Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1055/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (maddi və mənəvi zərərin ödənilməsi; kasasiya şikayətinin mümkün sayılmaması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilm əsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-641/2021 nömrəli iş üzrə 15.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus olan ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilin ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci i nstansiya məhkəməsi) müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3761/2018 nömrəli 13.09.2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev) İddiaçı iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Bakı şəhəri şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3761/2018 saylı 13.09.2018-ci il tarixli qərarından şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmi ş və icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Bakı şəhəri şöbəsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Bakı şəhəri şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.02.2019-cu il tarixli, **********75 saylı məktubundan görünür ki, qərara müvafiq olaraq ünvan 4 ünvana dair İddiaçı adına çıxarış (№1483362) hazırlanaraq təhvil verilmişdir. 5. 13.02.2020-ci il tarixdə «xxxx» MMC məhkəməyə apelyasiya şikayəti ilə müraciət edərək, 2-1(81)-3761/2018 saylı 13.09.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi xahiş etmişdir.
6. Bakı Apelyasiya Məhkə məsinin 2-1(103)-929/2020-ci il tarixli 18 mart 2020-ci il tarixli Qərardadı ilə “xxxx” MMC-nin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli qərarından verilmiş apelyasiya şikayəti mümkün hesab edilməməsi, apelyasiya şikayətinin qəbul edilməsindən imtina edilməsi, həmin iş üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş “xxxx” MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinin tələblərinə uyğun həll edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. 7. “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində işə cəlb edilməsini, həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdi m edərək ünvan 5 ünvanın üzərinə həbs qoyulması və hər hansı bir təmir-tikinti işlərinin aparılmasının İddiaçı qadağan edilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
8. Birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(82)3761/2018 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə inzibati mübahisəyə dair 2-1(82)- 3761/2018 saylı iş üzrə ərizəçi “xxxx” MMC tərəfindən verilən üçüncü şəxs qismində cəlb edilməsi və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizələrin rədd e dilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 28.1-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına istinad etmişdir. 10. “xxxx” MMC həmin qərardadından apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(82)-3761/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-641/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1( 82)3761/2018 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, inzibati işin həmin məhkəməyə göndərilməsi, ərizəçi “xxxx” MMC-nin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 28.1, 28.2, 68.1, 80.1, 80.3-cü maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apelyasiya şikayəti təmin edilməlidir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitə si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinin 13.02.2019-cu il tarixli məktubu ilə ünvan 6 ünvanında yerləşən 103 saylı mənzil İddiaçı Həmin qızının adına qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Çıxarışın verilməsinə əsas hal-hazırkı iş üzrə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edən “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi və əmlakın dəyərinin tam ödənilməsi barədə “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışı olmuşdur. “xxxx” MMC hansı əsasla inzibati orqana qarşı qaldırdığımız iddia üzrə üçüncü şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir? Müqaviləni imzalayan da, maliyyə arayışını verən də “xxxx” MMC-dir. Özü-özünü inkarmı edir?
13. Hazırkı işlə bağlı “xxxx” MMC üçüncü şəxsin hüquqlarına və qanunla qorunan maraqla rına, həmçinin hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu halları sübut etməsi ilə bağlı şikayət və ona əlavə edilmiş sənədlərdə konkret faktlar və dəlillər göstərməmişdir. Əgər “xxxx” MMC ilə iddiaçı arasında yeganə münasibət alğı-satqı münasibətləridirsə və rayon məhkəməsinin qətnaməsi ilə həmin alqı- satqı müqaviləsinin etibarsızlığı barədə “xxxx” MMC-nin iddiası rədd edilmişsə “xxxx” MMC hansı hüquqla apeliyasiya şikayəti verə bilər?
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(103)-641/2021 nömrəli qərardadın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 15. daxil olmamışdır. Kasasiya şikayətinə qarşı cavabdeh və “xxxx” MMC tərəfindən etiraz Məhkəmə icraatı iştirakçılarının izahatlar
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərardadın ləğv edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri m əhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbulundan imtina edilməli, iş apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
1. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
2. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.
3. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhk əməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun.
4. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçi “xxxx” MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizələrin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərək, inzibati işi həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, göstərmişdir ki, ““birinci instansiya məhkəməsinin qərardadının təsviri hissəsində “İddiaç ı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ünvan 5 ünvanın üzərinə həbs qoyulması və hərhansı bir təmir-tikinti işlərinin aparılmasının İddiaçı qadağan edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.”, nəticə hissəsində isə “... müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizələri təmin edilməsin.” qeyd olunsa da, qərardadda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ümumiyyətlə müzakirə edilməmiş və hüquqi qiymət verilməmişdir.”” Həmçinin apelyasiya instansiyası məhkəməsi öz qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edilərkən digər prosessual hüquq pozuntularına da yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında İPM-in 28-ci maddəsini təfsir edər ək, üçüncü şəxs qismində cəlb olunmaq istəyən “xxxx” MMCnin ərizəsini rədd etmişdir.
5. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi özünün qəbul etdiyi 2-1(103)-641/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qərardadından Ali Məhkəmənin İnzibati kollegiyasına kasasiya şikayəti vermək hüququnun olmasını qeyd etməklə prosessual səhvə yol vermişdir.
6. Belə ki, analogiya üzrə üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda, həmin qərardadın ləğv edib, yenidən araşdırılması barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır.
7. Yəni, burada da məhz qərardadın ləğv edilməsi və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
8. Bu həmçinin o deməkdir ki, İPM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.”
9. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 83.1, 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Qərar qətidir.