Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1056/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1056/2020) Açar söz: yaşa görə pensiya, əmək kitabçasında olan məlumatların yoxlanması, pensiya kapitalı. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əhalinin Sosial Müda fiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-185/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1954-cü ildə Ağcəbədi şəhərində doğulmuşdur və hazırda Sabunçu rayonunda yaşayır. İddiaçının əmək kitabçasında, hərbi biletində və Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışında əksinin tapmış məlumatlara əsasən o, 1972-ci ildən Ağcabədi rayonun Ə.Bünyadov və Caparidze kolxozunda işləməy ə başlamışdır. 19731975-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti bitirdikdən sonra, 1975-ci ildən 1977-ci ilədək yenidən həmin kolxozda, xx xxxx 1977-xx xxxxx 1978-ci illərdə “Sırdəryastroy” Avtobazasında sürücü, xx xxx 1978-xx xxx 1979-cu illərdə Sırdərya Dəmir-Beton zavodunda sürücü, xx xxxx 1979-xx xxxx 1980ci illərdə X2 sürücü, xx xxxx 1980-xx xxxxxx 1984-cü illərdə Sırdərya rayon “Məişət Xidməti” Kombinatında, xx xxxxxx 1984-xx xxxxxx 1985-ci illərdə Sırdərya rayon İstehsalat İdarəsində, xx xxxxxx 1985-xx xxxx 1987-ci illərdə Voroşilov rayon X3, xx xxxx 1987-xx xxxxxxx 1991-ci illərdə “X1”ndə xx xxxxxx 1991-xx xxxxxx 1993-cü illərdə X6 X7 Bakıxanov qəsəbəsi filialında, xx xxxx 1995-xx xxxxxx 1999-cu illərdə “ASİST” Daxili və Xaric i ticarət əlaqələri şirkətinin Bakı filialında işləmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “1975-ci il tarixdən 1977-ci il tarixlərədək Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozunda işlədiyi iş illərini, xx xxxx 1995-ci il tarixdən xx xxxxxx 1999-cu il tarixlərədək “ASİST Daxili və Xarici Ticarət Əlaqələri şirkətinin Bakı filialı nda əmtəəşünas vəzifəsində işlədiyi iş illərini və xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh imtina məktubunda qeyd etmişdir ki, şöbəyə təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmır. Halbuki əmək kitabçası və təqdim etdiyi arxiv sənədlərinə əsasən tələb olunan 25 il iş stajı vardır. Buna görə də cavabdehin imtinası əsassızdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)3411/2019 saylı qərarı ilə (hakim E.Mustafayev) iddia tələbi təmin edilərək, İddiaçı 1975-ci il tarixdən 1977-ci il tarixədək Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozlarında işlədiyi dövr, xx xxxx 1995-ci il tarixdən xx xxxxxx 1999-cu il tarixədək “ASİST Daxili və Xarici Ticarət Əlaqələri şirkətinin Bakı filialında əmtəəşünas vəzifəsində işlədiyi iş illəri və xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması məcburi dövlət sosial sığorta haqqı ödənişlərini sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası hesab olunur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-185/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və C.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3411/2019 saylı qərarı “məcburi dövlət sosial sığorta haqqı ödənişlərini sosial sığorta stajına daxil edilməklə ona” sözlərdən sonra “63 il 06 ay tamam olduğu gündən, yəni xx xxxxx 2019-cu il tarixdən” sözləri əlavə edilərək, dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim olunmuş əmək kitabçası ilə İddiaçı “1975ci il tarixdən 1977-ci il tarixədək Ağcabədi rayonun Ə.Bünyadov və Caparidze kolxozlarında işləməsi Ağcabədi Rayon Dövlət Arxivinin 288 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışı ilə, xx xxxx 1995-ci il tarixdən xx xxxxxx 1999-cu il tarixədək “ASİST Daxili və Xarici Ticarət Əlaqələri şirkətinin Bakı filialında “Əmtəəşünas” vəzifəsində işləməsi QT-İ seriyalı, * ****** nömrəli əmək kitabçası və xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarından cavabdeh kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkəmənin qərarında əmək kitabçasına əsasən sığorta stajı kimi nəzərə aldığı illərin cəmi qanunla tələb olunan 25 ildən azdır. Digər tərəfdən iddiaçının tələb olunan pensiya kapitalı da yoxdur. Pensiya kapitalının olub-olmaması məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda isə 25 il sığorta stajı olmadığı üçün və pensiya kapitalı kifayət etmədiyinə görə iddiaçıya yaşa görə pensiya təyin oluna bilməz. Qeyd olunanlara əsasən Sabunçu rayon Şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunla tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmadığı halda iddiaçıya pensiya təyin olunması ilə bağlı əsassız nəticəyə gəlmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmışdlr. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hall arda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:
1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun;
2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun və ya 25 il sığorta stajına malik olsun. Apelyasiya məhkəməsi bu normaların dispozisiya şərtləri əsasında işin hallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı iş üzrə təqdim olunmuş əmək kitabçasında qeyd olunanlara əsasən sığorta stajını əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi bu nəticəyə gələrkən mübahisə ilə bağlı işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmun baxımından quruluşu onu ehtiva edir ki, bu növ işlərə baxılarkən işin hallarının araşdırılmasına, dispozisiya şərtlərinin həmin normada düzülmüş ardıcıllığına uyğun başlanmalıdır. Əvvəlcə iddiaçının pensiya yaşına çatması, sonrakı addımda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, pensiya kapitalı az olduqda isə iddiaçının zəruri sığorta stajının olması müəyyən olunmalıdır. İş materiallarından görünür ki, məhkəmə ümumiyyətlə iddiaçının pensiya kapitalını yoxlamamışdır. Bundan başqa, məhkəmələr iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən, inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş çoxsaylı m üəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Çünki cavabdeh həm iddiaçıya pensiya təyin olunmasından imtina barədə məktubunda, həm apelyasiya şikayətində iddiaçının 25 il stajının olmadığını mücərrəd şəkildə ifadə etmişdir və iddiaçının təqdim etdiyi sənədlərdəki stajı nəyə görə qəbul etmədiyi aydın deyildir. İPM-nin 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştira kçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi bu normaların tələblərinə uyğun olaraq araşdırma aparmamış, iddiaçının əmək fəaliyyətinin hansı dövrünü qəbul etmədiyi barədə inzibati orqanın nümayəndəsindən yazılı və ya şifahi izahat almamışdır. Halbuki, məhkəmə araşdırmasının daha dolğun aparılması, həmçinin prosessual qənaətlilik baxımından bu vacib idi. Məhkəmələr iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapmış illəri qeyd etsə də həmin müddətlərin cəmini (hər bir iş üzrə) müəyyən etməmişdir. Əmək kitabçasında iddiaçının xx.xx.2993-cü ildə Mərkəzi Univermaq üzrə xx.xx.1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazaya keçirildiyi göstərilmiş, bu qeyddən sonra isə “ASİST” Daxili və xarici ticarət əlaqələri şirkətində əmtəəşünas vəzifəsinə qəbul olunması qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının Mərkəzi Univermaq üzrə xx.xx.1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazada xx.xx.2993-cü ildən hansı tarixədək işlədiyi müəyyən deyildir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx xxxxxx 2019-cu il tarixli 1-53 saylı arxiv arayışında göstərilmişdir ki, X4 arxiv sənədlərinin əmr kitablarında xx xxxxxx 1991-ci il tarixli, 145 L/S saylı əmrlə xx xxxxxx 1991-ci il tarixdə X7 komissyon şöbəsinə müdir vəzifəsinə işə qəbul olmuşdur. Lakin, X4 arxiv sənədlərinin 1992-ci və 1993-cü il tarixlərə dair əmr kitablarında işdən azad olunması barədə heç bir m əlumat əks olunmamışdır. Bakıxanov qəsəbəsində yerləşən Təsərrüfat hesablı mağazanın arxiv sənədləri arxivə təhvil verilməmişdir. İşin bu vəziyyətində məhkəmə, həmin dövrün iş stajına daxil edilməsini əsaslandırmalı idi. Lakin bu cür əsaslandırma aparılmamışdır. Bundan başqa, iş materiallarında olan X8 xx xxxx 2019-cu il tarixli, 288 saylı arayışdan görünür ki, iddiaçı kolxozda 1972-ci ildə 252, 1973-cü ildə 200, 1976-cı ildə 267, 1977-ci ildə 87 adam günü işləmişdir. 1973-cü ildə kolxozda işləyib 481 manat əmək haqqı alsa da, faktik adam günü olmadığı göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının “1975-ci il trarixdən 1977-ci il tarixədək Ağcabədi rayonun Ə.Bünyadov və Caparidze kolxozunda işləməsi X8 xx xxxx 2019-cu il tarixli, 288 saylı arayışı ilə... təsdiq edildiyindən ” bu dövrün sosial sığorta stajına daxil edilməsini əsaslı hesab etmişdir. Lakin bu arxiv arayışında olan məlumatlarla bağlı məhkəmənin gəldiyi nəticə tam araşdırılmamış və lazımi qaydada əsaslandırılmamış nəticədir. Əvvəla işdən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmçinin arxiv arayışından görünür ki, iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda 252 adam günü işləmişdir. Lakin məhkəmə həmin dövrün staja daxil edilməməsini əsaslandırmamışdır. Bundan başqa, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kol xozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də eyni qayda nəzərdə tutulmuşdu. Apelyasiya instansiyası məhkəməsi bu müddəalara əsasən, iddiaçının kolxozda qazanılmış iş stajını hesablayarkən iş vaxtının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasını nəzərə almaqla hesablamalı idi. Lakin məhkəmə bu cür araşdırma aparmamış, kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçının “xx.xx.200 0-ci ildən 7.02.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən”... ona yaşa görə əmək pensiyası təyin edilməsi əsaslıdır. İşin bu halı da tam araşdırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İş materiallarına iddiaçının vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə hər hansı sübut yoxdur. Doğrudur ki, iş materiallarının 14-16-cı vərəqlərində iddiaçının 2000-ci il üçün 510.000 manat, 2001-ci il üçünsə ayrı-ayrılıqda 650.000 manat və 750.000 mana t məcburi sosial sığorta haqqı ödəməsi barədə qəbzlər vardır. Eyni zamanda işdə olan “Elçin-F” firması ilə iddiaçının arasında xx.xx.2001-ci ildə bağlanmış icarə müqaviləsindən görünür ki, iddiaçı icarəyə verənə məxsus olan qeyriyaşayış sahəsini icarəyə götürmüşdür. Lakin bu müqavilədə də iddiaçının vergi ödəyicisi olması qeyd olunmamışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda izah olunan bu cür araşdırması, İPM-nin 12ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinə, habelə sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına cavab vermir. Buna görə də apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Təkrar apelyasiya baxışı zamanı yuxarıda göstərilən məsələl ər üzrə hərtərəfli araşdırmanın aparılması təmin edilməli, mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, iddiaçının yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-185/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.