv edilmiş və buna görə cəmi 33.569,69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.3-cü m addəsinə görə Bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. İddiaçı tərəfindən işlərin hissə-hissə görülərək təhvil verilməsi həyata keçirilsə də bu əməliyyatlar müvafiq ayın ƏDV bəyannamələrində bəyan edilməmişdir. Qeyd olunan nöqsana görə iddiaçıya maliyyə sanksiyanın tətbiq edilməsi isə birbaşa olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, sözügedən məsələ ilə bağlı vergi orqanının hərəkətləri tam qanunauyğun olmuşdur. Kassator, Vergi Məcəlləsinin 159, 175.3-cü, Mülki Prosessual Məcəllənin 418.1-ci, İnzibati-Prosessual Məcəllənin 1.2, 58.7, 90, 94, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 21(103)-3045/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və, iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi A qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiyind ən onun üçüncü şəxsin nümayəndəsi qismində izahatı dinlənilməmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, yoxlanılan dövrdə müəssisə tərəfindən Xxx İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Masallı Astara avtomobil yolunun 22+150 km-dən 41+500 km-dək olan hissəsinin tikintisi həyata keçirilmişdir. Həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar müqavilə tərəfləri yoxlanılan dövrdə aylar üzrə-ilk dəfə 12.04.2017-ci il tarixdə aralıq sertifikatı tərtib edilmiş, ümumi görüləcək işlərin dəyərindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləğinin 1.671.111,81 manat olmasına dair razılığa gəlmişlər. Vergi orqanı həmin aralıq sertifiaktı artıq 12.04.2017-ci ildə başa çatmış işlərin təhvil aktı kimi qiymətləndirmiş, aprel 2017-ci il üzrə ƏDV bəyannaməsinin boş verilməsini vergidən yayınma kimi qiymətləndirmişdir. Halbuki, həmin sertifikatda görülmüş işlərin podratçı tərəfindən sif arişçiyə təhvil verilməsi göstərilməmiş və ümumiyyətlə sifarişçi tərəfindən imzalanmamışdır. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarına görünür ki, 12.04.2017-ci il tarixli aralıq sertifikatında nəzərdə tutulmuş işlərə görə vergi ödəyicisinin hesabına 20.05.2017-ci ildə 9.283.954,51 manat daxil olmuş, həmin dövriyyə may 2017-ci ilin ƏDV bəyannaməsində bəyan edilmiş, ƏDV öhdəliyi üzrə 1.671.111,81 manat dövlət büdcəsinə ödənilmişdir. Başqa sözlə, vergi orqanının aprel 2017-ci il tarixində icra edilməli olduğunu iddia etdiyi vergitutma əməliyyatı üzrə həmin ilin may ayında icra edilmiş, vergi məbləğində heç bir kənarlaşma olmadan dövlət büdcəsinə ödənilmişdir. Həmçinin, vergi orqanı yoxlanılan dövrün digər aylarında da eyni mövqedən çıxış edərək, vergi ödəyicisinin iyul 2017-ci ildə dövlət büdcəsinə ödədiyi 901.674,44 manat, avqust 2017-ci ildə ödədiyi 543.119,81 manat, dekabr 2017-ci ildə 1.709.962,09 manat məbləğində olmaqla, cəmi 4.825.868,15 manat məbləğində ƏDV üzrə ödənişi vergi dövrü düzgün müəyyən edilmədən aparılmış ödəniş kimi qiymətləndirilmiş. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbinə əsasən, xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Hazırkı iş üzrə də Masallı-Astara avtomobil yolunun tikintisi mərhə ləli şəkildə həyata keçirilmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanının hesablama zamanı əsas götürdüyü 12.04.2017-ci il tarixli aralıq sertifikatından işlərin aprel 2017-ci ildə təhvil verilməsi müəyyən edilmir. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə vergi ödəyicisi tərəfindən nağdsız hesablaşmalar üzrə yerinə yetirilmiş işlərə görə səlahiyyətli orqan-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vergi ödəyicisinin bank hesabına pul vəsaitinin köçürüldüyü ayda müvafiq əməliyyat bəyan edilərək, dövlət büdcəsinə ödənilməli olan vergi kənarlaşma olmadan ödənilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yoxlanılan müddətdə iddiaçının 2133694,02 manat ƏDV üzrə artıq ödəməsi olmuş və Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən, artıq ödəmə vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi nəzərdə tutulur. Ləğv olunmuş e-XXX əsasında aparılmış 41665,5 manat ƏDV məbləğinin əvəzləşdirilməsi ilə bağlı olaraq qeyd olunur ki, 29.12.2017-ci il tarixində “Xx xx” MMC-yə 41665,5 manat məbləğində ƏDV köçürülmüş və buna uyğun olaraq da 30.12.2017-ci il tarixində e-XXX alınmışdır və bu da yanvar ayında təqdim olunmuş dekabr ayının ƏDV bəyannaməsində əks etdirilib, səyyar vergi yoxlaması açıldıqdan sonra 28.02.2018-ci ildə “Xx xx” MMC tərəfindən e-XXX l əğv olunmuşdur. SVY olduğuna görə də dekabr ayının bəyannaməsinin yenidən verilməsi mümkün olmamışdır. Bəyannamə verilən tarixdə e-XXX-si qüvvədə olduğundan onun əsassız hesab olunması qanunsuzdur. Kassasiya şikayətinin “sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar üzrə ödənilmiş 25.473,77 manat ƏDV məbləğinin əvəzləşdirilmələrinin ləğv edilməsi” hissəsinə münasibətdə cavabdehin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicəprofilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Göründüyü kimi, qanunvericiliklə sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə ƏDV-nin əvəzləşdirilməsi qadağan edilsə də, yoxl ama zamanı iddiaçının 25.473,77 manat ƏDV əvəzləşmələrinin səbəbinin sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar olduğu müəyyən edilmişdir. Odur ki, işin məhkəmələr tərəfindən araşdırılan halları ilə iddiaçı tərəfindən 25.473,77 manat məbləğində əsassız ƏDV əvəzləşdirilməsi aparıldığı müəyyən edilsə də, apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamış, vergi orqanının qərarı həmin əvəzləşdirilmənin ləğv edilməsi hissəsində əsaslı olsa da, məhkəmə vergi orqanının mübahisələndirilən qərarının tamamilə ləğv edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdı rsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Göstərilən normaların tələbləri baxımından hazırkı iş üzrə iddiaçı vergi orqanının hesablamalarının sosial xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar üçün ƏDVnin əvəzləşdirilməsi hissəsində səhv olduğunu sübut edə bilmədiyindən həmin hissədə qərar əsaslıdır və iddiaçı barəsində əv əzləşdirilmiş 25.473,77 manat məbləğində ƏDV-nin 50%-i, yəni 13.736 manat miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyət i üzrə qərar qəbul etmədikdə. Kassasiya şikayəti qismən əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarı qismən, cavabdehin 25.473 (iyirmi beş min dörd yüz yetmiş üç) manat sosial xərclərə dair iş və xidmətlərlə bağlı ƏDV əvəzləşməsi, 12.736,50 manat (on iki min yeddi yüz otuz altı manat əlli qəpik) maliyyə sanksiyas ının hesablanması üzrə cavabdehin qərarının ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarı qismən, cavabdehin 25.473 (iyirmi beş min dörd yüz yetmiş üç) manat sosial xərclərə dair iş və xidmətlərlə bağlı ƏDV əvəzləş məsi, 12.736,50 manat (on iki min yeddi yüz otuz altı manat əlli qəpik) maliyyə sanksiyasının hesablanması üzrə cavabdehin qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.12.2019-cu il tarixli, 2-1(103)-3045/2019 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar