Məhkəmə qərarları › İş №2-1(102)-1057/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1057/2020

14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1057/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi dövr və anadangəlmə birinci qrup əlil övladına qulluq etməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2015-ci il tarixdən sonrakı dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2597/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistanın Qukasyan rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata ke çirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ikinci qrup əlil kimi tanındığından, bununla da, həmin vaxtdan əlilliyə görə pensiya hüququ qazanmışdır. İddiaçının pensiya hüququ yaranan dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən onun tələb olunan sosial sığorta stajından artıq stajı olduğundan müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağa baxmasını sosial sı ğorta kimi nəzərə alınması, habelə ikinci qrup əlilliyə görə pensiya təyin edilməsi üçün cavabdehə etdiyi müraciət üzrə xx.xx.2018-ci il tarixli, xxx saylı məktubla müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Bundan sonra iddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əvəz edilməsi barədə ərizənin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizədə iddiaçı ilk cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi ilə əvəz edilməsi və həmçinin iddia tələbi dəqiqləşdirilərək, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixəd ək Gürcüstan SSR Marneuli Efir yağları zavodunda, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı şəhəri 14 saylı orta texniki peşə məktəbində işlədiyi dövr və anadangəlmə birinci qrup əlil övladına qulluq etməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2015-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2015ci il tarixdən sonrakı dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(81)-4775/2018 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçının xx.xx.19 76-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gürcüstan SSR Marneuli Efir yağları zavodunda, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı şəhəri 14 saylı orta texniki peşə məktəbində işlədiyi dövr və anadangəlmə birinci qrup əlil övladına qulluq etməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2015-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2015- ci il tarixdən sonrakı dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-612/19 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi bar ədə yeni qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli,2-1(102)2284/19 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Azər Hüseynov) qərarı ilə apelyasiya instansiya məhkəməsinin xx.xx.2019-cuil tarixli,21(103)-612/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(103)-2597/2019 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının əmək kitabçası olsa da, lakin kitabçada olan qeydlərin həqiqiliyi müvafiq əmrlərlə təsdiq olunmur. İddiaçının əmək kitabçasında qeydlərin yoxlanması məqsədilə sorğu edilmiş, lakin iddia edilən dövrə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Belə ki, həmin illər üzrə arxiv sənədləri aşkar edilməmişdir.Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əmək kitabçası olsa da, lakin kitab çada olan qeydlərin həqiqiliyi müvafiq əmrlərlə təsdiq olunmur. İddiaçının əmək kitabçasında qeydlərin yoxlanması məqsədilə sorğu edilmiş, lakin iddia edilən dövrə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Belə ki, həmin illər üzrə arxiv sənədləri aşkar edilməmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilməsi barədə qərarında (məktubunda) Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 12.1-ci maddəsinin iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan mətninə deyil, xx.xx.2017-ci il tarixdən dəyişdirilmiş mətninə istinad etməklə qanunun və qaydaların tələblərini pozmuşdur. İddiaçının əlilliyə görə pensiya hüququ 2015-ci ildə, əlil lik təyin edildiyi tarixdən (53 yaşdan) yarandığından mübahisə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan müvafiq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada 12. 1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz (bənd 2.3.1). Göründüyü kimi, 53 yaşlı sığortaolunana əlilliyə görə pensiya təyin edilməsi üçün 12 il 06 ay (53 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 38 x 4 ay = 152 ay / 12 = 12.6) iş stajı tələb olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31-2.1-ci maddəsi nə gəldikdə, həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının əmək kitabçasına əsasən 12 il 6 aydan çox iş stajının olduğu müəyyən edildiyindən və həmin iş stajını təsdiq edən arxiv arayışları iş materiallarına əlavə edildiyindən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının əlilliyə görə pensiya hüququ vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mü vafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti daxil edilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2597/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar