Məhkəmə qərarları › İş №2-1(102)-1055/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1055/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1055/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və maliyyə sanksiyasının (cərimənin) silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (qeydiyyata alındığı tarix: xx.xx.2017, VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsin ə qarşı “qərarın ləğv edilməsi və maliyyə sanksiyasının (cərimənin) silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)624/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnaməyə əsasən iddiaçı 13 noyabr 2017-ci il tarixdə VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh orqanın “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 09 aprel 2021-ci il tarixli **********6246 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq iddiaçıya məxsus olan oby ektdə (ünvan: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Davud Aslan 6, obyektin adı: “X25” (**********-16001), fəaliyyət növü: Trikotaj corab məmulatlarının istehsalı) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə 09 aprel 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır (Qeyd: operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslər vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələr) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyy ətinə malikdir).

3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 aprel 2021-ci il tarixli KY211570952 nömrəli çıxarışa əsasən - yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı Nazim oğlu; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021- xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyy ət növü: 16001 X25, AZ1031, Bakı şəhəri, Nizami rayonu, Davud Aslan, ev 6, Trikotaj corab məmulatlarının istehsalı; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir.

4. Cavabdeh orqanın 09 aprel 2021-ci il tarixli **********6248 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə iddiaçıdan operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişl ərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məc əlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir. 5. 09 aprel 2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (k ontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus corab istehsalı sexində xx.xx.2021-ci il tarixdə saat 12:40-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən corab istehsalına cəlb olunmuş 13 (on üç) nəfər fiziki şəxsdən 12 (on iki) nəfərin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək mü qaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinə işçilər ilə əmək və xidməti müqavilə bağlanması tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. 6. 09 aprel 2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli akta iddiaçıya məxsus X25 sexində aparılmış operativ vergi nəzarəti nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 12 nəfər fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur:

1. X1 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 13585901, qeydiyyat ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 217, mənzil 34

2. X3 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0796338, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, ev 46/2;

3. X2 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0103185, qeydiyyat ünvanı: ünvan 5 X16 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2791352, qeydiyyat ünvanı: ünvan 6anov küçəsi, ev 10 V, mənzil 75;

5. X7 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1686782, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən küçəsi, ev 14/1A;

6. X10 Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 13435523, qeydiyyat ünvanı: Füzuli şəhəri, XX Qurultay küçəsi, ev 1;

7. X4 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 19104867, qeydiyyat ünvanı: Bakı şəhə ri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 73, mənzil 16;

8. X6 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1433025, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 56, mənzil 46;

9. X11 Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2444918, qeydiyyat ünvanı: Ucar rayonu, Qarabörk ərazi dairəsi, Qarabörk kəndi;

10. X12 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1671694, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50, mənzil 55;

11. X13 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0635578, qeydiyyat ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 7Ş;

12. X8 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 03914229, qeydiyyat ünvanı: Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 5-ci keçi d, məh. 23, ev 19/10. X11 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2444918).

7. Cavabdeh orqanın 13 aprel 2021-ci il tarixli, **********6611 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, 23 aprel 2021-ci il tarixədək 24000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 aprel 2021-ci il tarixli **********6611 nömrəli qərarın ləğv edilməsi və qanunsuz olaraq yazılmış 24.000 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyasının (cərimənin) silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, ev 6 ünvanında yerləşən “Rza" corab istehsalı obyektində fiziki şəxs kimi və vergi ödəyicisi olaraq, ailə üzvləri ilə birlikdə corab istehsal edir və bu yolla ailələrini dolandırır. Ölkədə və dünyada baş verən “Covid-19” pandemiyası ilə əlaqədar olaraq, iş prosesi son dərəcə zəifləməsinə baxmayaraq fərdi sahibkarlıqla məşğul olan şəxs kimi o, hər ay vergiləri ödəmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı və 2 nəfər ailə üzvü ilə birlikdə corab sexində öz iş fəaliyyətləri ilə məşğul olan zaman, özlərini vergi əməkdaşları kimi təqdim edən, lakin xidməti vəsiqələrini və yoxlama barədə müvafiq icra hakimiyyəti orqanının qərarını göstərmədən, sexə daxil olaraq yoxlamaya gəldiklərini bildirdilər. Həmin adlarını və vəzifələrini bilmədiyi şəxslər heç bir çəkiliş aparmadan və yerində akt tərtib etmədən sexə baxıb getdilər. Sonradan isə iddiaçının özü tərəfindən əldə etdiyi cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6611 nömrəli qər arında iddiaçıya məlum oldu ki, əsassız olaraq corab sexində guya 12 nəfər müqaviləsiz işçi işləyir. Özlərini vergi işçisi kimi təqdim edən, lakin xidməti vəsiqələrini və yoxlama keçirilməsi barədə qərarı təqdim etmədən sexə gözlə baxıb gedərək, sonradan isə öz aralarında əsassız akt tərtib etməklə iddiaçını bir vergi ödəyicisi və fiziki şəxs kimi maliyyə sanksiyasına məruz qoyaraq, barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6611 nömrəli xx.xx.2021ci il tarixli qərar qəbul etməklə onu ağır maddi duruma salmışlar və onun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu isə 2 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Az ərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının corab sexində özü və iki nəfər ara-sıra köməklik edən ailə üzvlərindən başqa heç kəs işləmir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun ilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilir ki. “bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. Həmin Qanunun 3.2-ci maddəsində göstərilm işdir ki, “sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər”. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6611 nömrəli qərarı qanunsuz və əsassızdır. Reyestrdə qeydiyyatda olmayan yoxlama qanunsuz hesab edilməlidir və həmin qərar üzrə tətbiq edilən maliyyə sanksiyası qanuni hesab edilə bilməz. Hazırkı iş üzrə iddiaçıya məxsus “Rza” corab sexində yoxlama keçirilərkən həmin yoxlama Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və ümumiyyətlə həm də yoxlama müvafiq normativ hüquqi aktın qüvvə sinə görə 2022-ci ilin yanvarın 1-dək ölkə ərazisində dayandırıldığına görə, hazırki yoxlama və yoxlamanın nəticəsində cavabdeh orqanın əməkdaşları tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6611 nömrəli xx.xx.2021ci il tarixli qərarı qanunsuz və əsassız hesab edilməli və iddiaçı barəsində tətbiq edilmiş 24.000 manat maliyyə sanksiyası qanunsuz hesab edilərək ləğv edilməlidir.

10. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli **********6246 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 15 ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməs inə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********6611 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 24000,00 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünva n kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********998800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:41-də oxunduğu müəyyən edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə özlərini vergi əməkdaşları kimi təqdim edən şəxslər, lakin müvafiq icra hakimiyyəti orqanının qərarını göstərmədən sexə daxil olaraq yoxlamaya gəldiklərini bildirmiş və yerində akt tərtib etmədən sexə baxıb getmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq bildirilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********6246 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı iddiaçıya təqdim edilmiş və qərar sonuncu tərəfindən “tanış oldum” qeydi edilərək imzalanmışdır. Eyni zamanda iddiaçının (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 15 ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021- ci il tarixli DVX seriyalı 000699 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət gös tərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və həmin akt vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Bundan başqa, iddiaçı iddiasını əsaslandırdığı digər bir əsas kimi göstərmişdir ki, corab sexində özü və iki nəfər ona köməklik edən ailə üzvündən başqa heç bir işçisi olmamışdır. Bununla əlaqədar qeyd edilir ki, müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici bölmə sexdir. Sexin müəssisədə rolu böyükdür, o, əsas istehsal - inzibati vahididir. Adətən, sexdə eynicinsli və təyinatlı məhsullar istehsal edilir və ona görə də bir qayda olaraq, sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakterizə olunur. Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər yaradılır. Məhsulun hazırlanmasındakı iştirakına görə müəssisənin tərkibinə daxil olan sexlər aşağıdakı dörd qrupa bölünürlər: 1) əsas sexlər - bilavasitə maddi nemətlər istehsalı ilə məşğul olurlar. Odur ki, müəssisənin tərkibində əsas sexlərin xüsusi çəkisi nə qədər çox olarsa, bir o qədər də həmin müəssisənin məhsul buraxma qabiliyyəti yüksək olar; 2) köməkçi sexlər bilavasitə məhsul istehsalı ilə məşğul olmur, lakin onlar əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq, alət, təmir, model və qeyri-standart avadanlıqlar hazırlayan sex ləri göstərmək olar; 3) xidmətedici sexlər - köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanmasında iştirak etmir, lakin onlar həm əsas, həm də köməkçi sex və təsərrüfatların normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Xidmətedici sex və təsərrüfatlara misal olaraq, nəqliyyat və enerji sexlərini, anbar təsərrüfatını, eksperimental sexləri, su təchizatını və s. göstərmək olar; 4) əlaltı sexlər - əsas sexlərin istehsal tullantılarından təkrarən istifadə edilməsi məqsədilə yaradılır və onlar müəssisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar. Belə sex təsərrüfatlara misal olaraq, tara hazırlayan sexləri, karxanaları, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar. Elmi təsnifatdan da göründüyü kimi, iddiaç ının fəaliyyət göstərdiyi “corab sexi” əsas sexlər qrupuna daxildir və həmin sexin iddiaçının özünün qeyd etdiyi kimi ara-sıra köməklik edən iki ailə üzvü ilə işləməsi fiziki cəhətdən mümkün deyildir. İddiaçının digər bir qanunsuz əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən aparılmış yoxlama reyestrdə qeydiyyatdan keçirilməmişdir. xx.xx.2021-ci il tarixli KY211570952 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı öz ərizəsində əlavə olaraq qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun ilə Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdı rılması məqsədilə respublikanın ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1dək dayandırılmışdır. Bununla əlaqədar bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli Qanunun 2.1-ci maddəsinə əsasən Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən s ahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Göründüyü kimi oper ativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6141/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin sexin yeni fəaliyyət göstərdiyi, fiziki şəxslərin hansı müddətdə həmin müəssisədə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, qanunvericiliyin tələblərindən görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-624/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6141/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsində qeyd olunur ki, yoxl amalar yalnız bu qanunun tələblərinə uyğun formada aparılır.. Həmin Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunan yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. İddiaçının təqdim etdikləri sübutlara məhkəmə nədənsə, ikinci dərəcəli sübutlar kimi baxmış, lakin cavabdehin təqdim etdiyi və heç bir reallığa əsaslanmayan sübutları isə əsassız olaraq mötəbər sübutlar kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş q aydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;.... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul ol an hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınma sı bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir..... Azərbaycan Respublikası Vergilər nazirinin 14 yanvar 2020-ci il tarixli **********044300 nömrəli Əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ola n digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh orqanın “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 09 aprel 2021-ci il tarixli, **********6246 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq iddiaçıya məxsus o lan obyektdə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə 09 aprel 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək (07 may 2021-ci il tarixi də daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

28. Cavabdeh orqanın 13 mart 2021-ci il tarixli, **********6611 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 24000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211570952 nömrə ilə qeydiyyata alınmışdır.

30. İlkin olaraq iddiaçının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu ilə Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə respublikanın ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək daya ndırıldığı halda vergi orqanın yoxlamasının qanunsuz olduğu ilə bağlı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun 2022-ci ilin 01 yanvar tarixinədək dayandırdığı yoxlamalar içərisində vergi yoxlamaları istisna təşkil edir. Bu baxımdan xx.xx.2021-xx.xx.2021-ci il tarixədək keçirilməsi nəzərdə tutulmuş operativ vergi nəzarəti yoxlamasının keçirilməsi qanunun tələbinə uyğun olmuşdur.

31. İddiaçının dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə aşağı instansiya məhkəmələrinin də qeyd etdiyi kimi, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 12 nəfər fiziki şəxsdən alınmış i zahatlara əsasən onların təsadüfən bir araya gəlmələri deyil, daha çox bir yerdə işlədikləri müəyyən olunur.

32. Həmçinin məlum olduğu kimi, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisian tın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin sexin yeni fəaliyyət göstərdiyi, fiziki şəxslərin hansı müddətdə həmin müəssisədə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, operativ vergi nəz arətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin f aktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir.

34. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin e dilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar