Məhkəmə qərarları › İş №2-1(102)-1056/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1056/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1056/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arxiv arayışının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (AZE-0*******, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlər əsasında araşdırmanın nəticəsi barədə qərar qəbul edilməsi və qərardan irəli gələn iddiaçının ehtiyata buraxılmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli, 2-1(103)-2474/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının cavabdehə müraciətinə cavab olaraq Müdafiə Nazirliyinin Mərkəzi Arxivi 16 yanvar 2015-ci il tarixdə arxiv arayışı vermişdir. Həmin arxiv arayışından görünür ki, iddiaçının xidmət keçməsinə dair arxivdə olan müvafiq əmrlər əsasında araşdırma aparılmış, onun N nömrəli hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli əmri ilə vəzifəyə təyin olunması və bütün növ təminatlarla təmin edildiyi, uzun müddət hərbi hissədən yayındığına görə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2020-ci il 18 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 24 iyul 1993cü il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N (- saylı hərbi hissələrdə) saylı hərbi hissədə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılması nəticəsində qərar qəbul edilməsi və həmin hərbi hissələrdə döyüş əməliyyatlarında iştirakı barədə qərardan irəli gələn onun ehtiyata buraxılmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988 -1990-cı illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. 24 iyul 1993-cü il tarixdə Bakı şəhəri Xətai RHK tərəfindən təkrar hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissənin N avqust 1993-cü il tarixli siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olunaraq, bütün növ təminatlarla təmin olunmuşdur. 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin bu günədək digər döyüş yoldaşları “müharibə veteranı” adı və vəsiqəsi alsalar da, o, həmin adı ala bilmir. AR Müdafiə Nazirliyinin 16 yanvar 2015-ci il tarixli 9/2-171 nömrəli arxiv arayışında qeyd edilir ki, onun xidməti barəndə N saylı hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli 0175 nömrəli əmri ilə N saylı hərbi hissənin N avqust 1993-cü il tarixli adlı siyahılarına əsasən, həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olunaraq, bütün növ təminatlarla təmin olunmağı və uzun müddət hərbi hissədən уayınmağına görə, komandirin 1 noyabr 1993-cü il tarixli 0208 nömrəli əmri ilə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar olunmağı barədə məlumat vardır. O, 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi ü zrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə arxiv arayışında dəqiq məlumat olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsini ala bilmir. İşin faktiki halları ilə təsdiq olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ona göndərilən arxiv arayışında onun hərbi xidməti barədə arxiv məlumatının olmaması onun təqsirindən olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrləri arxivə göndərməyibsə, bu ondan asılı olan hal deyil. Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu yer dağıdılmışdır. Arxiv arayışında bu halların araşdırılmasının mümkünsüz olduğu göstərilmişdir. Halbuki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin ta beliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən Arxiv İdarəsi tərəfindən ona arayışın verilməsindən imtina qanunsuzdur.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmət keçməsinə dair arxivdə olan müvafiq əmrlər əsasında araşdırma aparmış və 16 yanvar 2015-ci il tarixli arxiv arayışı təqdim etmişdir. Həmin arayışda iddiaçının N nömrəli hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli əmri ilə vəzifəyə təyin olunması və bütün növ təminatlarla təmin edildiyi, uzun müddət hərbi hissədən yayındığına görə b ütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyi qeyd olunmuşdur. Beləliklə də, Mərkəzi Arxiv iddiaçının xidmətinə dair arxivdə olan nizami hissə üzrə əmrlər əsasında arxiv arayışı tərtib etdiyindən, onun 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmətinə dair arxiv arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassızdır.

5. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1993 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti barədə xüsusatlara toxunulmuş, lakin onun xidmətdən tərxis olmasına dair məlumatlar əks olunmamışdır. İddiaçı bu səbəbdən də yenidən araşdırma aparılması və yeni arxiv arayışının verilməsini tələb edir. İddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə arayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmənin qənaətinə görə, cavabdehin imtinası qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın lə ğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli, 2-1(103)-2474/2021 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyni-sədrlik edən, V.Ə.Baxışova və A.S.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinə u yğun əsaslandırılmış, əlavə olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması qeyd edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 1.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə

17. Mütənasiblik prinsip i Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apel lyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1993 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti barədə xüsusatlara toxunulmuş, lakin onun xidmətdən tərxis olmasına dair məlumatlar əks olunmamışdır.

21. Beləliklə, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyində n, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə arayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

22. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

23. Qe yd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli, 2-1(103)-2474/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar