Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1055/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin X3 Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması, yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə X4 şəxsin Sosial Ödənişlərin X3 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, o, xx.xx.1956-cı il təvəllüdlüdür, xx.xx.1971-xx.xx.1972-ci illərdə peşə təhsili almış, xx.xx.1975 - xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuş, o cümlədən xx.xx.1972 - xx.xx.1983-cü illərdə Şəki rayon Kolxozlararası cins mal-qara birliyində, xx.xx.1983 - xx.xx.1999-cu illərdə Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermal ar təmir və texniki xidmət müəssisəsində işləmişdir.
2. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir.
3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, iddiaçının ümumi sığorta stajı 08 il 10 aydır (əmək kitabçasında qeyd olunmuş xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəndə işləməsi ilə bağlı məlumat arxivdə aşkar edilməmişdir) və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icra at
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əyani təhsil müddətinin, hərbi xidmət müddətinin və işlədiyi müddətin sığorta stajına daxil edilməsi və xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək kitabçasına əsasən qanunla tələb olunan iş stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq pensiya təyinatından imtina etmişdir. İşlədiyi dövrlərə dair arxivdə məlumatın aşkar edilməməsi onun təqsiri hesab edilə və ziyanına şərh oluna bilməz. Əmək kitabçası xx.xx.2007-ci il tarixdə arxivdən əldə edilən məlumatlar əsasında yenidən yazılmışdır. Həmçinin, 1991-1995-ci illərdə həyat yoldaşının uşaqlar üçün müavinətin işlədiyi idarədən ona verilməsinə etiraz etməməsi ilə bağlı vəsatəti də iddiaçının sözügedən dövrlərdə həmin müəssisədə işlədiyini təsdiq edir.
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək kitabçası özünün də dediyi kimi, 2007-ci ildə arxiv məlumatları əsasında doldurulubsa və hazırda arxivdə həmin məlumatlar aşkar edilmirsə, bu hal əmək kitabçasındakı qeydlərin mötəbərliliyinə şübhə yaradır.
7. Məhkəmənin sorğusuna cavab olaraq DVX 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata əsasən, Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 2- 1(116)-1145/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X3 Filialının üzərinə İddiaçı - əyani təhsil, hərbi xidmət və xx.xx.1972-xx.xx.1983-cü illərdə Şəki rayonu Kolxozlararası cins mal-qara birliyində işlədiyi illərin və xx.xx.1983-xx.xx.1999-cu illərdə Şəki rayonu Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş, onun həyat yoldaşı X1 “uşaqlar üçün çörək pulu təmin edilməsi üzrə ko missiyanın protokolları” və arayışları ilə müəyyən edilir ki, iddiaçı Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işləmiş və həyat yoldaşı Nəhayət Qasımovanın razılığı ilə ona ödənilməli olan uşaq pulu iddiaçıya verilmişdir. Yəni, təqdim edilmiş həmin sənədlərlə iddiaçının 1990-1995-ci illərdə həqiqətən sözügedən müəssisədə işləməsi öz təsdiqini tapdığından, əmək kitabçasının 2007-ci ildə tərtib edilməsi və müəssisənin sənədlərinin arxivdə mövcud olmaması əsası ilə bötövlükdə iddiaçının həmin müəssisədə işlədiyi dövrün sosial sığorta stajı kimi qəbul edilməməsi qanuni deyildir. İddiaçının hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddəti 27 il 9 ay 27 günə bərabər olduğundan və həmin müddət tələb olunan 25 ildən çox olduğundan cavabdeh orqan iddi açının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Sözügedən müəssisənin sənədlərinin arxivdə saxlanılmaması halı isə iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq kitabçalarının saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 2-1(107)-42/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təm in edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 y aşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
21. Hazırkı iş üzrə iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
22. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 65 yaşdan pensiya hüququ yaranır.
23. İddiaçının fərdi hesabının sığ orta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.
24. İddiaçının 25 il sığorta stajı olmasının mövcud olması ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir.
25. Cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsası kimi ona istinad edir ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin dəqiqləşdirilməsi ilə bağlı müvafiq araşdırmalar aparılsa da, onun Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəndə işləməsi ilə bağlı məlumat arxivdə aşkar edilməmişdir. Həmçinin, iddia tələbinə etirazın, apellyasiya və kassasiya şikayətlərinin də əsas dəlili iddiaçının sözügedən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin mötəbər olmaması ilə bağlıdır.
26. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun ü çün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
27. Digər tərəfdən isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yük ü daşıyır.
28. Bununla yanaşı nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri fa ktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla tələb olunan iş stajına malik olub-olmamasının müəyyən edilməsi məhkəmə araşdırmasının predmetini təşkil edir.
29. İş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada, iddiaçı tərəfindən təqdim edilmiş iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş ye rindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir.
30. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi İPM-nin 12.1-ci maddəsindən irəli gələn işin hallarının hərtərəfli araşdırılması vəzifəsini tam icra etməmiş, işdəki sübutları hərtərəfli qiymətləndirməmiş, ziddiyyətli halları aradan qaldırmamış, başqa sözlə, şübhədənkənar sübutlara istinad etməklə qərar qəbul etməmişdir.
31. Belə ki, hazırkı iş üzrə iddiaçının əsas iş stajını təsdiq edən sənəd kimi təqdim edilmiş əmək kitabçası iddiaçının 1972-1999-cu illərdəki iş stajını özündə əks etdirsə də, faktiki olaraq xx.xx.2007-ci ildə doldurulmuşdur və bu hal iddiaçı tərəfindən də etiraf edilir (iddia ərizəsində qeyd edilir ki, arxiv sənədləri əsasında tərtib edilmişdir).
32. Eyni zamanda, iddiaçının xx.xx.1983-xx.xx.1999-cu illərdə Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işləməsi ilə bağlı arxivdə məlumatın olmaması da iş üzrə təsdiqlənir.
33. Bu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi 2007-ci ildə sözügedən əmək kitabçasının kim tərəfindən və hansı qaydada, həmçinin hansı məlumatlar əsasında doldurulmasını araşdırmalı idi. Həmçinin, əmək kitabçasındakı möhürdən də görünür ki, möhür köhnə kiril qrafikalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh iddia tələbinə etirazını iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbər olma ması ilə əsaslandırır və bildirir ki, həmin qeydlər 2007-ci ildə əmək kitabçasına əlavə edilmişdir. İddiaçının işlədiyi müəssisənin sənədləri arxivdə olmadığından cavabdeh orqan 2007-ci ildə arxiv məlumatları əsasında həmin qeydlərin əmək kitabçasına qeyd edilməsini düzgün hesab etmir. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş, onun həyat yoldaşı X1 “uşaqlar üçün çörək pulu təmin edilməsi üzrə komissiyanın protokolları” və arayışları ilə müəyyən edilir ki, iddiaçı Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi”ndə işləmiş və həyat yoldaşı Nəhayət Qasımovanın razılığı ilə ona ödənilməli olan uşaq pulu iddiaçıya verilmişdir. Yəni, təqdim edilmiş həmin sənədlərlə iddiaçının 1990-1995-ci illərdə həqiqətən söz ügedən müəssisədə işləməsi öz təsdiqini tapdığından, əmək kitabçasının 2007-ci ildə tərtib edilməsi və müəssisənin sənədlərinin arxivdə mövcud olmaması əsası ilə bötövlükdə iddiaçının həmin müəssisədə işlədiyi dövrün sosial sığorta stajı kimi qəbul edilməməsini məhkəmə düzgün hesab etmir. İddiaçının hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddəti 27 il 9 ay 27 günə bərabər olduğundan və həmin müddət tələb olunan 25 ildən çox olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
35. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işlədiyini iddia etdiyi dövr xx.xx.1983-xx.xx.1999-cu illəri əhatə edir. Apellyasiya instansiyası məh kəməsinin istinad etdiyi sənədlərlə iddiaçının 1990-1995-ci illərdə sözügedən müəssisədə işləməsi öz təsdiqini tapsa belə, bu sənədlər onun digər (19831990, 1995-1999-cu) illərdə də həmin müəssisədə işləməsi qənaətinə gəlməyə əsas verə bilməz.
36. Odur ki, hazırda sözügedən müəssisənin möhürünün və sənədlərinin saxlanıldığı yer və məsul şəxs, həmin müəssisənin mövcudluğu və ya ləğvi ilə bağlı ətraflı araşdırma aparılmalı, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqiliyi dəqiqləşdirilməlidir.
37. Beləliklə, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından barəsində şikayət verilən qərar ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilmə lidir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
39. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2023 nömrəli,19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.