Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1056/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “üçüncü şəxsin mənzilə dair çıxarışının ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb xidməti mənzil fonduna verilməsi, üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10N)-9N9/202N nömrəli, 2 fevral 202N-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respubli kasının Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq “ünvan 1 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak ı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir.
2. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” xx.xx.2019-cu il tarixli 1N2 nömrəli Sərəncamından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması, həmin mənzilə dair üçüncü şəxs ilə daimi icarə müqaviləsinin bağlanılması, sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilməsi qərara alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin gələcəkə üçüncü şəxsin adına dövlət qeydiyyatına alınması xahiş edilmişdir. N. Müdafiə Nazirliyinin 6 nömrəli Mənzil-İstismar sahəsi ilə üçüncü şəxs arasında bağlanmış 20 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, gələcəkdə “Mənzilİstismar sahəsi” adından həmin Mənzil-İstismar sahəsinin rəisi X7 və gələcəkdə “icarəçi” adlanan Seyfəddin Dağlı küçəsi N nömrəli evdə mənzil icarə edən üçüncü şəxs arasında 20 may 2019-cu il tarixli “İcarə müqaviləsi” bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icarəçi, onun ailə üzvləri və mövcud olan qanuna müvafiq icarəçi tərəfindən yaşamasına yol verilən şəxslərin yaşamaları üçün Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, N nömrəli evin, 62,45 kv. metr sahəli N otaqdan ibarət 4 nömrəli mənzilini təhvil-təslim aktında göstərilmiş qaydada və vəziyyətdə Mənzil-İstismar sahəsi icarəyə verib, icarəçi isə icarəyə g ötürüb.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 4 (Yeni qaydalarla AZ 107N, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi,14 C, M2, m2) ünvanında yerləşən ümumi sahəsi 111,N kv. metr olan mənzilə üçüncü şəxsin daimi istifadə hüququ Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019cu il tarixli 1N2 saylı sərəncamına əsasən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolunun surətindən müəyyən olunur ki, komissiyada aşağıda qeyd olunanlar qərara alınmışdır: yaşayış sahəsini almaq ü çün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxıldı. Qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənildi, fikir mübadiləsi aparılaraq komissiyaya cədvəldə göstərilən qaydada yaşayış sahələrinin (mənzillər) verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Protokolda hərbi qulluqçuların siyahısında 6-cı sırada polkovnik X4 və əri - X6 -1964-cü il; qızı- Hüseyn-zadə Nigar Rauf qızı-1990-cı il qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonuna ünvanlanmış xx.xx.2019-cu il tarixli 1617 saylı raportun surətindən görünür ki, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli qərarı ilə “Bakı-52" hərbi şəhərciyində baş plan üzrə N nömrəli N mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Yenidənqurma işlərindən sonra 20 mənzil istifadəyə verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol xx.xx.2019-cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənmişdir. Hal-hazırda Yasamal rayonu, Seyfəddin Dağlı-küçəsi, N nömrəli bina Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 saylı Mənzil-İstismar sahəsinin istismarında olan qapalı hərbiçi şəhər ciyə aid olmayan ərazidə yerləşir. Hərbi qulluqçulara ayrılmış daimi mənzillərə daimi icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə sərəncam verilməsi üçün hüquqi rəy verilməsinə göstəriş vermişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonuna ünvanlanmış xx.xx.2019-cu il tarixli 11/1877 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli N4N9 nömrəli dərkənara əsasən, “Bakı- 52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli N mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsinə dair təqdim edilmiş sənədlərə Hüquq İdarəsində baxılmışdır. Sözü güdən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə, daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir.
8. Azərbaycan Respulikası Müdafiə nazirinin “Bakı-52” hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 200 mənzilli yaşayış binasının sosial təyina tlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında 26 aprel 2019-cu il tarixli 161 nömrəli əmrindən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi "Bakı-52” hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməsi, təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması, əmrin icrasına nəzarətin Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə tapşırılması əmr edilmişdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 1786 nömrəli məktubundan görünür ki, Bakı qarnizonu rəisinin 16 aprel 2019-cu ildə təsdiq etdiyi Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında hərbi qulluqçular və onların ailə üzvləri ilə daimi icarə müqaviləsinin bağlanmasına, gələcəkdə həmin mənzillərin özəlləşdirilməsinin həyata keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin ba şçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 1787 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı52” hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissənin ərazisi) N nömrəli N mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya "ünvan 7 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən N mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.N.1. maddəsinə əsasən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur.
11. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2020-ci il tarixli N055 nömrəli məktubla, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N08.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18.19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur.
12. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyyəti başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının surətindən müəyyən olunur ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv olunması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, m ənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. 1N. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 204-cü maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.N və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X11 küçəsi 20) və ya “ASAN xidmət" mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
14. İddiaçı 29 may 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanında yerləşən yaşayış sahəsinə dair DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəs inin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və X1 ünvan 11 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. İddiaçı iddia ərizəsində bu qərarın 1-1N-cü bəndlərində qeyd edilən faktiki hallara istinad edərək, iddia tələbinin təmin olunmasıını xahiş etmişdir.
16. Məhkəmənin müvafiq qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
17. Cavabdeh iddia ərizəsinə qarşı **********96 №li xx.xx.2022-ci il tarixli yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.N və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələn dirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, iddia tələbində göstərilən “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və X1 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” öhdəliyi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, 4 saylı mənzil üzərində XN istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin “Yaşayış sahəsi nin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və X1 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması”na aid hissələrdə mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsi xahiş olunmuşdur.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9218/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması: 19. hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı- ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu or qanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (“İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi).
20. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzib ati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yenir icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun əliliyinə nail ol maq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
21. Bu mübahisələr “İnzibati icraat haqqında” Qanunun 4.N-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
22. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlə rlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. 2N. İddianın digər, yəni mübahisəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi hissəsinə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tələb cavabdeh inzibati orqanın Əsasnaməsinə görə onun vəzifələrinə (səlahiyyətlərinə) aid olmadığından həmin hissədə də iddia mümkün sayılmamalıdır
24. X1 ünvan 11 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və X2 mübahisəli mənzildən çıxarılması tələblərinə isə qanunverici likdə mülki məhkəmə icraatı qaydasında baxılıb, həll edilməsi nəzərdə tutulduğundan, həmin hissələrdə də iddia mümkün sayılmamalıdır.
25. Həmçinin, qərarda iddiaçıya izah edilmişdir ki, göstərilən tələblə bağlı o, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun, müvafiq olaraq vətəndaşın istifadə hüququnun olmadığı müəyyən edildiyi təqdirdə onun qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi üzrə polis idarəsinə), bununla bağlı həmin orqanın hərəkətlərindən inzibati məhkəməyə, vətəndaşın istifadə hüququnun olduğu müəyyən edildiyi halda isə sonuncunun mənzildən çıxaxılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər.
26. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10N)-9N9/202N nömrəli, 2 fevral 202N-cü il tarixli qərardadı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9218/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri N0. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qərardadında bir-birinə zidd olan məqamlar mövcuddur. Belə ki, hazırkı işdə olan mübahisə səlahiyyət və aidiyyətlə bağlı olmamışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını qeyd etsə də, ona zidd olaraq iddianın mümkünsüz sayılması barədə qərardadı dəyişdirilmədən saxlamışdır. N1. Kassasiyaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş 16 noyabr 2019 -cu il tarixli ********** nömrəli çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 125 nömrəli sərəncamı ləğv olunduğundan bunun hüquqi nəticəsi olaraq, ona əsaslanan, mübahisə predmeti olan çıxarış da ləğv edilməlidir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri N2. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ NN. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə N5.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olun ması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N1.N-cü və 1N2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. N4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə i craatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N5. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. N6. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N7. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişd irilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. N8. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). N9. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. İlk öncə qeyd edilməlidir ki, i şin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
41. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəm ə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
42. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayıl mış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. 4N. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq öd ənilmiş olmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
45. Hazırkı iş üzrə iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı inzibati orqanın cavabdeh inzib ati orqana qarşı iddiası aşağıdakı 4 (dörd) tələbdən ibarətdir: - ünvan 11 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması; - mübahisəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi; - üçüncü şəxsin ünvan 11 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi; - üçüncü şəxsin mübahisəli mənzildən çıxarılması.
46. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü dörd iddia tələbindən üçünün (1, N və 4-cü) inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aidiyyəti müəyyən edilmir.
47. Belə ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqqında 1-ci tələbi üzrə subyektiv baxımdan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlik daşması müəyyən edilsə də, həm iddiaçının, həm də cavabdehin, yəni hər iki orqanın inzibati orqan statusuna malik olmaları baxımından, prosessual qanunvericiliyin tələbləri çərçivəsində bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir.
48. Apellyasiya instansiyası məhkəməsi qərarında düzgün olaraq vurğulamışdır ki, “İnzibati icraat haqqında” Qanunun 4.N-cü maddəsinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyət i orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli N45 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.N-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.N-cü maddəsinin birinci cümlə sində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir.
50. İddiaçının, “üçüncü şəxsin yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələbinə” gəldikdə isə birincisi, iddiaçının bu tələbləri sırf mülki mübahisə xarakteri daşıdığından və mülki prosessual qanunvericiliyin müəyyən etdiyi icraat çərçivəsində həll edilməli məsələni təşkil etməsi baxımından, publik hüquq sahəsinə aid mübahisənin predmetini təşkil edə bilməz. Digər tərəfdən, iddiaçının bu tələbləri üzrə cavabdeh qurum əsl cavabdeh ola bilməz. Başqa sözlə, bu halda da həmin tələblər üzrə başqa icraat qaydası müəyyən olunduğundan, İPM-in 2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla inzibati məhkəmə icraatı istisna olun ur.
51. İddiaçının, digər “yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi haqqında” 2-ci tələbi üzrə də cavabdeh orqanın qanunla müəyyən edilən belə bir səlahiyyəti mövcud olmadığından, o, bu tələb üzrə əsl cavabdeh ola bilməz (Olsa belə, qeyd edildiyi kimi hər iki orqan inzibati orqan olduğundan, inzibati məhkəmə icraatına aidiyyəti isttisna edilir).
52. Çünki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1N82 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 5N. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, hazır kı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
54. Həmçinin, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10N)-9N9/202N nömrəli, 2 fevral 202N-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.