Məhkəmə qərarları › İş №2-1(102)-1056/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1056/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1056/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı vəkili Vəkil1, üçüncü şəxs “xxxx” KB ASC-nin vəkili Vəkil2 Mirəli oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 1 saylı Bakı Ərazi İdarəsinə (“xxxx” KB ASC üçüncü şəxs olmaqla) qarşı fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 nömrəli, 06 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri Sabunçu rayon Bakıxanov bələdiyyəsinin 03.04.2006-cı il tarixli, 28 nömrəli sərəncamı ilə Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində vətənd aş X2 fərdi yaşayış evinin tikintisi üçün 100.0 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Fərdi yaşayış evinin mərtəbəsinin sayı 2, yaşayış otaqlarının sayı 7, ümumi sahəsi 150.60 kv. m, yaşayış sahəsi 110.90 kv.m, köməkçi sahə 39.70 kv.m, yarımzirzəmi 83.90 kv.m, açıq eyvan 14.10 kv.m və tikinti altı sahə 100.10 kv.m olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 26.02.2014-cü il tarixli, **********81-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 27.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150.6 kv.m., yaşayış sahəsi 110.9 kv. m. və yardımçı sahəsi 39.7 kv.m. olan 7 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyəti hüquqları X1 adına qeydiyyata alınmışdır. X3 ümumi sahəsi 150.6 kv.m., yaşayış sahəsi 110.9 kv.m. olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 12K saylı fərdi yaşayış evini 13 avqust 2014-cü il tarixli, 77BKİ-14 saylı alqı-satqı və ipoteka müqaviləsi ilə alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 13 avqust 2014-cü il tarixli arayış) Fərdi yaşayış evinin mərtəbəsinin sayı 2, yaşayış otaqlarının sayı 7, ümumi sahəsi 150.60 kv. m, yaşayış sahəsi 110.90 kv.m, köməkçi sahə 39.70 kv.m, yarımzirzəmi 83.9 0 kv.m, açıq eyvan 14.10 kv.m və tikinti altı sahə 100.10 kv.m olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 09.04.2014-cü il tarixli, **********81-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 05.09.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışı ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 150.6 kv.m., yaşayış sahəsi 110.9 kv.m. və yardımçı sahəsi 39.7 kv.m. olan 7 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı (bundan sonra - iddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin altında olan qeyri-yaşayış sahəsinə - yarım zirzəmiyə və onun qarşısında yerləşən eyvanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 05.01.2018-ci il tarixli, **********85 nömrəli məktubla fərdi yaşayış evinin ipoteka ilə yüklü olmasını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilmədiyini, həmçinin inventarlaşdırma işlərinin aparılmasına şərait yaratmadığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sa bunçu rayonu, Bakıxanov qəsəbəsi, M Hüseyn küçəsində yerləşən 12K saylı fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daxilində onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı nümayəndəsi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 12K saylı fərdi yaşayış evinin altındakı yarızirzəmi sahə üzərində mülkiyyət hüquqlarını “xxxx” KB ASC-nin xeyrinə yüklü olmaqla, onun (İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin ******* inventar nömrəli 27.02.2014-cü il tarixli Texniki Pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 12K saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya verilmişdir. Həmin fərdi yaşayış evini iddiaçı notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Evi almaq üçün iddiaçı “xxxx” Kommersiya Bankı ilə ipoteka müqaviləsi bağlamışdır və hal-hazırda ev ipotekadadır. Bank tərəfindən iddiaçıya məxsus olan fərdi yaşayış evi qiymətlə ndirilən zaman ona məlum olmuşdur ki, çıxarışda yarımzirzəmi və onun qarşısında yerləşən bağlı eyvan nəzərə alınmamışdır. Buna görə də iddiaçının evinin qiyməti aşağı olmuşdur. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə -yarımzirzəmiyə və onun qarşısında yerləşən eyvana dövlət reyestrindən çıxarış verilməsi barədə müraciət etməsinə baxmayaraq cavabdeh ona rədd cavabı vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(82)1382/2018 saylı qərardadı ilə “xxxx” KB ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-1(82)1382/2018 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hü seyn küçəsində yerləşən 12K saylı fərdi yaşayış evinin altındakı yarızirzəmi sahə üzərində mülkiyyət hüquqları, “xxxx” KB ASC-nin xeyrinə yüklü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından üçüncü şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilmiş, 2 say lı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-1(82)-1382/2018 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evin, əlavə olaraq altındakı yarımzirzəmi sahəsi də ipoteka ilə yüklü olmaqla, reyestrdə qeydiyyatını zəruri edən faktiki şərtlərin mövcudluğu təkzib olunur. Belə olan halda, cavabdehin qeydiyyatdan imtina etməsi iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı maddi və prosessual hü quq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən əsassızdır. Belə ki, məhkəmə işə qərəzli yanaşmış, yalnız bir tərəfin (yəni “xxxx” ASC-nin) heç bir hüquq normasına əsaslanmayan, yalnız gümanlar üzərində qurulmuş mövqeyini əsas götürmüşdür. Həm “xxxx” ASC-nin apelyasiya şikayətində, həm də Qərarda qeyd olunur ki, iddiaçının məqsədi birmənalı şəkildə bu iddia ilə bankda ipoteka ilə yüklü olunmuş əmlakın qiymətini artıraraq, ipoteka predmetinə tutma yönəldilərkən dəyərindən artıq qiymətə hərraca çıxarılmasına nail olmaqdır. Kassator bildirir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında fərdiyaşayış evinin “xxxx” ASC-nin xeyrinə yüklü qalmaqda davam etməsi qərara alınmışdır. Həmin fərdi yaşayış evinin altındakı yarımzirzəmi sahə ilə birgə iddiaçının adına vahid əmlak şəkl ində qeydə alınmasında isə “xxxx” ASC-nin hüquqlarına xələl gətirə biləcək heç nə yoxdur. Çünki həmin əmlak “xxxx” ASC-nin xeyrinə yüklü qalmaqda davam edəcək. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahi ş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd ed ilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Bu aşağıdakı səbəblərdə irəli gəlir. Apelyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, mübahisəli evin, əlavə olaraq altındakı yarımzirzəmi sah əsi də ipoteka ilə yüklü olmaqla, reyestrdə qeydiyyatını zəruri edən faktiki şərtlərin mövcudluğu təkzib olunur. Belə olan halda, cavabdehin qeydiyyatdan imtina etməsi iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Apelyasiya məhkəməsi bu barədə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 6.5-ci maddəsində məhz nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka saxlayanın razılığı ilə dəyişdirilə bilər. Bu halda ipoteka müqaviləsində dəyişikliklər edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birincisi iddiaçının ipotekaya qoyulmuş fərdi yaşayış evinin vəziyyətini dəyişdirməsi (o cümlədən, konkret halda, yüklü olmaqla əlavə zirzəmi sahəsinin qeydə alınması) barədə cavabdehə müraciət olunan hüquq - dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilməsi, ikincisi isə onun ipoteka predmetinin vəziyyətini dəyişdirmək səlahiyyəti olan, sərəncam hüququna malik şəxs kimi, qəbul edilməsi də mümkün deyildir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (maddə 13, 29) Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün dövlət qeydiyyatı üçün əsas verir. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (1 39-1.1.1, 152.1, 157.1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquq lara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində dövlət qeydiyyatından imtina edilməsi halları sadalanmışdır: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16-cı maddəsinə görə, qey diyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən müddəasına əsaslanmaqla apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mövcud vəziyyətdə iddiaçının fərdi yaşayış evinə faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texniki pasportun verilməsi nəticəsində üçüncü şəxsə hər hansı ziyanın vurulmasından və qanuni mənafeyinin pozulmasından söhbət gedə bilməz. Belə ki, yeni çıxarış və onun əsasında yeni texniki pasportla iddiaçının həmin mülkiyyət üzərində hüquqları təsdiq edilir. Bundan əlavə, işdə olan həm iddiaçıya məxsus fərdi yaşayış evinin, həm də evin əvvəlki mülkiyyətçisinin adına verilən texniki pasportdan görünür ki, evin altındakı yarımzirzəmi sahəsi mövcuddur və ölçüsü 83.90 kv.metr təşkil edir. Yəni, qeyd olunan yarızirzəmi həm əvvəlki mülkiyyətçinin dövrdə, həm də əmlak iddiaçının mülkiyyətində olduğu dövrdə və ipotekaya qoyulan anda artıq mövcud idi. Belə olan halda, iddiaçının ipotekada olan əmlakının əvvəlcədən və ipotekaya qoyulan vaxt faktiki mövcud olan ölçülər daxilində qeydə alınması i poteka predmetinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, cavabdeh orqanın qeyd olunan sahə üzərində mülkiyyət hüquqlarını iddiaçının adına qeydə almaqdan imtina etməsi və hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qənaəti düzgün hesab edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hü quqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müə yyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikas ı İPM-nin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 12K saylı fərdi yaşayış evinin altındakı yarızirzəmi sahə üzərində mülkiyyət hüquqları, “xxxx” KB ASC-nin xeyrinə yüklü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar